Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-842/2021 22.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X2 övladı X17 ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı, Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, ev 17/2, 29 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X2 və övladı X11 mənzilin qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, ev 17/2, 29 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(120)-842/2021 saylı qərardadı ilə X2 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmənin 22 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X3 və X14 ona məxsus mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdurlar. Bildirmişdir ki, həmin şəxslər ona məxsus mənzildə yaşamırlar. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X8 və X17 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqələrinin surətini, 07-89 reyestr, 923 inventar, 89-2 nömrəli qeydiyyat vəsqiəsinin surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş 22.12.2004-cü il tarixli Bəxşiş müqaviləsinin məzumundan görünür ki, X9, Əli-Bayramlı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 17/2 mənzili qızı Bağırova (Baloğlanova) Dilarə Qarabala qızına bağışlayıb. Məhkəmə iclasında əslinə baxış keçirilmiş Əli-Bayramlı şəhər rayonlararası X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 89-2 №-li Qeydiyyat vəsiqəsinin görünür ki, Əli-Bayramlı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 17/2 saylı binanın ümumi sahəsi 36,15 kv.m yaşayış sahəsi 18,6 kv.m 1/bir otaqdan ibarət 29 saylı mənzil X4 adına mülkiyyət hüquqi əasında qeydə alınmışdır. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin **********1 nömrəli 21.05.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslər X2 və X11 mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-1622/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş və cavabdeh X1 şəhəri, M.Rəsulzadə küçəsi, ev 17/2, 29 nömrəli mənzildən çıxarılması qərara alınmışdır. Həmin qətnamənin əsaslandırıcı hissəsində (qətnamənin 3-cü və 4-cü səhfələrində) qeyd olunur ki, “...cavabdeh X8 mübahisəli mənzilə 2019-cu ildə köçəndən sonra mənzilin mülkiyyətçisi İddiaçı ilə mənzildən istifadə edilməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan və notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbi baxımından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlməmişdir. Bu halda da məhkəmə qeyd edir ki, cavabdeh X8 mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ailə üzvü olmadığından, onun Azərbaycan Respublikası Mənzil məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istiadə etmək səlahiyyəti də yoxdur. O ki, qaldı, cavabdeh X2 Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, 17/2 saylı evin 29 nömrəli mənzilində qeydiyyatda olmasına, məhkəmə nəzərə çatdırır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda xarakteri daşımadığından əmək hüquqları yaratmır...”. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər Məhkəməsinin Məhkəməyə ünvanladığı məktubda qeyd olunur ki, İddiaçı cavabdeh X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinin 2(032)-1622/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdeh X8 tərəfindən apelyasıya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(106)800/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Şirvan şəhər Məhkəməsinin 2(032)-1622/2019 saylı 11 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-546/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, X18 ilə X8 arasında bağlanmış 11.05.2018-ci il tarixli 158 saylı nikah pozulmuş və onların birgə nikahından anadan olmuş 03.08.2019-cu il təvəllüdlü X17 cavabdeh X2 himayəsində saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər Məhkəməsinin Məhkəməyə ünvanladığı 22.06.2021-ci il tarixli 2(032)-546/2021 nömrəli məktubda qeyd olunur ki, İddiaçı X12 cavabdeh X5 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(032)-546/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. Şirvan şəhər Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(032)-546/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməmiş, 21.06.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 22.04.2021-ci il tarixli, 323 №li arayışından görünür ki, X8 və X7 şəhər, M.Rəsulzadə küçəsi. ev 17-2, mənzil 29 ünvanında yaşamır. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, ev 17/2, 29 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X2 və X11 İddiaçı məxsus Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, ev 17/2, 29 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-842/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-842/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver