Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-87/2025 23.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X9 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Şəhər-Rayon Polis şöbəsinə qarşı “X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(120)-2041/2022 nömrəli qərardadı ilə “üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə X18 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, ünvan 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzilin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Lənkəran şəhər-rayon Polis şöbəsinə müraciət etmiş, ona xx.xx.2022-ci il tarixli, 154-194732-1222 nömrəli məktubla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxs X10 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən Liter A ilə göstərilən fərdi yaşayış evinin ¾-hissəsi və Liter A1 ilə göstərilən fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə İddiaçı adına, fərdi yaşayış evinin 1/4-hissəsi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində **********15-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Lənkəran şəhər-rayon Polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 154-194732-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 ünvan 1-dən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. - Lənkəran rayon Məhkəməsinin 2(049)-845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, İddiaçılar X5 və X18, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan ünvan 3 ünvanladığı xx.xx.2022-ci il tarixli, 130 nömrəli məktubunda göstərilmişdir ki, «Elektron notariat» X1 çıxarışa əsasən notariat əməliyyatı xx.xx.2009-cu il tarixdə 4Ə-03-426 №-li reyestrlə qeydiyyatı aparılmışdır. Lənkəran rayon 1 saylı notariat ofisinin 01 yanvar 2012-ci il tarixədək olan arxiv materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin arxivinə təhvil verilmişdir. Ona görə də, notariat işinin arxiv materiallarının götürülməsi və ya sənədlərin surətlərinin Məhkəməyə göndərilməsi ilə bağlı aidiyyatı üzrə ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin arxiv idarəsinə müraciət edə bilər. - İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 12-5/141 nömrəli məktubundan görünür ki, X18 hal-hazırda ünvan 5 ünvanında yaşamır. Harada yaşamağı barədə heç bir məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər-rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 154-25721-1222 nömrəli məktubundan görünür ki, X18 xx.xx.2004cü il tarixdə ilk dəfə şəxsiyyət vəsiqəsi alaraq həmin ünvana qeydiyyata alındığından qeydiyyata alınmasına əsas verən sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiklərindən təqdim olunması mümkün deyildir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənəkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubundan görünür ki, İddiaçı adına paylı mülkiyyət hüququ üzrə xx.xx.2012-cı il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" verilmiş “Çıxarış”ın (Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi ünvanında mülkiyyətdə olan 0.049 ha həyətyanı torpaq sahəsində yerləşən 70 saylı fərdi yaşayış evinə dair) və həmin hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş ilkin sənədlərin təsdiqlənmiş surəti baxılmasından ötrü təqdim olunur. Hazırki sorğuda barəsində qeyd olunan X10 Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi ünvanında mülkiyyətdə olan 0.049 ha həyətyanı torpaq sahəsində yerləşən 70 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınıb-alınmamasına münasibətdə isə bildirilir ki, həmin hissədə hər-hansı bir məlumat aşkarlanmamışdır. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran rayon Qeydiyyat şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli 932 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X18 xx.xx.1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. İddiaçı X10 əmisidir. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2(106)-1287/2022 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar X5 və X10 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin ev və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 avqust 2022-ci il tarixdə baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(106)- 1287/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Sözügedən qətnamənin surəti 28 avqust 2022-ci il tarixdə mülki iş üzrə tərəflərə göndərilmişdir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. - İşdə olan xx.xx.2022-ci il tarixli AKT-da göstərilmişdir ki, biz, AZE № 02362493 saylı Şəxsiyyət vəsiqəsinə malik, Lənkəran şəhəri Nəsirli küçəsi ev 59-da yaşayan X6, AZE № 06393234 saylı Şəxsiyyət Vəsiqəsinə malik Lənkəran şəhəri Nəsirli küçəsi ev 59da yaşayan X11 və 2002-ci ildən Mirmustafaxan küçəsi, ev 70-lə üzbəüz bərbərxanada bərbər işləyən AA ******* saylı Şəxsiyyət vəsiqəsinə malik X7 tərtib etdi bu aktı ondan ötrü ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi ev 70 yaşayan İddiaçı ilə uzun illərdir ki, qonşudur və bununla bağlı bildirir ki, İddiaçı qardaşı oğlu X3 şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanda heç bir zaman yaşamamış, onun faktiki yaşayış yeri başqa ünvanda olmuşdur. Aktın doğruluğunu imzalarımızla təsdiq edir. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2(106)-1287/2022 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar X5 və X10 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin ev və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 avqust 2022-ci il tarixdə baxılmış. Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(106)- 1287/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Sözügedən qətnamənin surəti 28 avqust 2022-ci il tarixdə mülki iş üzrə tərəflərə göndərilmişdir. Nəzərə çatdırılır ki, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasıya şikayəti verilməsi nəzərdə tutulmuşdur. - İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon söbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1408 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant X12 aid olan sənədlərin təsdiq edilmiş kserosurəti ünvana göndərilir. - Təqdim edilmiş ZE seriyalı, ******* saylı hərbi biletin surətinə əsasən, X3 şəhəri Hərbi Komissiarlığından 0.09.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətə göndərilmişdir. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-9/2-43/24 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 1287/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-521/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2(106)-1287/2022 saylı qətnaməsi qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2(106)-1287/2022 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar X5 və X10 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin ev və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 avqust 2022-ci il tarixdə baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(106)- 1287/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Sözügedən qətnamənin surəti 28 avqust 2022-ci il tarixdə mülki iş üzrə tərəflərə göndərilmişdir.Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli 2(106)-1287/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı və onun vəkili X8 tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti mülki iş ilə birlikdə 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-9/1-1824/2023 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar X5 və X10 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1287/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı (vəkili X8) tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-521/2023 saylı qərarı ilə (sədrlik edən hakim: Ə.Nurməmmədov), cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 1287/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənəkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-2204/2024 nömrəli məktubunda göstərilmişdir ki, X10 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********15-10301 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədin arxiv nüsxəsinin təsdiq olunmuş ksero surətinin təqdim edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı 13 iyun 2024-cü il tarixli, 2-1(120)-244/2024 qeydiyyat nömrəli məktuba baxılmışdır. Eyni qeydiyyat nömrəli sorğu məktub “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə daxil olmuş və həmin sorğu icra üçün aidiyyəti üzrə 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmişdir. Həmin sorğunun icrası təmin edilmiş və bu barədə cavab məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə ünvanlanmışdır. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-10154/2024 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, **********15-10301 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən X10 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********15-10301 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətini təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçı ilə yanaşı onun əmisi oğlu-yəni digər paylı mülkiyyətçi X4 övladı X18 qeydiyyatdadır. İddiaçılar X5 və X10 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 avqust 2022-ci il tarixdə baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(106)-1287/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, müvafiq qətnamədən qətnaməsindən cavabdeh İddiaçı (vəkili X8) tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 521/2023 saylı qərarı ilə (sədrlik edən hakim: Ə.Nurməmmədov), cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 1287/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafıq iсra hakimiyyəti orqanları tərəfındən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1)yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafıq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2)başqa ölkədə yaşayış yeri seçdikdə - müvafıq icra hakimiyyəti orqanlarmın məlumatma əsasən; 3)azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4)öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktımın qeydə alınması haqqında müvafıq dövlət orqanının məlumatı əsasında; 5)yaşayış sahəsindən çıxarıldıqda və уa yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6)qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7)əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafıq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3cü bəndinə görə “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində nəzərdə tutulmuş “ müvafiq icra hakimiyyəti orqanı” səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 773- İQ saylı Qanunu ilə təsbit edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinə görə Azərbaycan 4 Respublikası müvafiq icra hakimiyyəti yalnız aşağıdakl hallarda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. a) Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; b) Başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; v) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; q) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında; d) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; ə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından kənar edildikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Həmin hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verən halların dəqiq siyahısını vermiş və həmin siyahı inzibati orqan tərəfindən geniş təfsir oluna, yəni uzadıla bilməz. İşin müəyyən edilmiş faktiki hallarına Qanunun, mübahisənin maddi hüquqi əsasını təşkil edən 9-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, iş üzrə sözügedən norma ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə riayət olunmur. Belə ki, 9-cu maddənin mənasına görə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olan hər hansı şəxsi (hazırkı işdə üçüncü şəxsləri) 1 və 2-ci bəndlərdə nəzərdə tutulan hallarda yalnız müvafiq icra hakimiyyəti orqanının rəsmi məlumatı, 3-6-cı bəndlərində təsbit olunan hallarda isə yalnız məhkəmə qərarı təqdim olunduqda yaşayış yeri üzrə qeydiyyatdan çıxara bilər. Qanunverici adıçəkilən normada qəti siyahı tərtib etmiş və inzibati orqana bu məsələnin həllində heç bir qiymətləndirmə sərbəstliyi tanımamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxs X10 qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi, 70 saylı evə köçürülməsi qərara alınmışdır. Həmçinin üçüncü şəxs Ə.Zeynalovun mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasına fərdi yaşayış evinin digər paylı mülkiyyətçisi X4 razılığı iş materiallarına əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi, 70 saylı evə üçüncü şəxs X2 onun həmin fərdi yaşayış evində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 3-cü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilməsi onun qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı tərəfindən həmin orqana 3-cü şəxsin qeydiyyatdan çıxarılmasına əsas verən (qanunla müəyyən edilmiş) sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmaması ilə bağlı hərəkətləri qanunazidd deyildir. Çünki cavabdeh vətəndaşların yaşayış yerləri üzrə qeydiyyatını aparmaqla öz fəaliyyətini yalnız qanunla müəyyən edilmiş qaydada qurmalı olan dövlət orqanıdır, yəni cavabdeh vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxma və qeydiyyata salınması ilə bağlı məsələləri hüquq çərçivəsində həll etməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran Şəhər-Rayon Polis şöbəsinə qarşı “X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Lənkəran Şəhər-Rayon Polis şöbəsinə qarşı “X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-87/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-87/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver