Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-847/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Biləsuvar Bələdiyyəsinə qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdehlər Biləsuvar rayon İcra və Probasiya şöbəsinə, Biləsuvar Bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin 671/3 saylı, xx.xx.2022-ci il tarixli məktubu əsasında Biləsuvar rayon İcra və Probasiya şöbəsinin iddiaçının təqaüdündən pul tutulması barədə verdiyi göstərişlərin əsassız, qanunsuz hesab edilməsi və ona xitam verilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(120)-2803/2024 nömrəli qərardadı ilə iddiaçı və Cavabdeh olduğu kimi saxlanılması, Biləsuvar rayon İcra və Probasiya şöbəsinin cavabdeh sırasından çıxarılması, iddia tələbinə “Cavabdeh xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” kimi baxılması, iş üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar Bələdiyyəsinin sədri X2 rayon İcra və Probasiya şöbəsinə göndərdiyi məktub əsasında icra məmuru onun müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdümdən uzun illər ərzində yığılıb qalmış 376 manat pulun tutulması barədə göstəriş vermişdir. Hesab edir ki, bu göstəriş qanunsuzdur və təqaüdündən tutqu dayandırılmalı və qanunsuz tutulan məbləğ isə geri qaytarılmalıdır. Belə ki, “Daşınmaz əmlak haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən xüsusi mülkiyyət iqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan sənədlər əsasında dövlət reyestri tərəfindən verilən çıxarışla, yəni kupça ilə rəsmiləşdirilir. Təqaüdündən tutulmağa yönəldilən məbləğ əmlaka görə vergi tutulmasıdır. Onun adıma isə faktiki olaraq heç bir daşınmaz əmlak yoxdur. Adına heç bir xüsusi mülkiyyət olmadığı halda Bələdiyyəyə əmlak vergisi ödəməyi absurd bir tələbdir. Xüsusi mülkiyyəti olmayan bir adamdan əmlak vergisi necə tutula bilər? Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 197.1.1-ci maddəsində göstərilir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və AR-da yerləşən binalar əmlak vergisinin vergitutma obyektləridir. Adıma xüsusi mülkiyyət olmadığı halda Biləsuvar Bələdiyyəsi hansı əsasla ondan əmlak vergisi tutulmasını tələb edir? Bundan başqa bələdiyənin məktubunda göstərilən 376 manat pulun necə əmələ gəlməsi, hansı dövrü əhatə etməsi və ona hansı aidiyyatının olması aydın görünmür. Aydın olmayan bir sənəd necə icra oluna bilər? "İcra haqqında "Qanunda icraya yönəldiləcək olan sənədlərin siyahısı dəqiq və konkret göstərilmişdir. Həmin siyahıda Bələdiyyənin hər hansı bir məktubunun icra sənədi kimi qəbul edilməsi göstərilməmişdir. Belə olan halda İcra və Probasiya şöbəsi hansı qanunu rəhbər tutaraq bələdiyyənin gerbli möhürlə təsdiqlənməmiş, notariat orqanında təsdiqini tapmamış əsassız bir kağız parçasını necə maliyyə sənədi kimi qəbul etmiş və icra sənədi kimi icraya yönəltmiş və hətta həmin sənəd əsasında müharibə veteranının təqaüdündən qanunsuz pul tutmasını həyata keçirmişdir. Biləsuvar bələdiyyəsinin məktubuna əsasən Biləsuvar İcra və Probasiya Şöbəsinin onun təqaüdündən pul tutulması haqqında göstərişi əsassız və qanunsuz olduğu üçün ləğv edilməli, tutulan məbləğ ona qaytarılmalıdır. O, Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranı vəsiqəsidə onu təsdiq edir. Müharibə veteranları dövlət rüsumlarını ödəməkdən azaddırlar. Qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin tələblərini rəhbər tutaraq X1 671/3 saylı xx.xx.2022-ci il tarixli məktubu əsasında Biləsuvar rayon İcra və Probasiya şöbəsinin onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişi əsassız və qanunsuz hesab edilməsini və ona xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Biləsuvar Bələdiyyəsinin və üçüncü şəxs Biləsuvar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, cavabdeh Biləsuvar Bələdiyyəsinin və üçüncü şəxs Biləsuvar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Biləsuvar Bələdiyyəsinə qarşı Cavabdeh xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2- 1(022)-1361/2023 nömrəli qərardadında göstərilmişdir ki, İddiaçı cavabdehlər Biləsuvar rayon Bələdiyyəsi və Biləsuvar rayon İcra və Probasiyya Şöbəsinə qarşı Biləsuvar rayon İcra və Probasiya şöbəsinin onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi və ona xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 76041/2022-74-3 nömrəli tələbin könüllü icra haqqında bildirişin məzmununda qeyd olunur ki, “xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Cavabdeh 18 nömrəli, xx.xx.2021- ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyiniz xahiş olunur. Bü müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyiniz, icra məcburi qaydada təmin ediləcək, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər Sizdən tutulacaqdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarında qeyd olunurki, icra sənədi üzrə borclu İddiaçı 376 manat məbləğində vergi borcu tutularaq dövlət büdcəsinə odənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarda qeyd olunmuşdur ki, Biləsuvar şəhər Bələdiyyəsinin 18 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə borclu olan İddiaçı 376 manat məbləğində pul vəsaiti tutularaq Biləsuvar Bələdiyyəsinin xeyrinə ödənilmişdir. Biləsuvar şəhər Bələdiyyəsi tərəfindən vrilmiş 18 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icrata xitam verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Kapital Bank tərəfindən məhkəməyə göndərilmiş ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, iddiaçının müharibə veteranı müavinətindən kapital bank tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalar olmuş və həmin tarixdən tutulmalardan məlumatlı olmuşdur. İddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində yəni mübahisələndirdiyi inzibati aktın (Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarın) qəbulundan müvafiq olaraq 2 ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya müharibə veteralnarı üçün nəzərədə tutulmuş təqaüdündən xx.xx.2023-cü il tarixdən həmin q\rarda nəzərədə tutulmuş borc məbləği ilə bağlı tutmalar aparılmış, həmin vaxtdan 7 (yeddi) ay, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(022)-1361/2023 nömrəli qərardadı ilə müəyyən edilir ki, təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi və ona xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alındıqdan 2 (iki) ay, 10 (on) gün sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Biləsuvar Bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məsələlərlə bağlı İddiaçı yazılı şəkildə hüquqi yardım edilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclas gününə kimi hazırkı iş üzrə iddia tələbi dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar Bələdiyyəsinə qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Biləsuvar Bələdiyyəsinə qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-847/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-847/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver