Məhkəmə qərarları › İş №2-1(120)-845/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-845/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-845/2023 28.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X7, Üçüncü şəxs X8 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Texniki pasportda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 28 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri yaşayış sahəsinə (mağaza binasının yerləşdiyi 124 kv.m torpaq sahəsi) dair 05 aprel 1999-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfındən qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edir ki, qeyri yaşayış sahəsi 1999-cu il tarixdən onun istifadəsindədir və ona ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin ildən o mağazada artırma işləri aparmamışdır. X13 mülkiyyətində olan 0,123 ha torpaq sahəsini 2010-cu il tarixdə dövlət reyestrində qeydə almış torpaq sahəsinə aid texniki pasport verilmişdir. Aralarında olan mübahisə nəticəsində vəkili X21 tərəfındən xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqan 6 saylı Beyləqan Ərazi İdarəsinə sorğu göndərilmiş və cavabdeh tərəfındən xx.xx.2021-ci il tarixdə sorğuya cavab olaraq qeyd etmişlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsi tərəfındən tərtib edilmiş **********63-12301 reyestr nömrəli texniki pasportun düzgün tərtib edilmədiyinin müəyyən edildiyini, tərəflər arasında olan məhkəmə mübahisəsinin bitdikdən sonra hüquq sahibi tərəfindən Ərazi İdarəsinə və ya onun İmişli rayon şöbəsinə müraciət ediləcəyi təqdirdə hüquqlar dövlət qeydiyyatı zamanı **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması məsələsinə qanunamüvafıq qaydada baxılacağına, qeyd edilənləri nəzərə alaraq X13 məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,123 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları haqqında məlumat verilməsinin mümkün olmamasını qeyd etmişdir. X13 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması ilə əlaqədar cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfındən xx.xx.2022-ci il tarixli, **********82 saylı müraciətə baxılması barədə bildirişi ilə ərizəni təmin etməmiş və daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə biləcəyini və bu kimi mübahisələrin məhkəmə qaydasında həll edildiyini qeyd etmişdir. Göründüyü kimi X13 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasport tərtib edilərkən torpaq sahəsinin döngə nöqtələri düzgün tərtib edilməmiş və ona məxsus olan mağazanın yerləşdiyi torpaq sahəsinə müdaxilə edilmişdir. Texniki pasportda buraxılmış səhvlər əsasında mülkiyyətçi olaraq hüquqları pozulmuşdıır. Buna baxmayaraq cavabdeh orqan buraxdığı səhvi aradan qaldırmamış və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. X3 məxsus **********63-12301 reyestr nömrəli texniki pasportda bııraxılan texniki səhvin aradan qaldırılması və yenidən işlənilməsi başqa qaydada həll edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “X14 verilmiş **********63- 12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, X14 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi səlahiyyətlərinə malik deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X17 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, o, cavabdeh İddiaçı qarşı qanunsuz tikintinin sökülməsi tələbi barədə iddia qaldıraraq ona məxsus mülkiyyət hüququ ilə xx.xx.2010-ci il tarixdə ********* nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********63-12301 reyester nömrəli daşınmaz əmlak obyektinin texniki paportunda göstərilmiş situasiya planına əsasən yeri və sərhədləri təyin edilən İmişli şəhəri Bakı küçəsində yerləşən 0.123 ha torpaq sahəsində qanunsuz inşa edilmiş divarın cavabdehin hesabına sökülməsini xahiş etmiş və İmişli Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(036)-729/2021 saylı qətnaməsi ilə iddiası təmin olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(106)-154/2022 saylı qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(036)-729/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh Əliyev X15 Apelyasiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(106)-154/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublilkası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5795/2022 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(106)-154/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırki iş üzrə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı texniki pasportda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır. Belə ki, MA ******* nömrəli «Hüquqlarm dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»ndən Çıxarışın surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən 0,123 ha torpaq sahəsi və üzərindəki 411,8 kv.m qeyri yaşayış sahəsi əmlak kompleksi-müəssisə kimi xx.xx.2010-cu il tarixdə **********63-12301 reyestr nömrəsi ilə onun xüsusi mülkiyyəti kimi daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 04 nömrəli Qeydiyyat vəsiqəsinin surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış binası 05 aprel 1999-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi 02 nömrəli reyestr kitabının 01-ci səhifəsində 04 reyestr nömrəsi ilə 61 nömrəli inventar kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. 61 inventar nömrəli qeyri-yaşayış binasının Texniki pasportunun surətinə əsasən İddiaçı məxsus olan mağaza binasının-İmişli şəhəri, Bakı küçəsinə tərəf olan divarının uzunluğu 6,3 metr, qarşı tərəfə olan divarının uzunluğu isə 8,4 metr təşkil edir və bir-biri ilə düzxətt boyunca çəkilmiş yan divarlar vasitəsilə birləşərək qapalı sahə əmələ gətirir. **********63-12301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki pasportunun surətinə əsasən İddiaçı məxsus olan mağaza binasının İmişli şəhəri, Bakı kuçəsi tərəfdən başlayaraq qarşı tərəfə uzanan yan divarının 10,0 metr (1:500 miqyasına uyğun) uzunluqda olan hissəsi ona məxsus olan 0,123 ha torpaq sahəsi ilə həmsərhəddir və ümumi sahəsi 411,8 kv.m olan qeyri-yaşayış sahəsinin A tikilisinin yan divarı ilə 5,4 metr (1:500 miqyasına uyğun) məsafədə yerləşir. İddiaçı məxsus olan mağaza binasının yan divarı ümumi sahəsi 411,8 kv.m olan qeyri-yaşayış sahəsinin A tikilisinin yan divarından bir tərəfdə 37,1 metr ( 23,3 +5,4+8,4), digər tərəfdə isə 35,0 (23,3+5,4+6,3) metr məsafədə yerləşir. Apelyasiya icraatı zamanı cavabdehin vəsatəti əsasında təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfmdən təqdim edilmiş 07 iyun 2022-ci il tarixli, 10/3057 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin Beyləqn LTİ-nin mütəxəssis rəyinə əsasən onun İmişli şəhəri, Bakı küçəsində mübahisəli ərazidə faktiki istifadəsində olan 1189 kv.m torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən onun mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yeıləşdiyi müəyyən olunmuş, həmçinin cavabdeh X1 və istifadəsində olan torpaq sahəsində inşa edilmiş ticarət obyektinin ona ayrılmış 124 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən İmişli şəhəri, Bakı küçəsində hüquqmüəyyənedici sənədlərlə onun sahiblik, istifadə və sərəncam vermək hüququna aid ona məxsus olan 1230 kv.m torpaq sahəsinin 5,88 kv.m hissəsinin İddiaçı, 35,12 kv.m hissəsinin isə başqa şəxslər tərəfındən istifadə olunduğu müəyyən olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə gorə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin huquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. O, iddia tələbində İddiaçı onun mülkiyyətinə müdaxilə edərək həmin daşınmaz əmlak obyektinin Texniki pasportunda göstərilmiş 0,123 ha torpaq sahəsinin 1,4 kv.m sahəsində daş divar inşa edərək ərazini qanunazidd yolla zəbt etdiyini iddia etmişdir. Lakin Apelyasiya icraatı zamanı təyin olunmuş ekspertizanın rəyindən müəyyən edilir ki, cavabdeh İddiaçı onun sahiblik, istifadə və sərəncam vermək hüququna aid ona məxsus olan 1230 kv.m torpaq sahəsinin 5,88 kv.m hissəsinin istifadə edir. Yəni cavabdehin müdaxiləsi iddia olunan sahədən artıqdır. Məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin “Beləliklə cavabdeh İddiaçı məxsus olan İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış sahəsinin mağaza binasının düzxətt boyunca tikilməyən yan divarı onun mülkiyyətində olan **********63-12301 reyestr nömrəli daşınmaz əmlak obyektinin Texniki pasportunda göstərilmiş situasiya planına əsasən yeri və sərhədləri təyin edilən İmişli şəhəri, Bakı küçəsində yerləşən 0,123 ha torpaq sahəsinin 1,4 kv.m sahəsində tikilmiş hissəsində sökülməli və ərazi boşaldılaraq torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır” qənətinə gəlməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X10 üçüncü şəxsin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan 04 nömrəli Qeydiyyat vəsiqəsinin surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış binası 05 aprel 1999-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi 02 nömrəli reyestr kitabının 01-ci səhifəsində 04 reyestr nömrəsi ilə 61 nömrəli inventar kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan MA ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»ndən Çıxarışın surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən 0,123 ha torpaq sahəsi və üzərindəki 411,8 kv/m qeyri-yaşayış sahəsi əmlak kompleksi-müəssisə kimi xx.xx.2010-cu il tarixdə **********63-12301 reyestr nömrəsi ilə X8 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 61 inventar nömrəli qeyri-yaşayış binasının Texniki pasportunun surətinə əsasən İddiaçı məxsus olan mağaza binasının imişli şəhəri, Bakı küçəsinə tərəf olan divarının uzunluğu 6,3 metr, qarşı tərəfə olan divarının uzunluğu isə 8,4 metr təşkil edir və bir-biri ilə düzxətt boyunca çəkilmiş yan divarlar vasitəsilə birləşərək qapalı sahə əmələ gətirir. İş materiallarında olan **********63-12301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki pasportunun surətinə əsasən İddiaçı məxsus olan mağaza binasının İmişli şəhəri, Bakı küçəsi tərəfdən başlayaraq qarşı tərəfə uzanan yan divarının 10,0 metr (1:500 miqyasına uyğun) uzunluqda olan hissəsi X13 məxsus olan 0,123 ha torpaq sahəsi ilə həmsərhəddir və ümumi sahəsi 411,8 kv.m olan qeyri-yaşayış sahəsinin A tikilisinin yan divarı ilə 5,4 metr (1:500 miqyasına uyğun) məsafədə yerləşir. İddiaçı məxsus olan mağaza binasının yan divarı ümumi sahəsi 411,8 kv.m olan qeyri-yaşayış sahəsinin A tikilisinin yan divarından bir tərəfdə 37,1 metr ( 23,3 +5,4+8,4), digər tərəfdə isə 35,0 (23,3+5,4+6,3) metr məsafədə yerləşir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyul 2022-ci il tarixli, 2(106)154/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X17 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia qaldıraraq ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********63-12301 reyestr nömrəli daşınmaz əmlak obyektinin Texniki pasportunda göstərilmiş situasiya planına əsasən yeri və sərhədləri təyin edilən İmişli şəhəri, Bakı küçəsində yerləşən 0,123 ha torpaq sahəsində qanunsuz inşa edilmiş 1,4 kv.m divarın qarşı tərəfin hesabına sökülməsini xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(036)-729/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması, cavabdeh İddiaçı məxsus olan İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (mağaza binasının) düzxətt boyunca tikilməyən yan divarı iddiaçı X8 mülkiyyətində olan **********63-12301 reyestr nömrəli daşınmaz əmlak obyektinin (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2010) Texniki pasportunda göstərilmiş situasiya planına əsasən yeri və sərhədləri təyin edilən İmişli şəhəri, Bakı küçəsində yerləşən 0,123 ha torpaq sahəsinin 1,4 kv.m sahəsində tikilmiş hissəsində tikili sahibinin öz hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya icraatı zamanı İddiaçı vəsatəti əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 iyun 2022-ci il tarixli, 10/3057 saylı ekspert rəyində bildirilmişdir ki, "xxxx" MMC-nin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən X8 İmişli şəhəri, Bakı küçəsində mübahisəli ərazidə faktiki istifadəsində olan 1189 kv.m torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuş, həmçinin cavabdeh X1 və istifadəsində olan torpaq sahəsində inşa edilmiş ticarət obyektinin ona ayrılmış 124 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Kadastr və Yerqurluşu Lahiyə-tədqiqat Mərkəzi” MMC-nin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən İmişli şəhəri, Bakı küçəsində hüquqmüəyyənedici sənədlərlə X2, istifadə və sərəncam vermək hüququna aid ona məxsus olan 1230 kv.m torpaq sahəsinin 5,88 kv.m hissəsinin İddiaçı, 35,12 kv.m hissəsinin isə başqa şəxslər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X11 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edılmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir və müraciətinizdə qeyd etdiyiniz məsələdə sizə hər hansı bir köməklik etmək səlahiyyətlərinə malik deyil. Bundan əlavə bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və bu kimi mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124,0 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0,123 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124,0 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0,123 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124,0 kv.metr torpaq sahəsinin ilkin sənədinin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri biri-biri ilə uyğundurmu? - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0,123 ha torpaq sahəsinin ilkin sənədinin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri biri-biri ilə uyğundurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/2133 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir:- Qərardadın birinci sualı üzrə: İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124.0 kv.metr torpaq sahəsinin naturada faktiki vəziyyəti üzrə koordinatları müəyyən edilmişdir: Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 248694.906 4417385.515 248705.280 4417391.543 755014.74 4406568.88 754920.53 4406598.82 754958.17 4406203.84 754952.45 4406846.88 Qərardadın ikinci və besinci sualları üzrə: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 14 iyul 2021-ci il tarixli, **********6 saylı məktubuna əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən X8 mülkiyyətində olan 0.123 ha torpaq sahəsinin ilkin sənədinin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, məktubda qeyd olunur ki, cavabdeh X13 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********63-12301 reyestr nömrəli texniki pasport düzgün tərtib edilməmişdir. Belə olan halda X13 məxsus İmişli şəhəri, Bakı küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.123 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında dəyişiklik edilməlidir. Qərardadın ücüncü sualı üzrə: İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124.0 kv.metr torpaq sahəsininin ayrılması sənədində hər hansı bir koordinat göstəricisi olmadığından, həmin torpaq sahəsi ilə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən X8 mülkiyyətində olan 0.123 ha torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124 kv.metr torpaq sahəsinin ilkin sənədində hər hansı koordinat göstəricisi qeyd olunmamışdır. Lakin torpaq sahəsinin texniki parametrləri hazırki vəziyyətinə uyğun olaraq 124 kv.metr təşkil edir. Göründüyü kimi, iş materiallarına, o cümlədən ekspert rəyinə əsasən İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124 kv.metr torpaq sahəsinin texniki parametrləri hazırki vəziyyətinə uyğun olaraq 124 kv.metr təşkil edir. Yəni, iddiaçının torpaq sahəsinə faktiki müdaxilə halı yoxdur. İddiaçı X13 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi tələbini irəli sürməklə 1,4 kv.m torpaq sahəsinin düzgün olmayaraq həmin texniki pasporta daxil edildiyini iddia etsə də, X13 məxsus **********63-12301 reyestr nömrəli texniki pasport düzgün tərtib edilmədiyi halda belə bir sənədin hüquqi cəhətdən iddiaçının hüquqlarını məhdudlaşdırdığını təsdiq edən heç bir dəlil-sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan ekspert rəyinə əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124.0 kv.metr torpaq sahəsinin sənədində hər hansı bir koordinat göstəricisi olmadığından və məhkəməyə bunun əksini təsdiq edən heç bir dəlil-sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, X13 məxsus **********63- 12301 reyestr nömrəli texniki pasportun düzgün tərtib edilmədiyi halda belə iddiaçının hüquqlarına müdaxilə kimi qiymətləndirilməsinə heç bir hüquqi əsas yoxdur. X13 məxsus **********63-12301 reyestr nömrəli texniki pasportun İddiaçı hüquqlarına müdaxilə etməsinin sübuta yetirilməməsi isə iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmasını da istisna edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Texniki pasportda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Texniki pasportda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar