Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-86/2024 15.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinə qarşı “JN-974A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinə qarşı “JN-974A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(120)-447/2022 nömrəli qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(120)-166/2023 nömrəli qərardadı ilə Masallı bələdiyyəsinin adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinin nümayəndəsi, üçüncü şəxslər Masallı bələdiyyəsinin nümayəndəsi və X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının mübahisələndirdiyi JN-974A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli qərarı əsasında verilmişdir. Torpaq sahəsi X2 Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli qərarı əsasında verilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı hüquqi marağına uyğun razılaşmadığı Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək hüququ vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1339 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Dadva bələdiyyəsinin 10 noyabr 2005-ci il tarixli, 10 nömrəli qərarı ilə X6 ayrılması kimi iddia olunan və naturada göstərdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin və Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli ilə JN 974A KOD 80501039 nömrəli şəhadətnamə əsasında X2 ayrılması kimi iddia olunan 0.04 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində mübahisəli torpaq sahəsinin naturada yerləşdiyi ərazinin təyinatının yaşayış məntəqələri torpaqları, mülkiyyət növünün bələdiyyə mülkiyyəti, uqodiyasının həyətyanı torpaq sahəsi (fərdi yaşayış) olduğu müəyyən edilir. Qərardadın üçüncü sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Dadva bələdiyyəsinin 10 noyabr 2005-ci il tarixli, 10 nömrəli qərarı ilə X6 ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin texniki sənədlərində döngə nöqtələrinin koordinatları olmadığından faktiki vəziyyəti ilə sənəd üzrə yerləşmə mövqeyi arasında olan uyğunsuzluğu təyin etmək mümkün olmadı. Qərardadın dördüncü sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli qərarı ilə 974A KOD 80501039 nömrəli şəhadətnamə əsasında X2 ayrılmış 0,04 torpaq sahəsi Torpaqların elektron kadastr uçot informasiya sistemində mövcud olmadığı üçün həmin torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə yerləşmə mövqeyinin müəyyən etmək mümkün olmamışdır. Qərardadın beşinci sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Dadva bələdiyyəsinin 10 noyabr 2005-ci il tarixli, 10 nömrəli qərarı ilə X6 ayrılması kimi iddia olunan və naturada göstərdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin koordinatları (sərhədləri) ilə Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli ilə JN 974A KOD 80501039 nömrəli şəhadətnamə əsasında X2 ayrılması kimi iddia olunan 0,04 torpaq sahələrinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində mövcud olmadığı və iddia olunan torpaq sahəsinin Torpaqların elektron kadastr uçot informasiya sistemində bələdiyyə mülkiyyət kimi göstərildiyi müəyyən edilir. Qərardadın altıncı sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu dadva bələdiyyəsinin 10 noyabr 2005-ci il tarixli, 10 nömrəli qərarı ilə X6 ayrılması kimi iddia olunan və naturada göstərdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin daxilindəki ərazinin faktiki olaraq X3 istifadəsində olduğu müəyyən edilmişdir. Qərardadın yeddinci sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli ilə JN 974A KOD 80501039 nömrəli şəhadətnamə əsasında X2 ayrılması kimi iddia olunan 0,04 torpaq sahəsinin daxilindəki ərazinin faktiki olaraq X3 istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. Bundan əlavə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1339 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu dadva bələdiyyəsinin 10 noyabr 2005-ci il tarixli, 10 nömrəli qərarı ilə X6 ayrılması kimi iddia olunan və naturada göstərdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin daxilindəki ərazinin faktiki olaraq X3 istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1081/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli ilə JN 974A KOD 80501039 nömrəli şəhadətnamə əsasında X2 ayrılması kimi iddia olunan 0,04 torpaq sahəsinin daxilindəki ərazinin faktiki olaraq X3 istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələbə cavab verməli inzibati orqan Masallı rayon İcra Hakimiyyəti olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, iddiaçı bir-biri ilə əlaqəli olmayan iki cavabdehə, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinə qarşı ayrı-ayrı tələblər irəli sürmüşdürlərki ki, belə tələblərin də bir iddiada birləşdirilməsi inzibati prosessual qanunvericiliyə əsasən mümkün sayılmır. İddiaçı məhkəmənin xəbərdarlıqlarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddia tələbini müdafiə etməmiş və məhkəmənin yardım göstərməsinə baxmayaraq, iddia tələbini dəqiqləşdirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi mümkünsüz sayıldığından, ekspert rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri İddiaçı tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinə qarşı “JN-974A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-86/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-86/2024
15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver