Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-851/2025 30.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarının ona məxsus olan torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cəlilabad rayonu, Uzuntəpə Bələdiyyəsinin mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cəlilabad rayonu, Uzuntəpə Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(120)-1086/2022 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1086/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cəlilabad rayonu, Uzuntəpə Bələdiyyəsinin mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cəlilabad rayonu, Uzuntəpə Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-189/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1086/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh xx.xx.2017ci il tarixli, 03 saylı qərarının ona məxsus olan torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1998-ci il tarixdə Cəlilabad rayon “Kuybışev” adına ÜİEM-nin qərarı ilə bir hektar beş sot torpaq sahəsi ilə birlikdə cücə damı binası ******* manata almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, istifadəsində olan torpaq sahəsinin bir hissəsi (0.12 ha) naməlum şəraitdə Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Cəlilabad rayon Uzuntəpə bələdiyyəsi isə həmin torpaq sahəsini cavabdeh X2. Hansı ki, həmin torpaq sahəsi satılarkən qanunla reyester xidməti idarəsi torpaq sahəsinə yerində baxış keçirməli həmin yerdə hər hansı bir tikili və ya mübahisə olması müəyyən edilirsə həmin torpaq sahəsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmasından imtina elməlidir. həmin torpaq sahəsində ona məxsus tikililər mövcud olsada bunlar nəzərə alınmayaraq torpaq sahəsinin 0.12 ha hissəsi cavabdehin adına qeydiyyata alınmışdır. Həmin mübahisəli torpaq sahəsinin Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair hüquq müəyyən edici sənədlərin Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsi ilə cavabdeh X9 arasında bağlanmış alqı satqı müqaviləsinin və X6 adına verilmiş xx.xx.2017-ci il tarixli **********12 saylı çıxarış ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərinin əsaslı olduğunu bildirərək mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs X9 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan "xxxx" adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərarından görünür ki, İddiaçı 5 milyon 124 min manata cücə damı binasını və 1.5 hektar torpaq sahəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində 0,12 hektar torpaq sahəsi Cəlilabad rayon Uzuntəpə bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, Cavabdeh tərəfindən X7 Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 600 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində 0,12 hektar torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 300/2021 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən və onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və ona qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı **********13 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X6 Cəlilabad rayonu Uzuntəpə kəndində mülkiyyətinə verilmiş 0,12 ha (30m*40 m ölçüdə) həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və X7 qaytarılması qət edilmişdir. İş materialında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2631/2021 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilmiş, kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra qanuni qüvvəyə minmişdir. İş materialında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- (073)-300/2021 nömrəli məktubundan görünür ki, Cəlilabad rayon məhkəməsinin icraatında olmuş X6 cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Uzun təpə kəndində yerləşən və onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və ona qaytarılması tələbinə dair mülki işə iddiaçının və cavabdehin iştirakı ilə 27 aprel 2021-ci il tarixdə baxılmış və məhkəmə tərəfindən iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmuşdur. Məhkəmənin həmin qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti verdiyindən, verilmiş apellyasiya şikayətinə baxılmasından ötrü mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda qeyd olunan mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubundan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə X6 adına Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cəlilabad rayon Notariat Kontorunun 17 aprel 2017-ci il tarixli 4Ə-157 nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında (torpaq sahəsinin ilkin mülkiyyətçisi və satıcısı Cavabdeh) 16 avqust 2017-ci il tarixli **********13 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəlilabad rayou Uzuntəpə Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 03 saylı iclas protokolu xx.xx.2017ci il tarixdə idarəyə daxil olmuş və C/07/133 nömrə ilə qeydiyyata alınmışdır. Həmin iclas protokolundan görünür ki, Uzuntəpə Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqəsinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara aid Uzuntəpə kəndində 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda beş ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olan X1 məqsədəmüvafiq hesab edilməsi, torpağın dəyəri son hərrac qiyməti nəzərə alınmaqla 660 manatın 60 gündən gec olmayaraq vətəndaş tərəfindən bələdiyyənin bank hesabına ödənilməsi, həmin müddətdə torpağın dəyəri ödənilərsə bələdiyyə ilə vətəndaş arasında alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/790/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu "xxxx" adına ÜlEM-in xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı satılan 1,05 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin məkan göstəricilərinin (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin olması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadı. İddiaçının faktiki plana alınmış həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyət ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluş planında öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu "xxxx" adına ÜlEM-in xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı satilan 1,05 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsinin satıldığı vaxt statusunu (dövlət və ya bələdiyyə mülkiyyətində olması, mülkiyyətə keçmə əsaslan və s), növünü təyinatını və hansı kategorivaya aid olmasını cavablandırmaq mümkün olmadı. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatı materialina əsasən İddiaçının faktiki istifadə etdiyi həyətyan torpaq sahesinin hüdudları daxilində yerləşən **********13 reyestr nömrəli X3 mülkiyyətə verilmiş 0,12 ha torpaq sahəsindən başqa, qalan torpaq sahəsimin hüquqi statusubələdiyyə mülkiyyəti, kateqoriyası-yaşayış məntəqələri torpaqları, növü-torpaq sahəsi, təyinatı həyətyanı torpaq sahəsi altında olduğu müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçının iddia və fakbki istifadə etdiyi ərazi kimi plana alınmış 1.05 ha (faktiki-1.02 ha) həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında bələdiyyə mülkiyyətində saxlanılmış ərazinin cizgisi daxilində yerləşmə vəziyyəti müəyyənləşdinidi. Cəlilabad rayonu "Kuy|nşd.y" adına ÜlEM-in xx.xx.1998-ci tarixli qərarına əsasən İddiaçı satılan 1.05 ha (faktiki-1.02 ha) həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin məkan göstəricilərini (koordinatiarini) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmaması, səbəbindən bu torpaq sahə istifadə ilə sənəd üzrə vəziyyəti arasındakı uyğun cavablandırmaq mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Cəlilabad rayonu"xxxx" adına ÜlEM-in xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı satilan 1,05 ha (faktiki-1,02 ha) həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin təyinatına uyğun olaraq İddiaçı faktiki istifadəsində olduğu müəyyənləşdirildi. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə Cəlilabad rayonu "xxxx" adına ÜlEM-in xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı satilan 1,05 ha həyətyanı torpaq sahəsinin ərazisi kimi iddia və faktiki istifadə etdiyi fiziki sərhədlərə əsaslanmış 1,02 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində iddiaçıya məxsus olan fərdi yaşayış evinin, digər yardımçı tikililərin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İddiaçı fiziki sərhədlər daxilində faktiki istifadəsində olan tikililərin Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınmadığı müəyyə edildi. Qərardadın altıncı sualı üzrə: iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində **********13 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqənda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatları görə X6 mülkiyyətində olan mübahisələrindən 1200 kv m (0.12 ha) həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluş planında göstərilmişdir. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində **********13 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqənda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatları görə X6 mülkiyyətində olan mübahisələrindən 1200 kv m (0.12 ha) həyətyanı torpaq sahəsinin satıldığı vaxt (2017-ci ildə) və hazırda hüquqi status-bələdiyyə mülkiyyəti, kateqoriyasıyaşayış məntəqələri torpaqları, növü-torpaq sahəsi, təyinatı həyətyanı torpaq sahəsi altında olduğu müəyyən edildi. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində **********13 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqənda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatları görə X6 mülkiyyətində olan mübahisələrindən 1200 kv m (0.12 ha) həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya daxilində yerləşmə vəziyyəti müəyyənləşdirildi mübahisələndirilən 1200 kv m (0,12 ha) həyətyanı torpaq sahəsinin sənəd üzrə naturada faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun olmadığı müəyyən edildi. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Mübahisələndirilən 1200 kv m (0,12 ha) həyətyanı torpaq sahəsinin sənəd üzrə naturada faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun olmamasına baxmayaraq bu torpaq sahəsinin fiziki sərhədlərə əhatələnmiş 1.02 ha ərazinin hüdudları daxilində İddiaçı faktiki istifadəsində olduğu müəyyənləşdirildi. Qərardadın onuncu sualı üzrə: iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində **********13 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqənda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatları görə X6 mülkiyyətində olan mübahisələrindən 1200 kv m (0.12 ha) həyətyanı torpaq sahəsinin hüdudları daxilində hər hansı tikilinin mövcud olmadığı müəyyən edildi. Qərardadın on birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Sözügedən torpaq sahələri həyətyanı torpaq sahəsi kimi fiziki sərhədlər daxilində İddiaçı faktiki istifadəsində olduğu müəyyənləşdirildi. Qərardadın on ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində **********13 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə X6 mülkiyyətində olan mübahisələrindən 1200 kv.m (0.12 ha) həyətyanı torpaq sahəsinin Cəlilabad rayonu "xxxx" adına ÜİEM-in xx.xx.1988-ci il tarixli qərarına əsasən İddiaçı satılan 1,05 ha həyətyanı torpaq sahəsinin ərazisi kimi iddia və faktiki istifadə etdiyi fiziki sərhədlərə əhatələnmiş 1.02 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmə (üst-üstə düşmə) vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Mübahisələndirilən 1200 kv m (0,12 ha) həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında qeydə alındı müəyyən olundu. Qərardadın on üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu "xxxx" adına ÜlEM-in xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı satilan 1,05 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarının) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən Torpaqların elektron kadastr uçotu informasiya sistem baza məlumat materialına əsasən iddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin hüquqları daxilində yerləşən **********13 reyestr nömrəli X3 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən başqa qalan torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edildi. Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində **********13 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqənda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ‘Torpaq sahəsinin plan və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatları görə X6 mülkiyyətində olan mübahisələrindən 1200 kv m (0.12 ha) həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin koordinatları arasında texniki səhvin olmadığı müəyyən edildi. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Həmçinin qeyd edilməlidir ki, müddətlə bağlı mümkünlük şərtlərinə də əməl olunmadığı müəyyən edilir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarına əsasən isə iddiaçı tərəfindən məhkəməyə müddətlə bağlı şərtlər pozularaq müraciət edilmiş və müddətin pozulma səbəbləri barədə üzrlü səbəb qeyd edilməmiş və ərizə verilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən və onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və ona qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı **********13 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X6 Cəlilabad rayonu Uzuntəpə kəndində mülkiyyətinə verilmiş 0,12 ha (30m*40 m ölçüdə) həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və X7 qaytarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2631/2021 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilmiş, kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra qanuni qüvvəyə minmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarının ona məxsus olan torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan qərar xx.xx.2017-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu qərarı 2022-ci ilin fevral ayında (məhkəməyə daxil olduğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 5 il sonra mübahisələndirmişdir. Mübahisələndirilən qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarının olduğu iddiaçıya en geci Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi təqdim edildiyi zaman məlum idi. İddiaçı tərəfindən qərardan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun zamandır məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Digər bir hal isə iddiaçının subyektiv hüququ ilə bağlı olmuşdur. Belə ki, İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə araşdırması nəticəsində mübahisəli torpaq sahəsinə X6 adına 17 aprel 2017-ci il tarixli 4Ə-157 nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında (torpaq sahəsinin ilkin mülkiyyətçisi və satıcısı Cavabdeh) 16 avqust 2017-ci il tarixli **********13 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir. Eləcə də, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş və eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/790/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir ki, həmin rəy əsasında Cəlilabad rayonu "xxxx" adına ÜlEM-in xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı satılan 1,05 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin məkan göstəricilərinin (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin olması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı müəyyən edilir. Mübahisəli hesab edilən ərazinin isə satıldığı vaxt (2017-ci ildə) və hazırda hüquqi statusu-bələdiyyə mülkiyyəti, kateqoriyası-yaşayış məntəqələri torpaqları, növü-torpaq sahəsi, təyinatı həyətyanı torpaq sahəsi altında olduğu müəyyən edilir. Mütəxəssis tərəfindən təqdime dilən sxemə nəzər yetirilən zaman isə İddiaçı tərəfindən inşa edilən tikililərin mübahisəli ərazidə yerləşmədiyi müəyyən olunmuşdur. Digər bir məqam isə 17 aprel 2017-ci il tarixli 4Ə-157 nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında X7 torpaq sahəsi satılmamışdan öncə, yəni xx.xx.2017ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəy tərtib edilərək bələdiyyəyə təqdim edilmişdir ki, həmin rəyə əsasən torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması, yüklü edilməməsi, digər şəxslərin xüsusi mülkiyyətində olmaması müəyyən edilmişdir.. Məhkəmə qeyd edir ki, mübahisə üzrə İddiaçı mübahisəli torpaq sahəsinin ona qanuni əsaslarla ayrıldığını əsaslandıra və sübut edə bilmir. Ümumi olaraq isə məhkəmə iddia ərizəsi üzrə qeyd edilən tələbləri qaldırmaqda iddiaçının subyektiv hüququ olmadığı və bu səbəbdən tələbin dəqiqləşdirilməsi, digər sübutların toplanılması və digər hissələrdə hüquqi yardım göstərilməsinə və dəqiqləşmələr aparılmasına zərurət olmadığı qənaətinə gəlir. Həmçinin cavabdeh Cəlilabad rayon uzuntəpə bələdiyyəsinin hansı hərəkəti ilə onun hüquqlarının pozulduğu müəyyən edilmir. Eləcə də, məhkəmə torpaq sahəsinin mübahisəli hissəsi üzrə artıq rayon məhkəməsi tərəfindən məhkəmə aktının da qəbul edildiyini və həmin aktın qüvvəsini aldığını müəyyən edir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 02 may 2024-cü il tarixli, 2-1(120)-2813/2024 nömrəli və 06 sentyabr 2025-ci il tarixli, 2-1(120)-851/2025 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçı X8 tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2017-ci il tarixli, 03 saylı qərarının ona məxsus olan torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-851/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-851/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver