Məhkəmə qərarları › İş №2-1(120)-859/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-859/2020

25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-859/2020 25.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «X2, X5, X6, X1, X15 Şirvan şəhəri, Nəsimi küçəsi, 30 nömrəli fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şirvan şəhəri, Nəsimi küçəsi, 30 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X2, X5, X6, X1, X15 fərdi yaşayış evinin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Şirvan şəhəri, Nəsimi küçəsi, 30 nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2-1(120)-859/2020 saylı qərardadı ilə X2, X5, X6, X1, X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmənin 25 iyun 2020-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X16izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X7, X8, X9, X3, X17onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X12, X13, X14, X10 və X20 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Seriya MA ******* nömrəli çıxarşın təsdiq olunmuş surətini, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş MA ******* nömrəli çıxarışdan və xx.xx.2011-ci il tarixli, ******* nömrəli alqı satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şirvan şəhəri, Nəsimi küçəsi, 30 nömrəli fərdi yaşıyış evini alqı-satqı yolu ilə aldıqdan sonra MA ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 220 saylı arayışından görünür ki, X12, X13, X14, X10 və X4 şəhəri, ünvan 1 ünvanda yaşamırlar. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 14 oktyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X12, X13, X14, X10 və X20 iddiaçıya məxsus ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Cavabdeh məhkəməyə ünvanladığı məktubdan görünür ki, üçüncü şəxslər X12, X13, X14, X10 və X20 2003-cü il tarixdən Şirvan şəhəri, Nəsimi küçəsi, 30 nömrəli fərdi yaşıyış evində qeydiyyatdadırlar. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin **********20 npmrəli xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvanladığı 14 oktyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X12, X13, X14, X10 və X15 istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat yoxdur. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin Şirvan şəhəri, Nəsimi küçəsi, 30 nömrəli fərdi yaşıyış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X2, X5, X6, X1 və X15 İddiaçı məxsus Şirvan şəhəri, Nəsimi küçəsi, 30 nömrəli fərdi yaşıyış evinin qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar