Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-876/2020 18.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, iddiaçının nümayəndəsi X4 (Hacıqabul rayonu, Rəncbər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Məmmədova Hicran Xurşud qızının, X1, X5 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova Hicran Xurşud qızının, X1, X5 və X6 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 56 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 17.03.2009-cu il tarixdə X2 məxsus olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evdə yerləşən 56 saylı mənzili 17.03.2009-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər ərazi idarəsindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01.04.2009-cu il tarixli, ******* nömrəli çıxarışla həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmışdır. Mənzili alqı-satqı yolu ilə aldıqdan sonra mənzil mülkiyyətçi olaraq iddiaçının istifadəsində olmuşdur. Mənzilin alqı-satqısı zamanı həmin mənzildə qeydiyyatında olmuş şəxslər qeydiyyatdan çıxmaqları barədə öhdəlik götürsələrdə hal-hazıradək həmin mənzilin qeydiyyatındadırlar və bu səbəbdən də onların da adlarına xeyli miqdarda komunal xərclər hesablanılmışdır. Bu səbəbdən də iddiaçı mülkiyyətində olan mənzilin qeydiyyatında olmasını istəməmişdir, laki hal-hazırda qeydiyyatda olan Məmmədova Hicran Xurşud qızı, X3, X9 və X6 qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdehndən ona ünvanlanmış 06.03.2020-ci il tarixli cavab məktubunda üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16.12.1974-cü il tarixdə Salyan rayonunun Rəncbər kəndində anadan olmuş, Hacıqabul rayonu, Rəncbər kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X3 ilə İddiaçı arasında bağlanmış 17.03.2009-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli Bayramlı şəhər ərazi idarəsi tərəfindən 12.03.2009-cu il tarixdə verilmiş 0419 nömrəli arayışa əsasən, ümumi sahəsi 48,84 kv.m, yaşayış sahəsi 34,1 kv.m, köməkçi sahəsi 14,74 kv.m, dördüncü mərtəbəsində, 2 otaqlı, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 25 saylı binada yerləşən 56 saylı mənzil alıcı İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan 17.03.2009-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 11-ci bəndindən görünür ki, satıcı mənzil yardımçıvəzifələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan “17” mart 2009-cu il müddətində onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə mənzil qəbul etməyi öhdəsinə götürür. İşdə olan 17.03.2009-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 13-cü bəndindən görünür ki, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 17.03.2009-cu il tarixdən satdığı mənzildən çıxmağı öhdəsinə götürür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 01.04.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində istifadədə olan 0.0835 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində, 48.84 kv.m ümumi, 34.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 06.03.2020-ci il tarixli, 305-5966H-3220 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 20.03.2020-ci il tarixli, 305-7176-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, Məmmədova Hicran Xurşud qızının, X1, X5 və X6 ünvan 5 ünvanına qeydiyyata düşmələrinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Həmin şəxslər ünvan 5 ünvanında 2005-ci il tarixdən qeydiyyatdadır. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı 14.05.2020-ci il tarixli, 2468 nömrəli arayışında qeyd olunmuşdur ki, X9, X10, X3 və Məmmədova Hicran Xurşud qızı Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 56 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 56 İddiaçı mülkiyyətindədir. İddiaçı Cavabdehnə müraciət edərək xüsusi mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 56-da qeydiyyatda olan üçüncü şəxslər Məmmədova Hicran Xurşud qızının, X1, X5 və X6 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.05.2020-ci il tarixli, 2468 nömrəli arayışına qeyd olunur ki, X9, X10, X3 və Məmmədova Hicran Xurşud qızı Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 56 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər Məmmədova Hicran Xurşud qızının, X1, X5 və X6 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 56 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər Məmmədova Hicran Xurşud qızının, X1, X5 və X6 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 56 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-876/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-876/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver