Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-856/2025 04.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xidməti qulluqda oğlduğu (1991-xx.xx.1994) dövr ərzində aldığı maaş barədə arayışın alınaraq iddiaçıya verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2845/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərardadı ilə, İddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ilin noyabr ayından Daxili İşlər Nazirliyinin Xüsusi X1 polis nəfəri vəzifəsində xidməti qulluğa başlamışdır, xx.xx.1994-cü il tarixdən döyüş şəraitində yaralanmağı ilə əlaqədar DİN-nin XTPD-də xidməti qulluqdan azad edilmişdir. Xidmətdən azad edilərkən xidmət müddəti təqvim hesablama ilə 02 il 06 ay 14 gün , imtiyazlı hesablama ilə 03 il 25 gün təşkil edilmişdir. O, Daxili İşlər Nazirliyinə rəsmi qaydada müraciət ünvanlayaraq Daxili İşlər Nazirliyinin Xüsusi X1 Xidmət etdiyi (1991- xx.xx.1994) dövr ərzində ona verilən aylıq maaş barədə arayış verilməsini xahiş etmişdir. Lakin DİN-nin Maliyyə-Plan idarəsi tələbinə aid olmayan cavabla onun qarşısına süni maniə qoyur, işlədiyi illərdə aldığı maaş barədə ona arayış vermir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı iddia tələblərini aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edir. İddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi DİO-da xidmətdə olduğu 1991-1994-cü illərdə aldığı maaşla bağlı arayışın alınmasıdır. O, düşünür ki, pensiya hesablanarkən müvafiq arayış olduğu təqdirdə əmək pensiyası yenidən hesablanacaq və onun pensiyasının məbləğində artım olacaq. Məhkəmə nəzərə almalıdır ki, iddiaçıya əmək pensiyası təyin olunması, “Məlumat vərəqinə” əsasən son tutduğu vəzifə maaşına uygun olaraq hesablanıb müvafiq quruma göndərilir. Belə olan halda, iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə İddiaçı DİN-in X3 Alayının polis nəfərinin vəzifə maaşı əsas götürülərək “Məlumat Vərəqi” tərtib edilərək DSMF-yə göndərilmişdir, (vəzifə maaşına uyğun olaraq 642 manat, rütbə maaşı 92 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi 798 manat aylıq pul təminatından 3-cü dərəcə əlilliyə görə 55 faiz hesabı ilə və xx.xx.2022-ci il tarixinədək əmək pensiyası təyin olunmuş əmək pensiyaçılarına pensiya məbləğinin 10 faizi məbləğində əlavə maddi yardım nəzərə alınmaqla 482.79 manat təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi arayışın verilib-verilməməsindən asılı olmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qanunvericiliyn tələbinə uyğun olaraq, iddiaçının hazırki tələb ilə məhkəməyə müraciət etmək üçün hüquqi marağı yoxdur.«İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ei il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1 -ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası İPM-in 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə istinadən, İddiaçı iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün iddiadır, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-27/2-H-37929/1/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin polis nəfəri vəzifəsindən sıravi rütbəsi ilə “öz arzusu ilə” xx.xx.1994-cü il tarixindən DİO-da xidmətdən xaric olunmuşdur. Xidmətdən tərxis olunarkən xidmət müddətinin təqvimi hesablama ilə 2 il, 6 ay, 14 gün, imtiyazlı hesablama ilə 3 il, 25 gün təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən, DİN-in Maliyyə-Plan İdarəsi tərəfindən “Məlumat Vərəqi” tərtib edilərək həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə barədə məlumatına əsasən, xx.xx.2016-cı ildə 2-ci dərəcə əlillik verilmiş və xx.xx.2021-ci ildə əlillik müddəti bitmişdir. Filialdan aldığı şifahi məlumata əsasən 2019-cu il noyabr ayından 2021-ci may ayının sonuna qədər pensiya təminatı 1167.20 manat olmuşdur. xx.xx.2021-ci ildən 3-cü dərəcə müddətsiz əlillik verilmişdir. Filialdan aldığı şifahi məlumata əsasən pensiya təminatı hazırda (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) 3-cü dərəcə əlilliyə görə 55 faiz hesabı ilə vəzifə maaşı - 642.0 manat, rütbə maaşı - 92.0 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası-64.0 manat olmaqla cəmi 798 manat aylıq pul təminatından (xx.xx.2022ci il tarixinədək əmək pensiyası təyin olunmuş əmək pensiyaçılarına pensiya məbləğinin 10 faizi məbləğində əlavə maddi yardım və xx.xx.2023-cü il tarixindən tətbiq edilmiş əmək pensiyasının sosial hissəsinin 14,7 faizi artım nəzərə alınmaqla) 553.76 manat təşkil edir. DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin polis nəfərlərinin vəzifə maaşları DİN-in X3 Alayının sıravi və kiçik rəis heyətinin vəzifə maaşlarına bərabər tutulur. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-27/2-H-10785/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləkən təqdim etdiyi müraciətə baxımışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixindən xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişləri ilə bağlı funksiyalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirildiyi baxımından Daxili İşlər Nazirliyi tərəfindən pensiya hesablanması və ödənişi həyata keçirilmir. DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin polis nəfəri vəzifəsindən sıravi rütbəsi ilə “öz arzusu ilə” xx.xx.1994-cü il tarixindən DlO-da xidmətdən xaric edilmişdir. Xidmətdən tərxis olunarkən xidmət müddəti təqvimi hesablama ilə 2 il, 6 ay, 14 gün, imtiyazlı hesablama ilə 3 il, 25 gün təşkil etmişdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə xx.xx.2013-cü il tarixində DİO-da xidmət dövründə xəstələnmə səbəbi ilə 2-ci əlillik dərəcəsi verilmişdir. DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin ləğv edilərək onun bazasında X4 yaradılması nəzərə alınaraq, DİN-in Maliyyə-Plan İdarəsi tərəfindən DİN-in ÇPA-nın polis nəfərinin vəzifə maaşı əsas götürülərək pensiya təyin edilməsi üçün “Məlumat Vərəqi” tərtib edilərək həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Müraciətinə əsasən pensiya faizinin və məbləğinin aydınlaşdırılması məqsədilə Filiala sorğu edilmişdir. Filialın cavab məktubunda “Məlumat Vərəqəsi”ndə göstərilən təminat xərcliyinin 55 faiz hesabı ilə (İİ əlillik dərəcəsinə görə) pensiya təyin edildiyi, lakin növbəti yenidən hesablamalarda pensiya faizinin və məbləğinin səhv müəyyən edildiyi bildirilmişdir. xx.xx.2021-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 3-cü dərəcə müddətsiz əlillik verilmişdir. xx.xx.2023-cü il tarixədək pensiya məbləği DİN-in ƏÇPA-nın polis nəfərinin vəzifə maaşına uyğun olaraq - 642,0 manat, rütbə maaşı - 92,0 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,0 manat olmaqla cəmi 798,0 manat aylıq pul təminatından 3-cü dərəcə əlilliyə görə 55 faiz hesabı ilə 438,90 manat müəyyən edilmiş, 01.01,2022-ci il tarixinədək əmək pensiyası təyin olunmuş əmək pensiyaçılarına pensiya məbləğinin 10 faizi məbləğində əlavə maddi yardım nəzərə alınmaqla 482,79 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdən sonra isə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyası 14,7 faiz artırılaraq hazırda 553,76 manat təşkil edir. Pensiyanın səhv hesablanması elektron sorğuya cavab olaraq direktor müavini Elnur Qurbanovun cavab məktubunda da öz əksini tapmışdır. DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin polis nəfərlərinin vəzifə maaşları DİN-in X3 Alayının sıravı və kiçik rəis heyətinin vəzifə maaşlarına bərabər tutulur. Bu barədə DİN-in xx.xx.2013-cü il tarixli 027-2597-1213 nömrəli məktubu ilə də məlumat verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-27/2-2650/2024 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in sabiq əməkdaşı İddiaçı müraciətlərinə cavab olaraq əməkhaqqı arayışı, DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-27/2-H-37929/1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-13-27/2-H-38740/1/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-13-27/2-H-38740/3-1/2023 nömrəli məktubları ilə onun ünvanına (ünvan 2n Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı barəsində (X4 polis nəfəri vəzifə maaşı əsas götürülməklə) 1993-cü ilin noyabr ayından 1994-cü ilin aprel ayınadək əmək haqqı barəsində arayış təqdim edilmişdir. - İşdə olan Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-154024/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2- 1(120)-2845/2024 nömrəli sorğuya baxılmışdır. Azərbaycan Respublikası keçmiş Biləsuvar rayon müavinət və təqaüd təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2014-ci il tarixli 312 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən İİ qrup “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən adıçəkilən şəxsin əlillik dərəcəsi dəyişdiyi üçün sözügedən təqaüd İİİ dərəcə əlilliyə görə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ilə əvəz edilmişdir və ödənişi hazırki tarixədək davam etdirilir. Həmçinin İddiaçı əmək pensiyası ilə bağlı məlumatın verilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olduğundan sorğu həmin hissədə aidiyyəti üzrə göndərilmişdir. - İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli, 2(022)- 967/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XTRD də polis nəfəri kimi Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 26 dekabr 1993-cü ildə döyüş şəraitində düşmən tərəfindən atılmış mərmi qəlpəsindən (qəlpələrindən) kəllə-beyin travmasi alaraq yaralanması faktı müəyyən edilmışdır. Qətnamənin əsaslandırıcı hissəsində göstərilmişdir ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 620 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən 1994-cü il tarixə kimi DİN-in Xüsusi X1 polis nəfəri vəzifəsində xidmət etmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki,ərizəçi İddiaçı Gül- verdi oydu 1992-ci ildə könüllülər dəstəsinə qoşularaq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 1993-cü il tarixdə XTDP-yə qəbul qəbul edib verilmiş əməliyyat tapşırığı əsasında döyüşə göndərilmiş və 26 dekabr 1993-cü ildə Füzuli rayonunun Arayatlı kəndi ətrafında gedən döyüşlərdə növbəti tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılmış artilleriya mərmisinin yanında partlaması nəticəsində başından yaralanmış, 26 dekabr 1903-cü ildən 19 yanvar 1994-cü ilədək xəstəxanada «kəllə-beyin travması» diaqnozu ilə stasionar müalicə almışdır. Müalicədən sonra yenidən döyüş bölgəsinə qayıtmış, lakin səhhəti imkan vermədiyindən 16 may 1994-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hazırda 2ci qrup əlildir. Qarabağ müharibəsi veteranıdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 2066 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən barəsində araşdırma apara bilmir. Daxili İşlər Nazirliyinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-159537/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 6 sentyabr 2013-cü il tarixli 009 nömrəli məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən 1 oktyabr 2013-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinin 1 iyul 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Əlavə olaraq, adıçəkilən şəxsin pensiya işinə dair sənədlərinin təsdiq edilmiş surətlərini təqdim etmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-42/2-1001/24 nömrəli arayışında qeyd edilmişdir ki, Biləsuvar rayonu, Bəydili kənd sakini, istefada olan əsgər 1966-cı ıl təvəllüdlü İddiaçı qeydiyyat kartasına xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək DİN-nin Xüsusi X1 polis nəfəri vəzifəsində xidməti etməsi barədə Azərbaycan Respublikası DİN-nın xx/xx-2037 nömrəli xx.xx.2004-cü il tarixli məktubu əsasında qeydlər aparılmışdır. - İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-4/2-1904/2024 nömrəli məktubunda göstərilmişdir ki, Biləsuvar rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1 (120)-2845/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2011-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2012-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2012-ci il tarixində təkrar qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır.Daha sonra şəxsin əlillik vəziyyəti xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Vətəndaşın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vətəndaşa dair Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0234003AANKE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək “xidməti qulluqda oğlduğu (1991-xx.xx.1994) dövr ərzində aldığı maaş barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina olunmuş və onun işlədiyi vəzifə üzrə deyil, X4 polis nəfəri vəzifə maaşı əsas götürülməklə 1993-cü ilin noyabr ayından 1994-cü ilin aprel ayınadək əmək haqqı barəsində arayış təqdim edilmişdir. İddiaçı bununla razılaşmamış və məhkəməyə müraciət etmişdir. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, iddiaçı A.Həşmov müharibə əlililidir. İddiaçı barəsində qəbul edilmiş Biləsuvar Rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli, 2(022)-967/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən 1994-cü il tarixə kimi DİN-in Xüsusi X1 polis nəfəri vəzifəsində xidmət etmişdir. O, 1993-cü il tarixdə XTDP-yə qəbul qəbul edib verilmiş əməliyyat tapşırığı əsasında döyüşə göndərilmişdir, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XTRD də polis nəfəri kimi Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, 26 dekabr 1993-cü ildə döyüş şəraitində düşmən tərəfindən atılmış mərmi qəlpəsindən (qəlpələrindən) kəllə-beyin travmasi alaraq yaralanması faktı müəyyən edilmışdır. 26 dekabr 1903-cü ildən 19 yanvar 1994-cü ilədək xəstəxanada «kəllə-beyin travması» diaqnozu ilə stasionar müalicə almışdır. Müalicədən sonra yenidən döyüş bölgəsinə qayıtmış, lakin səhhəti imkan vermədiyindən 16 may 1994-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iddiaçının həqiqətən də, Azərbaycan Respublikasının Xüsusi X1 polis nəfəri vəzifəsində 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək xidmət etməsi barədə məlumat əldə etmişdir. Lakin cavabdeh orqan tərəfindən İddiaçı Azərbaycan Respublikasının Xüsusi X1 polis nəfəri vəzifəsində işlədiyi halda, məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə DİN-in X3 Alayının polis nəfərinin vəzifə maaşının əsas götürülərək “Məlumat Vərəqi” tərtib edilərək DSMF-yə göndərilməsini əsaslandıran hər hansı sübut və ya dəlil təqdim edə bilməmişdir. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Xüsusi X1 polis nəfəri vəzifəsində xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-856/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-856/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver