Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-857/2024 15.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi və iddiaçı Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar X6 və X7 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı “cavabdehin üzərinə X9 və X5 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin üzərinə X2na və X5 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3212/2023 nömrəli qərardadı ilə, iş üzrə X14 iddiaçı kimi cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, övladları X14 xx.xx.2004-cü ildə, X10 isə xx.xx.2006-cı ildə anadan olmuşlar. O, Qanuni nümayəndə məcburi köçkündür, məcburi kömkün statusu var və ailə üzvləri məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alır.Həmçinin X2 da məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alır, lakin dəfələrlə müraciət etsə belə X2na cavabdeh orqan məcburi köçkün statusu verməkdən boyun qaçırır bu da övladının məcburi köçkün kimi olan hüquqlarını pozmaqla nəticələnir. X2 ali məktəbə ödənişli əsaslarla qəbul olunub. Hazırda X2nın oxuduğu məktəbdə vaxt verilib ki, təhsil haqqı ödənişi etsin. O məcburi köçkün və təsil haqqı vəsaitinin onda olması və yaxud tapıb verməsi qeyri mümkündür. Belə ki, o cavabdeh orqana sonuncu dəfə övladına qaçqın statusunun verilməsi ilə əlaqədar müraciət etmiş, lakin cavabdeh orqan imtina vermişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Diqqətinizə çatdırırıq ki, iddiaçılar X14, X10 və Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Komitənin üzərinə qoyulması barədə qərar qəbul ediiməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.Bildiririk ki, iddiaçılar X6, X3 və Qanuni nümayəndə sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, X6 “özünə məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, ‘‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir.Göründüyü kimi digər iddiaçı X10 ğzünə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə heç bir müraciə+: daxil olmamışdır. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır.Qaydaların 3.3cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir.X14 və X5 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki,X14 və X3 atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir;Hüseynov X12 rayonu, Əmirallar kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır;X14 və X3 anası X29 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir;X4 rayonu, Aşağı Avşar ərazi dairəsi, Aşağı Avşsr kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.X14 və X3 anası X18 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Ağcabədi rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1,6-cı yarımbəndinə əsasən, onlara məcburi Köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən iddiaçılar X14, X10 və Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəni verilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 nümayəndəsi və iddiaçı Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “X9 və X5 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı Qanuni nümayəndə, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin iddiaçı X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01/5441 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə daxil olmuş məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 may 2023-cü il tarixli, 171 nömrəli arayışında göstərilmişdir ki, Xocavənd rayonu Əmirallar kənd sakini Qanuni nümayəndə həqiqətən 1992-ci ildən məcburi köçkündür. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət alır və hal-hazırda məcburi köçkün kimi Ağcabədi rayon Aşağı Avşar kəndində məskunlaşıb yaşayır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: 1.qızı:X11 xx.xx.2001, 2.qızı:X14 xx.xx.2004, 3.oğlu:X10 xx.xx.2008. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının 23 may 2023-cü il tarixli, 5-52/2-340/2023 nömrəli arayışında göstərilmişdir ki, Xocavənd rayon Əmirallar kənd sakini X20 həqiqətən məcburi köçkündür, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi “Qaydasf’nın 2.13 bəndinə əsasən aylıq müavinət almır və halhazırda müvəqqəti olaraq Ağcabədi rayonu, Aşağı Avşar kəndində məskunlaşıb yaşayır. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 may 2023-cü il tarixli, 170 nömrəli arayışında göstərilmişdir ki, Xocavənd rayonu Əmirallar kənd sakini X20 həqiqətən 1992-ci ildən məcburi köçkündür. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi qaydasının 2.13. bəndinə əsasən Dövlət tərəfindən verilən aylıq müavinət almır və hal-hazırda məcburi köçkün kimi Ağcabədi rayon Aşağı Avşar kəndində məskunlaşıb yaşayır.Ailə tərkibi aşağıdakılardan ibarətdir: 1.arvadı:X15 xx.xx.1959
2. qızı:X16 xx.xx.2000
3. nəvəsi:X21 xx.xx.2018 4.qardaşı qızı:X23 xx.xx.1967 İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1983-cü il tarixdə Xocavənd rayonu, Əmirallah kəndində anadan olmuş, hazırda Xocavənd rayonu, Əmirallah kəndində qeydiyyatdadır. İş materiallarında olan AA3040035 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1983-cü il tarixdə Ağcabədi,Xocavənd kəndində anadan olmuş, hazırda Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA1572999 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2004-cü il tarixdə Xocavənd rayonu, Əmirallah kəndində anadan olmuş, hazırda Xocavənd rayonu, Əmirallah kəndində qeydiyyatdadır. İş materiallarında olan AA3578082 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə Xocavənd rayonu, Əmirallah kəndində anadan olmuş, hazırda Xocavənd rayonu, Əmirallah kəndində qeydiyyatdadır. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-36/2-2937/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətinizə baxılmışdır. X6 ona məcburi köçkün statusunun verilməsinə dair Komitəyə daxil olmuş ərizəsi və ərizəyə verilmiş cavabın surəti göndərilir. İş materiallarında olan Xocavənd Rayon İcra Hakimiyyətinin 04 oktyabr 2023-cü il tarixli, 5-52/2-765/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X7 övladları xx.xx.2004-cü il təvəllüdlü X14 və xx.xx.2006-cı il təvəllüdlü X1 rayon Əmirallar kəndində qeydiyyatdadırlar və hal-hazırda müvəqqəti olaraq Ağcabədi rayonu, Aşağı Avşar kəndində məskunlaşıb yaşayırlar. İş materiallarında olan Ağcabədi rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 9/3- 1360/2-29963/23 nömrəli məktubunda göstərilmişdir ki, məktubda adı qeyd olunan, xx.xx.1984-cü ildə Ağcabədi rayonu Xocavənd kəndində anadan olmuş X29 xx.xx.2001-ci il tarixdə Ağcabədi RPŞ-si tərəfindən Ağcabədi rayonu Aşağı Avşar kəndində qeydiyyata alınmaqla ilk şəxsiyyət vəsiqəsi ilə təmin edimişdir. Belə ki, vətəndaş: X29 daha əvvəldə Ağcabədi rayonu Aşağı Avşar kəndində qeydiyyatda olmuş və hal-hazırda Ağcabədi rayonu Aşağı Avşar kəndində qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx.xx.2004-cü il tarixində anadan olmuş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış X6 16 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən etibarən və xx.xx.2006-cı il tarixində anadan olmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış X3 16 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən etibarən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə ilə təmin olunmaq hüququ yaranmış, həmçinin ataları Qanuni nümayəndə qeydiyyatı və daimi yaşayış yeri işğal olunmuş rayon - olmuşdur və valideynə məxsus məcburi köçkün vəsiqəsi mövcuddur. Hazırkı iş üzrə müəyyən olunur ki, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə X14 və X3 anası X18 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Ağcabədi rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, onlara məcburi Köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı məktubdan görünür ki, cavabdeh təşkilat tərəfindən X9, X5 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuş və imtinanın maddi hüquqi əsası kimi «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinə istinad edilmişdir. Lakin həmin “Qaydalar”ın 4.1.6-cı bəndinin tərkib hissəsini təşkil edən üç haldan ((atanın “məcburi köçkün” statusuna malik olması, hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması və uşağın Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alması) hansının ödənilmədiyini qeyd etməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı məcburi köçkündür. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndəki məlumatlara əsasən müəyyən edilir ki, xx.xx.2004-cü il təvəllüdlü X14 xx.xx.2020-ci il tarixdə və xx.xx.2006-cı il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Göründüyü kimi, mübahisə iddiaçıya münasibətdə Qaydaların 4.1,6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının anasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) deyildir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Qaydaların 4.1.6-cı bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərlə də uzlaşmır. Belə ki, hazırkı halda valideynlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, valideynləri respublikanın digər rayonları (şəhərləri) üzrə yaşayış yeri üzrə qeydiyyatda olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14- cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, İrq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın - 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, məcburi köçkün vəsiqəsinin verilməsinin dayandırılması iddiaçıya “məcburi köçkün” statusunun verilməsindən imtina üçün əsas ola bilməz. Bu imtina iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ, İV və V bəndlərinə əsasən “dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia ərizəsi təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova