Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-842/2022 28.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X35 оğlunun katibliyi ilə, İddiaçı X3 Cavabdehnə qarşı “nikah haqqında şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “nikah haqqında şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(120)-842/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “nikah haqqında şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi X3 tanınması, İddiaçı sırasından çıxarılması, iddia tələbinin və cavabdehin olduğu kimi saxlanılması qərara alınmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, nikah haqqında şəhadətnamədə mərhum ərinin soyadı “Mamedov” olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə soyadı “Məmmədov” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında nikah haqqında şəhadətnamədə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı X6 və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 731 nömrəli arayışından görünür ki, iddiaçının mərhum əri X1 rayonu Hacıbədəlli kəndində yaşamış 10 avqust 2020-ci il tarixdə vəfat etmiş və mərhumə qızı Mamedova (Ağayev) X30 rayonu Hacıbədəlli kəndində yaşamış 25 may 2014-cü il tarixdə vəfat etmişdir. Ailə üzvləri: ailə başçısı X14- 1955, oğlu X26 - 1981, oğlu İddiaçı -1983, qızı X22-1985, qızı Mamedova (Rüstəmova) Cəmilə Nuru qızı-1987. - xx.xx.1975-ci il tarixli, 309975 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X15 xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Mamedova soyadını qəbul etmişdir. - xx.xx.1969-cu il tarixli, 230 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, uşaq haqqında məlumat qrafasında X4 xx.xx.1957-ci ildə Ağcabədi rayonu, Hacıbədəlli kəndində anadan olması barədə qeydiyyat aparılmışdır. - Ağcəbədi rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-2313/69 nömrəli arayışından görünür ki, X10 xx.xx.1957-ci ildə Ağcabədi rayonu, Hacıbədəlli kəndində anadan olmuş, bu barədə xx.xx.1969-cu il tarixdə Ağcəbədi rayon qeydiyyat şöbəsində 230 nömrəli bərpa doğum haqqında akt qeydi tərtib edilmişdir, xx.xx.2020-ci ildə vəfat etmiş, ölümü xx.xx.2020-ci il tarixdə 399 nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. - AZ-İİ 114021 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. - JN-714, KOD 60804018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X8 və onun ailə üzvləri X5, X23, X16, X11, X21 və X17 Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3.03 hektar torpaq sahəsi verilmişdir. - xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 0.50 ha torpaq sahəsi X7 və onun ailə üzvləri X18, X12, X13, X2, X19 və X27 birgə mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının nikah haqqında şəhadətnaməsində mərhum ərinin soyadı “Mamedov” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə (doğum və ölüm akt qeydlərində) soyadı “Məmmədov” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İddiaçının mərhum ərinin doğum akt qeydinin məlumatlarında və ona məxsus digər sənədlərdə soyadının “Məmmədov” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, nikah haqqında şəhadətnaməsinin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə, şəxsiyyətini təsdiq edən sənədlərdə də iddiaçının soyadı “Məmmədov” olmuş, iddiaçının mərhum əri isə uzun illər ərzində müvafiq sənədlərdə soyadının “Məmmədov” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq nikah haqqında şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədləri (şəxsiyyəti təsdiq edən sənədləri və s.) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, nikah haqqında şəhadətnamədə iddiaçının mərhum ərinin soyadının “Məmmədov” olaraq düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Nikah haqqında şəhadətnamədə (X20 ilə bağlı) “Mamedov” soyadından “Məmmədov” soyadına düzəliş edilməsi öhdəliyi cavabdeh Ağcəbədi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-842/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-842/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver