Məhkəmə qərarları › İş №2-1(120)-85/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-85/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-85/2020 22.01.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı, Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 24 aprel 2019-cu il tarixli məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.1980-xx.xx.1982, xx.xx.1984-xx.xx.2004-cü illərdə 23 saylı, 42 saylı və 37 saylı X5 işlədiyi müddətin sığorta stajı kimi müəyyən edilərək, cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.1980-xx.xx.1982, xx.xx.1984-xx.xx.2004-cü illərdə 23 saylı, 42 saylı və 37 saylı X5 işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin 24 aprel 2019-cu il tarixli, **********7 saylı imtina məktubunda qeyd olunmuşdur ki, DSMF Beyləqan rayon şöbəsi bildirir ki, sizin “yaşa görə” əmək pensiyası təyin olunması ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə şöbəyə etdiyiniz müraciətə pensiya təyin edən komissiyada baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1-ci rəndinə uyğun olaraq qanunu qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixdək) sığortaolunan üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan (119,76 manat) pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda “yaşa görə” əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz əmək kitabçanızdakı qeydlərə əsasən xx.xx.1980-xx.xx.1982, xx.xx.1984-xx.xx.2004-cü illərdə 23 saylı, 42 saylı və 37 saylı X5 işləməyinizə dair qeyd olunmuş əmrlərin doğruluğu yoxlanıldı və müəyyən olundu ki, siz xx.xx.1980-ci il tarixli 2 nömrəli əmrlə 23 saylı Yİİ-nə işə qəbul olunmuşunuz, xx.xx.1982-ci il tarixli 42 saylı əmrlə işdən azad olunmusunuz. xx.xx.2000-ci il tarixli 01/K saylı əmrlə 37 saylı Yİİ-nə işə qəbul olunmuşunuz xx.xx.2004-cü il tarixli 09/K saylı əmrlə işdən azad olunmusunuz. Əmək kitabçanızda qeyd olunmuş digər əmrlər (xx.xx.1984-cü il əmr №20, xx.xx.1985 əmr № 25, xx.xx.1986 əmr № 15, xx.xx.1987 əmr № 02, xx.xx.1988 əmr № 12, xx.xx.1989 əmr № 17, xx.xx.1990 əmr № 03, xx.xx.1991 əmr № 26, xx.xx.1992 əmr № 24 və xx.xx.2000 əmr № 42) 23 saylı və 42 saylı X6 37 saylı "xxxx" MMC-də saxlanılan əmr kitablarında müəyyən olunmadı. Bu səbəbdən şöbənin pensiya təyin edən komissiyası “yaşa görə” əmək rensiyası təyin olunmasından imtina edir və təqdim etdiyiniz sənədləri sizə göndərir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini, əmək kitabçasını və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin 20 sentyabr 2019-cu il tarixli, 488 saylı arayışını, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısının Beyləqan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 3025 saylı arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Beyləqan rayon Statistika İdarəsinin 14 oktyabr 2019-cu il tarixli, 155 saylı məktubunun, 8 saylı Ərazi Vergilər İdarəsinin 23 oktyabr 2019-cu il tarixli, **********784900 saylı məktubunun, Beyləqan rayon Dövlət Arxivinin 10 yanvar 2020-ci il tarixli, 08 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir.Belə ki, məhkəmə iclasında iddiaçının əmək kitabçası və digər iş materialları ilə müəyyən edildi ki,yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, iddia ərizəsi və cavabdehin imtina məktubundan görünür ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan (119,76 manat) pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda “yaşa görə” əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1980-xx.xx.1982, xx.xx.1984-xx.xx.2004-cü illərdə 23 saylı, 42 saylı və 37 saylı X5 işləməyinə dair qeyd olunmuş əmrlərin doğruluğu yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1980-ci il tarixli 2 nömrəli əmrlə 23 saylı Yİİ-nə işə qəbul olunmuş, xx.xx.1982-ci il tarixli 42 saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.2000-ci il tarixli 01/K saylı əmrlə 37 saylı Yİİ-nə işə qəbul olunmuş, xx.xx.2004-cü il tarixli 09/K saylı əmrlə işdən azad olunmuşdur. Əmək kitabçasında qeyd olunmuş digər əmrlər (xx.xx.1984-cü il əmr №20, xx.xx.1985 əmr № 25, xx.xx.1986 əmr № 15, xx.xx.1987 əmr № 02, xx.xx.1988 əmr № 12, xx.xx.1989 əmr № 17, xx.xx.1990 əmr № 03, xx.xx.1991 əmr № 26, xx.xx.1992 əmr № 24 və xx.xx.2000 əmr № 42) 23 saylı və 42 saylı X6 37 saylı "xxxx" MMC-də saxlanılan əmr kitablarında müəyyən olunmamışdır. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən göndərilmiş Beyləqan rayon Dövlət Arxivinin 10 yanvar 2020-ci il tarixli, 08 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı işi ilə əlaqədar olaraq bildiririk ki, 23, 42 və 37 X13ı İdarəsinin arxiv sənəd materialları bizə məlum olmayan səbəblərdən mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən göndərilmiş 8 saylı Ərazi Vergilər İdarəsinin 23 oktyabr 2019-cu il tarixli, **********784900 saylı məktubunda qeyd olunmuşdur ki, Beyləqan 37 X13 İdarəsi 07 mart 2000-ci il tarixdə dövlət qeydiyyatına, 15 mart 2000-ci il tarixdə vergi uçotuna alınmışdır. Hal-hazırda "37 №-li “YOL İSTİSMARİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) kimi fəaliyyət göstərir. "Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyi" X11 struktur dəyişiklikləri ilə əlaqədar yol istismar idarələrin adları bir neçə dəfə dəyişdirilmişdir. Belə ki, məlumat bazasında Şəmkir 23 X13 İdarəsi, “23 №-li “YOL İSTİSMARİ" Məhdud Məsuliyyətli Cəmiyyəti, Azəravtoyol Dövlət Şirkətinin 42 X13 idarəsi (Lənkəran rayonu), “42 №-li YOL İSTİSMARİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (Tərtər rayonu) adlı müəssisələr var. Bu səbəbdən də ətraflı məlumat verilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiriri ki, qeyd olunan müəssisələr 8 saylı Ərazi Vergilər idarəsinin əhatə dairəsinə aid deyildir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Beyləqan rayon Statistika İdarəsinin xx.xx.2019-cu il tarixli 155 nömrəli məktubunda qeyd edilir ki, Beyləqan rayon 23 saylı, 42 saylı və 37 X13 İdarəsi xx.xx.1980-xx.xx.1982, xx.xx.1984-xx.xx.2004-cü illərəd və hazırda fəaliyyət göstərir, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçının ilkin müraciətindən cavabdehin imtina etməsinin əsası və hazırda mövcud olan mübahisənin predmeti iddiaçının işlədiyi müəssisələrin mövcud olub-olmaması (fəaliyyəti) ilə bağlı deyil, məhz iddiaçının həmin müəssisələrdə işləməsinin təsdiq edilməməsi ilə bağlı olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı məktubda və məhkəməyə iddiaya münasibət kimi ünvanladığı xx.xx.2019-cu il ytarixli **********9 nömrəli məktubda iddiaçının işlədiyi bütün dövrlər deyil, məhz əmək kitabçasında qeyd olunmuş xx.xx.1984-cü il əmr № 20, xx.xx.1985 əmr № 25, xx.xx.1986 əmr № 15, xx.xx.1987 əmr № 02, xx.xx.1988 əmr № 12, xx.xx.1989 əmr № 17, xx.xx.1990 əmr № 03, xx.xx.1991 əmr № 26, xx.xx.1992 əmr №24 və xx.xx.2000 əmr № 42 nömrəli əmrlərlə rəsmiləşdirilmiş əmək fəaliyyəti dövrləri mübahisələndirilir. Daha doğrusu cavabdeh, həmin məktublarda iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1984-xx.xx.2000-ci illərə aid əmrlərin əmr kitablarında müəyyən olunmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina edildiyini qeyd edir. Məhkəmə yaranmış mübahisə ilə bağlı aşağıdakılara nəzərə yetirməyi zəruri hesab edir: Belə ki, Dövlət Sosial X4 rayon şöbəsinin xx.xx.2019-cu il trixli **********5 nömrəli məktubla məhkəməyə təqdim etdiyi 37 saylı "xxxx" MMC tərəfindən tsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktın məzmunundan görünür ki, iddiaçının əmək kitabçanızda qeyd olunmuş xx.xx.1984-cü tarixli 20 nömrəli əmr, xx.xx.1985-ci il tarixli 25 nömrəli əmr, xx.xx.1986-cı il tarixli № 15 nömrəli əmr, xx.xx.1987-ci il tarixli 02 nömrəli əmr, xx.xx.1988-ci il tarixli 12 nömrəli əmr, xx.xx.1989-cu il tarixli 17 nömrəli əmr, xx.xx.1990-cu il tarixli 03 nömrəli əmr, xx.xx.1991-ci il tarixli 26 nömrəli əmr, xx.xx.1992-ci il tarixli 24 nömrəli əmr və xx.xx.2000-ci il tarixli 42 nömrəli əmr halhazırda 37 saylı "xxxx" MMC-də saxlanılan 23 saylı və 42 saylı X6 əmr kitablarında müəyyən olunmadı. Göründüyü kimi hazırda 37 saylı "xxxx" MMC-də mübahisələndirilən dövrlərə aid əmrlər kitabları mövcuddur, lakin həmin əmrlər kitabında mübahisələndirilən əmrlər mövcud deyildir. Məhkəmə fikrini daha aydın ifadə edərək bildirir ki, məhkəmə araşdırması zamanı əmək kitabçasında qeyd olunan və cavabdeh tərəfindən iddiaçının işləməsi ilə bağlı halları mübahisələndirilən xx.xx.1984-xx.xx.2000-ci illərə aid müəssisələrin mövcudluğu, fəaliyyətinin olması müəyyən edilsədə, iddiaçının qeyd edilən dövrlərdə həmin müəssisədə işləməsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə iddiaçıya məxsus əmək kitabçasını mübahisəli dövrlərə aid əmək fəaliyyətini təsdiq edən sənəd kimi mötəbərliyini müəyyən edilməsindən ötrü aşağıdakılara nəzər yetirməyi zəruri hesab edir: Belə ki, iddiaçı tərəfindən şifahi məhkəmə baxışında dindirilməsi üçün X8 şahid kimi cəlb edilmişdir. Həmin şahid şifahi məhkəmə baxışında işlədiyi dövrdə iddiaçını gördüyünü qeyd etsədə, iddiaçının həmin dövrlərdə rəsmi olaraq müəssisənin işçisi olub-olmaması, həmin müəssisədən əmək haqqı alıb-almaması barədə məlumatının olmamasını bildirmişdir. Sözügedən şahidin və iddiaçının əmək kitabçalarının əslinə iddiaçının, cavabdehin nümayəndəsinin və şahidin birgə iştirakı ilə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, şahidə məxsus əmək kitabçasında mübahisəli dövrlərə aid aparılmış qeydlər rus dilində və eyni xətlə, iddiaçıya aid əmək kitabçasında isə azərbaycan dilində yazılması açıq-aşkar görünür. Şahidin deməsinə görə həmin dövrlərdə əmək kitabçasında olan qeydləri bir nəfər - mühasibat və kadr işlərini görən Rahilə adlı qadın həyata keçirirdi və həmin qadın bütün yazıları rus dilində tərtib edirdi. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasında Ə.Əliyev kimi yazılan adın qarşısında olan imza ilə şahidə məxsus əmək kitabçasında eyni adlı şəxsin qarşısında olan imza fərqlidir. İddiaçıya məxsus əmək kitabçasının ziddiyətli məqamları iddiaçı tərəfindən təqdim edilən əslinə baxış keçirilərək iş materiallarına əlavə olunan X2 məxsus İT № ******* nömrəli əmək kitabçası ilə müqayisədə də müəyyən olunur. Belə ki, həmin əmək kitabçası şahid X7 əmək kitabçası ilə eyni yəni yazı üslubu, yazının dili, imzalar eynilik daşıdığı halda, iddiaçıya məxsus əmək kitabçası ilə ziddiyyət təşkil edir. Beləliklə də məhkəmə iddiaçıya məxsus əmək kitabçasını mübahisəli dövrlərə aid əmək fəaliyyətini təsdiq edən sübut kimi mötəbər hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1984-xx.xx.2000-ci illərdə 23 saylı, 42 saylı və 37 saylı X5 rəsmi əmək müqaviləsi bağlamaqla, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması sübuta yetirilməmişdir. Yəni iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1984-xx.xx.2000-ci illərdə 23 saylı, 42 saylı və 37 saylı X5 əmək müqaviləsi əsasında işləməsi və əmək haqqı alması sübut olunmadığından, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş materiallarına əsasən prosessual xərclər yalnız iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi on manat dövlət rüsumundan, yəni məhkəmə xərclərindən ibarətdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən hesab edir ki, prosessual xərc (ödənilmiş dövlət rüsumu vəsaiti) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı «xx.xx.1980xx.xx.1982, xx.xx.1984-xx.xx.2004-cü illərdə 23 saylı, 42 saylı və 37 saylı X5 işlədiyi müddətin sığorta stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi» barədə iddiası əsassız olduğundan təmin edilmir.

2. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar