Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-841/2025 05.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı ilədək işlədiyi illərin və xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli ödəniş qəbzləri ilə təsdiq edilən illərin siğorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2787/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi” barədə iddia tələbi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-841/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə “xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı ilədək işlədiyi illərin və xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli ödəniş qəbzləri ilə təsdiq edilən illərin siğorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı siğorta stajı ilə bağlı DSMF-nin dövlət sosial siğorta haqqı üçün mədaxil qəbzlərini və kvitansiyaları ərizəyə əlavə edərək bildirmişdir ki, o müvafiq İcra Hakimiyyəti orqanına siğorta stajına görə 226,835 (iki yüz iyirmi altı min səkkiz yüz otuz beş) manat məbləğində əmək kapitalı ödəmişdir. Dövlət sosial siğorta sistemində fərdi uçot məlumatlarında onun sosial siğorta ödənişlərimnin qeydə alınmaması, siğorta təşkilatının məsuliyyətsizliyidir. Dövlət gerbi olan məcburi dövlət sosial siğorta haqqı üçün mədaxil qəbzləri mötəbər fakt olaraq ona əsas verir deməyə ki, bu qəbzlər pensiya təminatına tam imkan verən 25 ildən artıq siğorta stajının olmasına dəlalət edir. Sosial siğorta ödənişlərinin siğorta stajına əlavə edilməməsi ilə bağlı cavabdeh tərəfindən inzibati məhkəmə qaydasında şikayət vermək hüququndan istifadə etmək tövsiyəsinə istinad edərək Şirvan İnzibati Məhkəməsinə müraciətini nəzərə alınmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaya qarşı etirazı təqdim edir və hesab edir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: xx.xx.1958-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024 tarixli 3-17-1/2-Ş-5690/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.İddiaçı xx.xx.2023-cü il tarixdən sözügedən qanunun müvafiq normasına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır.İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü, xx.xx.1975-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il taridən 01.01,1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 15 il 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir.Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.İddiaçı təqdim etdiyi xx.xx.1984-cü il tarixli 030586 nömrəli diplomun surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan təhsil dövrü xx.xx.1982- ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrü ilə üstüstə düşdüyündən həmin dövrlərdən biri (əmək fəaliyyəti dövrü) nəzərə alınmışdır.İddiaçının mübahisələndirilən sosial sığorta stajına xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövr daxildir. Belə ki, xx.xx.1992-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1996-cı il tarixli isdən çıxma qeydində möhür oxunaqlı olmadığından xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı işdən çıxma qeydində möhürün oxunaqlı olduğu əmək kitabçasının surəti və ya əmək kitabçasının əsli ilə birgə yenidən Mərkəzi Filiala müraciət edə bilər. Mübahisələndirilən əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edildiyi təqdirdə qanunvericilliklə tələb olunan sığorta stajı (25 il) tamamlanmır(Ümumilikdə 19 il 6 gün təşkil edir). İddiaçının məhkəməyə təqdim etdiyi 23 oktyabr 2001-ci il tarixli və 16 aprel 2003-cü il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinə əsasən araşdırılma aparılmışdır. Araşdırmaya əsasən, Nazirliyin elektron informasiya ehtiyatlarında iddiaçının adına “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B1) və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra - Forma B3), “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar” həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. 23 oktyabr 2001-ci il və 16 aprel 2003-cü il tarixləri üzrə məcburi dövlət sosial sığorta haqları nəzərə alındığı təqdirdə hər bir halda qanunvericilliklə tələb olunan sığorta stajı (25 il) tamamlanmır. “İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi” Qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli Qərarının 3.1 -ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qərarın 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1 -ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır.Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: • müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; • sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. X8 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Göstərilən müddəanın tələblərinə əsasən, İddiaçı fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, habelə İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyası hüququnun bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Cəlilabad şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-cı il tarixdə doğulmuş Şərifov X4 rayonu, Qarazəncir kənd ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında’’ Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22—1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə uyğun olaraq bildirilir ki, ümumi iş stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom, hərbi bilet) və ya notariat qaydada təsdiq olunmuş surətini 2 saylı Lənkəran-Astara regional filialına təqdim etməklə təkrar müraciət əsasında yaşa görə əmək pensiya hüququna baxılacaqdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-63793/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü, xx.xx.1975-ci il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 15 il 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 22-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı təqdim etdiyi xx.xx.1984-cü il tarixli 030586 nömrəli diplomun surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan təhsil dövrü xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyündən həmin dövrlərdən biri (əmək fəaliyyəti dövrü) nəzərə alınmışdır. xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün yaşa görə pensiya hüququ yaranmır. Təhsil illəri əmək fəaliyyəti ilə üst üstə düşür. xx.xx.1996-cı ildə işdən çıxma qeydi oxunaqlı vəziyyətdə olmaması səbəbindən həmin illərin sığorta stajında hesablanması qanuna müvafiq hesab ounmamışdır. - İşdə olan BZB №007506 nömrəli, xx.xx.2003-cü il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 2002-ci il üçün 20000 (iyirmi min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - İşdə olan BZB №007506 nömrəli, xx.xx.2001-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 2001-ci il üçün 37000 (otuz yeddi min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - İşdə olan 08 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 70000 (yetmiş min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - İşdə olan 17 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 70000 (yetmiş min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - İşdə olan 11 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 29838 (iyirmi doqquz min səkkiz yüz otuz səkkiz) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - İşdə olan xx.xx.1975-ci il və xx.xx.1992-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1996-cı illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-41/2-18-631/2024 nömrəli məktubda göstərilmişdir ki, X6 ilə İddiaçı (şəxsiyyət vəsiqəsi AZE 0*******) eyni şəxsdir. - Cəlilabad Rayon Məhkəməsinin 2(073)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X3 adına yazılmış xx.xx.1975-ci il tarixli əmək kitabçasının, Cəlilabad rayon DSMF-nin Cəlilabad Rayon Şöbəsinə ödənilmiş xx.xx.1998ci il tarixli, 11 saylı qəbzin, xx.xx.1998-ci il tarixli, 17 saylı qəbzin, xx.xx.1998-ci il tarixli, 08 saylı qəbzin, xx.xx.2001-ci il tarixli, 003706 saylı qəbzin və xx.xx.2003-cü il tarixli, 007506 saylı qəbzin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - Cəlilabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 48-12-RA/2-266/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cənub-Muğan Meliorasiya İdarəsinin sənədləri Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı iş stajı barədə heç bir məlumat aşkar edilmədi. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-34/2-590/01-3/2024 nömrəli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Cənub- Muğan Meliorasiya İdarəsinə və X9 Zavoduna dair məlumat mövcud deyildir. Əli-Bayramlı şəhər 5 saylı Sənaye Kombinatı 20 may 1996-cı il tarixindən 01 oktyabr 1996-cı il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. X9 Kombinatı (sonradan "xxxx" ASC) 20 may 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-2787/2024 nömrəli sorğuya baxılmışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək “İmişlisutikinti” trestində işlədiyi dövr üçün sosial sığorta stajının doğruluğunun yoxlanılması həmin müəssisənin fəaliyyətinin və hüquqi ünvanının məlum olmaması, arxiv sənəd materiallarının mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. İmişli rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48- 22RA/2-136/2024 nömrəli məktubunun surəti məhkəməyə təqdim edilir. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-150950/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü, xx.xx.1975-ci il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 15 il 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 22-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı təqdim etdiyi 27.11,1984-cü il tarixli 030586 nömrəli diplomun surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixinədək olan təhsil dövrü xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyündən həmin dövrlərdən biri (əmək fəaliyyəti dövrü) nəzərə alınmışdır. Vətəndaşın təqdim etdiyi xx.xx.1992-ci il tarixində tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1996-cı il tarixli işdən çıxma qeydində möhür oxunaqlı olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. -İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli **********375200 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixə İddiaçı vergi orqanında qeydiyyatı müəyyən olunmamış, həmçinin, müraciətə ödəniş qəbzləri əlavə olunmadığı üçün münasibət bildirilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-107772/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsindən daxil olmuş İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2024-cü il 13 fevral tarixli 2-1 (120)- 2787/2024 nömrəli məktuba Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı (SUN: **********3) tərəfindən 2006-2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra- Forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra-Forma B3), 2017-2018-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar, həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Siğortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi 2006-2016-cı illər üzrə təqdim edilmiş Forma B1 və Forma B3 məlumatları əsasında, 2017-2018-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar əsasında həyata keçirilmiş, lakin qeyd edilən dövrlər üzrə İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixindən başlayaraq aparıldığından həmin tarixdən əvvəlki dövrlər üçün sığortaolunanların xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların araşdırılması mümkün olmamışdır. Qeyd olunan məsələ ilə əlaqədar X1 22 saylı Regional Xəzinədarlıq idarəsinə və Cəlilabad rayonu üzrə Maliyyə İdarəsinə ünvanlanmış müraciəti cavablandırıldıqdan sonra əlavə məlumat veriləcəkdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən əmək kitabçası, arxiv arayışları olmuşdur. Yəni, cavabdeh orqan tərəfindən iddiaçının iddiaçının təqdim etdiyi sənədlərə əsasən, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü, xx.xx.1975-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 15 il 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun 22-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı təqdim etdiyi xx.xx.1984-cü il tarixli 030586 nömrəli diplomun surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan təhsil dövrü xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyündən həmin dövrlərdən biri (əmək fəaliyyəti dövrü) nəzərə alınmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdeh orqan iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixli işdən çıxma qeydində möhür oxunaqlı olmadığından xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab etməməsi barədə məlumat təqdim etmişdir. Həmçinin İddiaçı tərəfindən mədaxil qəbzləri təqdim edilmiş, BZB №007506 nömrəli, xx.xx.2003-cü il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 2002-ci il üçün 20000 (iyirmi min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir, BZB №007506 nömrəli, xx.xx.2001-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 2001-ci il üçün 37000 (otuz yeddi min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir, 08 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 70000 (yetmiş min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir, 17 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 70000 (yetmiş min) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir, 11 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, İddiaçı 29838 (iyirmi doqquz min səkkiz yüz otuz səkkiz) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “İmişli sutikinti” tresti TH TC-də əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı sübut, dəlil əldə edə bilməmişdir. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “İmişli sutikinti” tresti TH TC-də işləyib, əmək haqqı aldığı dövrü və BZB №007506 nömrəli, xx.xx.2003-cü il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi, BZB №007506 nömrəli, xx.xx.2001-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi, 08 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi, 17 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi, 11 nömrəli, xx.xx.1998-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzini sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “İmişli sutikinti” tresti TH TC-də işlədiyi dövrlər və 1998, 2001, 2003-cü il tarixli qəbzlər üzrə qeyd edilən dövrlər sosial siğorta stajı kimi qəbul edilmiş olsa belə, pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı (SUN: **********3) tərəfindən 2006-2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra-Forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra-Forma B3), 2017-2018-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar, həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Siğortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi 2006-2016-cı illər üzrə təqdim edilmiş Forma B1 və Forma B3 məlumatları əsasında, 2017-2018-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar əsasında həyata keçirilmiş, lakin qeyd edilən dövrlər üzrə İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixindən başlayaraq aparıldığından həmin tarixdən əvvəlki dövrlər üçün sığortaolunanların xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların araşdırılması mümkün olmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1 -ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: • müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; • sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. X8 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun1ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı ilədək işlədiyi illərin və xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli ödəniş qəbzləri ilə təsdiq edilən illərin siğorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı ilədək işlədiyi illərin və xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli ödəniş qəbzləri ilə təsdiq edilən illərin siğorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-841/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-841/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver