Məhkəmə qərarları › İş №2-1(120)-852/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-852/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-852/2022 23.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa etdirdiyi, özünə məxsus bir mərtəbəli 39,3 kv.metr qeyri-yaşayış sahəsinə (obyektə) dövlət reyestrindən çıxarışın əldə edilməsi üçün Memarlıq Planlaşdırma Layihəsinin təsdiq edilməsi, tikintiyə icazə qərarının verilməsi və istismar aktının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 3 və mülkiyyətində olan 0.0048 hektar torpaq sahəsində inşa etdirdiyi, özünə məxsus bir mərtəbəli 39,3 kv.metr olan sahibkar obyektə mülkiyyət hüququnu tanıyaraq, həmin obyektə “Çıxarışın” əldə edilməsi üçün Memarlıq Planlaşdırma Layihəsinin təsdiq edilməsi, tikintiyə icazə qərarının verilməsi və istismar AKT-nın tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun ünvan 3 və mülkiyyətində olan 0.0048 hektar torpaq sahəsində inşa etdirdiyi, özünə məxsus bir mərtəbəli 39,3 kv.metr olan qeyri-yaşayış sahəsinə (obyektə) “Çıxarışın” əldə edilməsi üçün Memarlıq Planlaşdırma Layihəsinin təsdiq edilməsi, tikintiyə icazə qərarının verilməsi və istismar AKT-nın tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, müllkiyyətində olan Kürdəmir şəhəri, Vaqif küçəsi 15A-da yerləşən 0,0048 ha torpaq sahəsində 2007-ci ildə 1 mərtəbəli 39,3 kv.metr olan sahibkarlıq obyekti inşa etdirmişdir. Həmin obyektə mülkiyyət hüququ əldə etmək üçün obyektin Memarlıq Planlaşdırma Layihəsini hazırlatmış və obyekt tikinti normalarına və qaydalarına uyğun olaraq inşa edilmişdir. Obyekt qırmızı tənzimləmə xətlərini pozmur və ərazinin memarlıq görünüşünə xələl gətirmir. Bu barədə Kürdəmir RİH Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2019-cu il tarixli, 2/078-7 saylı rəy məktubu da mövcuddur. Qeyd olunanları və Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti” Məcəlləsinin 75-ci (75.2, 75.3, 75.5,) maddəsini nəzərə alaraq mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi obyektə Qərar verməklə yanaşı, obyektin Memarlıq Planlaşdırma Layihəsininin təsdiq olunması barədə 5 adda 25 vərəqdən ibarət sənədləri Kürdəmir RİH-i Başçısı aparatına təqdim etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 2/144- 3 saylı imtina məktubunu ünvanına göndərərək imtinanın səbəbi kimi sahibkar obyektinin özbaşına tikinti olduğunu əsas gətirmiş, bu zaman “Şəhərsalma və Tikinti Məcəlləsi”,nin 75-ci maddəsinə istinad etmişdir. Cavabdehin istinad etdiyi “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75-ci maddəsi cavab məktubunda təhrif olunmuş və izahı səhv şərh edilmişdir. Belə ki, həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti apamaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafıq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.5-ci maddəyə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafıq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: Tikintiyə qərar almaq üçün tərəfındən məlum Məcəllənin 75.2-ci maddəsinə uyğun olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun müəyyən edən “Çıxarış” və tikinti layihəsi, 75.5-ci maddəyə görə isə “Ekspert Rəyi”, həmçinin Kürdəmir RİHB-ı aparatının layihəsinə uyğunluğu barədə rəsmi məktubu cavabdehə təqdim olunmuşdur. Şərhdən aydın olur ki, yuxarıda adı çəkilən hüquqi aktların tələblərinə uyğun olaraq tələb olunan sənədin hamısı cavabdehə təqdim edilmişdir. Bu da onu göstərir ki, imtina əsassızdır. Məlumat üçün onu da diqqətə çatdırır ki, tikintinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin verilməsi vəzifəsinin Kürdəmir RİH-nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2019-cu ilin may ayında Şirvan İnzibati-lqtisadi Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddia üzrə cavabdeh dəyişdirilərək DƏDRX-nin 16 saylı Ərazi İdarəsi qoyulmuşdur. Bu dəyişiklik hakimin məsləhəti ilə həyata keçirilmişdir. Bundan sonra hakim “Daşınmaz əmlakların dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsini əsas tutaraq iddianı təmin etməmişdir. Həmin maddə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsas hesab olunur. Buradan aydın olur ki, Rayon İcra Hakimiyyətinin tikintiyə icazə qərarı və istismar aktı bilavasitə Kürdəmir RİH-nin səlahiyyətindədir və iddia ərizəsinin ilkin variantında iddia tələbində düzgün olaraq cavabdeh qismində Kürdəmir RİH-i qeyd olunmuşdur. Bundan sonra, iddiaçı qismində cavabdeh Kürdəmir RİH-nə qarşı “Tikintiyə müıliyyət hüququnun tanınmasına dair” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Kürdəmir şəhəri, Vaqif küçəsi 15A-da yerləşən 0,0048 lıa torpaq sahəsində inşa edilmiş və ona məxsus bir mərtəbəli, 39,3 kv. metr ölçüdə olan obyektə dair tikintiyə icarə qərarının və istismar aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-l(120)-780/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquq mövqeyi nəzərə alınmaqla cavabdeh Kürdəmir RİH-nin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra, nə Kürdəmir rayon İcra və Probasiya Şöbəsi, nə də Kürdəmir RİH-i aparatı qeyd olunan icra vərəqəsi ilə heç bir araşdırma aparmadan məlum məhkəmə qərarından əvvəl, yəni xx.xx.2021-ci il tarixli Kürdəmir RİH-nin müraciət məktubu və xx.xx.2021-ci il tarixli Dövlət Şəhərsalma və Axtitektura Komitəsinin müraciətə verilmiş cavab məktubu əsas tutularaq icra vərəqəsinə xitam verilmişdir. Bir daha diqqətə çatdırır ki, Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfındən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Tikinti apardığı torpaq sahəsinə “Çıxarış”ı işdə vardır. Bundan sonra xx.xx.2021-ci il tarixdə sözügedən qərarıın icrası zamanı baş vermiş pozuntularla əlaqədar həmin qərarı qəbul etmiş hakimə ərizə ünvanlamışdır. Ərizəyə xx.xx.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin sədrinin imzası ilə cavab məktubu almışdır. Cavab məktubunda qeyd olunur ki, bu məsələ ilə əlaqədar iddia ərizəsi ilə yenidən Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Odur ki, 3-cü dəfə məhkəməyə müraciət etməyə qərar vermişdir. Təkrarən diqqətə çatdırır ki, Azərbaycan Respublikası “Şəhərsalma və Tikiııti^ Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsində qeyd olunur ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafıq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularınm tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafıq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasmda verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Bu Məcəllənin 75.2-ci (75.2. l)-(75.2.2) maddələrində göstərilir ki, Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafıq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. (75.2.1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; (75.2.2) tikinti layihəsi. Azərbaycan Respublikasımn Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfındən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlannı və qanunla qorunan mənafelərini pozursa və ya fıziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məlumat üçün bildirir ki, artıq 13 ilə yaxındır ünvan 3 ünvanda inşa etdiyi obyektdə öz təsərrüfatını qurmuş, digər şəxslərin və qonşuların hüquqlarının və qanunla qorunan mənafelərinin pozulma hallarına yol verməmişdir və ya fıziki şəxslərin həyatı və sağlamlığı üçün heç bir təhlükə yaratmamışdır. Azərbaycan Respublikasının Konstitutsiyasının 26-cı maddəsinə əsasən hər kəsin Qanunla qadağan olumnayan üsul və vasitələrlə öz hüquqlarını müdafıə etmək hüququ olduğu və Dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafıəsinə təminat verdiyi göstərilir. Həmçinin bildirir ki, sahibkarlıq obyektinin qeydiyyata alınmasına dair etirazın olmaması barədə Kürdəmir RİH aparatının məhkəməyə rəsmi məktubu mövcuddur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, rayonun Xırdapay kəndində qeydiyyatda olan və yaşayan İddiaçı 2007-ci ildə Kürdəmir şəhəri Vaqif küçəsi-15A ünvanında, mülkiyyətində olan 48 kv.m torpaq sahəsində tikintiyə icazə sənədləri olmadan, tikinti sahəsi 39,3 kv.m olan inşa etdirdiyi sahibkarlıq obyektinin sənədləşdirilməsində (obyektin tikintisinə icazə və istismarına qəbul aktının verilməsində) köməklik göstərilməsi barədə 2019-cu ildə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan obyekt özbaşına tikinti olduğundan rayon İcra Hakimiyyəti tərəfındən ona imtina verilmiş, Mülki Məcəllənin 180-ci maddəsinə uyğun olaraq müvafıq məhkəmə orqanına müraciət etməsi ona tövsiyyə olunmuşdur. İddiaçı 2021-ci ildə Rayon İcra Hakimiyyətinə yenidən ərizə ilə müraciət edərək, həmin obyektin sənədləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyətindən onun müraciətinə təkrar imtina verilmiş, məsələnin həlli ilə əlaqədar Ə.Q.X2 Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavadeh Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraatı üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəliyin qoyulması qərarını qəbul etmişdir. Həmin məhkəmə qərarına əsasən İddiaçı inşa etdirdiyi sahibkarlıq obyektinin sənədləşdirilməsində münasibət bildirilməsi barədə tərəflərindən 22 iyul 2021-ci il tarixli, 1/292 nömrəli məktub ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 05 avqust 2021-ci il tarixli, XO-xx-xx-2021-04783 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən lazımi icazə almadan tikilmiş daşınmaz əmlak özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxslərin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan torpaq sahəsinin plan və ölçüsündən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (qeydiyyat nömrəsi **********) görünür ki, Kürdəmir şəhəri, Vaqif küçəsi, 15A ünvanında yerləşən 0.0048 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı 01 avqust 2019-cu il tarixli, 2/978-7 saylı məktubunda qeyd olunmuşdur ki, Kürdəmir rayonunun Xırdapay kənd sakini Əlİddiaçı Kürdəmir şəhəri, Vaqif küçəsi, 15A ünvanında mülkiyyətində olan 48 kv.m torpaq sahəsində inşa etdirdiyi, tikinti sahəsi 39,3 kv.m olan sahibkar obyekti təyinatı üzrə uşaq oyunları mərkəzidir (kompyuter mərkəzidir). Kürdəmir rayonunun Xırdapay kənd sakini Əlİddiaçı məxsus sahibkar obyekti tikinti norma və qaydalarına uyğun olaraq inşa edilmişdir. Obyekt qırmızı tənzimləmə xətlərini pozmur, ərazinin memarlıq görünüşünə xələl gətirmir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh Kürdəmir rayonunun Xırdapay kənd sakini Əlİddiaçı Kürdəmir şəhəri, Vaqif küçəsi, 15A ünvanında mülkiyyətində olan 48 kv.m torpaq sahəsində inşa etdirdiyi, tikinti sahəsi 39,3 kv.m. olan sahibkar obyektinin qeydiyyata alınmasına etiraz etmir. İş materiallarına əlavə olunmuş Cavabdeh iddiaçıya ünvanladığı 18 avqust 2021-ci il tarixli, 2/933-3 saylı məktubunda qeyd olunmuşdur ki, Kürdəmir şəhəri, Vaqif küçəsi, 15A ünvanında 2007-ci ildə tikintisinə icazə sənədləri olmadan inşa etdirdiyiniz sahibkar obyektinin sənədləşdirilməsinə münasibət bildirilməsi ilə əlaqədar İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/272 saylı məktubu ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuş, Komitənin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-04783 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən lazımi icazə sənədləri almadan tikilmiş daşınmaz əmlak özbaşına tikili sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. İş materiallarına əlavə olunmuş 12 dekabr 2019-cu il tarixli, 21295 saylı ekspert rəyindən görünür ki, Kürdəmir şəhərində yerləşən İddiaçı tərəfindən inşa edilmiş qeyriyaşayış sahəsinin tikintialtı sahəsi 47,5 kv.m, daxili sahəsi 39,3 kv.m olmaqla, həmin tikilinin tərtib olunmuş memarlıq planlaşdırma layihəsində göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssis rəyləri təqdim olunmadığından inşa olunmuş tikilinin ünvan 7 ünvanında İddiaçı xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində yerləşib-yerləşməməsini və həmin tikilinin insanların həyatı üçün təhlükə törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2-1 (120)-40/2020 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin iddiaçıya ünvanladığı 24 may 2019-cu il tarixli, **********28 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Kürdəmir şəhəri, Vaqif küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Qeyri yaşayış binası üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı üçün əsaslar tam şəkildə təqdim edilməmişdir. Bununla əlaqədar bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə müvafiq İcra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bildiririk ki, qeyri-yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən Kürdəmir RİHB-nin tikilinin inşa edilməsinə icazə barədə qərarını, istismara qəbul aktı və yaxud Kürdəmir RİHB-nin tikinti obyektinin istismarına icazəsini və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni təqdim etməmisiniz. Nəzərinizə çatdırırıq ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırıldığı təqdirdə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində hüquqlarınızın dövlət qeydiyyatına alınması məsələsinə qanuna müvafiq qaydada baxılacaqdır. Həmçinin, Şirvan İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2-1(120)-40/2020 nömrəli qərarına əsasən Cavabdeh məhkəməyə ünvanladığı 24 iyun 2019-cu il tarixli, 2/830-7 saylı məktubunda qeyd olunmuşdur ki, Əlİddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 2007-ci ildə ünvan 10 ünvanında inşa etdirdiyi sahibkar obyektinin memarlıq-planlaşdırma layihəsinin təsdiq edilməklə, tikintisinə və istismarına icazə sənədlərinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bildiririk ki, Əlİddiaçı iddia tələbi əsassızdır və həmin sənədlərin rayon İcra Hakimiyyəti tərəfindən verilməsi mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1 maddəsində göstərilir ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə yerli icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. Məcəllənin 75.2 maddəsində göstərilir ki, sifarişçi tikintiyə icazə almaq üçün yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Məcəllənin 75.2.1 maddəsində göstərilir ki, ərizəyə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; və Məcəllənin 75.2.2 maddəsində göstərilir ki, ərizəyə olunmalıdır. Məcəllənin 75.4 maddəsində göstərilir ki, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra yerli icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və yerli icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilir. Məcəllənin 75.6 maddəsində göstərilir ki, yerli icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla bir ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.Məcəllənin 75.10 maddəsində göstərilir ki, tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim ecir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinn internet səhifəsində yerləşdirilir.Məcəllənin 75.10 maddəsində göstərilir ki, tikintiyə icazə verən yerli icra hakiniyyəti orqanı sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verir və onlar tərəfindən tikintinin layihəyə uyğun aparılmasına Dövlət nəzarəti həyata keçirilir.Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2019cu il tarixli 274 nömrəli Fərmanının 1.1-ci bəndində göstərilir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqdan sonra tikintiyə icazə verə bilər. Əlİddiaçı 2007-ci ildə Kürdəmir şəhəri, Vaqif küçəsi, 15A ünvanında yerləşən sahibkar obyekti heç bir icazə sənədi olmadan inşa etdirdiyindən həmin tikintinin özbaşına tikinti olduğu izah edilmiş və ona rayon İcra Hakimiyyəti tərəfindən 2007-ci ildə tikintisi başa çatmış tikintiyə icazə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Beləliklə, hazırki inzibati işin materialları ilə müəyyən olunur ki, iddiaçı Kürdəmir şəhəri, Vaqif küçəsi, 15A ünvanında yerləşən və xüsusi mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində 2007-ci ildə tikintisinə icazə sənədləri olmadan inşa etdirdiyi bir mərtəbəli 39,3 kv.m qeyri-yaşayış sahəsinə (sahibkarlıq obyektinə) dövlət reyestrindən çıxarışın əldə edilməsi üçün Memarlıq Planlaşdırma Layihəsinin təsdiq edilməsi, tikintiyə icazə qərarının verilməsi və istismar aktının tərtib edilməsi barədə cavabdeh təşkilata müraciət etmiş, cavabdeh isə sahibkarlıq obyektinin heç bir icazə sənədi olmadan inşa etdirildiyini, həmin tikilinin özbaşına tikinti sayıldığını əsas gətirərək ona rayon İcra Hakimiyyəti tərəfindən 2007-ci ildə tikintisi başa çatmış tikintiyə icazə verilməsinin mümkün olmadığını bildirməklə, müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı iddia ərizəsində Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci, həmçinin Mülki Məcəllənin 180.3-cü maddələrinə istinad edərək imtinanı əsassız hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində “Tikintiyə icazə verilməsinin ümumi qaydaları” təsbit olunmuşdur. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə əsasən “Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisi istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır”. Həmin Məcəllənin 75.3-cü maddəsinin tələbinə görə “Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur”: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə əsasən “Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur”. Qeyd olunan Məcəllənin 75.5-ci maddəsinə əsasən “Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə - bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Həmin Məcəllənin 75.6-cı maddəsinə əsasən “Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeyd olunan Məcəllənin 75.7-ci maddəsinə əsasən “Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən “Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı sahibkarlıq obyektinin tikintisinə başlamazdan əvvəl “torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini, tikinti layihəsini, şəxsiyyətini təsdiq edən sənədin surətini, habelə, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədini və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyini” əlavə etməklə tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini yerinə yetirmədən, yəni “tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində 2007-ci ildə sahəsi 39,3 kv.m olan, mülki qanunvericiliyə əsasən özbaşına tikili sayılan sahibkarlıq obyekti inşa etdirmiş və Cavabdeh işdə olan 06 may 2019-cu il tarixli, 2/591-1 saylı, 22 iyul 2021-ci il tarixli, 1/292 saylı məktublarından göründüyü kimi, yalnız 12 il sonra, yəni 2019-cu ildə inşa etdirdiyi tikilinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəcinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır”. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə “Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur”. İddiaçı iddia ərizəsində istinad etdiyi Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən “Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz”. Bu maddi hüquq normasının məzmunundan göründüyü kimi, şəxs özbaşına tikintini mülkiyyətində olan torpaq sahəsində apardığı təqdirdə, həmin tikiliyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Lakin qeyd olunduğu kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi sahibkarlıq obyektinə mülkiyyət hüququ tanınmamışdır. Hətta iddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş olsa belə, bu Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində təsbit olunmuş prosedurun yerinə yetirilməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçının 2007-ci ildə inşa etdirdiyi, sahəsi 39,3 kv.m olan sahibkarlıq obyektinin məhz mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində yerləşib-yerləşməməsi və həmin tikilinin insanların həyatı üçün təhlükə törədib-törətməməsi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Aqentliyinin mütəxəssis rəyləri olmadığından iş materiallarına əlavə olunmuş 12 dekabr 2019-cu il tarixli, 21295 saylı ekspert rəyindən görünür ki, mümkün olmamışdır. Məhkəmə işin faktiki və hüquqi hallarını, o cümlədən iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, Cavabdeh Kürdəmir şəhəri, Vaqif küçəsi, 15A ünvanında yerləşən və mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində 2007-ci ildə tikintisinə icazə sənədləri olmadan inşa etdirdiyi bir mərtəbəli 39,3 kv.m qeyri-yaşayış sahəsinə (sahibkarlıq obyektinə) dövlət reyestrindən çıxarışın əldə edilməsi üçün Memarlıq Planlaşdırma Layihəsinin təsdiq edilməsi, tikintiyə icazə qərarının verilməsi və istismar aktının tərtib edilməsi barədə iddiaçının müraciətini təmin etməməklə qanunvericiliyin tələblərinin pozulmasına yol verməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı «mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa etdirdiyi, özünə məxsus bir mərtəbəli 39,3 kv/m qeyri-yaşayış sahəsinə (obyektə) dövlət reyestrindən çıxarışın əldə edilməsi üçün Memarlıq Planlaşdırma Layihəsinin təsdiq edilməsi, tikintiyə icazə qərarının verilməsi və istismar aktının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «mülkiyyətində olan 0,0048 ha torpaq sahəsində inşa etdirdiyi, özünə məxsus bir mərtəbəli 39,3 kv/m qeyri-yaşayış sahəsinə (obyektə) dövlət reyestrindən çıxarışın əldə edilməsi üçün Memarlıq Planlaşdırma Layihəsinin təsdiq edilməsi, tikintiyə icazə qərarının verilməsi və istismar aktının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar