Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-866/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X9 hüquq varisi X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamın 2-ci bəndinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına və iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə 20 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 noyabr 2003-cü il tarixli, 265 saylı Sərancamın 2-ci bəndinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 01 iyun 2022-ci il tarixli qərardadı ilə X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclası zamanı üçüncü şəxs X9 23 sentyabr 2019-cu il tarixdə vəfat etdiyi müəyyən olunmuş, məhkəmə bildirişini alaraq məhkəməyə gələn onun qızı X2 nümayəndəsi və vəkili X10 isə X2 mərhum anasının (üçüncü şəxsin) prosessual hüquq varisi olaraq tanınmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X9 ölümü ilə əlaqədar X6 onun prosessual hüquq varisi qismində tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X13 adına verilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfındən qəbul edilmiş 30 dekabr 2003 tarixli, 265 saylı sərancam onun mülkiyyət hüququnu pozur. Belə ki, onun mərhum anası tərəfındən 1990cı illərdə inşa edilmiş 24 kv.m qeyri-yaşayış binası hazırda onun mülkiyyətində olan RX ******* saylı Mülkiyyət hüquqlarında təsdiqlənən torpaq üzərində yerləşir. Məlumat üçün bildirir ki, üçüncü şəxs X26 onun mərhum X1nun həyat yoldaşı olub. X1 11 may 1996-cı ildə vəfat etmişdir. Anası isə ondan bir il sonra, yəni 05 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra anasından qalan miras əmlakı o, faktiki olaraq qəbul etmiş və həmin əmlakda yerləşən mağazadan gəlir əldə edir. Lakin mərhum X1nun həyat yoldaşı X29 öz həyat yoldaşından, yəni mərhum qardaşından miras qalmış 1/5 hissəli əmlakı 10 avqust 2011-ci ildə qanun üzrə qəbul edərkən mərhum anası X4 da miras qalmış 1/5 hissəli əmlakı özünün və öz iki qızının (X11 və X12) adına qeyd etdirib və bununla bağlı da Daşınmaz Əmlakın Reyestr Xidmətindən xx.xx.2011-ci il tarixli, ******* nömrəli mülkiyyət hüququna dair Çıxarış almışdır. Onun aparılmış vərəsəlik işindən 2014cü ildə xəbəri olmuş və dərhal verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvindən ötrü Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-l(86)-951/2014 nömrəli qərarı ilə onun iddiası təmin olunaraq, Lənkəran rayon notariat kontoru tərəfındən verilmiş 2-V-0183 saylı, 10 avqust 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Sonradan o, Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vərəsəlik payının müəyyən olunması barədə iddia tələbini irəli sürmüşdür. Lənkəran Rayon Məhkəməsi tərəfındən qəbul edilmiş 15 avqust 2016-cı il tarixli, 2(049)-700/2016 saylı qətnamə ilə onun vərəsəlik payı müəyyən edilmişdir. Daha sonra o, Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək həmin sərancamın ləğvi ilə bağlı iddia qaldırmışdır. X39-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2-1(86)-200/2016 saylı qərardad ilə işin baxılması mümkünsüz sayılmış və qərardadda göstərilmişdir ki, mağazanın yerləşdiyi ərazidə Ağayev Elazənin, yəni onun mülkiyyət hüququ əldə edilmədiyinə görə işə baxmaq mümkünsüz hesab edilir. Hal-hazırda həmin qərardadda göstərilən bütün nöqsanlar aradan qaldırılmışdır və bu səbəbdən də iddia üçün əsaslar yaranmışdır. Həmin vərəsəlik payı əldə edildikdən sonra o, 01 noyabr 2016-cı il tarixində “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX0953870 saylı çıxarışı əldə etmişdir. Sonradan Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, həmin əmlakdan torpaq hissəsinin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılaraq ona verilməsini tələb etmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin həyətyanı sahədən 0.00879 ha torpaq sahəsi ekspert rəyinə uyğun olaraq bölünüb onun mülkiyyətinə verilmişdir. Həmin qətnamə əsasında ona “Hüquqların Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX1445008 saylı çıxarış verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı sərancamının 2-ci bəndində qeyd olunur ki, “Lənkəran şəhəri, B.O.Abbasov küçəsi, 39 saylı evdə yaşayan X9 öz həyətində 5,6x 4,35= 24,3 kv.m ölçüdə aparıldığı tikinti onun adına qeydə alınsın”. Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı sərancamının 2ci bəndinin bu hissəsi o vaxtlar X9 torpaq üzərində mülkiyyətçi olub-olmaması yoxlanılmadan verilmiş sərancam idi və həmin tikilinin qeydə alınması da həmin sərancamın verilməsində başqa bir şəxslərin hüquqi mənafeyinə toxunub-toxunulmaması yoxlanılmamışdır. Həmin sərancamla tənzimlənən mağaza hal-hazırda onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinə görə o, öz mülkiyətindən istifadə edə bilmir. Həmin qeyri-yaşayış binasının sökülməsindən ötrü Sərancamın 2-ci bəndinin ləğv edilməsi qaçılmazdır. O, Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir ki, verdikləri sərancamı özləri ləğv etsinlər. Lakin Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfındən imtina edilərək işin məhkəmə qaydasında aparılması tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, üçüncü şəxsin hüquq varisi X2 nümayəndəsi və vəkili X10 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçı iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun əvvəllər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli sərəncamından heç bir məlumatı olmamışdır. 2014cü ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X13 adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-1(86)-951/2014 saylı qərarı ilə həmin vərəsəlik şəhadətnaməsi ləğv edilmişdir. Daha sonra X26 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ticarət obyektindən çıxarılmağını xahiş etmişdir. Onun iddia ərizəsinə əlavə etdiyi sənədlərdən 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli sərəncamın mövcüdluğundan xəbəri olmuşdur. Həmin sərəncamdan xəbərdar olduğu an sərəncamın ləğvi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin sərəncam onun vərəsəsi olduğu miras əmlakda yerləşdiyi üçün onun hüquqlarına toxunduğundan ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2-1(86)- 200/2014 qərardadı ilə iddiası mümkün sayılmamışdır. Sonradan o, Lənkəran Rayon Məhkəməsində “miras əmlakdan payın əldə edilməsi” ilə bağlı iddia qaldırmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-7000/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə o, Lənkəran şəhəri, Heydər Əliyev küçəsində 0.08788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 61.9 kv.m yaşayış, 49.4 kv.m köməkçi sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinin mərhum X8 1/10 hissə payına münasibətdə qanun üzrə vərəsə hesab olunaraq, həmin əmlakda 1/10 hissə paylı mülkiyyət hüququ müəyyən edilmişdir. Daha sonra o, Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, ona düşən payın naturada bölünməsini xahiş etmişdir. Həmin sərəncamla inşa olunmuş ticarət obyekti onun payına düşən torpaq sahəsində yerləşdiyinə görə qanuni qüvvəsini alması ilə bağlı qətnamə ilə birlikdə yenidən Şirvan İnzibati Məhkəməsinə müraciət etmək istədiyi zaman qarşı tərəf həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bu minvalla iş Ali Məhkəməyə qədər davam edərək yenidən Şirvan Apellyasiya Məhkəməsinə qayıtmış və Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Həmin sərəncam ümumi əmlakın naturada bölünməsinə maneə yaratdığına görə məhkəmələrin yekun qərarları məlum olana qədər hazırki iddianı məhkəmədə qaldırmağı qeyri mümkün idi. Ona görə də həmin məhkəmə nəticələrini gözləməsi səbəbindən iddia ərizəsini 2021-ci ilin dekabr ayında təqdim etmək məcburiyyətində qaldı. Bütün bunları nəzərə alaraq, 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli sərəncamm ləğvi ilə bağlı buraxılmış müddətin ötürülməsini üzürlü hesab edilib bərpa edilməlisini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin hüquq varisi X2 nümayəndəsi və vəkili X10 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı anası X18 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Lənkəran rayon 1 saylı notariat kontoru İddiaçı miras qoyanın qızı və birinci növbəli qanun üzrə vərəsəsi olduğunu bildiyi halda iddiaçını vərəsəlik işinə cəlb etməmiş və onun münasibətini öyrənməmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Qeyd edilən şəhadətnamə üzrə üzrə X8 Lənkəran şəhəri, H.Əliyev prospektində 0,0879 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 61,9 kv.m yaşayış və 49,4 kv.m yardımçı sahədən ibarət 9 saylı fərdi yaşayış evini 1/10 hissəsindən ibarət miras əmlakına münasibətdə miras qoyanın özündən əvvəl vəfat etmiş oğlu X7 arvadı X26 və qızları X24 və X11 miras qoyanını vərəsələri kimi tanınmışdır. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-1(85)-951/2014 nömrəli qərarı ilə ləğv edilmşdir. Bundan sonra İddiaçı üçüncü şəxs X9 paylı mülkiyyət hüququ üzrə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olan həyətdə apardığı tikintinin onun adına qeydə alınması barədə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 noyabr 2003-cü il tarixli, 265 saylı Sərancamın 2-ci bəndinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli. 2-1(86)-200/2016 sayıı qərardadı ilə İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamın 2-ci bəndinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-1(85)-951/2014 nömrəli qərarı ilə X8 miras əmlakına münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsə də, həmin miras əmlaka münasibətdə yeni vərəsəlik açılmamış, o cümlədən İddiaçı miras qoyanın vərəsəsi kimi tanınmamış və miras əmlak üzərində paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki mübahisənin predmeti olan torpaq sahəsi mülkiyyətçilərin ümumi istifadəsindədir, mülkiyyətçilərin arasında bölgü sxemləri yoxdur və paylar naturada müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi, qəbul etdiyi inzibati akt nəticəsində onun hansı subyektiv hüququnun və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Belə ki, hazırki halda İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamını mübahisələndirə bilməsi üçün hər hansı subyektiv hüququ müəyyən olunmur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları pozulmamışdır. Bundan sonra İddiaçı cavabdehlər X19, X5, X14 və üçüncü şəxslər X20, X15, X21 və X16 qarşı “cavabdehlərin paylı mülkiyyətdə olan mənzildə payların mütənasib surətdə müəyyən edilərək mənzilə və həyətə giriş-çıxışın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən cavabdehlərlə paylı mülkiyyətdə olan mənzildə payların mütənasib surətdə müəyyən edilərək mənzilə və həyətə giriş-çıxışın naturada ayrılması, ona çatan hissədən cavabdehlərin çıxarılması və həmin hissənin boşaldılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 3 İddiaçı payına düşən 87,9 kv.m torpaq sahəsinin həyətyanı torpaq sahəsinin Heydər Əliyev küçəsinə paralel olan hasarın qonşu tərəfdən 5,7 m aralı və həmin hasara perpendikulyar şəkildə həyətyanı torpaq sahəsinə doğru 15,4 metr uzunluğunda sərhəd hasarı çəkilməklə ayrılaraq İddiaçı verilməsi, cavabdehlər X26 və X2 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh X26 apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X26 23 sentyabr 2019-cu il tarixdə vəfat etdiyinə görə cavabdehlər X22 və X6, həmçinin cavabdeh X13 prosessual hüquq varisi kimi tanınmışlar. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(106)-2854/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (eyni zamanda cavabdeh X13 hüquq varisi) Mirzəzadə (Qasımova) Ruqiyyə Rəcəbəli qızı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(106)-2854/2019 nömrəli qətnaməsinin ləğv eidlməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(102)- 2074/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(106)-2854/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(106)-245/2021 nömrəli qətnaməsi ilə cavabdeh X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)- 55/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X19, X5, X14 və üçüncü şəxslər X20, X15, X21 və X16 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin payların mütənasib surətdə naturada ayrılması” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(102)- 1782/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(106)-245/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan aydın olur ki, kollegiya hesab etmişdir ki, mübahisə predmetini təşkil edən torpağın, onun üzərində olan fərdi yaşayış evindən ayrı olaraq naturada ayrılmasının qeyri-mümkün olması qənaətinə gəlindiyindən iddiaçının Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamını inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında mübahisələndirilməsi qəbul edilmiş qərarın nəticəsi üçün əhəmiyyət kəsb etmir. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamının qəbul olunmasından 18 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində onun əvvəllər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli sərəncamından heç bir məlumatı olmadığını, 2014-cü ildə Şirvan İnzibati_İqtisadi Məhkəməsinə müraciət edərək, X13 adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini xahiş etdiyini, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-1(86)-951/2014 saylı qərarı ilə həmin vərəsəlik şəhadətnaməsinin ləğv edildiyi, daha sonra X26 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ticarət obyektindən çıxarılmağını xahiş etdiyini, onun iddia ərizəsinə əlavə etdiyi sənədlərdən 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli sərəncamın mövcüdluğundan xəbəri olduğunu, həmin sərəncamdan xəbərdar olduğu an sərəncamın ləğvi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini, həmin sərəncam onun vərəsəsi olduğu miras əmlakda yerləşdiyi üçün onun hüquqlarına toxunduğundan ləğv edilməsini xahiş etdiyini, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2-1(86)-200/2014 qərardadı ilə iddiasının mümkün sayılmadığı, sonradan o, Lənkəran Rayon Məhkəməsində “miras əmlakdan payın əldə edilməsi” ilə bağlı iddia qaldırdığını, Lənkəran Rayon Məhkəməsinin 2(049)-7000/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə o, Lənkəran şəhəri, Heydər Əliyev küçəsində 0.08788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 61.9 kv.m yaşayış, 49.4 kv.m köməkçi sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinin mərhum X8 1/10 hissə payına münasibətdə qanun üzrə vərəsə hesab olunaraq, həmin əmlakda 1/10 hissə paylı mülkiyyət hüququ müəyyən edildiyi, daha sonra o, Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, ona düşən payın naturada bölünməsini xahiş etdiyini, həmin sərəncamla inşa olunmuş ticarət obyekti onun payına düşən torpaq sahəsində yerləşdiyinə görə qanuni qüvvəsini alması ilə bağlı qətnamə ilə birlikdə yenidən Şirvan İnzibati Məhkəməsinə müraciət etmək istədiyi zaman qarşı tərəf həmin qətnamədən apellyasiya şikayəti verdiyini, Bu minvalla iş Ali Məhkəməyə qədər davam edərək yenidən Şirvan Apellyasiya Məhkəməsinə qayıtdığını və Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin qətnaməsini ləğv etdiyini, həmin sərəncam ümumi əmlakın naturada bölünməsinə maneə yaratdığına görə məhkəmələrin yekun qərarları məlum olana qədər hazırki iddianı məhkəmədə qaldırmağın qeyri mümkün olduğunu, ona görə də həmin məhkəmə nəticələrini gözlədiyi səbəbindən iddia ərizəsini 2021-ci ilin dekabr ayında təqdim etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, hətta iddiaçı sözügedən qərardan yalnız iddiaçı 2014-cü ildə X13 adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etdikdən sonra mübahisələndirilən sərancamın mövcudluğunu bildiyi və bundan sonra onun tərəfindən məhkəməyə müraciət edilməsi qəbul olunsa belə, iddiaçı yenə də bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Bundan əlavə iddiaçının tələbindən də göründüyü kimi, həmin tələb mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın, yəni Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamının 2-ci bəndinin ləğv olunmasına yönəlmişdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmasıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə yoxlanılmalıdır. İddia ərizəsindən məlum olur ki, iddiaçı hazırki iddianı irəli sürərək hüquqlarının pozulmasını belə əsaslandırır ki, Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, həmin əmlakdan torpaq hissəsinin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılaraq ona verilməsini tələb etmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir və həmin həyətyanı sahədən 0.00879 ha torpaq sahəsi ekspert rəyinə uyğun olaraq bölünüb onun mülkiyyətinə verilmişdir. Həmin qətnamə əsasında ona “Hüquqlarm Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX1445008 saylı çıxarış verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003cü il tarixli, 265 saylı sərancamının 2-ci bəndində qeyd olunur ki, “Lənkəran şəhəri, B.O.Abbasov küçəsi, 39 saylı evdə yaşayan X9 öz həyətində 5,6x 4,35= 24,3 kv.m ölçüdə aparıldığı tikinti onun adına qeydə alınsın”. Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı sərancamının 2-ci bəndinin bu hissəsi o vaxtlar X9 torpaq üzərində mülkiyyətçi olub-olmaması yoxlanılmadan verilmiş sərancam idi və həmin tikilinin qeydə alınması da həmin sərancamın verilməsində başqa bir şəxslərin hüquqi mənafeyinə toxunub-toxunulmaması yoxlanılmamışdır. Həmin sərancamla tənzimlənən mağaza halhazırda onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinə görə o, öz mülkiyətindən istifadə edə bilmir. Həmin qeyri-yaşayış binasının sökülməsindən ötrü Sərancamın 2-ci bəndinin ləğv edilməsi qaçılmazdır. Lakin iş materiallarında olan və yuxarıda qeyd edilən məhkəmə aktlarından göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)- 55/2018 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilsə də, eləcə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(106)- 2854/2019 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(102)-2074/2020 nömrəli qərarı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(106)- 2854/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(106)- 245/2021 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X19, X5, X14 və üçüncü şəxslər X20, X15, X21 və X16 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin payların mütənasib surətdə naturada ayrılması” tələbinə dair iddiası rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(102)-1782/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(106)-245/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə baxan kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddia əvvəlcə ümumi paylı mülkiyyətdə olan mənzildən payın ayrılması tələbi ilə irəli sürülsə də, bunun texniki cəhətdən mümkün olmadığı ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir. Həmin rəy məhkəməyə daxil olduqdan sonra isə iddia dəyişdirilməklə, paylı mülkiyyətdə olan və iddiaçının payına düşən torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi və ona çatan hissədən cavabdehlərin çıxarılması tələbi qoyulmuşdur. Hazırkı işdə ayrılması tələb edilən torpaq sahəsi 0,0879 ha olmaqla yaşayış məntəqəsi torpağı kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Başqa sözlə, mübahisə predmeti olan sahə fərdi yaşayış evindən təyinatı üzrə istifadəni təmin edən həyətyanı torpaq sahəsi olmaqla bir-biri ilə bağlı (vəhdətdə) olan daşınmaz əşyalardır və onlar ümumi paylı mülkiyyət hüququ ilə 8 nəfər şəxsə (o cümlədən iddiaçı və cavabdehlərə) məxsusdur. Belə olan halda, iddiaçının payının naturada ayrılmasının digər ümumi mülkiyyətçilərin sözügedən fərdi yaşayış evindən sərbəst istifadə etmələrinə maneə yaratmadığı müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətdə olan əşya hüquqi vəziyyətinə görə paydaşların ümumi istifadəsində olduğu üçün payın ayrılması ilə bağlı mübahisələrdə mütənasiblik prinsipi nəzərə alınmalıdır. Çünki, bir paydaşın əşyadan istifadəsi və ya ona olan mülkiyyət hüququ sərhədsiz olmayıb, digər paydaşın istifadə və mülkiyyət hüququnun sərhədi ilə məhdudlaşır. Odur ki, paydaşlıqdan çıxma tələbinin həlli digər mülkiyyətçilərin hüququnun mahiyyətinə xələl gətirməməli, onu əsasından zədələməməlidir. Hazırkı işdə isə, tələb üzrə torpaq sahəsinin naturada ayrılmasının digər paylı mülkiyyətçilərin (o cümlədən cavabdehlərin) fərdi yaşayış evindən və onun həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etmələrinə maneçilik yaradıb-yaratmaması, onların normal yaşayış standartlarını pozub-pozmaması tikinti-texniki ekspertizanın əsaslandırılmış rəyi ilə müəyyən edilməmişdir. Halbuki, xüsusi bilik tələb edən həmin hallar işin düzgün hüquqi həlli üçün əhəmiyyət kəsb edir və ixtisaslı şəxslərin rəyi ilə təsbit oluna bilər. Bundan əlavə, ayrılması istənilən sahə üzərində mövcud olan tikililərin hüquqi vəziyyətinə, onlara dair əmlak hüquqlarının olubolmamasına, əgər varsa bu hüququn kim(lər)ə məxsus olmasına, iddiaçının payının ayrılması halında bu tikililərin sonrakı vəziyyətinə lazımi qaydada hüquqi qiymət verilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı isə özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixliqərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli Qərar). Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş hallar, yəni tələb üzrə torpaq sahəsinin naturada ayrılmasının digər paylı mülkiyyətçilərin (o cümlədən cavabdehlərin) fərdi yaşayış evindən və onun həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etmələrinə maneçilik yaradıb-yaratmaması, onların normal yaşayış standartlarını pozub-pozmaması tikinti-texniki ekspertizanın əsaslandırılmış rəyi ilə müəyyən edilmədiyi sübuta yetirilmiş, həmin məhkəmə aktı iddiaçı və üçüncü şəxs üçün preyudisial əhəmiyyətə malikdir və həmin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar onlar tərəfindən başqa məhkəmə araşdırması zamanı mübahisələndirə bilməz. Göründüyü kimi iddiaçı hazırda münahisələndirilən sərancamı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hüquqi ixtiyarlı deyildir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aklarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçı hər hansı hüquqa malik deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqa malik olmadığından həmin torpaq sahəsi ilə bağlı iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Məhz həmin əsasa görə də iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından, habelə mübahisə predmeti olan inzibati aktı məhkəmədə mübahisələndirmək üçün qanunla nəzərədə tutulmuş iddia müddətini ötürdüyündən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamın 2-ci bəndinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-866/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-866/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver