Məhkəmə qərarları › İş №2-1(120)-848/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-848/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-848/2022 07.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11nın nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11na qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E TDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 şəxsin 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il həqiqi hərbi xidmət müddətini, xx.xx.1973-xx.xx.1973, xx.xx.1973-xx.xx.1976, xx.xx.1977-xx.xx.1978, xx.xx.1978xx.xx.1980, xx.xx.1980-xx.xx.1984, xx.xx.1984-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1988-xx.xx.1989, xx.xx.1993-xx.xx.1994-cü illərdə müxtəlif təşkilatlarda, xx.xx.1994-xx.xx.2003-cü illərdə İmşli X1 işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 şəxsin 10 saylı Regional Ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin X11 ilə əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “hərbi xidmətdə olduğu və işlədiyi illəri sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11nın üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 şəxsin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11nın ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “hərbi xidmətdə olduğu və işlədiyi illəri sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11nın üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. xx.xx.1973-xx.xx.1973, xx.xx.1973-xx.xx.1976, xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1980, xx.xx.1980-xx.xx.1984, xx.xx.1984xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1988-xx.xx.1989, xx.xx.1993-xx.xx.1994-cü illərdə müxtəlif təşkilatlarda, xx.xx.1994-xx.xx.2003-cü illərdə “İmişli Maddi-Texniki Təchizat” Birliyində işləmişdir. Buna dair əmək kitabçası vardır. Onun həmçinin dövlət sosial sığorta şəhadətnaməsi var. Rəsmi sənədlərlə 30 il əmək stajına malikdir. Dövlət Sosial Müdafiə X21 şəxsin 10 saylı Regional Ərazi filialına ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli məktubu ilə bildirir ki, əmək kitabçasında xx.xx.1994-xx.xx.2003-cü illərdə “İmişli Maddi-Texniki Təchizat” Birliyində işləməyi təsdiq olunsa da, arxiv sənədləri dövlət arxivinə verilmədiyindən ona pensiya təyin etmək mümkün deyildir. Cavabdehin imtinası onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. İşlədiyi təşkilatın sənədlərinin bir hissəsinin arxivə verilməsində onun təqsiri yoxdur. Əmək kitabçasında göstərilən illərdə o işdə olmuşdur. Hərbi xidmət illəri də hərbi bileti ilə təsdiq olunur. Hazırda 65 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. Cavabdehin ona pensiya təyin etməməsi qanuna ziddir. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11nın nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun X11na müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********1 nömrəli imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1994-cü il tarixdən-xx.xx.2003-ci il tarixədək “İmişli X5”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1994cü il tarixdən-xx.xx.2003-ci il tarixədək “İmişli X5”ndə işlədiyini iddia edir. Bildirirlər ki, tərəflərindən mübahisələndirilən xx.xx.1994-cü il tarixdən-xx.xx.2003-ci il tarixədək (8 il 11 ay) vətəndaşın “İmişli X5”ndə işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi İmişli rayon Dövlət Arxivinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi İmişli rayon Statistika İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - İmişli rayon Statistika İdarəsindən daxil olmuş cavab məktubunda İmişli rayon üzrə X16 Reyestrində mövcud olan məlumata əsasən “İmişli X5” uçot vahidi kimi bazada yoxdur. Qeyd etmək lazımdır ki, İmişli X6” 17 iyun 1997-ci il tarixdən 12 sentyabr 2011-ci ilədək X16 Reyestrində qeydiyyatda olub. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi İmişli rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2022-ci il tarixli 31 nömrəli məktubunda “İmişli X5”nin sənədlərinin mühafizə və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. 12 dekabr 2003-cü tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunun 4.1-ci maddəsinə yəni hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və filiallları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi müəssisə onun işlədiyini dövrdən sonra (xx.xx.1997-ci il tarixdə) dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində və əmək kitabçasının doldurulması ilə bağlı aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdə “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İddiaçıya xx.xx.2014-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə vətəndaşın əlilliyin təkrar müayinə edilməsi müddəti bitdiyi üçün pensiyası dayandırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (hüquq yaranıb:xx.xx.2021-ci il tarixdə) çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1973-cü il tarixli, 91 nömrəli əmrlə xx.xx.1973-cü il tarixdə 3 saylı həkim sanitar xidmətinə 0,5 tarif dərəcəsi ilə dezinfeksiyaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli əmrlə öz istəyinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, JBN-10 zavodunun 3 saylı sexinə işəmuzd qaydasında əmək haqqı ödənilməklə ikinci dərəcəli betonçu vəzifəsinə təyin edilmiş, xx.xx.1975-ci il tarixli, 13 nömrəli əmrlə xx.xx.1975-ci il tarixdə Sovet Ordusunda xidmət etmək üçün getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 5/k nömrəli əmrlə xx.xx.1977-ci il tarixdə “Azneft” Birliyinin Muradxanlı texnoloji nəqliyyat idarəsinin 1 saylı avtomobil kolonnasına 3-cü dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci il tarixli, 84/k saylı əmrlə xx.xx.1978-ci il tarixdə öz istəyinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci il tarixli 25 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən 8 saylı “Azərbaycan kənd tikinti” trestinin 40 nömrəli tikinti quraşdırma sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 150 nömrəli əmrlə 2-ci dərəcəli fəhlə vəzifəsindən 5-ci dərəcəli çilingər təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 171 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən öz istəyi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 05 nömrəli əmrlə İmişli şəhər sovetinin mərkəzi mühasibatlığında boş olan 05 oklat mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 19 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 11 nömrəli əmrlə İmişli Yaşıllaşdırma idarəsinə yaşıllayıcı işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 36 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 73 nömrəli əmrlə 3448/018 nömrəli əmanət kassaya nəzarətçi müdir vəzifəsinə təyin edilmiş, 73 nömrəli əmrlə 3448/018 nömrəli əmanət kassaya xəzinədar təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 82 nömrəli əmrlə həmin vəzifədən azad edilmiş, xx.xx.1988-ci il tarixli, 18 nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən 3448/018 nömrəli əmanət bankında xəzinədar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 20 nömrəli əmrlə 3448/018 nömrəli əmanət bankında nəzarətçi kassir vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixli, 169 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən həmin vəzifədən azad edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1994-cü il tarixli, ИТ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1994cü il tarixli, 102 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən “İmişli Maddi-Texniki Təchizat” Bazasına kassir-xəzinədar işinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmrlə “İmişli Maddi-Texniki Təchizat” Bazası “İmişli-Təchizat” ATSC-yə çevrilməsi ilə əlaqədar olaraq həmin cəmiyyətin sərancamına keçirilmiş, xx.xx.2003-cü il tarixli, 89 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan НЗ-2712271 saylı hərbi biletdən görünür ki, İddiaçı 29 aprel 1975-ci il tarixdən 29 aprel 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 25 yanvar 2022-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, İmişli rayon X2 sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********815700 saylı məktubundan görünür ki, İmişli X5 adlı qurum idarədə dövlət qeydiyyatında yoxdur və vergi uçotuna alınmamışdır. Dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının qeydiyyat sənədlərinin arxivində olan qovluqlarda İmişli X5 adlı idarənin adına oxşar olan idarə İmişli rayon Təsərrüfat Hesablı X3. Qeyd edilən müəssisə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmrinə əsasən İmişli rayon X17-Texniki Təchizat və mexanikləşdirmə istehsalat birliyinin bazasında yaradılmış və İmişli rayon X10 Bazası adı ilə 21 iyun 1995-ci il tarixdə D-506 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İmişli rayon X10 Bazası 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi uçotuna alınmamış və vergi ödəyicisi deyildir. İş materiallarında olan İmişli rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 08 saylı məktubundan görünür ki, İmişli X5 uçot vahidi kimi bazada yoxdur. Qeyd: İmişli rayon X6 17 iyun 1997-ci il tarixdən 12 sentyabr 2011-ci ilədək X16 Reyestrində qeydiyyatda olub. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********40 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 109 nömrəli sərancamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş İmişli rayon Təsərrüfat Hesablı X4 əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində özəlləşdirilərək mülkiyyətçiləri dəyişdirilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasınin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nm 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.1994-xx.xx.2003-cü illərdə İmişli X1 işlədiyi dövr üçün sosial sığorta stajının doğruluğunun yolanması həmin müəssisənin hal-hazırda fəaliyyətinin və hüquqi ünvanın məlum olmaması və arxiv sənədlərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən Sizə yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə İmişli şəhərində anadan olmuşdur. İddiaçı 29 aprel 1975-ci il tarixdən 29 aprel 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmiş, xx.xx.1973-cü il tarixli, 91 nömrəli əmrlə xx.xx.1973-cü il tarixdə 3 saylı həkim sanitar xidmətinə 0,5 tarif dərəcəsi ilə dezinfeksiyaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli əmrlə öz istəyinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, JBN-10 zavodunun 3 saylı sexinə işəmuzd qaydasında əmək haqqı ödənilməklə ikinci dərəcəli betonçu vəzifəsinə təyin edilmiş, xx.xx.1975-ci il tarixli, 13 nömrəli əmrlə xx.xx.1975-ci il tarixdə Sovet Ordusunda xidmət etmək üçün getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 5/k nömrəli əmrlə xx.xx.1977-ci il tarixdə “Azneft” Birliyinin Muradxanlı texnoloji nəqliyyat idarəsinin 1 saylı avtomobil kolonnasına 3-cü dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci il tarixli, 84/k saylı əmrlə xx.xx.1978-ci il tarixdə öz istəyinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci il tarixli 25 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən 8 saylı “Azərbaycan kənd tikinti” trestinin 40 nömrəli tikinti quraşdırma sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 150 nömrəli əmrlə 2-ci dərəcəli fəhlə vəzifəsindən 5-ci dərəcəli çilingər təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 171 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən öz istəyi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 05 nömrəli əmrlə İmişli şəhər sovetinin mərkəzi mühasibatlığında boş olan 05 oklat mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 19 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 11 nömrəli əmrlə İmişli Yaşıllaşdırma idarəsinə yaşıllayıcı işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 36 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 73 nömrəli əmrlə 3448/018 nömrəli əmanət kassaya nəzarətçi müdir vəzifəsinə təyin edilmiş, 73 nömrəli əmrlə 3448/018 nömrəli əmanət kassaya xəzinədar təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 82 nömrəli əmrlə həmin vəzifədən azad edilmiş, xx.xx.1988-ci il tarixli, 18 nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən 3448/018 nömrəli əmanət bankında xəzinədar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 20 nömrəli əmrlə 3448/018 nömrəli əmanət bankında nəzarətçi kassir vəzifəsinə təyin edilmiş, xx.xx.1994cü il tarixli, 169 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən həmin vəzifədən azad edilmiş, xx.xx.1994-cü il tarixli, 102 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən “İmişli Maddi-Texniki Təchizat” Bazasına kassir-xəzinədar işinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmrlə “İmişli Maddi-Texniki Təchizat” Bazası “İmişli-Təchizat” ATSC-yə çevrilməsi ilə əlaqədar olaraq həmin cəmiyyətin sərancamına keçirilmiş, xx.xx.2003-cü il tarixli, 89 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının yalnız xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “İmişli X5”ndə işlədiyi illəri mübahisələndirir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi “İmişli X5”nin əmr kitablarının və əmək haqqı sədvəllərinin arxivdə saxlanılmaması səbəbindən iş stajının həmin dövrlər üzrə əmr kitabları və əmək haqqı sədvəllərinə əsasən yoxlanılması mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2014-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11nın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar