Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-852/2020 07.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Füzuli rayonu, 2-ci Zobucuq qəsəbəsi 481 №-li evdə yaşayan) və Cavabdeh Dövlət x10 Füzuli rayon şöbəsinin nümayəndəsi x9 (Dövlət x10 Füzuli rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri, ünvan 3 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət x10 Füzuli rayon şöbəsinə qarşı «Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 09.09.2008-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət x10 Füzuli rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 saylı Fərmanı qanuni qüvvəyə mindiyi, yəni 09.09.2008-ci il tarixdən yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin Dövlət x10 Füzuli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29.09.2017-ci il tarixli 1682 saylı qərarı ilə müəyyən edilmişdir ki, o, Füzuli RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış, 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və 24.02.2017-ci il tarixdə xəstəliklərin səbəbinin və əlilliyinin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz “postradiasion ensefalopatiya, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom”xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır. Bununla əlaqədar x1 müayinədən keçmişdir və komissiyanın 14.03.2019-cu il tarixli qərarı ilə ona ikinci dərəcəli əlillik verilmişdir. Həmin vaxtdan, yəni 14.03.2019-cu il tarixdən etibarən ona müharibə əlillərinə verilən Prezident təqaüdü təsis edilmişdir. O, ərizə ilə Əmək və x7 Nazirliyi yanında Dövlət x10 Füzuli rayon şöbəsinə müraciət edərək, Prezident təqaüdü ilə bağlı geridə qalan məbləğin hesablanıb ona verilməsini xahiş etmişdir. Lakin Dövlət x10 Füzuli rayon şöbəsi tərəfindən 03.03.2019-cu il tarixli **********3 saylı məktubla bundan imtina edilmişdir. Dövlət x10 Füzuli rayon şöbəsi ona imtina verərkən bildirmişdir ki, ona təqaüd 14.03.2019-cu il tarixdən müayinədən keçdikdən sonra təsis edilmişdir. Lakin nəzərə almamışdır ki, o, xəsarəti bu tarixdə deyil, 1986-cı ildə almışdır. Halbuki hüququ yaranan tarixdən, yəni Çernobıl AES-də xidmət etdiyi dövrdən bu təqaüd hesablanıb ona verilməli idi. «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar olan əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 823 saylı Fərmanı 09.09.2008-ci il tarixdə qüvvəyə mindiyi üçün təqaüd 09.09.2008-ci il tarixdən hesablanıb ona ödənilməlidir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət x10 Füzuli rayon şöbəsinin nümayəndəsi x13 şifahi məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, müharibə əlillərinə Prezident təqaüdü müraciət edilmə müddətindən asılı olmayaraq 01 sentyabr 2008-ci ildən əlillik müddətinə təyin edilir. Əlillik 01 sentyabr 2008-ci ildən sonrakı müddətdə müəyyən edilikdə isə əlilliyin müəyyən olunduğu gündən təyin edilir. İddiaçı 14.03.2019-cu il tarixdə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar İİ dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçıya da həmin tarixdən Prezident təqaüdü ödənilir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş materialında olan 20.03.2017-ci il tarixdə Füzuli RPŞ tərəfindən verilmiş Seriya AZE 16497881 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 17.02.1967-ci il tarixdə ünvan 4 ünvanda qeydiyyatdadır. İş materialında olan Füzuli Rayon İcra Hakimiyyəti başçısının Zobucuq qəsəbə x11 üzrə nümayəndəliyinin 03.03.2020-ci il tarixli 159 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsində 481 №-li evdə yaşayır. Füzuli şəhərinin işğalı ilə əlaqədar məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və x7 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 iyun 2020-ci il tarixli **********7 saylı məktubundan görünür ki, İddiaçı 15.11.1995-ci il tarixdə ilkin müayinə olunmuş və ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İş materiallarında olan Tibbi Sosial-Ekspert Komissiyasının 2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə arayışının surətindən görünür ki, İddiaçı 29.10.2018-ci il tarixdə Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Tibbi Sosial-Ekspert Komissiyasının 2019-cu il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə arayışının surətindən görünür ki, İddiaçı 14.03.2019-cu il tarixdə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Dövlət x10 Füzuli rayon şöbəsinin 06 iyul 2020-ci il tarixli **********7 saylı məktubu ilə müəyyən olunur ki, Füzuli şəhər sakini İddiaçı 15.11.1995-ci il tarixdən ümumi əsaslarla İİİ dərəcəli əlil kimi sosial müavinət alıb. 29.10.2018-ci il tarixdən x2 tərəfindən əlilliyin növü dəyişdirilərək Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcəli əlillik müəyyən edilmişdir. Tibbi- x6 tərəfindən 14.03.2019-cu il tarixdən əlilliyin səbəbi dəyişdirilərək Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29.09.2017-ci il tarixli 1682 nömrəli qərarının surətindən görünür ki, Füzuli RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və 24.02.2017-ci ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik – diaqnoz: “Postradiasion toksiki ensefalopatiya, kəskin ifadə olunmuş astenonevrotik sindrom” (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin 20.09.2017-ci il tarixli 1041 nömrəli göndərişi, 20.09.2017-ci il tarixli 594 nömrəli arayışı, Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən verilmiş 24.02.2017-ci il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR”. İş materiallarında olan Dövlət x10 Füzuli rayon şöbəsinin 06 iyul 2020-ci il tarixli **********2 saylı məktubunda qeyd edilmişdir ki, müharibə əlillərinə Prezident təqaüdü müraciət edilmə müddətindən asılı olmayaraq 01 sentyabr 2008-ci ildən əlillik müddətinə təyin edilib. Əlillik 01 sentyabr 2008-ci ildən sonrakı müddətdə müəyyən edildikdə isə əlilliyin müəyyən olunduğu gündən təyin edilir. İddiaçı 14.03.2019-cu il tarixdən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar İİ dərəcəli əlillik müəyyən edilmişdir. Vətəndaşa həmən tarixdən Prezident təqaüdü ödənilir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x14 Azərbaycan Respublikasının Əmək və x7 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x7 Nazirliyi yanında Dövlət x14 adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. Belə ki, iddiaçı x2 tərəfindən 15.11.1995-ci il tarixdə ilkin müayinə olunmuş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. 29.10.2018-ci il tarixdə x2 tərəfindən iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. 14.03.2019-cu il tarixdə isə x2 tərəfindən iddiaçının əlillik səbəbi dəqiqləşdirilərək Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik olması müəyyən edilmişdir. Həmin tarixdən iddiaçıya Prezident təqaüdü təyin edilərək ödənilir. İddiaçı isə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü ona 09.09.2008-ci il tarixdən yenidən hesablanaraq ödənilməlidir. «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin İV və Vİİ bəndlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-85.2-ci maddələrinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. x8 85.1ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda x12 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 87.1-87.2-ci maddələrinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Yenə həmin Qanunun 88.1-88.2-ci maddələrinə əsasən, normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, hərbi qulluqçulara nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair» 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» 20 may 1997ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Hüquq nəzəriyyəsində «fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar» dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə cavabdehin iddia tələbindən imtina edərkən iddiаçının Çernobıl AES-də hərbi xidmətlə əlaqədar ikinci dərəcəli əlilliyinin Azərbaycan Respublikası Əmək və x7 Nazirliyi yanında Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 14.03.2019-cu il tarixdə müəyyən olunmasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, iddiаçı 14.03.2019-cu il tarixdə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar ikinci dərəcəli əlil hеsаb еdilsə də, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Kоmissiyаsının 29.09.2017-ci il tarixli 1682 nömrəli qərarı ilə iddiaçının Çernobıl AES-də qəza ilə əlaqədar aldığı xəstəliyin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alındığı müəyyən olunmuş və 29.10.2018-ci il tarixdə Tibbi x4 müayinə olunarkən iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi İddiaçı təkrarən 14.03.2019-cu il tarixdə x1 müayinədən keçərkən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik təyin edilməsi ilə onun əlilliyinin səbəbi dəyişdirilməmiş, yalnız dəqiqləşdirilmişdir. Belə ki, İddiaçı x1 müayinə olunmasına dair 29.10.2018-ci il və 14.03.2019-cu il tarixli müayinə aktlarından aydın olur ki, sonuncu müayinə aktında iddiaçının əlillik səbəbi qrafasına «hərbi xidmətlə əlaqədar» sözləri əlavə olunmuşdur. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Kоmissiyаsının 29.09.2017-ci il tarixli 1682 nömrəli qərarında iddiaçının Füzuli RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırıldığı və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı xəstəliyin Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alındığı qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı 29.10.2018-ci il tarixdə Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik təyin edildiyindən ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü də həmin tarixdən hesablanıb ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının 09.09.2008-ci il tarixdə Çernobıl AESdə qəzanın ləğvi ilə əlaqədar əlil olmasına dair sübutlar müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya 29.10.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və həmin tarixdən hesablanaraq 14.03.2019-cu il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, 09.09.2008-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilərək 29.10.2018-ci il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Prezidentinin 15 may 2018-ci il tarixli 69 nömrəli Fərmanına əsasən «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına dəyişiklik olunaraq «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün aylıq məbləği İİ qrup əlillərə – 158 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının da qoşulduğu, x3 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdələrinə götürürlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 29.10.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanaraq 14.03.2019-cu il tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət x10 Füzuli rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 29.10.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanaraq 14.03.2019-cu il tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət x10 Füzuli rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-852/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-852/2020
07.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver