Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-861/2023 12.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N-ci il Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətə Bakı şəhər Şubanı qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətə başlamış, xidməti dövründə hərbi hissə komandirinin əmri ilə döyüş bölgəsinə ezam olunmuşdur. Ağdam, Tər-tər, Ağdərə və Fizuli rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, bu faktlar hərbi biletinin 7-ci səhifəsində N8-ci qrafada qeyd edilməklə hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Xidmətini tam başa vuraraq xx.xx.N996-cı il tarixdə ehtiyata tərxis olunmuşdur. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün Müdafiə Nazirliyi aparatının nəzdində veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya tələb olunan vəsiqələri təqdim etmiş, ərizəsində göstərilən Milli Orduda xidmət illəri və arxiv arayışında döyüş bölgəsindən qayıtması haqda məlumat vardır, lakin ezamiyyətə göndərilməsi haqda məlumat olmadığı üçün barəsində müsbət qərara qəbul edilməmişdir. Onunla bir hərbi hissədə xidmət etmiş və onunla eyni vaxtlarda döyüş əməliyyatlarına cəlb olunmaq üçün ezam olunmuşdur. Əsgər yoldaşı X5 şahidlik ərizəsində onunla döyüşlərdə iştirak etməsi göstərilmişdir. Arxiv arayışları tarix səhfləri və arxivə hərbi hissələr tərəfindən sənədlərin təqdim edilməməsi onun barəsində müsbət qərar qəbul edilməsinə mane olur. Dəqiq araşdırma aparmadan qərar qəbul etməklə onların müraciətə mövqeyləri qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Veteran haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteran adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir karteqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümünədə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının veriməsi qaydası və şərtləri haqqında “Əsasnamənin N-ci bəndinin 9-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibatı ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Fizuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı), Yuxarı Əskipara kəndləri daxil olmaqlqa) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrin tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatı aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatı aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar arqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələri sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı subut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edənn sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin bənddə yazılmış qeyd N-də göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikasınin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə məhkum edilmiş (2000-ci il sentyabr N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci mədəsinin ikinci hissəsinə əsasən cəzadan şərti azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qanunun özünün məzmunundan birmənalı şəkildə məlum olur ki, bənd N-də qeyd edilmiş məhdudiyyətlər N988-ci ilin fevral -N dən N994-cü il mayın N2-dək olan dövrə şamil olunur. Çünki, N988-ci ilin fevralın N-dən N994-cü ili may ayının N2-dək olan dövr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı vaxt hesab olunurdu. N2-may N994-cü ildən sonra atəşkəs dövrü hesab olunur. O isə N994-cü ilin avqust ayında qeyri döyüş şəraitində hərbi hissəni tərk edərək daimi yaşayış yeri olan Biləsuvar rayonuna gəlmiş, hərbi hissəni tərk edərkən döyüş əməliyyatları aparılmırdı. Atəşkəs dövrü davam edirdi. Bu baxımdan qanunda qeyd edilmiş məhdudiyyətlər mənə qarşı münasibətdə tətbiq oluna bilməz. Buna görədə yuxarıda göstərilən normaların tələbi baxımından mənə müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı tərəfindən iddia ərizəsində xx.xx.N-ci ildə Biləsuvar RHKdan həqiqi hərbi xidmətə çağrıldığını, N nömrəli hərbi hissədə xidmətə başladığını, xidməti dövründə hərbi hissə komandirinin əmri ilə döyüş bölgəsinə ezam olunduğunu, Ağdam, Tər-tər, Ağdərə və Füzuli rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyini göstərərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-65N0 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin noyabr N-xx.xx.N993-cü il və fevral-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 20 iyun 20N7- ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuş, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.N-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N9cu il tarixli, 9/2-885 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli N5 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş operator vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyuiması barədə məlumat vardır. Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-850N nömrəli məktubundan görünür ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə noyabr N-ci il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-6N55 nömrəli məktubundan görünür ki, Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli N5 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş operator vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edirik ki, araşdırmalar İddiaçı barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş soğu əsasında aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N39-25790-N222 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan xx.xx.N974-cü il təvəllüdlü İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Biləsuvar rayon Polis şöbəsində hər hansı təqsirləndirici material aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, İddiaçı hərbi qeydiyyatı, hərbi xidmət keçib-keçməməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib-etməməsi, hərbi xidmətdən nə zaman təxris edilməsi, eləcə də hərbi xidmət zamanı yaralanıbyaralanmaması barədə Biləsuvar rayon Polis şöbəsində heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N552 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayon Nərimankənd kənd sakini N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N996-ci il tarixə kimi Azərbaycan Respubilkası Silahlı Qüvvələri Sıralarında xidmət etmiş, xx.xx.N-ci idən xx.xx.N993-cü il tarixə kimi Ağdam, Tərtər, Füzuli və Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etrməsi barədə xidmət kartasında müvafiq qeydlər aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-8333 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivdə olan may-dekabr N993-cü il və yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, HPxx/xx-N2773 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı N-N996-cı illər ərzində N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışından görünür ki, Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı 47N №-li hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli N5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə təyin olunmuşdur. 47N №-ti hərbi hissə komandirinin N dekabr N-ci il tarixli 33 №-li əmrində sıravi Ağayevin Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək xx.xx.N-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 №-li əmrilə baş operator, yefreytor İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, baş operator, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə 47N №-li hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edirik ki, 47N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş N9 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, işdə materiallarında olan iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bileti mötəbər sübut hesab edir və həmin hərbi biletdə (təsdiq edilmiş) İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N996-cı tarixədək N nömrəli hərbi hissəni tərkibində iştirak etməsi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2023cü il tarixli, N497 nömrəli arxiv arayışından görünür ki, Biləsuvar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı 47N №-li hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli N5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə təyin olunmuşdur. 47N №-ti hərbi hissə komandirinin N dekabr N-ci il tarixli 33 №-li əmrində sıravi Ağayevin Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək xx.xx.N-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 №-li əmrində sıravi İddiaçı ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. 47N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 №-li əmrilə baş operator, yefreytor İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, baş operator, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə 47N №-li hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edirik ki, 47N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. Cavabdeh imtina və etiraz ərizələrində “Döyüş əməliyyatları aparılan dövrdə noyabr N-ci il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə arxiv sənədlərində məlumat olmadığı” halına istinad etmişdir ki, qeyd edilən istiqamətdə məhkəmə tərəfindən araşdırma aparılmış və iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışına əsasən N974-cü il təvəllüdlü İddiaçı 47N №-ti hərbi hissə komandirinin N dekabr N-ci il tarixli 33 №-li əmrində sıravi Ağayevin Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək xx.xx.N-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumatın olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Göründüyü kimi iddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N996-cı tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşdüyündən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-861/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-861/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver