Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-857/2023 30.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1993-cü il tarixli, 1540 nömrəli doğum akt qeydində düzəliş edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək doğulduğu yerin Moskva vilayəti Jeleznadorojnıy şəhəri kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1993-cü il tarixli, 1540 nömrəli doğum akt qeydində düzəliş edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək doğulduğu yeri Moskva vilayəti Jeleznadorojnıy şəhəri kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Moskva vilayəti Jeleznadorojnıy şəhərində anadan olmuşdur. Moskva vilayəti Jeleznadorojnıy Mərkəzi şəhər Xəstəxanasından aldığı xx.xx.2011 -ci il tarixli, 155 nömrəli, M045 seriya nömrəli Doğum haqqında tibbi şəhadətnamədə buna sübutdur. Hətda anadan olan zaman qoluna vurulan birkalarıda iş materiallarına əlavə etmişdir. Lakin Cavabdeh tərəfindən ona verilmiş doğum haqqında şəhadətnamədə onun doğum yeri Şirvan şəhəri kimi qeyd olunmuşdur. Bu hall ona bir çox problem yaradır. Belə ki, onun doğum haqqında şəhadətnaməsində doğum yerinin Şirvan şəhəri kimi qeyd Rusiya Federasiyasında onun ikinci dərəcəli vətəndaş kimi qəbul edilməsinə gətirib çıxarır. Buna görədə o istədiyi orqanlarda işə qəbul ola bilmir.Bu halın aradan qaldırılması üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixli, 05/13-260 nömrəli məktubla onun müraciətindən imtina edərək, məhkəməyə müraciət etməyini məsləhət etmişdir. İddiaçı doğumu haqqında Cavabdehndə xx.xx.1993-cü il tarixdə tərtib edilmiş 1540 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilərək, doğum haqqında akt qeydləri kitabında və şəhadətnamədə dəyişiklik edilərək doğum yerinin Moskva vilayəti Jeleznadorojnıy şəhəri kimi qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Rusiya Federasiyasının verdiyi 66№2762250 nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşdə olan Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Mərkəzi şəhər Xəstəxanasının 05 dekabr 2011-ci il tarixli, MO45 seriyalı 155 nömrəli doğum haqqında tibbi şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası, Əli-Bayramlı şəhəri, Neftçilər küçəsi, ev 3 ünvanında qeydiyyatda olan, xx.xx.1960-cı il təvəllüdlü, azərbaycanlı- X1 MV Jeleznodorojnıy şəhərində Mərkəzi şəhər Xəstəxanasının stasionarında BM-in 2-ci doğuş şöbəsində, xx.xx.1993-cü ildə, saat 07.50-də oğlan uşağı dünyaya gətirmişdir. Ananın sayca birinci doğulmuş uşağıdır.Həkimi (feldşer, mama) Arefyev Kalyadkinadır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/13-260 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh Sizin xx.xx.1993-cü il 1540 nömrəli doğum akt qeydində doğulduğu yer qrafasında “Şirvan şəhəri”-ndən “Moskva vilayəti Jeleznadorojnıy”-şəhərinə düzəliş edilməsi barəsində şifahi müraciətinizə cavab olaraq bildirir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, sizin doğum haqqında akt qeydində doğulduğu yer qrafasında “Şirvan şəhəri” qeyd edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabietinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”a uyğun olaraq kifayət qədər əsaslar olmadığı və qeydiyyat orqanına lazımi sənədləri təqdim edə bilmədiyinizə görə doğum akt qeydində ata qrafasında ata adının “Şirvan şəhəri”-ndən “Moskva vilayəti Jeleznadorojnıy”-şəhərinə düzəliş edilməsi xahişinin təmin olunması mümkün deyildir. İşdə olan Cavabdeh məhkkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/13-335 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı doğum haqqında akt qeydinə doğulduğu yerə “Şirvan şəhəri”ndən “Moskva vilayəti Jeleznadorojnıy şəhəri”nə düzəliş edilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən müvafiq doğum haqqında akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1993-cü il tarixli, 1540 nömrəli doğum haqqında akt qeydində doğum yerinə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Qeyd olunanlara əsasən doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə vətəndaşın tələbinin icrasından imtina olunmuşdur. Müvafiq sorğuya cavab olaraq Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1993-cü il tarixli, 1540 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surəti göndərilir. İşdə olan Cavabdeh məhkkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı və sonuncunun ailə üzvlərinin (atası X3 doğumu istisna olmaqla) doğumu haqqında şöbənin arxivində aşkar edilmiş akt qeydlərinin təsdiq olunmuş surəti göndərilir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 15 №-li əlavəsinə əsasən doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlərin saxlanma müddəti 1 (bir) il müəyyən olunmuşdur. Odur ki, sorğu məktubunun doğumun qeydə alınmasına əsas olmuş həkim arayışının göndərilməsinə dair hissədə icrası mümkünsüzdür. İşdə olan 1540 saylı, xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydinə əsasən, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuş, doğum yeri Əli-Bayramlı şəhəri göstərilmişdir. İşdə olan Şirvan şəhər X6 X5 və doğum şöbəsinin məhkkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 222 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1960 ci il təvəllüdlü Məmmədova (Feyzullayeva (Tubnisə Əzizağa qızı xx.xx.1993-cü ildə Şirvan şəhər Mərkəzi xəstəxananın doğum şöbəsində doğuş etməsi barədə (ölü və ya diri)heç bir məlumat tapılmadı. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının doğum haqqında akt qeydində doğuş yeri «Moskva vilayəti Jeleznadorojnıy şəhəri » əvəzinə “Şirvan şəhər” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdakı qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. İddiaçı Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Mərkəzi şəhər Xəstəxanasının 05 dekabr 2011-ci il tarixli, MO45 seriyalı 155 nömrəli doğum haqqında tibbi şəhadətnamənin təsdiq olunmuş surətini təqdim edərək, Azərbaycan Respublikası, Əli-Bayramlı şəhəri, Neftçilər küçəsi, ev 3 ünvanında qeydiyyatda olan, xx.xx.1960-cı il təvəllüdlü, azərbaycanlı- X1 MV Jeleznodorojnıy şəhərində Mərkəzi şəhər Xəstəxanasının stasionarında BM-in 2-ci doğuş şöbəsində, xx.xx.1993-cü ildə, saat 07.50də oğlan uşağı dünyaya gətirdiyini qeyd etmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçıya doğum haqqında akt qeyd edilən zaman doğum yeri “Əlİ Bayramlı” şəhəri, AZ- 141298 seriyalı, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədə isə “Şirvan” şəhəri göstərilmişdir. Məhkəmə tərəfindən Şirvan şəhər X6 X5 və doğum şöbəsinə soğru göndərilmiş, məhkkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 222 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1960 ci il təvəllüdlü Məmmədova (Feyzullayeva (Tubnisə Əzizağa qızı xx.xx.1993-cü ildə Şirvan şəhər Mərkəzi xəstəxananın doğum şöbəsində doğuş etməsi barədə (ölü və ya diri)heç bir məlumat tapılmadığı qeyd edilmişdir. xx.xx.1993-cü il tarixli doğum akt qeydində doğum təsdiq edən sənədlər qrafasında “həkimin xx.xx.1993-cü il tarixli doğum haqqında arayış” qeyd edilmiş, bununla bağlı sorğu göndərilmiş, Cavabdeh tərəfindən doğum haqqında tibb şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən sənədlərin saxlanma müddəti 1 il müəyyən edildiyi üçün doğumun qeydə alınmasına əsas olmuş həkim arayışının göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı atası X7, anası X2r. İddiaçı xx.xx.1993-cü il tarixdə, Moskva vilayəti Jeleznadorojnıy şəhərində doğulması nəzərə alınmaqla xx.xx.1993-ci il tarixdə Cavabdehndə tərtib edilmiş 1540 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi ilə bağı olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun doğum haqqında düzəliş edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinə baxılması ilə bağlı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, doğum yeri hissəsinə düzəliş edilməsi üçün məhdudiyyətlərin olub-olmadığını araşdırmadan iddiaçının müraciətini təmin etməmişdir. Qeyd olunan məhdudiyyətlər məhkəmə tərəfindən araşdırılmış və iddiaçının doğum yerinə düzəliş edilməsi üçün heç bir məhdudiyyətin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının doğum yerinə düzəliş edilməsi barədə müraciətinin təmin olunmasından əsassız olaraq imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə İddiaçı aid xx.xx.1993-cü il tarixli, 1540 nömrəli doğum akt qeydində düzəliş edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək doğulduğu yerin “Moskva vilayəti Jeleznadorojnıy şəhəri” kimi qeyd edilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Amilya Hüseynova