Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-852/2024 22.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən,Azərbaycan Respublikası İnzibati- Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən,Azərbaycan Respublikası İnzibati- Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak edir, iddiaçı isə iştirak etmir. Məhkəmə, İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsində 2-1(112)-100084/2021 saylı iş üzrə məhkəmə prosesi keçirilmiş və iddianın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9.33 və 9.34-cü maddələrinə əsasən xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə əsasən işə yenidən açılmış hal, sübut kimi baxılmaq üçün əsasdır. Çünki, məhkəmənin bu məsələylə əlaqədar hara müraciət etməli olduğunu göstərdiyi orqan olan DTSERA, bu məsələnin cavabdeh orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna aid olduğunu bildirir. Bu isə bir daha Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hal üçün əsasdır. 09 dekabr 2021-ci ildə 2-1(112)-10084/2021 saylı iş üzrə məhkəmə prosesi keçirilmiş, məsələnin mahiyyətinə varmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2016-cı ildə ona təyin olunmuş və müddəti xx.xx.2021-ci il başa çatmış ümumi əlillikdən İİ qrup əlilliyə görə əmək pensiyası qarışdırılmışdır. Əlilliyə görə əmək pensiyaları DTSERA tərəfindən və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajına əsasən müəyyən olunur (16 sentyabr 2014-cü il Ş. Quliyevin məktubu). Hakim bu işə "ASAN xidmət"ə göndərilən sənədlər, və sosial sığorta satjı tələb olunan sənədlərdən aydın olur ki, bu məsələ "Əmək pensiyaları" haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi ilə baxmalıydı. Əslində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən ya 5 iş günü ərzində imtina verməli, ya da 10 iş günü ərzində icra olunan sənəd "ASAN xidmət"ə qaytarılmalıydı. Sənəd xx.xx.2020-ci ildə icra olunub, ancaq icra olunan sənəd artıq üçüncü ilə keçmişdir ki, DSMF tərəfindən "ASAN xidmət"ə qaytarılmayıb. Məhkəmə məcburi icraat üzrə bu faktı qeyd etməliydi. Yəni, hərəkətsizlik nümayiş etdirən caabdehi hərəkətə gətirilməliydi. Azərbaycan Respublikası vətəndaşı İddiaçı 2004-cü ildə N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş və sağlamlığını həqiqi hərbi xidmətdə itirmişdir. Bununla əlaqədar xx.xx.2004-cü il tarixində 2308 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Xəsətlyin səbəb əlaqəsi isə Miokarditik kardioskleroz tez-tez əmələ gələn mədəcik ekstrasistolaları tipli ürək ritminin davamlı pozulması ilə QDÇ-İ. Vegetativ-damar distoniyası dioqnozu ilə müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmət fəaliyyətində Əmək pensiyasının təyiantı bölümündə hərbi xidmətdən zədə, xəsarət almış müddətli hərbi qulluqçuların əlilliyə görə Əmək pensiyasının təyin edilməsiylə bağlı qanun var. Həmin qanunda deyilir: müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı. Göstərilən Qanun Azərbaycan Respublikası Əmək və Əhalinin DSMF-nun X5 Şöbəsinə aiddir. Həmin şöbənin müdiri isə cənab X2r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparat rəhbər vəzifəsini müvəqqəti icra edən cənab Ş.Quliyevin "16" sentyabr 2014-cü il tarixli xx/xx- 5109 nömrəli məktubunda bildirilir ki, "Əmək pensiyaları haqqında"Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajına əsasən təyin edilir. Bu qanun o halda mümkündür ki, vətəndaşın 5 il iş stajı olsun. Azərbaycan Respublikası vətəndaşı İddiaçı isə 17 il iş stajı var. Qeyd edilən xüsusatlarla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə vətəndaş İddiaçı lazımi sənədlərini ünvanlanmış və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 və qiymətləndirmə şöbəsinin ayrı-ayrı vaxtlarda müdirləri olmuş cənab Fuad Qarayev 19 mart 2020-ci il **********79 nömrəli, 11 iyun 2020-ci il tarixli **********17 nömrəli və cənab X9 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixli № MİHO/ 4.1-2-2021-785 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2021-ci il № MİHO/4.1-2-2021-1022 nömrəli məktubla sənədləri yerinə yetirmələri barədə məktub ünvanlamışdır. Həmçinin cənab Kənan Osmanov 19.04. 2021-ci il tarixli MİHO/4.1-2-2021-1261 nömrəli məktublarında müraciətimin qəbul edilərək "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Əmək pensiyası təyinatı departamentinə) göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və həmin fondun Pensiya təyinatı departamentinin şöbə müdiri cənab X4 tərəfindən icra olunmuşdur. Mövcud qanunvericiliyin tələbərinə görə inzibati icraat qaydasında baxılmalı olan işlər üç əsas əlaməti ilə fərqləndirilir ki, onlardan biridə inzibati mübahisənin təbiətinin ümumi (publik) hüquq sahəsinə aid (maddi aspekt) olmasıdır. "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısfnm təsdiq edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli 464 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.1.22-ci maddəsində publik hüquqi şəxslər tərəfindən sosial müdafiə və sosial təminat göstərilən xidmətlər içərisindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilətəsdiq edilmiş Qərarın 11.1, 11.2 və 11.3-cü maddələrində mərkəzi icra hakimiyyəti orqanlarının publik hüquqi şəxslər tərəfindən "Elektron hökumət", dövlət xidmətləri bölməsi və "bir pəncərə"sistemindən istifadə edilməsinə imkan verir. Qeyd edilən məsələylə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş Elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 9.33-cü və 9.34-cü maddələri yerinə yetirilmişdir. Ancaq, icra olunan sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən ya 5 iş günü ərzində imtina edilməli, yada 10 iş günü ərzində sənədi göndərən orqan olan "ASAN xidmət"ə qaytarılmalıydı. Qeyd etdiyi sənədlərdən aydın olur ki, sənəd icra olunub. İcra olunan sənəd "ASAN xidmət"ə nə üçün qaytarılmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı mərkəzi icra hakimiyyəti orqanlarının siyahısında var. Azərbaycan Respublikası Nazirlər Kabineti 136 saylı 28.08. 2007-ci il tarixli Qərarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi inzibati orqanlardır. Ali Məhkəmənin 10 aprel 2015-ci il № 4 nömrəli qərarının 3.2 bəndində deyilir: İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bu isə inzibati qaydada məhkəməyə müraciət üçün əsasdır.İnzibati akt - İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər. (Fərhad Mehdiyev, İnzibati Hüquq, Bakı 2010, s.189). İnzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati aktı qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni "İnzibati İcraat haqqında" Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Mövcud qanunvericiliyin tələbərinə görə inzibati icraat qaydasında baxılmalı olan işlər üç əsas əlaməti ilə fərqləndirilir ki, onlardan biridə inzibati mübahisənin həlli üçün xüsusi prosesual normaların və icraat qaydalarının mövcud (prosesual aspekt) olmasıdır.İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 67.1, 67.2, 67.3- cü maddələrinə əsasən qanunsuz və əlverişsiz inzibati akt ləğv olunmalı, 74.2.3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik); İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən məhkəməyə müraciət verilə bilər. Qeyd edilənlərdən aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərəkətszilik nümayiş etdirmişdir. Bu isə Azərbayan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV bəndinə əsasən məhkəməyə müraciət etmək üçün əsasdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası vətəndaşı İddiaçı sənədlərini icra etmədiyi üçün məcburi icra etmə proseduru ortaya çıxmış olur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosesual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcbur etmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inziabti aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş Elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 9.33-cü və 9.34-cü maddələrinə əsasən (e-sosial)
17. 06. 2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrası - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2- ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə eyni tərəflər arasında, eyni tələblə bağlı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadının olduğuna əsasən iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir.İş materiallarından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrı-ayrı vaxtlarda ünvanlanmış müraciətləri (həmçinin də eyni məzmunlu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadəyə müraciəti) qəbul edilərək "Vətəndaşların müraciətləri haqqında” Qanunun 7ci maddəsinə əsasən baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Aidiyyatı orqanın pensiya təminatı və əlillik məsələlərinə baxan müvafiq qurumları tərəfindən iddiaçının müraciətlərinə baxılaraq izah edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Tibbi-sosial ekspert komissiyası tərəfindən ümumi səbəbdən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmiş, əlillik müddəti bitdiyi xx.xx.2021-ci il tarixdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə göndərişi daxıl olmamışdır. Bu səbəbdən də, iddiaçıya xx.xx.2021-ci il tarixədək 344.64 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilmiş, həmin tarixdən sonra isə dayandırılmişdir. Bununla yanaşı, adına qanunvericiliyə uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişi daxıl olduqdan sonra əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi aparılacaq və nəticəsinə uyğun olaraq pensiya hüququna baxılacaqdır. Əlillik vəziyyətinin hərbi səbəblə qiymətləndirilməsi ilə bağlı baglı isə müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin (Laçın Rayon Mərkəzi Xəstəxanası) 0280003AADSA nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun hərbi səbəblə əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Bununla əlaqədar, xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə hərbihəkim komissiyasının qərarı ilə səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunverıciliyə uygun qiymətləndiriləcək. Buna baxmayaraq iddiaçı E-SOSİAL saytında qeydiyyat tarixi xx.xx.2020-ci il karguzarlıq nömrəsi **********9 olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı departamentinin şöbə müdiri X4 tərəfindən "istiqamət” - "əmək pensiyası ilə baglı”, "məzmun”- "1/d Asan Xidmət və MM-in deputati Mahir Abbaszadəyə vətəndaş müraciətinin araşdırılması ilə bagli cavab verilsin”, "statusu” - "icra edilib” kimi göstərilmiş yazının ona pensiya təyin edilməsi məzmununu ehtiva etdiyinə əsaslanaraq, əslində isə ona pensiya təyin edilmədiyindən cavabdehin hərəkətsizliyi kimi qiymətləndirərək bununla baglı "inzibati aktın məcburi icrasının” cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır(10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən, "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Həmin Fərmanın 5-ci bəndinə əsasən, "ASAN xidmət” mərkəzlərində xidmətlər müvafiq dövlət orqanları, o cümlədən əmək pensiyalarının təyin edilməsi xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbisosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının ərizələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın Sənədlərin dövriyyəsinin təşkili fəslində qeyd olunur ki, sənədlərin təşkilatda hərəkəti, onlar təşkilata daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir. Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili aşağıdakı tələblərə cavab verməlidir: Sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir. İşin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır. Sənədlərin hərəkəti qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır. Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi təşkilatlarda kargüzarlıq xidməti tərəfindən, struktur bölmələrində isə struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları tərəfindən həyata keçirilir. Daxil olan korrespondensiyanın ilkin qaydada işlənməsi korrespondensiya gətirilməsinin düzgünlüyünün və zərflərin içindəki sənədlərin salamatlığının yoxlanmasından, onun təyinat üzrə verilmək üçün hazırlanmasından ibarətdir. Daxil olmuş sənədlər onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir. Teleqramlar və digər təcili sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə verilir. Daxil olmuş sənəddə başqa sənədlərə istinad vardırsa, həmin sənədlər seçilib ayrılır və daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə təşkilat rəhbərliyinə verilir. Baxılmanın nəticələri, bir qayda olaraq, sənədlərdə 6.38-90 dövlətlərarası standart ilə ayrılan yerdə (mətndən əvvəl yuxarı sol hissədə) müvafiq olaraq təşkilatın rəhbəri, onun müavini və ya struktur bölməsinin rəhbəri tərəfindən yazılan dərkənarda əks olunur. Dərkənarlarda sənədlərin icra xarakteri və icraçıları haqqında aydın və qəti göstəriş olmalıdır. Daxil olmuş sənədlər rəhbərlik tərəfindən baxıldıqdan sonra dərkənar mətninin qeydiyyat vərəqəsinə köçürülməsi və lazımi hallarda nəzarətə götürülməsi üçün kargüzarlıq xidmətinə qaytarılaraq təyinat üzrə göndərilir.Dərkənarda birinci göstərilən şəxs sənədin əsas icraçısıdır. Əsas icraçı sənədin icrası ilə əlaqədar rəhbərliyə məlumat üçün hazırlanmış arayışı digər icraçı (icraçılar) ilə razılaşdırmalıdır. Digər icraçı (icraçılar) arayışla razı olmadıqda, ayrıca arayış tərtib edir və rəhbərliyi məlumatlandırmaq üçün kargüzarlıq xidmətinə təqdim edir. Sənədin müştərək icraçıları əsas icraçıya lazım olan materiallar (məlumatlar) təqdim etməli və digər zəruri kömək göstərməlidirlər. İcraçılar sənədlərin vaxtında və keyfiyyətli hazırlanması üçün eyni dərəcədə məsuliyyət daşıyırlar. İcra olunmuş sənədlər işə tikilmək üçün işləri müvafiq məsələlər üzrə tərtib edən struktur bölmələrinə və ya bu məqsəd üçün ayrılmış işçilərə verilir. Daxil olmuş sənədlərin rəhbərliyin göstərişi ilə bir struktur bölməsindən digərinə verilməsi kargüzarlıq xidməti tərəfindən həyata keçirilir ki, bu barədə də qeydiyyat vərəqələrində və müvafiq kitabda qeyd aparılır. Göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması (qeydə alınmalı olan sənədlər barəsində) və göndərilməsi sənədlərin hazırlanması prosesini təşkil edir.Sənədi imzalanmaq üçün verməzdən əvvəl icraçı onun məzmununu, tərtibinin düzgünlüyünü, lazımi imzaların və əlavələrin mövcudluğunu yoxlamalıdır. İmzalanmaq üçün sənəd onun hazırlanması üçün əsas götürülən materiallarla birlikdə verilir. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.Daxili sənədlər təşkilat daxilində hazırlanır, tərtib və icra edilir. Daxili sənədlərin hərəkəti onların hazırlanması və tərtibi mərhələlərində göndərilən sənədlərin, icra mərhələsində isə daxil olan sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun surətdə təşkil olunur.Sərəncam mahiyyətli sənədlərin layihələri müvafiq qaydada razılaşdırıldıqdan sonra baxılmaq və ya imzalanmaq üçün təşkilatın rəhbərliyinə verilir. İmzalandıqdan sonra həmin sənədlər qeydə alınır, əlavə olunmuş göndəriş siyahısına uyğun sayda çoxaldılır və icra üçün verilir (göndərilir).Təşkilatın və ya struktur bölmələrinin rəhbərliyinə ünvanlanan məlumat vərəqələrinə, arayışlara, məlumatlara və başqa daxili sənədlərə onların ünvanlandığı vəzifəli şəxs tərəfindən baxılır, bundan sonra həmin sənədlər icra edilmək (işlənilmək) üçün ümumi qaydada müvafiq struktur bölmələrinə verilir, yaxud işə alınır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarına istinadən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən icra edilmiş statuslu göstərilən və əslində icra edilməyən sənəd isə inzibati akt deyil. Və məsələyə inzibati orqan tərəfindən baxılmış, mahiyyəti üzrə qərar qəbul edilmədən məsələ ilə bağlı iddiaçıya məlumat verilərək müraciəti cavablandırılmışdır və bu səbəbdən də “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəalarına uyğun olaraq icra qrafasında “icra edilib” kimi göstərilmişdir.Başqa sözlə, iddiaçının hazırki tələbi texniki məsələdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi (e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən, Azərbaycan Respublikası İnzibati-Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir. İddiaçı sözügedən tələblə bağlı Bakı İnzibati Məhkəməsidə iddia qaldırmış, lakin Bakı İnzibati Məhkəməninin 2-1(112)-10084/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-949/2022 saylı xx.xx.2022-ci il qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış,qərardad dəyişdirilmədən saxlanılmışdır.Ali Məhkəmə tərəfindən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-949/2022 saylı xx.xx.2022-ci il qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, iddiaçı eyni məzmunlu əsaslarla yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməninin 2-1(112)-10084/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1830/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməninin 2-1(112)-10084/2021 saylı xx.xx.2023-cü il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı eyni tələblə bağlı Bakı İnzibati Məhkəməsinə yenidən müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4163/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1785/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-4163/2023 saylı qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1 -ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1 -ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. Qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddiası mümkün hesab edilmədiyindən mübahisəyə mahiyyəti üzrə baxılmamışdır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti isə iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Buna görə işin mahiyyətini həll edən qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığından işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən halların araşdırılması mümkün olmadığından yeni açılmış hallar üzrə işə yenidən baxılmasına dair ərizəyə də baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli Qərarı). İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin biləbilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbi üzrə mahiyyəti üzrə qəbul edilmiş yekun məhkəmə aktı mövcud olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir edir ki, iddiaçının həm iddia tələbinə münasibətdə, həmçinin də yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair əsaslarına münasibətdə artıq Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadları var və həmin tələbə yenidən baxılması üçün yeni əsaslar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də, mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-852/2024 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən, iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. Belə olan halda, məhkəmə gəldiyi yekun qənaətinə əsasən, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən,Azərbaycan Respublikası İnzibati- Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova