Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-855/2025 26.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 07 may 2025-ci il tarixli, 2-1(120)-855/2025 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, iş üzrə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 0, xx.xx.1960-ci ildə anadan olmuşdur. 1978-1982-ci illərdə Bakı Baza Energetika Texnikumunda təhsil almışdır. xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 13 aprel 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1982-xx.xx.1982-ci illərdə 15 sayl Yol-tikinti idarəsində elektrik vəzifəsində, xx.xx.1982-xx.xx.1984-cü illərdə “Uzaq əlaqə” EİB X16 Bayramlı filialında elektrik montyoru, xx.xx.1984-xx.xx.1988-ci illərdə RSFSR “Yakutzoloto” şaxtasında elektrik çilingəri, xx.xx.1988-xx.xx.1992-ci illərdə “Uzaq əlaqə” EİB Əli Bayramlı filialında elektrik montyoru, xx.xx.1992-xx.xx.1996-ci illlərdə Şirvan NQÇİdə elektrik montyoru, xx.xx.1996-xx.xx.2000-ci illərdə Azərpetroyl MM-də elektrik montyoru, xx.xx.2000-xx.xx.2004-cü illərdə Qarasu Əməliyyat Şirkətində elektrik montyoru, xx.xx.2004-cü il tarixdən indiyə qədər qeyd edilən müxtəlif vəzifələrdə işləmişdir. Bütün əmək stajı əmək kitabçasında öz əksini tapmışdır. İşlədiyi vəzifələrdən elektrik çilingəri, elektrik montyoru vəzifələri istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nda öz əksini tapmışdır.Onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, mənə ünvanlanmış xx.xx.2022 və 04.12. 2023-cü il tarixli məktublarda onun güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsindən imtina edilmişdir. Belə ki, onun xx.xx.1984-xx.xx.1988-ci illərdə RSFSR “Yakutzoloto” şaxtasında elektrik çilingəri işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməmişdir. Halbuki həmin iş stajına dair bütün sənədlər cavabdehə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi etirazda qeyd edilmişdir ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən İnzibati Prosessual Məcəllənin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq etirazı təqdim edir. İddiaçı Fondun Xüsusi ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (12 il 3 ay 18 gün (xx.xx.1992xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əmək haqqı ilə şərtləndirilmişdir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan; -pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; -pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun 21.1 -ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı əsas gətirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5- ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər.Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, onun güzəştli iş stajı 12 il 3 ay 18 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik deyil. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan güzəştli iş stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq inzibati iş üzrə İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X11 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1960-ci il tarixdə doğulmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümümi iş stajının və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. İddiaçının 12 il 6 ay güzəştli iş stajı üzrə xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci ilədək “Uzaq əlaqə” EİB X16-Bayramlı filialında EXO 4px elektrik montyoru vəzifəsində işləməsi iddiaçıya məxsus əmək kitabçası və əmək haqqı barədə arayış ilə təsdiq olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan iddiaçının ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır və fasilələrlə müxtəlif idarələrdə işləmişdir. Əmək kitabçasının surətindən görünür ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci ilədək “Uzaq əlaqə” EİB X16-Bayramlı filialında EXO 4px elektrik montyoru, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək “Şirvanneft” NQÇİ 3 saylı neft və qazın hasilatı (neft mədən) sexində 5-ci dərəcəli elektrik montyoru, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci ilədək X1 5-ci dərəcəli elektrik montyoru, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü ilədək Karasu Əməliyyat Şirkətində Mişovdağ Neft qaz çıxarma sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. - İşdə olan Azərbaycan Respublikasının Dövlət X14 tərəfindən təqdim edilmiş 1982ci il tarixdən 1992-ci ilədək olan dövrlər üzrə “Uzaq əlaqə” EİB X16-Bayramlı filialında pensiya hesablanması üçün əmək haqqı barədə arayış təqdim edilmişdir. - İşdə olan iddiaçının НЗ №3667378 nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - İşdə olan BТ№053260 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978-1982ci illərdə Bakı Baza Energetika Texnikumunda təhsil almışdır. - İşdə olan SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci ildə (əmr N° 101, 11,06.1992-ci il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 Ne-li NQÇS-nə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir.xx.xx.1996-cı ildə (əmr Nq 20/k A, xx.xx.1996-cı il) "xxxx" Müştərək Müəssisəsinə (MM) köçürmə yolu ilə işdən azad olunmuşdur.xx.xx.1996-cı ildə (əmr N° 7/p, xx.xx.1996-cı il) "xxxx" MM-in Mişovdağ sahəsinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin dekabr ayınadək əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. SOCAR-ın xx.xx.2001 -ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildən "xxxx" MM ləğv olunmuş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1ci bəndinə əsasən, DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğun hesab edir. -İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft -Energetika Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmidir ki, İddiaçı həqiqətən 23 avqust 1977-ci il tarixdə 142 saylı əmrlə Bakı Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 13 oktyabr 1978-ci il tarixdə 319 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir.10 dekabr 1980-ci il tarixdə 412 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 06 mart 1982-ci il tarixində 42 saylı əmrlə “Elektrik maşınqayırma” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik- elektrik" ixtisas dərəcəsi və BT N°053260 saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. -İşdə olan “X8 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmidir ki, İddiaçı “Şirvanneft“ NQÇİ-nin 3 saylı Neftqazçıxarma Sexində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsində işləmişdir. “X8 Limited” Şirkətinin Kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı “Şirvanneft“ NQÇİ-də əmək stajı 03 il 07 ay, 19 gündür. Azərb. Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında ” 21 iyun 1993-cii il 320 saylı Qərarının (21300000 Xİİ. Oazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistiıı emalı 21302000 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft ” NOCİ -də 03 il, 07 ay, 19 gün güzəştli şərtlərlə əmək stajı var. 1)İddiaçı 10/k saylı xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdə “Şirvanneft” NQÇİ -nin 1 saylı Neftqazçıxarma Sexinə elektrik avadanlıqlarının xidməti və təmiri üzrə 5-cı dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. 2)İddiaçı 20 k-a saylı xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı il tarixdə “ Azərpetoil” MM-in fəaliyyət zonasının genişləndirilməsilə əlaqədar olaraq köçürmə yolu ilə işdən azad edilmişdir. -İşdə olan “X8 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmidir ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 11 nömrəli arayış İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən verilmişdir. Həmçinin Şirkətin 2009-cu il tarixdən fəaliyyətə başladığına, özündən əvvəl “Kürovdağ” yatağında fəaliyyət göstərmiş müəssisələrin hüquqi varisi olmadığına və onların öhdəlikləri üçün məsuliyyət daşımadığına, habelə onlara aid sənədlərin SOCAR-ın Mərkəzi Arxivinə təhvil verildiyinə və İddiaçı 2009-cu ildən, yəni Şirkətin fəaliyyətə başladığı vaxtdan Şirkətdə işləmədiyinə görə soruşulan məlumatların Şirkətdə olmadığını bildirir və aidiyyəti üzrə SOCAR-ın Mərkəzi Arxivinə müraciət etməyi məqsədəuyğun hesab edir. -İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmidir ki, İddiaçı 23 avqust 1977-ci il tarixində 142 saylı əmrlə Bakı Energetika texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur.13 oktyabr 1978-ci il tarixində 319 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 10 dekabr 1980-ci il tarixində 412 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 06 mart 1982-ci il tarixində 42 saylı əmrlə “Elektrik maşınqayırma ” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnikelektrik” ixtisas dərəcəsi və BT N° 053260 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. -İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2024-cüi il tarixli məktubda göstərilmidir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə əmək (sığorta) stajı ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) daxil olmuş sorğu məktubu baxılmaq üçün xx.xx.2024-cü il tarixində “Azneft” İstehsalat Birliyinə göndərilmişdir və müəssisənin aidiyyəti mütəxəssisləri tərəfindən müvafiq qaydada baxılmışdır. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 17 fevral 2022-ci il tarixli SOCAR**********80020123X00066 nömrəli arxiv arayışındakı və şəxsə məxsus MT ******* nömrəli əmək kitabçasındakı qeydlərdən müəyyən olunur ki, İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 N°-li Neft və qazçıxarma sexində (NQÇS) xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, "xxxx" X2 sahəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək elektrik montyoru peşəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə əsasən:yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir.Məlumat üçün bildiririk ki, neft və qazçıxarma sahələrində elektrik avadanlıqların təmiri və elektrik avadanlıqlarına xidmət göstərilərək yerinə yetirilən işlər fəhlə peşələri və işlərin Vahid X3 (hissə 1) “Bütün sahələr üçün ümumi olan fəhlə peşələri” bölməsində nəzərdə tutulan elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsinin işinin xüsusiyyətlərinə uyğundur və hal-hazırda NQÇİ-lərin NQÇS-lərində elektrik avadanlıqlarının təmir və xidməti işlərini yerinə yetirən işçilərin peşəsinin adı VTİSK-ya uyğun olaraq “elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru”dur. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 N°-li Neft və qazçıxarma sexində və "xxxx" X2 sahəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (08 il 05 ay 19 gün) işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Nq-İİ qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə” qərarı 10.2-ci yarımbölmə yeni redaksiyada verilərək “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlandırılmışdır) yarımbölməsində nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsi ilə eynilik təşkil edir. “Şirvanneft” Neft və Qazçıxarma İdarəsi və "xxxx" Müştərək Müəssisəsi ləğv edildiyinə görə sənədləri SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılır. Lakin arxivdə saxlanılan sənədlərin siyahısında həmin təşkilatların “iş yerlərinin attestasiyasının sənədləri aşkarlanmadığı üçün İddiaçı sözügedən təşkilatlarda zərərli əmək şəraitində işləyib-işləməməsi haqqında sizə məlumat təqdim vermək imkanları xaricindədir. Oxşar iş yeri olan “Azneft” İB-nin Neft və X5 və qazçıxarma sahələrində elektrik avadanlıqlarının təmir və xidməti işlərini yerinə yetirən “elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorlar”ına zərərli əmək şəraitinə görə tarif maaşının 4%-i məbləğində əlavə ödəniş və 6 təqvim günü əlavə məzuniyyət verilir. -İşdə olan Kayman adalarının “X9” şirkətinin filialı tərəfindən məhkəməyə ünvanlanmış 04-2/092A nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı əmək kitabçasının surəti qoşmada təqdim edilir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.2-ci (elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları) vəzifəsinin İddiaçı icra etdiyi funksiyaya oxşarlğının dəqiqləşdirilməsi məqsədilə bildirilir ki, İddiaçı neft, qaz kondensatı hasilatında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləyərkən müxtəlif gərginliyə malik olan yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsi; daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat vahidlərinə xidmət edilməsi; texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, elektrik aparatlarının sazlanması, təmiri və tənzimlənməsi; təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və deınontajı işlərinin aparılması; yüksək voltlu kabel şəbəkələrində epoksid uclarının ayrılması, mis və alüminium kabellər arasında birləşdirici muftaların montajı; əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, apartların və transformatorların kompleks sınağı; elektrik mühərriklərinin rotorunun balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması, bütün güclərdən elektrik mühərriklərinin diyirlədici podşipniklərinin şaberlənməsi; temperatur və təzyiqin avtomatik ölçülməsi cihazlarının nasazlıqlarının aradan qaldırılması və dəyişdirilməsi, elektrik qidalandırıcı kabel xətlərinin qaz borularında dəzgaha gətirilməsi; güc lövhələri və işıqlandırma qovşağının hazırlanması və quraşdırılması, gücü 500 kvt-a qədər olan fazalı rotorlu assinxron elektrik mühərriklərinin sökülməsi və yığılması, gücü 1000 kvt-a qədər olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi və yığılması, partlayış təhlükəsi olmayan gücü 50 kvt-a qədər olan elektrik mühərriklərinin sökülməsi, təmiri və yığılması; elektrik alətlərinin sökülməsi, təmiri və yığılması, lövbərlərin maqnit makaralarının, elektrik maşınlarının şotka tutumlarının təmiri və dəyişdirilməsi; transformator, elektrik açarı, reostat. idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər, yeşiklərin və digər aparatların sökülməsi, təmiri, yanmış hissələrin çıxarılması ilə yığılması, tormoz aparatları və kənar açarların təmiri və quraşdırılması: qazma qurğularının idarə stansiyası nəzarətçilərinin yoxlanılması, təmiri, yığılması və qurulması, qoşucu və ayırıcılarm eyni zamanda söndürülüb yandırılması əlaqələrinin tənzimlənməsi; elekrtik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirakı, elektrik cihazlar, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi; kabellərin manometrlə izolə edilməsi vəziyyətinin yoxlanılması, xüsusi yiikləyicilərin sökülməsi, təmiri və yığılması; gərginliyi 35 kvt-dan yuxarı olan kabel şəbəkələrinin giriş qurğuları və birləşdirici muftalarla quraşdırılması və təmiri, müxtəlif növ gərginliyi olan kabel xəttində kəmər qapanmalarının montajı, elektrik maşını və kabel qurğularının əmr- işarə aparatlarının təmiri, ayrı-ayrı detal və birləşmələrin dəyişdirilməsi, qüsur və nasazlıqların aradan qaldırılması ilə quru qaynaq və yağ transformatorlarının tam təmiri; rele mühafizəsi panellərində qüsurların yoxlanılması və aradan qaldırılması, sinxronlaşdırılmış və avtomatlaşdırılmış ötürücülü axın xəttinin təmiri və sazlanması, elektrik qaynağı maşınlarının təmiri və sazlanması; avtomatik distansiya idarəedilmənin elektrik sxeminin yoxlanması, təmiri və sazlanması, yüksək gərginlikli kabellərin zədələrinin tapılması, kəsilməsi və quraşdırılması; kosinus-finin artırılması üçün statistik kondensator tələbatın hesablanması, nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi işlərinin aparılması, ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması; texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin qorunması qaydalarına əməl edilməsi və s. funksiyalarını yerinə yetirmişdir. -İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-61202/24 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 fevral 2024-cü il tarixində daxil olmuş 2-1(120)-2834/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, vətəndaş İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini təqdim edir. -İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-159208/24 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 8 iyul 2024-cü il tarixdə daxil olmuş 2-1(120)-2834/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ümumi iş stajı 43 il 6 ay 8 gün (xx.xx.2006-cı il tarixədək 25 il 4 ay 8 gün (xx.xx.1978-xx.xx.1980 (hərbi xidməti), xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 2 ay), güzəştli iş stajı isə 12 il 3 ay 18 gün (xx.xx.1992-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. - İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-10/2-1003/24 nömrəli məktubunda göstərilmişdir ki, məktubda qeyd edilən “elektrik çilingəri” peşəsi məktuba qoşma olunan əmək kitabçasında qeyd edilən peşə ilə tərcüməsi eynilik təşkil etmir. Bununla bağlı olaraq əmək kitabçasında qeyd edilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyorlar” peşəsi ilə tərcüməsi uyğun gəlir. Həmçinin məktubun birinci hissəsində qeyd edilmiş peşə funksiyasının və məktubun ikinci hissəsində qeyd edilmiş güzəştli iş stajı barəsində arayışın təqdim olunması bu məlumatların olmaması səbəbilə mümkün deyil. - İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-10/2-1625/24 nömrəli məktubunda göstərilmişdir ki, məktubda qeyd edilən "elektrik montyoru” vəzifəsi "AzerGold” QSC-də mövcuddur və hazırda bu vəzifə üzrə əmək fəaliyyəti göstərən işçinin əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyaları aşağıda təqdim olunur: a) Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək; b) İkinci kommunikasiya və adi .ele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasında iştirak etmək; c) İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarətölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək; ç) Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək; d) Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq; e) Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək; ə) Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək; f) Şəbəkənin və elektrik avadanlıqlara olan xidməti təhlükəsiz yerinə etmək; g) Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinin təşkil edilməsində iştirak etmək; h) Elektrik mühəndisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək. Əlavə olaraq məktubda qeyd edilən "elektrik çilingəri” vəzifəsi "AzerGold” QSC- də mövcud olmadığı üçün bununla bağlı tələb olunan sənədlərin təqdim olunması mümkün deyil. -İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-16995/25 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 9 yanvar 2024- cü il tarixində daxil olmuş 2-1(120)-2834/2024 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi "elektrik montyoru” peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair işəgötürənin yuxarıda qeyd olunan Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışı Mərkəzi Filiala təqdim edilməyib. Buna görə də həmin dövrü onun güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 3 ay 18 gün təşkil edir. - İşdə olan “Azərsilah” X10” QSC-nin "xxxx" X4 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2025-ci il tarixli 1/3/02/124 nömrəli məktubunda göstərilmişdir ki, “Azərsilah” X10” QSC-nin "xxxx" X4 Telemexanika İdarəetmə şöbəsinin Avadanlıqların quraşdırılması, təmiri və enerji təchizatı sahəsində elektrik montyoru peşəsində hal-hazırda işləyən işçilərə dair məlumatlar aşağıdakı kimi qeyd olunur. Telemexanika İdarəetmə şöbəsinin Avadanlıqların quraşdırılması, təmiri və enerji təchizatı sahəsində elektrik montyoru peşəsində işləyən işçilərin vəzifələri (peşələri) zərərli əmək kateqoriyasına aiddir. Həmin işçilərə işlədikləri müddət ərzində mövcud qanunvericiliyin tələbinə uyğun əmək haqqlarına əmək məzuniyyəti günlərinə əlavələr olunur. Həmin işçilərin funksional vəzifələri bütün iş günü ərzində təhlükə potensiallı müəssisədə avadanlıqların təmiri, yığılması və istismara verilməsi işlərindən ibarətdir. Belə ki,
1. Gərginliyi 10 kV qədər olan müxtəlif tipli elektrik maşın və elektrik avadanlıqlarının sökülməsi, əsaslı təmiri, yığılması və qurulması;
2. Çox dəqiq və nadir metal emalı avadanlıqlarının mürəkkəb elektrik, avtomat xətlərin sxemasını, rəqəmli proqram idarəetmə avadanlıqlarının sxemlərinin təmiri və yenidən yığılması;
3. Elektrik mühərriklərinin, elektrik aparatlarının və transformatorların əsaslı təmirdən sonra kompleks sınağının aparılması;
4. Təmir edilmiş elektrik avadanlıqlarını istismara verilməsi. Əlavə olaraq qeyd olunur ki, hal-hazırda müəssisənin Avadanlıqların quraşdırılması, təmiri və enerji təchizatı sahəsində əmək fəaliyyəti ilə məşğul olan əməkdaşların icra etdikləri işlər (vəzifə və ya peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı və həmçinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin, 11 Metal emalı bölməsinin “elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyoru peşəsi ilə məşğul olan fəhlələrin; nəzərədə tutulan işləri ilə (peşələr və vəzifələr) eynilik təşkil edir. “Azərsilah” X10” QSC-nin "xxxx" X4 Telemexanika İdarəetmə şöbəsi həmçinin elektrik avadanlıqlarının xidməti işində elektrik montyorunun peşə təlimatının təsdiq edilmiş surətini təqdim etmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-284599/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (12 il 3 ay 18 gün (xx.xx.1992-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il və xx.xx.2000-ci, 10.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı hal-hazırki tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir, belə ki, iddiaçının 43 il 6 ay 8 gün ümumi iş stajı var. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 57 yaşı –xx.xx.2017-ci ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək, yəni xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci ilədək “Uzaq əlaqə” EİB X16-Bayramlı filialında EXO 4px elektrik montyoru peşəsi kimi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırlaraq müəyyən edilir ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci ilədək “Uzaq əlaqə” EİB X16-Bayramlı filialında EXO 4px elektrik montyoru vəzifəsində işləməsi əmək kitabçası və - İşdə olan Azərbaycan Respublikasının Dövlət X14 tərəfindən təqdim edilmiş 1982-ci il tarixdən 1992-ci ilədək olan dövrlər üzrə “Uzaq əlaqə” EİB X16- Bayramlı filialında pensiya hesablanması üçün əmək haqqı barədə arayışla sübuta yetirilmişdir. İddiaçının işlədiyi zavod hal-hazırda mövcud olmadığı üçün oxşar fəaliyyətlə məşğul olan müəssisələr tərəfindən oxşar vəzifə və peşə üzrə güzəştli iş stajı barədə arayışlar təqdim edilmişdir. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, cavabdeh orqan tərəfindən məhz iddiaçının digər müəssisələrdə işlədiyi (xx.xx.1992-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000ci il və xx.xx.2000-ci, 10.2004-cü il tarixləri arasındakı dövrlər) elektrik montyoru peşəsi - 12 il 3 ay 18 gün güzəştli iş stajı olaraq qəbul edilmişdir. İşdən müəyyən olunur ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci ilədək “Uzaq əlaqə” EİB X16-Bayramlı filialında EXO 4px elektrik montyoru vəzifəsində işləməsi Azərsilah” X10” QSC-nin "xxxx" X4 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2025-ci il tarixli 1/3/02/124 nömrəli məktubu və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-10/2-1625/24 nömrəli məktubunda öz əksini tapmışdır. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, onun güzəştli iş stajı 12 il 3 ay 18 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin, 11 Metal emalı bölməsinin “elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyoru peşəsi ilə məşğul olan fəhlələrin; nəzərədə tutulan işləri ilə (peşələr və vəzifələr) eynilik təşkil edir. Məhkəməyə daxil olmuş Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmək istəmişdir. İddiaçıya yaşa görə pensiya aldığı vaxtlarda onun güzəştli şərtlərlə yaşa görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, iddiaçıya 57 yaşından pensiya hüququ yarandığından xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciəti (ərizəsi) xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. İddiaçı cavabdeh inzibati orqana hazırkı tələblə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etdiyindən qanunvericiliyə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki üç il üçün (xx.xx.2022-3 il =xx.xx.2019) ödənildiyindən ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hesablanıb ödənilməlidir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və müraciət tarixindən (xx.xx.2022-ci il tarixdən) əvvəlki 3 il yəni, xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və müraciət tarixindən (xx.xx.2022-ci il tarixdən) əvvəlki 3 il yəni, xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun.
Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Amilya Hüseynova