Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-874/2020 03.09.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X7 rayon şöbəsinə qarşı «hərbi xidmətdə olduğu müddətin və əmək kitabçasında qeyd olunan iş illərinin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan (xx.xx.2017-ci il tarixdən) əlilliyə görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 01 iyul 1962-ci ildə Laçın rayonunda anadan olmuşdur.1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi müxtəlif sahələrdə işləmişdir. Ona xx.xx.2017-ci il tarixdən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X7 rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-ci ildən 1992-ci ilədək “Ağbulaq” adına kolxozda işləməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ciiltarixli, 2-1(120)-874/2020 saylı qərardadı ilə iddia tələbinə “hərbi xidmətdə olduğu müddətin və əmək kitabçasında qeyd olunan iş illərinin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan (xx.xx.2017-ci il tarixdən) əlilliyə görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun işlədiyi illərin və hərbi xidmətdə olduğu müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət Sosial X7 rayon şöbəsinin 29 aprel 2020-ci il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sosial X7 rayon şöbəsinə daxil olmuş sizə əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2007-ci il 10 oktyabr tarixli 3363, 3364 və 3365 nömrələri ilə dövlət qeydiyyatına alınmış «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Qaydaları, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət,qəza, dağıntı, yağıntı, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Sosial sığorta stajınızın müəyyən olunması üçün məhkəməyə müraciət edə bilərsiniz. İddiaçışifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, əlillik arayışından çıxarışı, NZ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surəti, AZE ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini və əslini, arxiv arayışının təsdiq olunmuş surətini, Laçın rayonu İcra Hakimiyyəti başçısının Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 224 saylı arayışını, Dövlət Sosial X7 rayon şöbəsinin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasiəbətini bildirmişdir. Həmin materialların məzmununa və Laçın rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 05 nömrəli məktubunun məzmununa və həmin məktubla məhkəməyə göndərdiyi arxivin şəxsi hesab kitablarına istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Laçın rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçının əlil olması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının əlil olmasına dair iş materiallarında sübutlar vardır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, 22 noyabr 2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun yaşına uyğun tələb olunan sığorta stajına malik olması, yəni xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi bilet ilə,xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda və müxtəlif sahələrdə Laçın rayonu “Ağbulaq” kolxozunda işləməsi AZE ******* nömrəli əmək kitabçası və Azərbaycan Respublikası Laçın rayon Dövlət Arxivinin 12 may 2020-ci il tarixli, 05 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda və müxtəlif sahələrdə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Eyni zamanda iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi ayrıayrı vaxtlarda və müxtəlif sahələrdə Laçın rayonu “Ağbulaq” kolxozunda işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X2nun ifadəsi ilə də təsdiq olunur. Şahid X1 Ramiz Şahmar oğluilə Laçın rayonu “Ağbulaq” kolxozunda birlikdə işlədiyini, aylıq əmək haqqısını əmək haqqı cədvəllərinə imza etməklə aldığının şahidi olduğunu bildirmişdir. İddiaçı izahatında bildirmişdir ki, o ilk dəfə1981-ci ildə “Ağbulaq” kolxozunda işə qəbul olunmuş və 1983-cü ilə kimi həmin kolxozda işləmişdir. 1983-cü ildə hərbi xidmətə getmiş və 1985-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Laçın rayonu “Ağbulaq” kolxozuna işə daxil olmuş və 1999-cu ilə kimi həmin kolxozda işləmişdir. 1981ci ildə işə daxil olarkən İddiaçı da orada işlədiyinin şahidi olmuş və işlədiyi müddətdə hər ay təqribən 70, 80, 120 manat civarında əmək haqqı aldıqlarını və kolxozda islahat aparılana kimi iddiaçı ilə bir yerdə kolxozda işlədiyini bildirmişdir. Məhkəmə şahidin ifadəsini inandırıcı hesab etmişdir və iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda və müxtəlif sahələrdə Laçın rayonu “Ağbulaq” kolxozunda işləməsini təsdiq edən sübut kimi qiymətləndirmişdir. İş materiallarında olanDövlət Sosial X7 rayon şöbəsinin məhkəməyə göndərdiyi 10 iyun 2020-ci il tarixli, **********2 nömrəli məktubunda göstərilmişdir: “İddiaçı Ağbulaq kənd sakini İddiaçı xx.xx.2017-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidməti tərəfindən ikinci dərəcəli əlillik verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə şöbəyə müraciət edərək iş stajı barədə sənədlərini, əmək kitabçasını şöbəyə təqdim edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması, saxlanması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda nəzərə alınır və sığortaolunana əmək pensiyası təyin edilir. Lakin İddiaçı ərizəsində göstərdiyi illərin sığorta stajına dair sənədlər arxivdə öz təsdiqini tapmadığına görə imtina edilmişdir. “Əmək pensiyaları haqqında “Qanunun 6.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən əmək pensiyalarının minimum məbləği 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 27.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bildiririk ki, 2006-cı il 1 yanvar tarixinədək qazanılmış olduğu sığorta stajı, hüququn yarandığı dövrə qədər indeksləşdirilərək pensiya kapitalı kimi nəzərə alınır. İddiaçı 21 il sosial sığorta stajı olduqda xx.xx.2017-ci ildən əlilliyə görə əmək pensiyası hüququ yaranır”. İş materiallarında olan Laçın rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 12 may 2020-ci il tarixli, 05 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilə kimi işlədiyi Laçın rayonunun “Ağbulaq” kolxozunun arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğalda qalıb. Laçın rayon Dövlət Arxivi verdiyi 08 aprel 2019-cu il tarixli arayışın verilməsinə əsas olan Ağbulaq kolxozunun arxivə təqdim etdiyi iyun 1992-ci ildən 1999-cu ilin sonuna qədər illik əmək haqqı cədvəllərinin surəti məhkəməyə təqdim olunur. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 224 saylı arayışından görünür ki, Laçın rayonu, Ağbulaq kənd sakini Başxalıyev Ramiz Şahmar oğlu 1983-cü ildən 1992-ci ilin may ayının 18 dək Ağbulaq adına kolxozda fasiləsiz olaraq mexanizator işləmişdir. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün kifayət edən sosial sığorta stajı və pensiya kapitalı vardır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda və müxtəlif sahələrdə Laçın rayonu “Ağbulaq” kolxozunda işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisə tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi və yaxud hər hansı səbəbdən saxlanılmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materiallarında olan Laçın rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 12 may 2020-ci il tarixli, 05 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilə kimi işlədiyi Laçın rayonunun “Ağbulaq” kolxozunun arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğalda qalıb. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Başqa sözlə iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilə kimi işlədiyi Laçın rayonunun “Ağbulaq” kolxozunun arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğal ərazisində qaldığından həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiq edilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar ümumiyyətlə iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, xx.xx.1978xx.xx.1999-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda və müxtəlif sahələrdə Laçın rayonu “Ağbulaq” kolxozunda işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1978-xx.xx.1999-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda və müxtəlif sahələrdə işləməyi ilə bağlı əmək kitabçasında göstərilən iş illərinin, xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olduğu illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X7 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd olunan iş illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan (xx.xx.2017-ci il tarixdən) əlilliyə görə əmək pensiyası təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X7 rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-874/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-874/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver