Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-86/2025 21.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Hacıqabul rayon X7rşı “Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarının (2 saylı protokol) etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Hacıqabul rayon X13 və üçüncü şəxs X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli protokolu əsasında verilmiş qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-239/2024 nömrəli qərardadı ilə, İddia tələbinə İddiaçı cavabdeh Hacıqabul rayon X7rşı “Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarının etibarsız hesab edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-cı ıl tarixli, 04 saylı qərarı ilə Hacıqabul rayonunun Qubalı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,36 ha torpaq sahəsi İddiaçı xususı mukıyyətınə verilmişdir Həmin torpaq sahəsinin şəhadətnaməsi JN-088F KOD 91008038 nömrə ilə təsdiq edilir Həmin torpaq sahəsi uzun müddət İddiaçı qanuni istifadəsində olmuş və qısa müddət olar ki, qardaşı X6 müvəqqəti istifadə üçün verilmişdim. Həmin torpaq sahəsində bir çox tiklilər tikmişdir. Bu yaxınlarda qardaşı X4 həmin torpaq sahəsindən çıxamasını tələb etdikdə İddiaçı qardaşı oğlu X16 bildirmişdir ki, “həmin torpaq sahəsim Bələdiyyə qərarı əsasında öz adına keçirmişdir”. Həmin gün İddiaçı aidiyyəti uzrə Bələdiyyə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Daha sonra 21,06.2022-cı ıl tarixdə İddiaçı rəsmi qaydada verilmiş məktubdan sonra bilmişdir ki, X5 oğlu X16 həmin torpaq sahəsini Bələdiyyənin 20 mart 2004-cü il tarixli, 02 nömrəli protokoluna əsasında guya İddiaçı həmin torpaq sahəsini ona bağışladığı üçün adına keçirmişdir. Hal-hazırda həmin sənədləri İddiaçı qanunsuz və əsassız hesab edir. Bağışlama müqaviləsinə ümumiyyətlə İddiaçı qol çəkməmiş və həmin sənədləşmə işlərindən heç bir xəbəri yoxdur. Şirvan İnzibati Məhkəməsi tərəfindən 2-1(120)-86/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım edilmişdir. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 iddia ərizəsini qəbul etməyərək, iddiaçı tərəfindən ona torpaq sahəsinin bağışlandığını, bununla bağlı Bələdiyyə tərəfindən qərar qəbul edildiyini, mütəmadi olaraq hər il bələdiyyəyə vergilər ödədiyini bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh Hacıqabul rayon İkinci Udulu bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Hacıqabul rayon İkinci Udulu bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Məhkəmə tərəfindən mübahisələndirilən qərarla bağlı sorğular göndərilmişdir, lakin arxiv məlumatlarında, Hacıqabul rayon X10, X14, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsində mübahisələndirilən qərarın surətləri aşkar edilməmişdir. Üçüncü şəxs X16 tərəfindən məhkəməyə Hacıqabul rayon Qubalı bələdiyyəsinin 02 nömrəli qərarı (2 saylı protokol), akt, plan və ölçü sxemi, məktub təqdim edilmişdir. Təqdim edilmiş qərara məhkəmə tərəfindən baxış keçrilmiş və müəyyən edilmişdir ki, Hacıqabul rayon Qubalı bələdiyyəsinin 02 nömrəli qərarı (2 saylı protokol) üzrə tarix və konkret neçə hektar torpaq sahəsi barədə məlumat əldə etmək mümkün olmamışdır, Hacıqabul rayon Qubalı bələdiyyəsinin 02 nömrəli qərarı (2 saylı protokol) Qubalı Bələdiyyəsinin möhürünün əsli deyil, surəti öz əksini tapmışdır, Bələdiyyə sədrinin imza qeydində Qubalı bələdiyyəsinin surəti əks olunmuş möhürünün üzərində mavi qələmlə sonradan imza edilmişdir. Əlavə edilmiş digər sənəddə isə “İddiaçı torpaq sahəsinin X11 bağışlanması təqsdiq edilsin” yazılmışdır, Bələdiyyə sədrinin və katibin imzası yoxdur, Bələdiyyənin möhrünün surəti mövcuddur. Təqdim edilmiş xx.xx.2004-cü il tarixli aktdan görünür ki, 0.54 ha torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Lakin İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq iddiaçının adına JN-088F KOD 91008038 nömrəli torpağa mülkiyyət verilməsinə dair şəhadətnaməsinə əsasən, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.36 hektar torpaq sahəsi, JN-088A, KOD 91008038 nömrəli torpağa mülkiyyət verilməsinə dair şəhadətnamənin surətinə əsasən, 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə məlumat öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş: - İddiaçının AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş, Hacıqabul rayonu, Qubalı kəndində qeydiyyatdadır. - İşdə olan xx.xx.2022-ci il tarixli xəbərnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Hacıqabul rayon X13 məktub ünvanlanmışdır. -İşdə olan Hacıqabul rayon İkinci Udulu bələdiyyəsinin iddiaçıya ünvanlaıdığı xx.xx.2022-ci il tarixli, 05 nömrəli məktubunda göstərilmişdir ki, İkinci Udullu bələdiyyəsinə ərizə ilə müraciət edərək, Hacıqabul rayon Aqrar İslahat komissiyasının 17 mart 1998-ci il tarixli, 4 saylı qərarı ilə Hacıqabul rayonunun Qubalı kəndində 0,36 ha. həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsini və həmin torpaq sahəsini qardaşı X5 müvəqqəti olaraq istifadəsinə verməyi, hal-hazırda isə qardaşının həmin torpaq sahəsindən çıxmadığını və bələdiyyə tərəfindən öz adına keçiridiyini bildirmiş və bu barədə bələdiyyə tərəfindən rəsmi olaraq ətraflı məlumat verilməsini xahiş etmişdir. Hacıqabul rayon Qubalı bələdiyyəsinin 20 mart 2004-cü i! tatixli, 02 nömrəli protokoluna əsasən məxsus olan torpaq sahəsini qardaşı oğlu X11 bağışlanması barədə qərar qəbul olunmuşdur. Eyni zamanda 20 mart 2004-cü il tarixli, 5 nəfərdən ibarət, bələdiyyə üzvləri və iddiaçının iştirakı ilə tərtib edilmiş akta əsasən sözügedən əraziyə baxış keçirilib və həmin torpaq sahəsinin bağçılıq üçün tam yararlı olduğu müəyyən edilmiş və torpaq sahəsininin X11 ayrılmasının məqsədəmüvafiq olduğunu aktda öz imzaları ilə təsdiq etmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini X11 bağışlanmasının təsdiq edilməsi barədə Qubalı bələdiyyəsi tərəfindən 20 mart 2004-cü il tarixdə 02 nömrəli protokol ilə qərar qəbul edilmişdir. - İşdə olan Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı torpaq sahəsinin X11 bağışlanılması təsdiq edilmişdir. - İşdə olan Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, qərarından görünür ki, İddiaçı torpaq sahəsinin X11 bağışlanılması təsdiq edilmişdir. - İşdə olan Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, AKT-nın surətindən görünür ki, X16 üçün ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş Torpaq sahəsinin bağçılıq üçün tam yararlı olması məqsədəuyğun hesab edilmişdir. - JN-088F KOD 91008038 nömrəli torpağa mülkiyyət verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.36 hektar torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********94 nömrəli məktubunda göstərilmişdir ki, N-088F (kod ********) olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surəti təqdim olunur. Sözügedən şəhadətnamənin verilməsinə əsas olan sənədlər Ərazi idarəsinin arxivində saxlanılmır. - İşdə olan Hacıqabul rayon İkinci Udulu bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 29 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul rayon Qubalı kənd sakini İddiaçı mülkiyyətində olan 0.36 ha həyətyanı torpaq sahəsinin qardaşı oğlu X11 bağışlanmasına dair Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olan heç bir rəsmi sənəd Hacıqabul rayon İkinci Udullu bələdiyyəsinin arxivində yoxdur. Lakin X3 ikinci Udullu bələdiyyəsinə sözügüdən sənədlərin surətlərini təqdim etmişdir. -İşdə olan Hacıqabul rayon İkinci Udulu bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 43 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul rayon Qubalı kənd sakini İddiaçı mülkiyyətində olan 0.36 ha həyətyanı torpaq sahəsinin qardaşı oğlu X11 bağışlanmasına dair Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olan heç bir rəsmi sənəd bələdiyyənin arxivində olmadığına görə həmin qərarın ləğv edilməsi bələdiyyə tərəfindən mümkünsüz olduğu üçün sözügedən məsələ ilə bağlı hər hansı bir qərarın verilməsi məhkəmənin mülahizəsinə buraxılsın. X3 ilə İddiaçı qohumdurlar. Torpaq istifadəçisi X1 torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir.X3 torpaq sahəsini istifadə etdiyinə görə bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair göndərilmiş vergi bildirişlərinə əsasən verginin ödənilməsi də həmin şəxs tərəfindən təmin edilmişdir. X1 torpaq sahəsini istifadə etdiyi müddət ərzində mülkiyyətçi İddiaçı tərəfindən qardaşı oğlunun ona məxsus olan torpaq sahəsinin istifadəsi ilə bağlı bələdiyyəyə hər hansı bir müraciət daxil olmamışdır. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X14nin xx.xx.2022-ci il tarixli, 09/5-163 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin X11 bağışlanmasının təsdiq edilməsinə dair Hacıqbul rayonu Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarının qeydiyyata alınıb-alınmaması barədə sorğuya baxılmışdır. Qeyd edilən qərar X14ndə aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X14nin xx.xx.2024-cü il tarixli, 3-16/2-8308/2024 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul rayonu İkinci Udulu bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 saylı qərarının X14nə təqdim edilibedilməməsi barədə sorğuya baxılmışdır. Qeyd edilən qərar X14ndə qeydiyyata alınmamışdır. Məlumat üçün qeyd olunur ki, xx.xx.2024-cü il tarixli, 2-1(120)-239/2024 saylı məktubu X14nə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. - Hacıqabul Rayon Məhkəməsinin 2(071)-38/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonunun Qubalı kəndində yerləşən sahəsi 0,36 ha (JN-088F, KOD ********) və 0,06 ha (JN-088A, KOD ********) olan həyətyanı torpaq sahələrindən X9 və X16 çıxarılması, həmin torpaq sahələri İddiaçı qanuni sahibliyinə qaytarılması və onun torpaq sahələrindən sərbəst istifadəsinə hər hansı maneçilik törədilməsi X9 və X11 qadağan edilərək iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(106)- 179/2024 nömrəli, 06 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-179/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X6 və X11 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və torpaq sahəsindən sərbəst istifadəyə maneəçiliyin qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071 )-38/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti ilə bağlı icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Hacıqabul rayon İkinci Udullu bələdiyyəsinə qarşı “Hacıqabul rayon Qubalı bələdiyyəsinin 20 mart 2004-cü il tarixli, 02 nömrəli protokolu əsasında verilmiş qərarının ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı 2-1(120)-239/2024 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(106)- 179/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Abduləlı oğlunun cavabdeh Hacıqabul rayon İkinci Udullu bələdiyyəsinə qarşı "Hacıqabul rayon Qubalı bələdiyyəsinin 20 mart 2004-cü il tarixli, 02 nömrəli protokolu əsasında verilmiş qərarının ləğv edilməsi tələbinə dair" iddiası ilə bağlı 2-1(120)-239/2024 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı 2(106)-179/2024 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Göstərilənlərə əsasən qeyd edilən inzibatı iş üzrə yekun məhkəmə qərarının qəbul edilib- edilməməsi, qərar qəbul edildiyi təqdirdə, onun qanuni qüvvəyə minib-minməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinə məlumat verilməsini xahiş etmişdir. - Hacıqabul rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 35/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-38/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X9 və X11 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbi barədə iddiası qismən təmin edilmiş, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonunun Qubalı kəndində yerləşən sahəsi 0,36 ha (JN-088F, KOD ********) və 0,06 ha (JN-088A, KOD ********) olan həyətyanı torpaq sahələrindən X9 və X16 çıxarılmış, həmin torpaq sahələri İddiaçı qanuni sahibliyinə qaytarılması və onun torpaq sahələrindən sərbəst istifadəsinə hər hansı maneçilik törədilməsi X9 və X11 qadağan edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnaməsindən narazı qalan cavabdehlər X6 və X2 rayon Məhkəməsinin 2(071)-38/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsində apellyasiya şikayəti vermiş, mülki iş ona əlavə edilmiş materiallar üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-179/2024 saylı 31 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X6 və X11 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və torpaq sahəsindən sərbəst istifadəyə maneəçiliyin qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı Hacıqabul Rayon Məhkəməsinin 2(071)-38/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş üzrə icraat, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Hacıqabul rayon İkinci Udullu bələdiyyəsinə qarşı “Hacıqabul rayon Qubalı bələdiyyəsinin 20 mart 2004-cü il tarixli, 02 nömrəli protokolu əsasında verilmiş qərarının ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı 2-1(120)-239/2024 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-38/2- 1438/2024 nömrəli məktubunda göstərilmişdir ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır.Məktuba cavab olaraq Hacıqabul rayonu,Qubalı kənd sakini İddiaçı məxsus 0.36 ha və 0.06 ha torpaq sahələrinin ayrılması barədə Hacıqabul rayon, AİK- nınxx.xx.1998-ci il tarixli 04 saylı qərar və qərarın verilməsinə əsas olan sənədlər 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-1246/2024 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul rayonu, Qubalı kəndi ərazisində İddiaçı 0.36 ha və 0.06 ha torpaq sahələrinin ayrılmasına dair Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı Qərarının təsdiq edilmiş surətinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə daxil olmuş məktuba "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Mərkəzin arxivində saxlanılan Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarı 04 nömrəli deyil, 5 nömrəli Qərardır. İşin dəqiq və hərtərəfli araşdırılması məqsədilə Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı Qərarının eləcə də, Qubalı kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. - Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubunda göstərilmişdir ki, acıqabul rayon X15 rayon İİ Udulu kənd Bələdiyyəsi sənədlərini təhvil vermədiyi üçün Hacıqabul rayon Dövlət Arxivində saxlanılmır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə daif’ 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarının (2 saylı protokol) əsli iş materiallarına təqdim edilməmiş, “Hacıqabul rayon Qubalı bələdiyyəsinin 02 nömrəli qərarının (2 saylı protokol) surəti təqdim edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 36.1 -ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Hazırda İddiaçı cavabdeh Hacıqabul rayon X7rşı “Hacıqabul rayon Qubalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarının (2 saylı protokol) etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Hazırki iddia üzrə mübahisələndirilən inzibati akt nə cavabdeh inzibati orqan, nə də Dövlət Arxivində və digər dövlət orqanlarında, iddiaçı və üçüncü şəxsdə müəyyən edilməmişdir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-86/2025 nömrəli hüquqi yardım məktub edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisələndirilən qərar (inzibati akt) mövcud olmadığından hazırki iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddiası mümkün iddia deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Eyni zamanda, hazırkı halda dövlət təşkilatının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti də ötürülmüşdür. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü - 1.hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2.inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3.artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə tərəfindən üçüncü şəxs E.Məmmədov tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərək müəyyən edilir ki, təqdim edilmiş Hacıqabul rayon Qubalı bələdiyyəsinin 02 nömrəli qərarı (2 saylı protokol) öz-özlüyündə etibarsız (əhəmiyyətsiz) sayılır. Hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl 2004-cü il tarixdə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-86/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-86/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver