Məhkəmə qərarları › İş №2-1(120)-868/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-868/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-868/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs Hirkan Milli Parkının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli məktubla verdiyi cavabı ləğv olunaraq, Lənkəran rayonu, Şovu kəndində xüsusi mülkiyyətində olan 3000 kv.m həyətyanı torpaq sahəsini yeni yaradılmış elektron kadastr sistemində bərpasını, yeni elektron kadastrın verilməsini və ona yeni elektron çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Hirkan Milli Parkı, X3 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1956-cı ildə Lənkəran rayon Şovu kəndində anadan olmuş, hal-hazırda həmin kənddə yaşayır. Uzun müddət orta məktəbdə müəllim işləmiş, təqaüddədir, əmək veteranıdır, 1985-ci ildə ailə həyatı qurmuş, iki ovladı vardır. 1985-ci ildən 1992-ci ilə qədər torpaq növbəsinə qalmış, 1992-ci ildə hal-hazırda yaşadığı yerdə ev tikib yaşayır. 1998-ci ildə “Torpaq islahatı” aparılmış, yaşadığı yerdə torpağı çox olduğu üçün ona başqa yerdə pay torpağı verilmədir. İslahatda 4 nəfər iştirak etmiş, (İslahatın xəritəsini, iştirak haqqında arayışı təqdim edə bilərəm) İslahatdan sonra sənəd verilməsi gecikmişdir. 2007-ci ildə ona Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri” barədə sənəd təqdim olunmuşdur. Bununla bağlı 2 dekabr 2008-ci ildə ona torpaq çıxarışı verilmişdir. 6 iyun 2013-cü ildə DƏDRX-Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, İdarədən mütəxəssis evə aparmış, lazım olan çəkilişləri etmiş, lazım olan bütün sənədləri təqdim etmişdir. 13 iyun 2013-cü ildə imtina məktubu almışdır. Qeyd edilənləri nəzərə alaraq Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X3 və X5 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini və təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Lənkəran rayonu, Şovu kəndində İddiaçı Lənkəran rayon islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 3000 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X13 kitabında xx.xx.2008-ci il tarixli, 1739 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-T-00xx-xx/2024 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin 3000 kv.m torpaq sahəsi torpaqların elektron uçot məlumat bazasına əsasən, Şovu kəndi inzibati ərazi vahidliyinin sərhədləri hüdudlarından kənarda yerləşir, habelə Hirkan Milli Parkının ərazisi olmaqla dövlət mülkiyyətidir. Qeyd olunan səbəblərdən sözügedən torpaq sahəsinə dair qeydiyyatın aparılması qanunvericiliyin tələbinə əsasən mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və ona xx.xx.2023-cü il tarixli, **********92 nömrəli imtina bildirişi ünvanlanmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-2-8/2-339/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “xx.xx.2024-cü il tarixli məktubla verdiyi cavabı ləğv olunaraq Lənkəran rayonu Şovu kəndində xüsusi mülkiyyətində olan 3000 kv.m həyətyanı torpaq sahəsini yeni yaradılmış elektron kadastr sistemində bərpasını, yeni elektron kadastrın verilməsini və ona yeni elektron çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işlə bağlı Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı adına 3000 kv.m torpaq sahəsinin verilməsinə dair qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədlərin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün və Lənkəran rayon Aqrar İslahat Komissiyasının sənədləri Arxiv İdarəsinin Lənkəran filialına təhvil verilmədiyindən məktubda qeyd olunan sənədlərin təqdim edilməsi imkan xaricindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-10/789/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən iddia olunan vəziyyətə uyğun araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən **********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması və sözügedən 3000 kv.m torpaq sahəsinin həmin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və iddia edilən torpaq sahəsinin koordinatlarının **********0069 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 3000 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin koordinatlarının **********0069 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla eynilik təşkil edib-etməməsini, yəni Qərarda və “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən torpaq sahəsinin eyni ərazi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın ODövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (**********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən (torpaq sahəsinin ayrıldığı zaman və hal-hazırda) hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən iddia olunan vəziyyətə uyğun araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən **********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması və həmin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Qərardadın beşinci və altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 3000 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddia edilən torpaq sahəsinin koordinatlarının **********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddia edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə **********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində 6500 kv.m torpaq sahəsinin mövcud olması və sözügedən 3000 kv.m torpaq sahəsinin (**********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) qeyd olunan 6500 kv.m torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, xüsusi qorunan ərazilərin torpaqlarında (Hirkan Milli Parkının ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən mübahisəli torpaq sahəsinin faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (**********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) üzərində fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Bundan başqa ərazidə mövcud olan digər tikililərin (digər fərdi yaşayış evinin və köməkçi tikilinin) 3000 kv.m torpaq sahəsinin (**********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) sərhəd hüdudlarından kənarda, iddiaçının faktiki istifadəsində olan 6500 kv.m torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunan tikililərin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması müəyyən olunmuşdur. Həmin tikililərin faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, iddia edilən torpaq sahəsinin koordinatlarının **********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylıqərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (**********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) və eləcə də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarında (Hirkan Milli Parkının ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-887/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (**********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. İddia olunan torpaq sahəsinin Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, xüsusi qorunan ərazilərin torpaqlarında (Hirkan Milli Parkının ərazisində) yerləşməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 302/HMP nömrəli məktubunda qeyd edilmişdir ki, Hirkan Milli Parkı xüsusi mühafizə olunan təbiət ərazisidir. Azərbaycan Respublikasının Prezidentinin 81 nömrəli sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində 21435 hektar sahədə Azərbaycanın cənub-şərqində Lənkəran və Astara inzibati rayonların ərazisində yaradılmışdır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii əraziləri əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemık bitki növlərin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmız Kitabı'na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqini həyata keçirilməsi, ictimayyətin məlumatlandırılması, eləcədə tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan meşələri misilsiz gözəlliyi və ekoloji əhəmiyyəti olan təbiət möcüzəsidir bu səbəbdən UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Belə ki. Lənkəran rayon Şovu kənd sakini İddiaçı məxsus 3000 kv.m torpaq sahəsi Hirkan Milli Parkın sərhədləri daxilindədir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən iş üzrə tam araşdırma aparılmış və zəruri halların müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/789/2025 nömrəli ekspert rəyləri təqdim edilmişdir ki, məhkəmə həmin rəyləri mötəbər sübut kimi qəbul edir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/789/2025 nömrəli ekspert rəyində Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (**********0069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. İddia olunan torpaq sahəsinin Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, xüsusi qorunan ərazilərin torpaqlarında (Hirkan Milli Parkının ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə mübahisəli və iddia edilən torpaq sahəsi Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, yəni Hirkan Milli Parkının sərhədləri daxilində yerləşdiyindən həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Hirkan Milli Parkının nümayəndəsi X7 da qeyd edilənlər üzrə izahat verərək bildirmişdir ki, Hirkan Milli Parkı xüsusi mühafizə olunan təbiət ərazisidir. Azərbaycan Respublikasının Prezidentinin 81 nömrəli sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində 21435 hektar sahədə Azərbaycanın cənub-şərqində Lənkəran və Astara inzibati rayonların ərazisində yaradılmışdır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii əraziləri əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemık bitki növlərin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmız Kitabı'na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqini həyata keçirilməsi, ictimayyətin məlumatlandırılması, eləcədə tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan meşələri misilsiz gözəlliyi və ekoloji əhəmiyyəti olan təbiət möcüzəsidir bu səbəbdən UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Lənkəran rayon Şovu kənd sakini İddiaçı məxsus 3000 kv.m torpaq sahəsi Hirkan Milli Parkın sərhədləri daxilindədir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X8 tərtib edilən rəy üzrə izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, qərar üzrə 3000 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddia edilən yer üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsə də, həmin torpaq sahəsinin torpaq sahəsinin ayrıldığı zaman və hal-hazırda hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olması müəyyən edilir. Eləcə də, iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda yerləşir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hal-hazırki iddia üzrə iddiaçı və ailə üzvlərinin hüquqlarının qeydə alınmasından öncə ayrılan torpaq sahəsinin koordinatları dəqiqləşdirilməli, dürüstləşmə işləri aparılmalı, müvafiq torpaq sahəsinin kateqoriyası və uqodiyası ilə bağlı mübahisə öz həllini tapmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar