Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-849/2024 29.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “2017-ci il tarixdən dayandırılmış yemək xərcinin (müavinətin) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “2017-ci il tarixdən dayandırılmış yemək xərcinin (müavinətin) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3197/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə əlaqədar 1993-cü ildə Ermənistanın bədnam qoşunları tərəfindən Füzulı rayonu işğal olunduqdan sonra məcburi köçkün düşmüşdür. Hazırda ərizədə qeyd olunan ünvanda, yəni ünvan 1çkünlərin rifahının və həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər planı mövcuddur. Belə tədbirlərdən biri də məcburi köçkünlərə yemək xərci, yəni vahid aylıq müavinətin verilməsidir. Lakin 2017-ci ildən ona və 4 nəfərdən ibarət ailə üzvlərinə təyin olunan aylıq müavinət dayandırılmışdır. Səbəbi isə həyat yoldaşı X1 adına şəxsi mülkə aid çıxarışın olması əsas səbəb kimi göstərilmişdir.Qeyd olunan mənzilin sahibi yoldaşının valideynidir. Mənzil onun valideynlərinin maddi vəsaiti hesabına alınmışdır. Təəssüflər olsun ki, yalnız qeydiyyat vəsiqəsi (ÇİXARİŞ) yoldaşının adındadır. O mənzillə onun və həyat yoldaşının heç bir bağlılığı və istifadə hüququ yoxdur. Və ən əsası da qeyd edir ki, onlar 2021-ci il tarixdən məhkəmə qətnaməsi ilə boşanıblar və ayrı yaşıyırlar. Belə olan halda ona verilən müavinətin dayandırılmasını düzgün hesab etmir. O, özü 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, 2-ci qrup əlildir (qazidir). Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, İddiaçı və ailə üzviləri məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. Lakin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə göndərilən adlarına kupçalı mənzil olan vətəndaşların siyahısında İddiaçı arvadı X1 adına ev olduğu qeyd olunmuşdur. Buna görə də İddiaçı və ailə üzvilərinə verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1 -ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən Mirzəcamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. Əlavə olaraq məlumat üçün bildirirlər ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxud da bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşların bütün hüquqi sənədlərini hazırlayıb Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Müvafiq Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilib- verilməməsi barədə qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi iddiaya qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətin habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına” əsasən həyata keçirilir. Bununla yanaşı bildiririk ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1 -ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, 1 dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, İddiaçı həyat yoldaşı X2 xüsusi mülkiyyətində ünvan 2 ünvanında, həmçinin ünvan 3yış sahələri olduğu məlum olmuşdur. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, “həmin qeyd olunan mənzilin sahibi yoldaşının valideynidir. Mənzil onun valideynlərinin maddi vəsaiti hesabına alınmışdır. Təəssüflər olsun ki, yalnız qeydiyyat vəsiqəsi yoldaşının adınadır. O mənzillə onun və həyat yoldaşının heç bir bağlılığı və istifadə hüququmuz yoxdur. ”Məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın” 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçının sözügedən yaşayış sahəsini hansı məqsədlə mülkiyyətinə keçirməsi və ya sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə, iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1 -ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirilməmişdir.Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinə iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Füzuli rayon bölməsinin xx.xx.2023-cü il tarixli, 129 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də Füzuli rayonundan məcburi köçkündür,məcburi köçkün statusu var, Füzuli rayon yeni salınmış 400 evlik Fin qəsəbəsi, 322 nömrəli evdə müvəqqəti olaraq məcburi köçkün kimi qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-43/2-2277/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Füzuli rayonu, Seyidmahmudlu kəndində daimi pasport qeydiyyatındadır, məcburi köçkündür və hazırda ünvan 5 ünvanında yaşayır. Məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. Lakin, İddiaçı arvadı X3 adına kupçalı mənzil olduğu üçün onun və ailə üzvilərinin vahid aylıq müavinətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1 -ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən 2017-ci ilin yanvar ayında Mirzəcamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. İddiaçı vahid aylıq müavinətinin bərpa olunması mövcud təlimatın 2.1. bəndinə əsasən mümkün olmadığı üçün adlı siyahıya adı əlavə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-36/2-4189/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023cü illəri əhatə edən elektron məlumat bazasında İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmədi. Bildirirlər ki, İddiaçı Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında faktiki məskunlaşmışdır. İddiaçı vahid aylıq müavinətin ödənilib-ödənilməməsi barədə məlumatın təqdim edilməsi üçün aidyyəti üzrə Füzuli rayon icra hakimiyyətinə müraciət edilməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Füzuli rayon Məhkəməsinin 2(064)-572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2000-ci il tarixli Füzuli rayon Mirzəcamallı kənd icra nümayəndəliyində 03 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Və həmin qətnamə 16 aprel 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və dərhal icraya yönəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* seriya nömrəli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki,İddiaçı xx.xx.1977-ci il tarixdə Füzuli rayonu, Seyidmahmudlu kəndində anadan olmuşdur. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəmallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən müəyyən olunur ki, Seyidmahmudlu kənd sakini İddiaçı və ailə üzvlərinə yemək xərci müavinətinin verilməsi xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən müəyyən olunur ki, İddiaçı “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Tibbi-sosial ekpertiza müayinəsindən Çıxarışdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 2021-ci il tarixdən ikinci qrup əlildir. Tətbiq olunan hüquq normaları: Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)— Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: -"Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Həmin Qaydaların 2-ci bəndində aylıq müavinətin şamil olunmadığı şəxlər kateqoriyası müəyyən edilmişdir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla). Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, "qanuni gözlənti” və "hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki,inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) pozulmuş hüquqlarının bərpa olunmasıdır. Cavabdeh orqan xx.xx.1977-ci il təvəllüdlü İddiaçı məcburi köçkün kimi vahid aylıq müavinət aldığını bildirərək onun hazırda Füzuli rayonu, Seyidmahmudlu kəndində daimi pasport qeydiyyatda olduğunu, məcburi köçkün olmasını və hazırda ünvan 7 ünvanında yaşadığını bildirmişdir. Lakin, İddiaçı arvadı X3 adına kupçalı mənzil olduğu üçün onun və ailə üzvilərinin vahid aylıq müavinətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1 -ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən 2017-ci ilin yanvar ayında Mirzəcamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırıldığını qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi halın əsassız olduğu iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən əsassız olduğu müəyyən edildiyindən iddiaçının hüquqları bərpa edilərək ona vahid aylıq müavinət verilməlidir. Belə ki, iş materiallarında olan Füzuli rayon Məhkəməsinin 2(064)-572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2000-ci il tarixli Füzuli rayon Mirzəcamallı kənd icra nümayəndəliyində 03 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Lakin cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələbi baxımından qeyd edilən xüsusatların araşdırılması ilə bağlı zəruri inzibati icraat aparmalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmiş, əsaslı araşdırılma aparılmamış və iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Bu hüquq iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, cavabdehin iddiaçıya verilməli olan vahid aylıq müavinətin verilməsi ilə bağlı hərəkəti iddiaçının konstitusion hüququnu (sosial təminat hüququnun) pozduğundan qanunsuz olmuşdur. Cavabdeh Füzuli rayon İcra Hakimiyyəti İddiaçı məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi üçün adının vahid aylıq müavinətin alanların adlı siyahısına daxil edilməsindən imtina üçün yalnız onun keçmiş arvadı X2 adına çıxarışlı mənzil olduğunu əsas gətirmiş və bu səbəbdən də iddiaçının vahid aylıq müavinət alması, məcburi köçkünlər və onlara bərabər tutulan vahid aylıq müavinət alması qaydasının 2.1-ci bəndinə görə mümkün olmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən ünvanlanmış sorğu məktubuna cavab olaraq Füzuli rayon Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4708 nömrəli məktubuna əlavə edilmiş qətnamədən görünür ki, Füzuli rayon Məhkəməsinin 2(064)-572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X4 arasında xx.xx.2000-ci il tarixli Füzuli rayon Mirzəcamallı kənd icra nümayəndəliyində 03 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin məlumatlara əsasən İddiaçı X4 ilə aralarındakı nikah qeydinin xx.xx.2021-ci ildə pozulması məyyən edilmişdir.Və həmin qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini alaraq dərhal icraya yönləndirilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud məhkəmə qətnaməsi əsasında iddiaçı ilə keçmiş yoldaşı arasında ailə münasibətlərinə xitam verilmişdir.İş materiallarından tərəflər arasında əmlak bölgüsü tələbi olmadığı da müəyyən edilir.Belə olan halda keçmiş yoldaşının mülkiyyətində olan daşınmaz əmlaklara nikaha xitam verildikdən sonra və hazırki halda İddiaçı mülkiyyət hüququ mövcud olmur. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur Və belə olan halda məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndi, yəni məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinətin şamil olunmaması əsası iddiaçıya münasibətdə tətbiq oluna bilməz.Çünki həmin bənddə ailə münasibətlərinə xitam verildikdən sonra da bu bəndin məcburi köçkünlərə münasibətdə tətbiq olunacağı halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməməsi nə qədər ki, tərəflər arasında pozulmamış nikah mövcud olmuş və Ailə Məcəlləsinin müddəaları baxımından sözügedən əmlak nikah dövründə əldə edildiyi üçün ər-arvadın birgə əmlakı statusuna malik olmuşdur, belə olan halda cavabdeh tərəfindən iddiaçıya 2017-ci il tarixdən xx.xx.2021-ci ilə kimi vahid aylıq müavinətin ödənilməməsi əsaslı olmuşdur.Lakin 2021-ci ildən yaranmış yeni əsaslar üzrə vahid aylıq müavinətin bərpa edilməməsi iddiaçının konstitusion hüququnu (sosial təminat hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və İddiaçı tələbdə qeyd etdiyi 2017-ci il tarixdən deyil, X4 ilə arasında xx.xx.2000-ci il tarixli Füzuli rayon Mirzəcamallı kənd icra nümayəndəliyində 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qəbul edilmiş məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi, yəni xx.xx.2021-ci il tarixdən vahid aylıq müavinət verilməlidir. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməi,İddiaçı məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin xx.xx.2021ci il tarixdən verilməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin xx.xx.2021-ci il tarixdən verilməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-849/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-849/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver