Məhkəmə qərarları › İş №2-1(120)-855/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-855/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-855/2024 16.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixindən yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-65645/2023 saylı və 27 aprel 2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində şifahi müraciətinə müxtəlif əsassız və qanuna zidd olaraq imtina edilmişdir. 10 dekabr 1980-cı il tarixindən “Azneft” idarəsində texniki peşə məktəbini, bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, iki il 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdən sonra da hal-hazıra kimi “SOCAR” Dövlət şirkətinin tabeliyində olan idarələrdə işləyir. “SOCAR” Dövlət şirkətinin 03 may 2023-cü il tarixli, 14-2/2-H-99 (2-1) 2023- 1349 saylı arxiv arayışlarından da göründüyü kimi icra etdiyi işlər əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdir. Məhz buna görə pulsuz xüsusi geyim, qoruyucu vasitələr, qida, əlavə maaş, on gün artıq məzuniyyət, kurort sanatoriya imtiyazlarından yararlanır. Cavabdehin istinat etdiyi minimum pensiya məbləğinin sığorta stajının az olması da həqiqəti əks etdirmir. Belə ki, 39 il ümum iş stajının 35 ili sığortalı iş stajı sayılır. Sosial sığorta kartında 2006-ci ildən hal-hazıra kimi, yəni 17 il ərzində 48934 manat vəsait vardır. Cavabdeh Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının hüquqi təsnifatını verə biləcək mütəxəssis vakansiyası açmalıdır. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü S.Nəcəfov xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3- 17-1/2-H-65645/2023 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq adilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda ddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X16 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi əmtəə operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 ii 6 aydan az (11 il 18 gün (xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1992-cİ il, xx.xx.2017- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 2 il 3 ay 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyjn yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidi. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X11 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə İmişli rayonunun Məmmədli kəndində anadan olmuş, İmişli rayonu, Məmmədli kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, ИТ 023766 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1980-cı ildə S.Ə.Dadaşov adına Kirobabad baza inşaat texnikumuna daxil olmuş və 1986-cı ildə “hidrotexniki tikintilər” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, 3374 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Azərbaycan SSR İmişli rayonu 123 nömrəli X18 Məktəbinə daxil olmuş və xx.xx.1990-cı ildə orta təhsil bazasında “traktorçumaşınçı” peşəsi üzrə tam kursu bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43/3-2-98/2023 nömrəli arayışından görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan X16 Company Limited şirkətinin İddiaçı xx.xx.2020-ci il tarixli, AOOC117/20 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “X16 Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı flialınm neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli Əmtəə operatoru peşəsində xx.xx.2016cı il tarixindən xx.xx.2017-ci il tarixinə qədər “X16 Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı flialınm Quyuların əsaslı və yeraltı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər işləmişdir və ümumi is stajı 3 il 9 ay 20 gün-dür. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 3 il 9 ay 20 gün işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Quyuların yeraltı təmir islərinin aparılması, birsıralı və iki sıralı liftlərin parafinli boruların, dərinlik nasosalarının, bir quyu vasitəsilə bir necə layın birlikdə istismarının, qazlift klapanlarının dəyisdirilməsi. Dərinlik nasoslarının batırılma dərinliyinin dəyişdirilməsi, ştatıq larin qırılması və açılmasının qarşısının alınması. Dərinlik nasosunun aşağı kalapamnm yuyulması və plunierin pərçimlənmədən azad edilməsi. Qaz və qum lövhələrinin sökülməsi və təmizlənməsi. Quyuların isti neftlə və başqa kimyəvi ragentlərlə yuyulması. Quyuların qum tıxaclarından və gil məhlulundan yuyulub təmizlənməsi. Quyuların bir istismar üsulundan başqa istismar üsuluna keçirilməsi. Quyuların perforasiya və geofiziki tədqiqat işləri aparılmasına hazırlanması. Müxtəlif istismar üsullarında quyu üstü avadanlığın sökülməsi və yığılması. Avadanlıq və alətlər üzərində profilaktik işin aparılması. Yeraltı təmirlə əlaqədar yükləməboşaltma işində iştirak etmək. Quyuları təmirə hazırlayan briqadalar olmayan mədənlərdə qaldırıcıların qurulması və quyuların təmirə hazırlanması ilə əlaqədar bütün islərin görülməsi. Ştepsel ayırıcısı olan quyularda elektrik avadanlığının xəttə qoşulması və xətdən açılması, neft, qaz, və qaz kondensatının hasilatı, qəbulu və saxlanılmasında iştirak etmək və.s ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahınn 10.2 bəndində a (yarımbəndində) müəyyən edilmiş sahəsinin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan “Socar Baş Ofisin X10 Sarı Rəşid oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2/2-H-99/2-1/2023-1349 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1986-cı ildə (əmr № 564) “Muradxanlıneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Neftin kompleks hazırlanması sahəsinə 4-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. “Azneft" Birliyinin xx.xx.1987-ci il tarixli 68 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ-nin strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq “Muradxanlıneft” NQÇİ və “Şirvanneft” NQÇİ-nin birləşdirilməsi ilə onların bazasında “Şirvanneft” NQÇİ fəaliyyət göstərmişdir.xx.xx.1987-ci ildə (əmr № 46/k, xx.xx.1987-ci il) nasos qurğularının 4-cü dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.1988-ci ildə (əmr № 46, xx.xx.1988-ci il) nasos qurğularının 5-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 70/k, xx.xx.1989cu il) Quyuların əsaslı təmiri sexinə quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 78/k, xx.xx.1989-cu il) quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə (əmr № 155 a/k, xx.xx.1992-ci il) köçürülmə yoiu ilə X3 Mədəninə keçirilmişdir.xx.xx.1992-ci ildə (əmr № 1, xx.xx.1992-ci il) X3 Mədənmin Quyuların əsaslı təmiri sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci ildə (əmr № 15, xx.xx.1992-ci il) Neftin kompleks hazırlanması və nəqli sahəsinə 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir. Haqq-hesab cədvəllərində 1992-ci ilin dekabr ayından peşəsi 4-cü dərəcəli operator olaraq göstərilmiş, xx.xx.1997-ci ildə (əmr № 61) 5-ci dərəcə verilməsi barədə qeyd aparılmışdır. xx.xx.1999-cu xx.xx.1999-cu ildə (əmr № 13, xx.xx.1999cu il) X3 Mədəninin ləğvi və yeni Muradxanlı Əməliyyat Şirkətinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2001-ci ildə (əmr № 2/k, xx.xx.2001-ci il) X3 Mədəninin Neftin və suyun kompleks hazırlanması və vurulması sexinə 5-ci dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəllərində 2002-ci ilin yanvar ayından peşəsi 5-ci dərəcəli əmtəə operatoru olaraq göstərilmişdir. xx.xx.2016-cı ildə (əmr № 182/k, xx.xx.2016-cı il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2016-cı ildə (əmr № 114, xx.xx.2016-cı il) “X16 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsinə 5-ci dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci ildə (əmr № 0023/17, xx.xx.2017-ci il) Quyuların əsaslı və yeraltı təmiri sahəsinə quyuların əsaslı və yeraltı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə (əmr № 59/ X-KŞ, xx.xx.2020-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-65645/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X16 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz əmtəə operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) nəzərdə tutulmayıb. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 18 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992ci il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 2 il 3 ay 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2-1/2-1256/2023 nömrəli məktubundan görünür ki, İddiaçı “Muradxanlıneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək təmirçi-çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək nasos qurğularının maşinisti, Quyuların əsaslı təmiri sexində xx.xx.1989-cu il tarixdən 01,10.1989-cu il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, X3 Mədəninin Quyuların əsaslı təmiri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək qazmaçı köməkçisi, Neftin kompleks hazırlanması və nəqli sahəsində xx.xx.1992-ci il tarixdən 01,10.1999-cu il tarixədək əmtəə operatoru, Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək operator, “X16 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək əmtəə operatoru, Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək quyuların əsaslı və yeraltı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmişdir. İddiaçı “Muradxanlıneft” Neft və Qazçıxarma İdarəsinin və “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (07 ay 19 gün) işlədiyi təmirçi-çilingər peşəsi yerinə yetirilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a—18547 kodu ilə qeyd edilmiş “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsi ilə, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (02 il 02 ay 17 gün) işlədiyi nasos qurğularının maşinisti peşəsi həmin yarımbölmədə 2130200a— 14259 kodu ilə qeyd edilmiş “texnoloji nasosların maşinistləri” peşəsi ilə, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində, X3 Mədənində və “X16 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək (03 il 02 ay) və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (02 il 09 ay) işlədiyi quyuların əsaslı təmiri üzrə qazmaçı, quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, qazmaçı köməkçisi və quyuların əsaslı və yeraltı təmiri üzrə qazmaçı köməkçisi peşəsi həmin yarımbölmədə 2130200a—11292 kodu ilə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir (2 №-li siyahınin 12.2-ci yarımbölməsində nəzərdə tutulan peşələr üzrə ümumi iş stajı 08 il 09 ay 05 gün). S.R.X2 X14 kompleks hazırlanması və nəqli sahəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (06 il 11 ay), Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (15 il 02 ay 1 gün) və “X16 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (01 il 19 gün) işlədiyi operator və əmtəə operatoru peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısfnm 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 12.3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” yarımbölməsində ******* a—16085 kodu ilə nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur (2 №-li siyahınin 12.3-cü yarımbölməsində nəzərdə tutulan əmtəə operatoru peşəsi üzrə ümumi iş stajı 23 il 01 ay 19 gün). Belə ki, Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltmadoldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. İşdə olan “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2-1/2-2105/2023 nömrəli məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 03 may 2023-cü il tarixli 14-2/2-H-99-1/2023-1349 nömrəli arxiv arayışındakı qeydlərdən müəyyən olunur ki, İddiaçı X3 Mədəninin Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, “X16 Company Limited” şirkətinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. S.R.X2 X14 və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (15 il 2 ay), “X16 Company Limited” şirkətinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (1 il 19 gün) işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’mn 10cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.2ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Lakin onun əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işin xüsusiyyətləri həmin Siyahının 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsiin 1 -ci bəndində nəzərdə tutulmuş “istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, X3 Mədəninin Neftin və suyun kompleks hazırlanması və vurulması sexində və “X16 Company Limited” şirkətinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltmadoldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması və s. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. Məlumat üçün bildiririk ki, X3 Mədəninin və “X16 Company Limited” şirkətinin peşə (vəzifə) təlimatları SOCAR-ın Baş ofisinin mərkəzi arxivində saxlanılan səndələrin siyahısında aşkarlanmadığını, qeyd edilən təşkilatın (şirkətin) işçiləri əmək münasibətlərini Ə.C.Əmirov adına NQÇİ-də davam etdirdiklərini nəzərə alaraq, həmin idarənin əmtəə operatorunun peşə təlimatını təqdim etmişdir. İşdə olan “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2-1/2-İ-377-1/2023-692 nömrəli məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 14-2/2-İ-377-1/2023-3953 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı X3 Mədəninin Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək operator, xx.xx.2002ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, “X17 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filyalının Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək əmtəə operatoru, Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmişdir. İddiaçı Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2017- ci il tarixdən xx.xx.2020-ci il tarixədək (02 il 09 ay) işlədiyi quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-26987/24 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Azneft” X1 Həşimova dair Mərkəzi Filiala təqdim edilmiş 31 oktyabr 2023-cü il tarixli 14-2-1/2-2105/2023 nömrəli arayışında adıçəkilən şəxsin xx.xx.2001-xx.xx.2016-cı il və xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində “X16 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi əmtəə operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) nəzərdə tutulmayıb. İşdə olan “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-1/2-676/2024 nömrəli məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 03 may 2023-cü il tarixli, 14-2/2-H-99-1/2023-1349 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı “Muradxanlıneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək təmirçi-çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək nasos qurğularının maşinisti, Quyuların əsaslı təmiri sexində xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, X3 Mədəninin Quyuların əsaslı təmiri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1992ci il tarixədək qazmaçı köməkçisi, Neftin kompleks hazırlanması və nəqli sahəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, “X16 Company Limited” şirkətinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək əmtəə operatoru, Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək quyuların əsaslı və yeraltı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmişdir. Sorğu məktubunda qeyd etdiyi “iddiaçının işlədiyi əmtəə operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli 81 nömrəli qərarı ilə sözügedən qurumun 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarında aparılmış dəyişikliyə uyğun olub-olmaması” ilə bağlı bildiririk ki, S.R.X2 Neft Mədənində xx.xx.2016-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (6 il 11 ay) və xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (15 il 2 ay 1 gün), “X16 Company Limited” şirkətində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (1 il 20 gün) işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.1.1.4. bəndinə ilə sözügedən Siyahının “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsinə əlavə olunmuş “əmtəə operatorları” peşəsi ilə eynilik təşkil edir. İddiaçı əmtəə operatoru peşəsi üzrə ümumi iş stajı 23 il 1 ay 21 gündür. Sorğu məktubunda qeyd etdiyiniz digər məsələ, “iddiaçının qeyd olunan vəzifədə gördüyü əmək funksiyaları (vəzifə təlimatları əlavə edilməklə) barədə ətraflı məlumatın Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi” ilə bağlı bildiririk ki, X3 Mədəninin Neftin və suyun kompleks hazırlanması və vurulması sexində və “X16 Company Limited” şirkətinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması; Neftin rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi; Nümunə götürülməsi; Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi; Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi; Neft tutucularından neftin yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması; Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi; Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi; Rezervuarların, boru kəmərlərin, boşaltmadoldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması və s. X3 Mədəninin və “X16 Company Limited” şirkətinin işçilərinin peşə (vəzifə) təlimatları SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığını, sözügedən qurumların işçiləri əmək münasibətlərini Ə.C.Əmirov adına NQÇİ-də davam etdirdiklərini nəzərə alaraq, həmin idarənin əmtəə operatorunun peşə təlimatını təqdim etmişdir. İşdə olan “Socar Baş Ofisin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 14-2/2-İ- 1464/2024 nömrəli arxiv arayışından görünür ki, “Aznefttikinti” trestinin 5 №-li Tikinti- Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində göstərilən qeydə əsasən xx.xx.1983-cü ildə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad olunmuşdur. xx.xx.1983cü ildə X5 İdarəsinin Carlı avtodəstəsinə 1-ci dərəcəli fəhlə işə qəbul edilmişdir. xx.xx.1984cü ildə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-147703/2024 nömrəli məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 42 il 3 ay 28 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 6 ay 28 gün (xx.xx.1980-xx.xx.1981 -ci il, xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət), xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- 01,12.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 9 ay) təşkil edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-147703/2024 nömrəli məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 42 il 3 ay 28 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 6 ay 28 gün (xx.xx.1980-xx.xx.1981 -ci il, xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət), xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- 01,12.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 9 ay) təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi 12 il 6 ay güzəştli iş stajının olmadığını bildirmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli, 3-17-1/2-26987/24 saylı məktubunda iddiaçının xx.xx.2001-xx.xx.2016-cı il və xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində “X16 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində əmtəə operatoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) nəzərdə tutulmadığı bildirilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh imtinasında qeyd edir ki, iddiaçının təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.2016-xx.xx.2017ci il tarixləri arasındakı dövr ərzində “X16 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz əmtəə operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) nəzərdə tutulmamışdır. Sorğu nəticəsində məhkəməyə ünvanlanan “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2-1/2-1256/2023 nömrəli məktubunda İddiaçı “Muradxanlıneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək təmirçi-çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək nasos qurğularının maşinisti, Quyuların əsaslı təmiri sexində xx.xx.1989-cu il tarixdən 01,10.1989-cu il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, X3 Mədəninin Quyuların əsaslı təmiri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədəkqazmaçı köməkçisi, Neftinkompleks hazırlanması və nəqli sahəsində xx.xx.1992-ci il tarixdən 01,10.1999-cu il tarixədək əmtəə operatoru, Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək operator, “X16 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək əmtəə operatoru, Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək quyuların əsaslı və yeraltı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmişdir. İddiaçı “Muradxanlıneft” Neft və Qazçıxarma İdarəsinin və “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (07 ay 19 gün) işlədiyi təmirçi-çilingər peşəsi yerinə yetirilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a—18547 kodu ilə qeyd edilmiş “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsi ilə, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (02 il 02 ay 17 gün) işlədiyi nasos qurğularının maşinisti peşəsi həmin yarımbölmədə 2130200a— 14259 kodu ilə qeyd edilmiş “texnoloji nasosların maşinistləri” peşəsi ilə, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində, X3 Mədənində və “X16 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək (03 il 02 ay) və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (02 il 09 ay) işlədiyi quyuların əsaslı təmiri üzrə qazmaçı, quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, qazmaçı köməkçisi və quyuların əsaslı və yeraltı təmiri üzrə qazmaçı köməkçisi peşəsi həmin yarımbölmədə 2130200a—11292 kodu ilə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir (2 №-li siyahınin 12.2-ci yarımbölməsində nəzərdə tutulan peşələr üzrə ümumi iş stajı 08 il 09 ay 05 gün). S.R.X2 X14 kompleks hazırlanması və nəqli sahəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (06 il 11 ay), Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (15 il 02 ay 1 gün) və “X16 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (01 il 19 gün) işlədiyi operator və əmtəə operatoru peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısfnm 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 12.3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” yarımbölməsində ******* a—16085 kodu ilə nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur (2 №-li siyahınin 12.3-cü yarımbölməsində nəzərdə tutulan əmtəə operatoru peşəsi üzrə ümumi iş stajı 23 il 01 ay 19 gün). Belə ki, Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltmadoldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. Eləcə də, iş materiallarına iddiaçının xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X16 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru vəzifəsində işlədiyi dövrlə bağlı əmək müqaviləsi əlavə edilmişdir ki, həmin müqavilənin 6.3 bəndində işlədiyi işin zərərli olduğu müəyyən olunur. İş materiallarına əlavə edilən Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin Əmtəə operatorunun Peşə təlimatında isə işlədiyi peşənin xüsusiyətləri, funksiyası və gzəştli iş hesab olunması ilə bağlı müvafiq qeydlər aparılmışdır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və Socar “Kompleks qazma işləri” trestinin iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının olduğunu bildirmişdir. Beləliklə, iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar