Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-863/2023 24.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Veteran adının verilməsi komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 16 noyabr 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Veteran adının verilməsi komissiyası əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin arxiv sənədinə əsasən 02-may N94-cü il tarixdə o, Hərbi komissarlığ tərəfindən 703-saylı H/H-yə göndərilərək siyahıya daxil olmuşdur. Təxminən 15-16-gündən sonra N94-cü ilin may ayından hərbi hissədə olmuş və may ayının N-da əmisi oğlu X3 qonşu H/H- də ŞƏHİD oldu və rəhbərlik onun cənazəsini bir qohumu, həmkəndlisi və Lerikdən olduğuna görə Şəhidi rayona gətirmək üçün onu göndəriblər. ŞƏHİD qardaşını gətirəndə rəhbərliyin icazəsi ilə 7-gün rayonda qalmış və Şəhidin 7-günündən sonra yenidən hissəyə qayıtmışdır. O sentyabr ayına kimi 5-ay döyüşlərdə iştirak etmişvə atəşkəs elan olduğu üçün buraxılmışdır.Hərbi hissədən çıxanda hərbi biletini ona verdilər və o da evə qayıtdı. N97-ci ildə X1 veteranlarının təqaüdləri barədə verdiyi sərəncamla əlaqədar Qarabağ iştirakçısı vəsiqəsini almaq üçün MN-nə müraciətindən sonra bilmişdir ki, xx.xx.N94-cü il tarixli 84-saylı əmrlə guya döyüş zonasını özbaşına tərk etmişdir. Əvvala o H/H-ni özbaşına tərk etməmişdir. Əgər bu belədirsə onda hərbi biletinin 4-cü səhifəsinə ştab rəisi tərəfindən hərbi biletinə necə olur ki, möhür vurulur? O, 5-ay döyüşmüş və bu faktdır, onunla olan əsgər yoldaşları var, onların sənədlərini də məhkəməyə təqdim edəcəkdir və özləridə bunu təsdiq edəcəklər. Onlar da şahiddirlər ki, belə şey olmayıb. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona Qarabağ müharibəsi iştirakçısı faktının müəyyən olunmasına köməklik göstərilməsini məhkəmədən İddiaçı 02-may N94-cü il tarixdən N94cü ilin 26- sentyabr sentyabr tarixinə qədər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi faktının müəyyən olunması və ona 1-ci Qarabağ müharibəsi iştirakçısı adının verilməsi barədə Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, xx.xx.N94-xx.xx.N94-cü ilədək 703 saylı Hərbi Hissə tərəfindən məzuniyyət vərəqəsi verildiyini, sonra yenidən hərbi hissəyə geri qayıtdığını, sonra ailəsində baş verən problemə görə avtomatını komandirə qaytarıb evinə qayıtdığını bildirmiş, ona görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lerik rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan vətəndaşın AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı xx.xx.N68-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Lerik rayonu, Əvilə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 1/M-11120 nömrəli məktubunda qeyd edilmişdir ki,“Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09 N95-ci ıl tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. - İşdə olan Azərbaycan Respublikası MüdafiəNazirliyi Mərkəzi Arxivinin İddiaçı verdiyi xx.xx.2017-ci il tarixli 9/2-5498 nömrəli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin N may N94-cü il tarixii 36 №-li yoxlama əmrində (əsas: səh-38) Lerik RHK-nın çağırışçısı, sıravi İddiaçı "Goran” hazırlıq məntəqəsindən N №-li hərbi hissənin 5-ci motoatıcı taburuna gəlmiş hesab edilərək siyahılara və bütün növ təminatlara qoyulması barədə məlumat vardır. X7 məntəqəsindən daxil olmuş N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 84 №-li əmrində (əsas: sıra-750) döyüş zonasını özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılananların siyahısında İddiaçı adı qeyd edilmişdir.Bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2017-ci il tarixli 9/2- 3171 №-li məktubla İddiaçı ünvanına cavab gındərilmişdir. Təkrar araşdırmalar zamanı əlavə məlumat aşkar olunmamışdır. - İşdə olanНЗ ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.N94-cü ildən xx.xx.N94cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi biletdə xx.xx.N94-cü il tarixdən sonra yazılmış qeydlərin pozulması aşkar edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 11/4217 nömrəli etiraz məktubunda göstərilmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz, iddia ərizəsi təmin edilə bilməz: Birincisi, faktın tanınması ümumi məhkəmələrin səlahiyyətlərinə aid olduğundan iddia bu hissədə baxılmamış saxlanılmalıdır.İkincisi, tələbin digər hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir.İddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən, ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.“Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz.Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N97-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət islərinin başlanması rədd edilsin.Onu da qeyd etmək lazımdır ki, iddiaçı iddia müddətini də ötürmüşdür. İmtina 2017-ci ildə olunduğu halda, o, 2022-ci ildə məhkəməyə müraciət etmişdir.İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı N oktyabr 2022-ci il tarixli 4/2-7081 nömrəli məktubunda göstərilmişdir ki, Lerik RHK-nın çağırışçısı, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 36 №-li əmrilə (əsas: yoxlama əmri, səh-38) “Goran” hazırlıq məntəqəsindən hərbi hissəyə gəlmiş hesab edilərək 5-ci motoatıcı taborda siyahılara və bütün növtəminatlara qoyulmuşdur. 5ci motoatıcı taborun hərbi qulluqçusu, sıravi İddiaçı N №-lı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 149 №-li əmrilə (əsas: §-1, səh-38) ailə vəziyyətinə görə, məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. X7 Məntəqəsindən daxil olmuş, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 84 №-li əmrində (əsas: sıra- 750) 01,05.N94-cü il tarixdə Lerik RHK-dan çağırılmış, sıravi İddiaçı döyüş zonasını özbaşına tərk etdiyinə görə, Müdafiə nazirinin 05 09.N94-cü il tarixli müvafiq əmrinə əsasən, hərbi hissənin siyahılarından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyat sənədlərinin Müdafiə Nazirliyinin Şəxsi X4 göndərilməsi qeyd olunmuşdur. N №li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin 21.04 N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2134 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N68-ci il təvəllüdlü Lerik rayonu Əvilə kəndində qeydiyyatda olan İddiaçı xx.xx.N86-cı il tarixdən 24.11 N88-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə səfərbərliklə çağırılmış,-lakin Silahlı Qüvvələrdən tərxis olunması, ehtiyata buraxılması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində heç bir məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1xx-xx-11366-1222 nömrəli məktubunda göstərilmişdir ki, Lerik rayon, Əvilə kəndində qeydiyyatda olan İddiaçı barəsində aparılmış yoxlama zamanı məhkumluğu və təqsirləndirici məlumatlar müəyyən edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli HPxx/xx-13213 nömrəli məktubunda göstərilmişdir ki,Vətəndaş İddiaçı N94-cü ilin may ayının 2-dən sentyabr ayının 26-na kimi N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla təxris olunmasına və xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsi, o cümlədən hərbi qulluqçunun hərbi hissəsini öbaşına tərk etməsidir. İşdə olan xx.xx.2017-ci il tarixli 9/2-5498 nömrəli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin N may N94-cü il tarixii 36 №-li yoxlama əmrində (əsas: səh-38) Lerik RHK-nın çağırışçısı, sıravi İddiaçı "Goran” hazırlıq məntəqəsindən N №-li hərbi hissənin 5-ci motoatıcı taburuna gəlmiş hesab edilərək siyahılara və bütün növ təminatlara qoyulması barədə məlumat vardır. X7 məntəqəsindən daxil olmuş N №-li hərbi hissə komandirinin xx.xx.N94cü il tarixli 84 №-li əmrində (əsas: sıra-750) döyüş zonasını özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılananların siyahısında İddiaçı adı qeyd edilmişdir. Həmçinin İddiaçı tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasından məhkəməyə tibbi kartadan ambulator çıxarış təqdim etmiş, məhkəmə tərəfindən ambulator çıxarışa baxış keçirilərək müəyyən edildi ki, stasionara giriş və çıxış tarixləri üzərində aylar üzrə qaralama və düzəlişlər edilmiş, stasionara istiqamət xx.xx.N94-cü il, stasionara qəbul isə xx.xx.N94-cü il, stasionardan çıxış xx.xx.N94-cü il göstərilmişdir. Arxa vərəqədə isə müalicə həkimi tərəfindən sənədin tarixi isə xx.xx.N94-cü il göstərilmişdir. Göründüyü kimi, ambulatordan çıxarışda tarixlər arasında ziddiyyətlər var. Ona görə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini özbaşına tərk etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-863/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-863/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver