Məhkəmə qərarları › İş №2-1(120)-871/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-871/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-871/2024 02.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümyəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə qarşı “Əli-Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə qarşı “ünvan 1 mənzil üzərində mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Əli-Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi və X31, X20, X25 və X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2-də ailəsi ilə yaşayır. Həmin mənzil Şirvan şəhər cihazlar zavodunda usta işləyən X5 verilmişdir. Həmin mənzili 30 iyun 1992-ci il tarixdə X2 almış və beş nəfər ailə üzvi ilə həmin evdə yaşayır. Həmin evin 495 saylı orderi onun adındadır. Həmin ev H.Əliyev küçəsi ev 48, mənzil 88-də, 4-cü mərtəbədə 2 otaqdan ibarət olmaqla 31.38 kv metrdir. Şirvan şəhəri, H.Əliyev küçəsi 48 saylı evin 88 saylı mənzilinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHS-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, 20 aprel 2023-cü saylı məktubla ona imtina məktubu göndərmişdir. Bu səbəbdəndə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mənzildə ailəsi ilə 1992-ci il tarixdən yaşamağını şahidlərdən Şirvan şəhəri, H.Əliyev küçəsi 48/77-də yaşayan X32, mənzil 85-də yaşayan X27, mənzil 85-də yaşayan X8, mənzil 91-də yaşayan X18 oğlu da təsdiq edirlər. Mənzilin bütün kommunal xərclərini ödəyir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmaqa ehtiyyacı olan vətəndaşlar qanunvericiliyində nəzərdə tutumuş qaydada da dövlət və ya inzibati mənzil fondu evlərindən istifadə üçün yaşayış sahəsini almaq hüququna malikdir. Mənzil Məcəlləsinin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində vətəndaşlara yaşayış sahəsi verilməsi barədə müraciətin və Həmkarlar İttifaqı Komitəsinin qərarı İcra Hakimiyyəti oraqanları tərəfindən təsdiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Əli-Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini qəbul etməyərək iddiaya qarşı yazılı etiraz təqim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Əli Bayramlı şəhər XDS İK-nin 24 may 1985-ci il tarixli iclasının 12 nömrəli protokolundan çıxarışının 17 yanvar 2023-cü il tarixli 12 nömrəli arxiv arayışında mənzil X5 ailə tərkibi 4 nəfərdən ibarət olmaqla verilmişdir. Lakin təqdim edilmiş xx.xx.1992-ci il tarixli 495 nömrəli orderin arxivi barədə məlumat təqdim edilməmişdir. Əlavə olaraq qeyd edirik ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər toplusuna baxış keçirilən zaman X9 mənzili özəlləşdirməyə razılığı barədə ərizəsinin əlavə olunmaması müəyyən edilmişdir. Göstərilən uyğunsuzluqlar səbəbindən müraciətin icrası mümkün olmamışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməsinə xahiş edirlər. Üçüncü şəxslər X12, X31, X20, X25 və X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər X12, X31, X20, X25 və X9 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Şirvan şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Əli Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 495 saylı X41 şəhəri, A.Əhmədov küşəsində ev 48, mənzil 88, 4-cü mərtəbədə 2 otaqdan ibarət olmaqla 31.38 kv metr ünvanında İddiaçı ailə üzvlərilə birlikdə yaşamaları üçün verilmişdir. (orderin notarila təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir) İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X37 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı 48 nömrəli evin 88 nömrəli mənzilində H.Əliyev küçəsində 2 otaqlı 31.38 kv.m sahəsində yaşayır. İşdə olan Azərbaycan Respublikası Dövlət X16 xx.xx.2023-cü il tarixli, 12 nömrəli məktubunda Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli iclasının 12 nömrəli protokolundan çıxarışından görünür ki, Cihazlar zavodunun müdiriyyət və həmkarlar ittifaqı komitəsinin 5 may 1985-ci il tarixli, 17 nömrəli protokol-qərarına və 7 mav 1985-ci il tarixli, 647 nömrəli məktubuna əsasən Cihazlar zavodunda mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda duran işçilərə vermək üçün nəzərdə tutulmuş 71 mənzillin bölgüsü aşağıdakı qaydada aparılsın...Ailə tərkibi 4 nəfərdən ibarət olan, həmin təşkilatda 1981-ci ildən usta işləsən, yataqxanada yaşayan, 1981-ci ildən mənzil növbəsində duran gənc mütəxəssis X5 88 nömrəli, İY blok, İY mərtəbə, 2 otaqlı, yaşayış sahəsi 31.38 kv.metr olan mənzil verilsin. İşdə olan Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan X22, X10, X15 xx.xx.2023-cü il tarixli, **********527 nömrəli ərizələrindən görünür ki, qeydiyyatda olduqları Şirvan şəhəri, H.Əliyev küçəsi, 48 saylı evin, 88 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış almasına etiraz etmirlər. İşdə olan sahə rəisi Cəlalov.S.N, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 48, mənzil 77-də yaşayan X23, mənzil 85-də yaşayan X19, mənzil 85-də yaşayan X3, mənzil 91-də yaşayan X11 iştirakları ilə tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 1992-ci ildən H.Əliyev küçəsi, 48 saylı evin, 88 saylı mənzildə yaşayır. İşdə olan Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan X9 xx.xx.2023-cü il tarixli, **********327 nömrəli ərizəsindən görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, 48 saylı evin, 88 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-975/2023 nömrəli imtina barədə bildirişindən görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, 48 saylı evin, 38 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müaciətinə xx.xx.2023-cü il tarixində **********76 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş verilmişdir. Təqdim edilmiş Əli Bayramlı şəhər XDS İK-nin 24 may 1985-ci il larixli iclasının 12 nömrəli protokolundan çıxarışının 17 yanvar 2023-cü il tarixli 12 nömrəli arxiv arayışında mənzil X5 ailə tərkibi 4 nəfərdən ibarət olmaqla verilmişdir, lakin təqdim edilmiş xx.xx.1992-ci il tarixli 495 nömrəli ordenin arxivi barədə məlumat təqdim edilməmişdir. Göstərilən səbəbdən müraciətinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövləı reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırıİmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İşdə olan Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, ünvan 4 ünvanında qeydiyyatda olan X4 xx.xx.2024-cü il tarixli, **********531 nömrəli ərizəsindən görünür ki, 1992-ci ildə Şirvan şəhəri, H.Əliyev prospekti, 48 saylı evin, 88 saylı mənzilini İddiaçı ilə öz aralarında alqı-satqı rəsmiləşdirmiş, İddiaçı sözü gedən mənzillə bağlı qaldırdığı iddiaya heç bir etirazı yoxdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X17 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X17 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X28rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X33rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (maddə 139.3). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə, iş materiallarında olan Əli Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1992ci il tarixli, 495 saylı X41 şəhəri, A.Əhmədov küşəsində ev 48, mənzil 88, 4-cü mərtəbədə 2 otaqdan ibarət olmaqla 31.38 kv metr ünvanında İddiaçı ailə üzvlərilə birlikdə yaşamaları üçün verilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X37 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışına əsasən İddiaçı 48 nömrəli evin 88 nömrəli mənzilində H.Əliyev küçəsində 2 otaqlı 31.38 kv.m sahəsində yaşayır. Buna görə həmin mənzil İddiaçı və onun ailə üzvləri üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Əli Bayramlı şəhər XDS İK-nin 24 may 1985-ci il tarixli iclasının 12 nömrəli protokolundan çıxarışının 17 yanvar 2023-cü il tarixli 12 nömrəli arxiv arayışında mənzil X5 ailə tərkibi 4 nəfərdən ibarət olmaqla verilmişdir. Lakin təqdim edilmiş xx.xx.1992-ci il tarixli 495 nömrəli orderin arxivi barədə məlumat təqdim edilməmişdir. Göstərilən səbəbdən iddiaçının müraciətinin icrası mümkün olmadığını əsas gətirərək ərizənin icrasından imtina edilmişdir. Belə ki, imtina əsası kimi qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Belə ki, inzibati orqanın məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə əsasən orderin arxivi barədə məlumatların olmadığını və orderdə adı qeyd edilən şəxsləin razılıq ərizələrinin təqdim edilmədiyi qeyd edilmişdir. Tam araşdırmanı həyata keçirmək və imtinanın əsaslarını araşdırmaq məqsədilə verilən sorğu cavablarına uyğun mənzilin ölçüləri və ailə tərkibi barədə Forma 2 nömrəli arayış, oderdə qeyd edilən şəxslərin razılıq ərizələri, orderin notarial təsdiqi, arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Belə olan halda inzibati orqan tərəfindən verilən imtina və etirazların əsassız olduğu müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əli-Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. “Əli-Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar