Məhkəmə qərarları › İş №2-1(120)-870/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-870/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-870/2024 27.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X7 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iştirak etmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1938-ci il təvəllüdlüdür, hazırda 85 yaşı var. Həyat yoldaşı X14 xx.xx.1983-cü il tarixində vəfat etmişdir. O, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına müraciət etmişdir, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 21 fevral 2023-cü il tarixli. 3-17-1 /2-Ə- 33751/23 nömrəli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi mərhum əri X9 məxsus arxiv arayışlarının surətinə və hərbi xidmət haqqında arayışına əsasən sığorta stajı 12 il 5 ay 11 gün olmaqla qanunvehciliklə tələb olunan müddətdən (13 il) azdır. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli, 9 saylı arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixində 'Dirçəliş'' üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də, işdən azad olunmasına dair qeyd olmadığından həmin dövrün sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən, P.Əbilovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə gorə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-cı maddəsinin tələblərindən göründüyü kimi vəfat etmiş şəxsin arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1 -ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-cı maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1 -ci maddəsində qeyd edilir ki. əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına gorə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh təsdiq edir ki, ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi uçün mərhum ərinin “Əmək pensiyaları haqqında" Qanunun 12.1 -ci maddəsinə əsəsən 13 il sığorta stajının olması tələb olunur. Cavabdehin imtinasının əsası odur ki, Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü ıl tarixli, 9 saylı arxiv arayışında mərhum ərinin xx.xx.1978-ci il tarixində “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də, işdən azad olunmasına dair qeyd olmadığından həmin dövr sosial sığorta stajına əlavə edilməmişdir. Bu baxımdan, cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 12 il 5 ay 11 gün təşkil edir. Bununla bağlı qeyd edir ki, Neftçala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 9 saylı arxiv arayışından görünür ki, Neftçala Rayon Dövləl Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş" adına sovxozun əmr kitablarına əsasən X14 05 iyun 1978-ci ildə 162 saylı əmrə əsəsən “Dirçəliş" sovxozunun direktoru təyin edilmişdir. Arayışın "Qeyd" hissəsindən görünür ki, “Dirçəliş" üzümçülük sovxozunun 1981-ci ildən sonrakı dövrlərini əhatə edən əmr və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyinə görə P.X.Əbilovun işdən çıxması barədə məlumat vermək mümkün olmamışdır. 1978, 1979 və 1980-cı illərin mühafizə olunmuş arxiv sənədləri P.X.Əbilovun sovxoz direktoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Sözügedən arxiv arayışına əlavə edilmiş Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin 05 iyun 1978-ci ildə 162 A saylı əmrinə əsasən mərhum əri X14 yenidən təşkil olunmuş Neftçala üzümçülük sovxozunun direktoru təyin edilmişdir. Arayışa əlavə edilmiş 14 iyun, 22 sentyabr, 31 dekabr 1978-ci il tarixli, 18 yanvar. 17 aprel. 24-28 iyul. 15-18 sentyabr. 15-18 dekabr 1980-cı il tarixli əmrlərdə sovxozun direktoru kımı P.X.Əbilov qeyd edilərək əmrlər onun imzası ilə təsdiq edilmişdir. Göründüyü kimi mərhum ərinin Neftçala üzümçülük sovxozunun direktoru kimi ən azı 3 il sosial sığorta stajı vardır. İşin qeyd olunan faktiki halları ilə mərhum ərinin cavabdeh tərəfindən mübahisələndirilməyən 12 il 5 ay 11 gün sığorta stajı ilə birlikdə ən azı 15 il sosial sığorta stajına malik olduğu, bununla da qanunvericiliklə tələb edilən sığorta stajı tələbinin (13 il) ödənildiyi müəyyən edilir. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 "q" bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya emək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyetnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-inədək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə,iddiaçı mərhum ərinin Neftçala üzümçülük sovxozunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1978-1980-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, onun həmin dövrlərdə Neftçala üzümçülük sovxozunda işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Dövlət Neftçala filialının 17 yanvar 2023-cü il tarixli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr mərhum ərinin sosial sığorta stajına daxil edilməklə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edirik ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı ailə başçısını itirməyə görə pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı M.X5 daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli 9 nömrəli arxiv arayışına əsasən iddiaçının mərhum əri X8 xx.xx.1978-ci il tarixdə “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də, işdən azad olunmasına dair qeyd olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin atası, anası, əri, arvadı həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri əks olunmuşdur. Həmin maddədə qeyd olunur ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli, 17 nömrəli arayışa müvafiq olaraq xx.xx.1929-cu il təvəllüdlü X14 xx.xx.1983-cü il tarixdə (54 yasında) vəfat etmişdir.Həmçinin Neftçala rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına müvafiq olaraq X14 ilə İddiaçı xx.xx.1954-cü il tarixdə nikaha daxil olmuşlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci və 17.1 -ci maddəsinə əsasən, iddiaçıya ailə başçısını itiməyə görə əmək pensiyası təyin edilməsi üçün 2 şərtə uyqun gəlməsi tələb olunur. 1)pensiya yaşına çatması: İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə anadan olmuşdur. İddiaçının əmək pensiyası hüququ verən yaş həddinə çatmışdır. Həmçinin İddiaçı xx.xx.1995-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilib və xx.xx.2023-cü il tarixdən 220 manat olmaqla davam etdirilir. 2) 12.1-ci maddədə qeyd olunan sığorta stajına malik olması: Yuxarıda qeyd olunan şərtlər eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən şəxsə münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. Hesab edirik ki, şəxsə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün 17.1 -ci maddənin şərti ödənmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı mərhum əri P.Əbilova münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir:

1. 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü)

2. 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay

3. 156 ay: 12 ay =13 il. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçı- İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq mərhum əri P.Əbilova münasibətdə tələb olunan sosial sığorta stajı 13 ildir. İddiaçı M.X5 müraciəti zamanı təqdim etdiyi mərhum əri P.Əbilova məxsus arxiv arayışlarının surətinə və hərbi xidmət haqqında arayışına əsasən sığorta stajı 12 il 5 ay 11 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (13 ildən) azdır. Mərkəzi Filiala təqdim olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 9 nömrəli arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixdə “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də, işdən azad olunmasına dair qeyd olunmamışdır. Eyni zamanda cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Neftçala rayon Dövlət Arxivinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı mərhum əri P.Əbilovun “Dirçəliş” üzümçülük sovxozunda 1980-ci ildə isdən azad olunmasına dair qeyd barədə məlumatın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya əri P.Əbilovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı münasibətdə qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığından mərhum əri P.Əbilovun ölümü ilə əlaqədar ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddianı müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı XX.XX.1938-ci il tarixdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli, 405100 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1983-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixli, 77 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli. 05/09İS/068039-23 nömrəli arayışdan görünür ki, XX.XX.1938-ci il təvəllüdlü İddiaçı “Əbilova” soyadını qəbul edərək X14 ilə xx.xx.1954-cü ildə Neftçala rayon qeydiyyat şöbəsində 253 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X18 Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 474 nömrəli arayışından görünür ki, 1929-cu il təvəllüdlü X14 xx.xx.1949-cu il tarixdən xx.xx.1955-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli, 18/Ə-262 nömrəli arayışından görünür ki, X14 həqiqətən də Azərbaycan SSRİ Nazirlər Sovetinin Geologiya İdarəsində aşağıdakı kimi işləmişdir: 01 yanvar 1963-cü ildə X19 Ekspedisiyasının Kompleks buruq quraşdırma sahəsinin rəisi təyin edilmişdir (Əmr № 19/k, xx.xx.1963-cü il); 10 may 1967-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 63/k, xx.xx.1967-ci il). Əsas: 1963-1967-ci illər üzrə kadr əmrləri kitabı. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X12 Rəhbərinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 15 mart 1929-cu il təvəllüdlü X14 həqiqətən 28 iyun 1973-cü il tarixdən 16 aprel 1975-ci il tarixədək (qərar № 11 , pr. 1/6) Azərittifaqın tabeliyində olan Neftçala Balıq ovu İstehlak Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. İş materiallarında olan Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 9 nömrəli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş” adına sovxozun əmr kitablarına əsasən X21 oglu 05 iyun 1978-ci ildə 162 A əmrə əsasən “Dircəliş” sovxozunun direktoru təyin edilmişdir. Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozunun 1981-ci ildən sonrakı dövrlərini əhatə edən əmr və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyinə görə P.X.Əbilovun işdən çıxması barədə məlumat vermək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, 1978, 1979 və 1980-ci illərin mühafizə olunmuş arxiv sənədləri P.X.Əbilovun sovxoz direktoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur.Həmin əmrlərdən çıxarışlar məktuba əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-33751/23 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi mərhum əri X9 məxsus arxiv arayışlarının surətinə və hərbi xidmət haqqında arayışına əsasən sığorta stajı 12 il 5 ay 11 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (13 ildən) azdır. Məlumat üçün bildirirlər ki, təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli 9 saylı arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixində “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də işdən azad olunmasına dair qeyd olmadığından həmin dövrün sığorta stajına əlavə edilməsi mümkün olmayıb. Qeyd olunanlara əsasən ona əri P.Əbilovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirirlər ki, ona xx.xx.1995-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib və xx.xx.2023-cü il tarixindən 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X12 Rəhbərinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərittifaqın arxivində xx.xx.1929-cu il təvəllüdlü X8 işə təyin edilməsi ilə bağlı sənədlər olmadığı üçün X2 xx.xx.1974-cü il tarixli (protokol №1, maddə 3/z) «Neftçala rayon İstehlak Cəmiyyətinin xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək maliyyə-təsərrüfat fəaliyyətinin təftiş nəticələri haqqında» qərarını əsas tutaraq P.X.Əbilovun həqiqətən 1972- 1973-cü illərdə həmin təşkilatda idarə heyətinin sədri vəzifəsində işləməsini diqqətinizə çatdırırıq.09 yanvar 1974-cü il tarixli həmin qərar və 16 aprel 1975-ci il tarixli protokoldan çıxarış məktuba əlavə edilmişdir.Və həmin sənədlərdən də P.X.Əbilovun həqiqətən də 1972-1975-ci il tarixlərdində həmin təşkilatda idarə heyətinin sədri vəzifəsində işləməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Fondunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Fondda saxlanılan arxiv sənədləri əsasında X8 işə qəbul və işdən çıxma əmrlərinin təsdiq olunmuş surəti təqdim edilir. Qeyd: X8 işə girmə əmri Baş İdarə üzrə xx.xx.1963-cü il, əmr № 19/k, Ekspedisiya üzrə xx.xx.1963-cü il əmr № 25/k kimi qeyd edilmişdir. Bildirilir ki, hər iki əmrdə 01.01 1963-cü ildən işə qəbul edilmişdir. İş materiallarında olan Neftçala Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş“ adına sovxozun əmr kitablarına əsasən X14 1978-ci ildən “Dirçəliş” sovxozunun direktoru kimi işləmişdir. Əlavə olaraq bildiririk ki, Neftçala rayon Arxivində mühafizə olunan 1978 və 1980-cı illərdə “Dirçəliş” üzümçülük sovxozunun sənədlərində P.X.Əbilovun sovxoz direktoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur.Məktuba əlavə olunmuş 11 iyun 1978-ci il, 2 nömrəli, 15 iyul 1987-ci il, 16 nömrəli və 16 yanvar 1980-ci il tarixli 13 nömrəli əmrlərdən müəyyən olunur ki, P.Xəbilov həqiqətən də sovxozda direktor kimi fəaliyyət göstərmiş və həmin əmrləri imza etmişdir. İş materiallarında olan Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 365 nömrəli arayışından müəyyən olunur ki, Əbilova X4 şəhəri, E.Bağırov küçəsi, ev 15 ünvanında yaşayır və həyat yoldaşı X14 25 dekabr 1983-cü ildə vəfat etmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli etibarnamədən müəyyən olunur ki, X1 Məsmə Soltan qızının nümayəndəsidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçının mərhum əri xx.xx.1929-cu ildə doğulmuş, xx.xx.1983-cü ildə ölmüşdür. P.X.Əbilovun cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 12 il 05 ay 11 gün olmuşdur. İnzibati orqan tərəfindən Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 9 nömrəli arxiv arayışına əsasən P.Əbilovun xx.xx.1978-ci il tarixində Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozuna işə qəbul olma əmri qeyd edilsə də işdən azad olmasına dair qeyd olmaması səbəbindən iddiaçıya imtina verilmişdir. Lakin iş materiallarında olan Neftçala Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş“ adına sovxozun əmr kitablarına əsasən X14 1978-ci ildən “Dirçəliş” sovxozunun direktoru kimi işləməsi və Neftçala rayon Arxivində mühafizə olunan 1978 və 1980-cı illərin “Dirçəliş” üzümçülük sovxozunun sənədlərində P.X.Əbilovun sovxoz drektoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Məktuba əlavə olunmuş 11 iyun 1978-ci il, 2 nömrəli, 15 iyul 1987-ci il, 16 nömrəli və 16 yanvar 1980-ci il tarixli 13 nömrəli əmrlərdən müəyyən olunur ki, P.Xəbilov həqiqətən də sovxozda direktor kimi fəaliyyət göstərmiş və həmin əmrləri imza etmişdir.Cavabdeh orqan tərəfindən həmin əmrlər əsassız olaraq nəzərə alınmamışdır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, hal-hazırki işlə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -və Qanunun 12.1-ci maddəsinə əsasən, qeyd olunan sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının XX.XX.1938-ci il tarixdə doğulması və pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.Həmçinin ona xx.xx.1995-ci il taridən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manat olmaqla ödəmə davam etdirilmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, iddiaçının mərhum ərinin Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozunda 1978, 1979 və 1980-cı illərdə işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən sovxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları və əmrlər təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə müəyyən edilir:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.6.-inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, cavabdeh iddiaçının əri X8 Neftçala rayon “Dirçəliş“ adına sovxozunda işləməsi barədə 1978-ci ildən sonrakı əmrlərin aşkar olmadığını qeyd edərək onun Neftçala rayon “Dirçəliş“ adına sovxozda işlədiyi illəri əmək stajı kimi nəzərə almamışdır. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyddən görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş“ adına sovxozun əmr kitablarına əsasən X14 1978-ci ildən “Dirçəliş” sovxozunun direktoru kimi işləmiş və 1978 və 1980-cı illərdə “Dirçəliş” üzümçülük sovxozunun sənədlərində P.X.Əbilovun sovxoz drektoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, arxiv arayışındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu baş verməmişdir. (Ali Məhkəmənin № 2-1(102)-647/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, bənd 28) Həmçinin Ali Məhkəmənin № 2-1(102)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 29-cu bəndində məhkəmə baxılan məsələyə münasibətdə qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsini bir daha xatırladaraq əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər (arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqaviləsi və.s) nəzərə alına biləcəyini müəyyən edir. Məhkəmə hesab edir ki, mərhumun sosial sığorta stajına daxil edilməli olan mübahisəli iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il tarixədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində müəyyən olunan mötəbərlik prezumpsiyası normaları nəzərə alınmalı və müvafiq əmrlərdə göstərilən illər sığorta stajı kimi qəbul edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı mübahisəli dövrə dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən sovxoz ilə bağlı əmr kitablarının olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının və ya iddiaçının mərhum ərinin təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, arxiv arayışında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının ərinin əmək fəaliyyəti göstərdiyi müəssisənin fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal sovxozun həqiqətən də fəaliyyətdə olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı mərhum əri P.Əbilova münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir:

1. 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü)

2. 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay

3. 156 ay: 12 ay =13 il. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçı- İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq mərhum əri P.Əbilova münasibətdə tələb olunan sosial sığorta stajı 13 ildir. Qeyd olunan iş stajı cəmləndikdə, cavabdehin mübahisələndirdiyi 1978-ci ildən 1980-ci ilədək olan dövrün də iş stajına daxil edilməsi nəzərə alınaraq, ümumi iş stajının nəzərdə tutulan 13 ildən çox olduğu müəyyən edilir. Bütün yuxarıda sadalanan işin faktiki halları, sübutlar və qanunvericilik normaları iddiaçı barədə 2-ci şərtin də ödənildiyini deməyə əsas verir. Beləliklə, iddiaçıya hüququ yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya cavabdehə müraciət etdiyi-26 yanvar 2023-cü il tarixdən əvvəlki üç il üçün pensiya ödənilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. PM-in 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və cavabdehə müraciət etdiyi-26 yanvar 2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar