Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-856/2020 08.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x1 iştirakı ilə, iddiaçı x4 Cavabdehnə qarşı x2, x5, x6, x3, x7 Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2 A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı x8 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x2, x5, x6, x3, x7 Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2 A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər 06.05.2020-ci il tarixə məhkəməyə dəvət edilmişlər. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər gəlmədiyindən məhkəmə iclası 08.07.2020-ci il tarixə təxirə salınmış, məhkəmə iclasına təkrarən gəlmədiyi halda iddianın geri götürülmüş hesab olunacağı barədə iddiaçıya məhkəmə bildirişi göndərilmişdir. Eyni zamanda iddiaçıdan 18.10.2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinin məhəməyə təqdim olunması xahiş olunmuşdur. Buna baxmayaraq, iddiaçı təkrarən məhkəmə iclasına gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən həmin iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı x4 Cavabdehnə qarşı x2, x5, x6, x3, x7 Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2 A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası geri götürülmüş hesab edilsin.
2. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Orxan İsmayılov