Məhkəmə qərarları › İş №2-1(120)-877/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-877/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-877/2025 15.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.N017ci il tarixdən xx.xx.N0N3-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N017-ci ildə ehtiyata buraxıldığı gündən və N0N3-cü ildə yenidən X1N hərbi xidmətə yenidən bərpa olunduğu günədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin N-1(1N0)-N964/N0N4 nömrəli, N0 iyun N0N4-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N017-ci il tarixdən xx.xx.N0N3-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N013-cü il tarixindən xx.xx.N014-cü il tarixinidək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Müddətli həqiqi hərbi xidməti zamanı nümunəvi və hazırlıqlı əsgər olduğu üçün Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xx.xx.N013-cü il tarixindən xx.xx.N013 cü il tarixinədək Əfqanıstan İslam Respublikasında gedən Sülhməramlı əməliyyatlarda fəal iştirak edərək ölkəni layiqincə təmsil etmişdir və NATO-nun beynəlxalq dərəcəli medalı ilə təltif edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində xx.xx.N016-cı il tarixindən xx.xx.N017-tarixədək fəaliyyət göstərən motoatıcı manqa komandiri kursunu bitirmişdir. xx.xx.N016-cı il tarixindən xx.xx.N017-ci il tarixinədək 190-saylı hərbi hissədə X1N Hərbi xidmət qulluqçusu kimi manqa komandiri vəzifəsində hərbi xidmət etmişdir. xx.xx.N016-cı il tarixindən xx.xx.N0N tarixinədək 051-saylı hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 079-saylı hərbi hissədə Həmlə taborunda X1N Hərbi Xidmət Qulluqçusu kimi,atıcı və qumbaratan vəzifələrində hərbi xidmət etmişdir. N017-ci ilin may iyun aylarında baş vermiş şərti adı (Tərtər işi) kimi tanınan hadisələr zamanı 079-saylı Hərbi hissənin həmlə taborunda xidmətdə olduğu müddətdə 051-saylı Hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156cı maddəsinin "e" (xidmətə uyğunsuzluğa görə) Hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyyata buraxıldığından sonra ordu sıralarından qanunsuz və əsasız olaraq ehtiyyata buraxılmağını bildirməklə Müdafiə Nazirliyi və 051-saylı Hərbi hissəyə çoxsaylı müraciətlər edərək onun yenidən Hərbi xidmətə qəbul olunmasını bildirmişdir, lakin hər müraciətinə cavab olaraq Müdafiə Nazirliyi və 051-saylı Hərbi hissə komandanlığı tərəfindən ona bildirilmişdir ki, ordu sıralarından Hərbi Xidmətkeçmə Haqqında əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xidmətə uyğunsuzluğa) əsasən Hərbi xidmətdən ehtiyyata buraxıldığı üçün Hərbi xidmətə qəbul olunması məqsədə uyğun deyil. Qeyd edilən şərti adı (Tərtər) işi yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda yeni istintaq qurupu yaradılaraq araşdırılmaya yenidən qaytarıldıqdan sonra məndə istintaq qurupuna dəvət edilərək izahatları alınmışdır. Yeni istintaq qurupunda N017-ci ilin may, iyun aylarında baş vermiş hadisələri şərti adı (Tərtər işi) zamanı Azərbaycan ordusundan qanunsuz ehtiyyata buraxılmağını bildirərək pozulmuş hüquqlarının bərpasını xahiş etmişdir. Araşdırılmaların nəticəsi olaraq Baş Prokurorluğun müvafiq qərarına əsasən və 051-saylı hərbi hissə komandirinin müvafiq qərarı ilə xx.xx.N0N3-cü il tarixində 708- saylı Hərbi hissəyə X1N Hərbi Xidmətə 3-illik bağlaşma əsasında yenidən hərbi xidmətə bərpa edilmişdir. Hərbi xidmətə bərpa edildikdən sonra şərti adı (Tərtər işi) hadisələri zamanı üzləşdiyi mənəvi, pisixaloji sarsıntılar səbəbi ilə Hərbi xidmət etməkdə çətinliklər çəkdiyi üçün öz istəyi ilə 708-saylı Hərbi hissə komandirinə Ordu sıralarından ehtiyyata buraxılması ilə bağlı ərizə təqdim edərək 051- saylı Hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli əmrinə əsasən ordu sıralarından "Hərbi Vəzifə və Hərbi Xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və nizamnamənin 50-ci maddəsinin "z" bəndinə (xidmət müddəti başa çatmamış) ehtiyyata buraxılmışdır. Yenidən hərbi xidmətə bərpa olunduğu üçün 051-saylı hərbi hissəyə N017-ci ildə qanunsuz hərbi xidmətdən buraxıldığı və xx.xx.N0N3-cü ildə yenidən hərbi xidmətə bərpa edildiyi üçün hərbi xidmətdə olmadığı günlərin hərbi xidmət günlərinə əlavə edilməsini və pul kopensasiyasının ona ödənilməsi üçün müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.N0N4-cü il tarixində poçt vasitəsi ilə 051-saylı hərbi hissə komandanlığı tərəfindən ona bildirilmişdir ki, N017-ci ildə "Hərbi Xidmətkeçmə haqqında "Əsasnamənin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxıldığı gündən xx.xx.N0N3-cü il tarixində yenidən X1N Hərbi xidmətə qəbul olunduğu günədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının verilməsi yenidən X1N Hərbi Xidmətə qəbul olunmağı üçün əsas olan sənədlərdə qeyd olunmadığından icra edilməsi mümkün olmamışdır. X1N Hərbi xidmətə yenidən bərpa olunmağı üçün əsas olan sənədlərin ona verilməsi üçün anası X5 və onun öz tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciətlər etmişlər lakin müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İcraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N017-ci ildə ehtiyata buraxıldığı gündən N0N3-cü ildə yenidən X1N hərbi xidmətə bərpa olunduğu günlərə görə pul kompensasiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılır. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəbdən təmin edilə bilməz. Belə ki, inzibati işin tam və hərətəfli araşdırılması, həmçinin, Məhkəmənin sorğusunun icrasını təmin etmək məqsədi ilə tərəfimizdən müvafiq sorğular verilmişdir. Şəxsi Heyət Baş İdarəsinin 04 iyun N0N4-cü il tarixli 1943 nömrəli müşayiət məktubu ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Belə ki, surəti etiraza əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin təqdimatında X1N hərbi xidmət hərbi quluqçusu İddiaçı öz üzərində çalışmadığını və xidmətini nizamnamələrin tələblərinə uyğun şəkildə qurmaqda çətinlik çəkdiyini, tutulan iradlardan nəticə çıxarmağı bacarmadığnı və dəfələrlə hərbi hissəni özbaşına tərk etdiyini, tutduğu vəzifəyə uyğun olmadığı, bağlaşmanın ləğv edilərək ehtiyata buraxılması üçün vəsatət qaldırıldığı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N4 avqust N0N3-cü il tarixli N46 nömrəli əmrinə əsasən X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N3-cü il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Nizamnamənin 50-ci maddəsinin “Z" bəndinə müvafiq olaraq ehtiyata buraxıldığına görə N4 avqust N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan rayon şöbəsinə göndərilmişdir. N0N3-cü il üçün maddi yardım və məzuniyyət pulunun ödənilməli olması qeyd edilmişdir.Həmçinin, iddiaçının N017-ci il tarixdən N8 mart N0N3-cü il tarixədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının ödənilməsinə dair müraciətinə N0N3-cü il tarixədək yenidən X1N hərbi xidmətə qəbul olunduğu günədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının verilməsi iddiaçının X1N hərbi xidmətə qəbul olunmağı üçün əsas olan sənədlərdə qeyd olunmadığından icrasının mümkün olamdığı bildirilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 14.3, 48.N-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N017-ci ildə ehtiyata buraxıldığı gündən N0N3-cü ildən yenidən X1N hərbi xidmətə bərpa olunduğu günlərə görə pul kompensasiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəməyə ünvanlanmış izahatında bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.N0N4-cü il tarixli, 3-4-87/N- 557/N0N4 nömrəli məktuba əlavə olunmuş İddiaçı məxsus Xidmət Dəftərçəsindən görünür ki, xx.xx.N017-ci il tarixli 0119 əf nömrəli əmrə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"ni 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. N8 mart N0N3-cü il tarixli 013 əç nömrəli əmrlə isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikiləşdirilmiş taborunun 7-ci mexanikiləşdirilmiş bölüyünün 3-cü mexanikiləşdirilmiş taqımının 3-cü mexanikiləşdirilmiş manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyindən daxil olmuş və tərəflərindən iş materiallarına əlavə edilməsi üçün elektron məhkəmə sisteminə yüklənmiş xx.xx.N0N5-ci il tarihli 3-N5-4/N-130/N5 nömrəli məktubda da təsdiq edildiyi kimi "Hərbi xidmətkeçmə haqqında Əsasnmaə"nin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin hərbi xidmətə bərpası ehtiyata buraxılması əsas olmuş əmrin ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva edir. Əlverişsiz inzibati aktın (əmrin) ləğv edilməsi isə Yalnız inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının bozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi halda mümkündür. Göründüyü kimi iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmri həmin əmrin əsassızlığna görə ləğv edildiyindən iddiaçının yenidən həqiqi hərbi xidmətə bərpası mümkün olmuşdur. Bu eyni zamanda iddia tələbinin əsaslandırılması üçün iddiaçı tərəfin istinad etdiyi "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 168-ci maddəsinin də tələblərindən irəli gəlir. Hazırkı iş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.N0N5-ci il saat 15.00-a təyin edilmişdir. Məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini və hazırkı ərizədə qeyd olunanları da nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA17N676 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.19695-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, 5036 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ərizəyə N nömrəli hərbi hissənin qərargahında baxılmışdır. Məlum olmuşdur ki, Azərbaycan Ordusundan qanunsuz ehtiyata buraxılmasını bildirməklə pozulmuş hüquqların bərpa olunması barədə müraciət etmişdir. Müraciət əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin müvafiq qərarı əsasında yenidən X1N hərbi xidmətə qəbul olunması məqsədə uyğun hesab edildiyinə və xidmətə yenidən qəbul olunması barədə N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ərizə əsasında N nömrəli hərbi hissənin komandiri ilə bağlanmış müqavilə əsasında 3 (üç) il X1N hərbi xidmətə yenidən qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxıldığı gündən yenidən X1N hərbi xidmətə qəbul olduğu günədək xidmətdə olmadığı günlərə görə əlavə pul kompensasiyasının ödənilməsi yenidən X1N hərbi xidmətə qəbul olunması üçün əsas olan sənədlərdə qeyd olunmadığı üçün icra olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi, partiyaların, hüquqi şəxslərin, bələdiyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququ izah edilir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, 5036 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ərizəyə N nömrəli hərbi hissənin qərargahında baxılmışdır. Azərbaycan Ordusundan qanunsuz ehtiyata buraxılmasını bildirməklə pozulmuş hüquqların bərpa olunması barədə müraciət etmişdir Müraciət əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin müvafiq qərarı əsasında yenidən X1N hərbi xidmətə qəbul olunması məqsədə uyğun hesab edildiyinə və xidmətə yenidən qəbul olunması barədə N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ərizə əsasında N nömrəli hərbi hissənin komandiri ilə bağlanmış müqavilə əsasında 3 (üç) il X1N hərbi xidmətə yenidən qəbul edilmişdir. Xidmətə bərpa olunma əmrinin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətinin verilməsi müvafiq qanun vericiliyə görə uyğun görülməmişdir. - İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N4 avqust N0N3-cü il tarixli N46 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, hərbi hissənin 3-cü mexanikləşdirilmiş taborunun 7-ci mexanikləşdirlmiş bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu, N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N3-cü il tarixli 065əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Nizamnamənin 50-ci maddəsinin“z” bəndinə (xidmət müddəti başa çatmamış) müvafiq olaraq ehtiyata buraxıldığına görə N4 avqust N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan rayon şöbəsinə göndərilsin. X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən N0N3-cü il üçün nəzərdə tutulmuş iyun-avqust ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N0N3-cü ili üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilməsi əmr edilmişdir. - İş materiallarında olan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi tərəfindən verilmiş MA №5491 nömrəli sertifikatdan görünür ki, İddiaçı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək fəaliyyət göstərən motoatıa manqa komandiri kursunu bitirmişdir. - İşdə olan SX№06N3634 nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.N013-cü il tarixindən xx.xx.N014-cü il tarixinidək müddətli həqiqi hərbi xidmətdə olmuşdur, Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində xx.xx.N016-cı il tarixindən xx.xx.N017-tarixədək fəaliyyət göstərən motoatıcı manqa komandiri kursunu bitirmişdir, xx.xx.N016-cı il tarixindən xx.xx.N0N tarixinədək 051-saylı hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 079-saylı hərbi hissədə Həmlə taborunda X1N Hərbi Xidmət Qulluqçusu kimi, atıcı və qumbaratan vəzifələrində hərbi xidmət etmişdir, xx.xx.N017 ci il tarixli müvafiq nömrəli əmrinə əsasən "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156cı maddəsinin "e" (xidmətə uyğunsuzluğa görə) Hərbi xidmətdən ehtiyyata buraxılmış, 051-saylı hərbi hissə komandirinin müvafiq qərarı ilə xx.xx.N0N3-cü il tarixində 708- saylı Hərbi hissəyə X1N Hərbi Xidmətə 3-illik bağlaşma əsasında yenidən hərbi xidmətə bərpa edilmişdir, 051- saylı Hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli əmrinə əsasən ordu sıralarından "Hərbi Vəzifə və Hərbi Xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və nizamnamənin 50-ci maddəsinin "z" bəndinə (xidmət müddəti başa çatmamış) ehtiyyata buraxılmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin xx.xx.N0N4-cü il tarixli, 3-43- 87/N-557/N0N4 nömrəli arayışında göstərilmişdir ki, Ehtiyatda olan X1N hərbi xidmət keçmiş əsgər xx.xx.1995-ci il təvəllüdlü İddiaçı şəxsi işindəki X1N hərbi xidmət dövrü ilə bağlı məlumatların təsdiq edilmiş kserosurətləri ünvana göndərilir. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N016-cı il tarixli, N35 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.N016-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N017-cı il tarixli, 0119əç nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" (xidmətə uyğunsuzluğa görə) Hərbi xidmətdən ehtiyyata buraxılmışdır. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli,171 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixili 013əç nömrəli əmri ilə yenidən hərbi xidmətə bərpa edilmişdir. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixili 065əç nömrəli əmrindən görünür ki, İddiaçı ordu sıralarından "Hərbi Vəzifə və Hərbi Xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və nizamnamənin 50-ci maddəsinin "z" bəndinə (xidmət müddəti başa çatmamış) ehtiyata buraxılmışdır. - İş materiallarında olan N №-li hərbi hissəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N4cü il tarixli, 1984 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq X1N hərbi xidmət hərbi qulluçusu əsgər İddiaçı Şəxsi Heyət Baş İdarəsindən daxil olan məktuba əsasən öz razılığı əsasında yenidən X1N hərbi xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin müvafiq qərarının əldə edilməsi üçün Azərbaycan Respublikasımın Baş Prokurorluğuna müraciət etmək məqsədə uyğundur. - İş materiallarında olan N №-li hərbi hissəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N5ci il tarixli, 3-N5-140/N-717/N0N5 nömrəli məktubunda göstərilmişdir ki, Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsinin rəisinin 17 oktyabr N0N4-cü il tarixli 14/55518 nömrəli məktubuna əsasən (vətəndaş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N3-cü il tarixli müvafiq əmrinin və həmin əmrin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin ünvana göndərilməsi barədə) bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr N019-cu il tarixli 010 nömrəli qərarının 978-ci maddəsinə əsasən məxfi sənədlərin (dövlət sirri təşkil edən məlumatların) tabelik münasibətlərində olmayan dövlət hakimiyyəti orqanlarına, komitələrə idarələrə, təşkilatlara, müəssisələrə göndərilməsi Müdafiə nazirinin və ya müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin icazəsi ilə həyata keçirildiyi üçün İddiaçı ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N3-cü il 065əç nömrəli əmrinin təsdiq olunmuş surətinin ünvanınıza göndərilməsi mümkün olmamışdır.N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N3-cü il 065əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin intizam nizamnaməsinin 50-ci maddəsinin "z" bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq buraxılmış ehtiyatda olan əsgər İddiaçı ehtiyata buraxılma əmrinin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri ünvana göndərilmişdir. - İş materiallarında olan xx.xx.N0N3-cü il tarixli 894 nömrəli akt-da göstərilmişdir ki, aşağıda imza edənlərdən ibarət komissiya: komissiyanın sədri: 3-cü tabor komandirinin müavini baş leytenant X3, komissiyanın üzvləri: qərərgah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor XN, 3-cü taborun 7-ci bölüyün komandiri leytenant X8. 3-cü taborun 7-ci bölüyün N-ci taqımın Komandiri leytenant X4 bu aktı tərtib edirik ondan ötrü həqiqətən 3-cü taborun 7-ci bölüyün 3-cü taqımının 3-cü manqanın pulemyotçusu vəzifəsində xidmət edən X1N xidmət qulluqçusu əsgər İddiaçı mütamadi olaraq xidməti yerinə gəlmir, hərbi hissənin ərazisini dəfələrlə özbaşına tərk edir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq xidmətində düzəliş etmir. Onun bu hərəkəti digər hərbi qulluqçularda mənəvi psixoloji vəziyyətinin aşağı düsməsinə gətirib çıxarır və bölmənin nizam-intızamını aşağı salır. Odur ki, X1N hərbi xidmət qulluqçusu əsgər İddiaçı Ordu sıralarından təxris olunması məqsədə uyğundur. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli N14 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.N0N3-cü il tarixdə saat 06:30-da xidməti yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınsın. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli N18 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.N0N3-cü il tarixdə saat 08:00-da xidməti yerinə gəldiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılsın. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli N09 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.N0N3-cü il tarixdə saat 06:30-da xidməti yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınsın. - İşdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli N11 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu X1N hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.N0N3-cü il tarixdə saat 06:30-da xidməti yerinə gəldiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.N-ci madəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.N-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə N1.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə N1.N). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.N-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, X1N hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 4N.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: 4N.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;

18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə N6. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti

1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. N. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir.

3. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

19. Hərbi xidmətə ilk dəfə çağırılmış və ya daxil olmuş Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Əvvəllər hərbi and içməmiş, toplanışlara çağırılmış hərbi vəzifəlilər də hərbi and içirlər. Hərbi qulluqçuların hərbi andiçmə qaydası Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunvericilik aktlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər (4 saylı əlavə). Bağlaşma üç il müddətinədək və bu müddət bitdikdən sonra yenidən bağlana bilər.

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı N saylı hərbi hissənin xx.xx.N016-cı il tarixli əmri ilə bağlaşma əsasında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N il müddətinə xidmətə qəbul edilmiş, 190N-ci motoatıcı taborun 6-cı motoatıcı bölüyün 3-cü motoatıcı taqımının N-ci motoatıcı manqasının komandiri, vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsindən gəlmiş hesab edilmiş, xx.xx.N016-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir, bütün növ təminata qoyulmuş, vəzifəsinin icrasına başlamışdır. N saylı Hərbi Hissənin xx.xx.N017-ci il tarixli əmri ilə İddiaçı N-ci motoatıcı taborun 6-cı motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının N-ci motoatıcı manqasının komandiri N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 018 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Bərdə şəhəri) həmlə taborunun həmlə taqımının həmlə manqasının atıcısı vəzifəsinə təyin edildiyinə görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 03 fevral N017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin xx.xx.N017-ci il tarixli, 85 saylı əmri ilə İddiaçı N-ci həmlə bölüyünün ,N-ci həçmlə taqımının, 3-cü həmlə manqasının atıcısı vəzifəsindən, N-ci həmlə bölüyünün, 1-ci həmlə taqımının, 3-cü həmlə manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişdir. 1-ci X6 xx.xx.N017-ci il tarixli, 0119əç saylı əmri ilə İddiaçı “Hərbi Xİdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən, X1N hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında xx.xx.N0N3-cü il tarixli Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Qanunverciliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında bağlaşma bağlanmışdır, İddiaçı N il müddətində hərbi hissədə əsgər-çavuş vəzifəsində xidmət etməyi üzərinə öhdəlik olaraq götürmüşdür. 708 saylı Hərbi hissənin xx.xx.N0N3-ci il, xx.xx.N0N3-cü il, xx.xx.N0N3-cü il tarixli, əmrlərlə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N3-cü il 065əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin intizam nizamnaməsinin 50-ci maddəsinin "z" bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq buraxılmış ehtiyatda olan əsgər İddiaçı ehtiyata buraxıldığına görə xx.xx.N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin şəxsi heyətinin siyahısından, bütün növ təimatlardan çıxarılmışdır. İddiaçı məhkəmədə qeyd etmişdir ki, yenidən hərbi xidmətə bərpa olunduğu üçün 051-saylı hərbi hissəyə N017-ci ildə qanunsuz hərbi xidmətdən buraxıldığı və xx.xx.N0N3cü ildə yenidən hərbi xidmətə bərpa edildiyi üçün hərbi xidmətdə olmadığı günlərin hərbi xidmət günlərinə əlavə edilməsini və pul kopensasiyasının ona ödənilməsi üçün müraciət etmişdir. Müraciətinə cavab olaraq poçt vasitəsi ilə 051-saylı hərbi hissə komandanlığı tərəfindən ona bildirilmişdir ki, N017-ci ildə "Hərbi Xidmətkeçmə haqqında "Əsasnamənin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxıldığı gündən xx.xx.N0N3-cü il tarixdə yenidən X1N Hərbi xidmətə qəbul olunduğu günədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının verilməsi yenidən X1N Hərbi Xidmətə qəbul olunması üçün əsas olan sənədlərdə qeyd olunmadığından icra edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.N017-ci il tarixli və xx.xx.N017-ci il tarixli İddiaçı məxsus söhbət vərəqələrində İddiaçı onu öz xahişi ilə ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. Şəxsi heyətin uçotu şöbəsinin çavuş və əsgərlərlə komplekləşdirmə bölmə rəisinin baş köməkçisi U.Mehtiyev və Həmlə taborunun qərargah rəisi-tabor komandirinin müavini S.Nəcəfov tərəfindən N saylı hərbi hissəyə ünvanlanmış 06.06.N01-ci il tarixli raporta əsasən, 3N-ci sırada İddiaçı X1N hərbi xidmət hərbi qulluqçularının döyüş hazırlığı şöbəsinin zabitləri tərəfindən vəzifəyə uyğunluğunun yoxlanılması aktına əsasən döyüş hazırlığı, ixtisas hazırlığı və fiziki hazırlıqdan zəif nəticələr göstərdiklərinə görə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmaları barədə sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı N016-cı il tarixdə cavabeh orqanla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Qanunverciliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında bağlaşma bağlamış və N il müddətinə xidmət keçməyi öhdəsinə götürmüşdür. xx.xx.N017-ci ildə "Hərbi Xidmətkeçmə haqqında "Əsasnamənin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır, onun barəsində qəbul edilmiş əmr, yəni inzibati akt mübahisələndirilməmiş, ləğv edilməmiş və hüquqi qüvvəsini saxlamışdır. İddiaçı barəsində hər hansı cinayət işi və digər icraat materialı tərtib edilməmişdir. İddiaçı xx.xx.N017-ci il tarixdən xx.xx.N0N3-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmətə qəbul edilməmişdir. Bundan sonra isə cavabdeh orqanla İddiaçı arasında yenidən müstəqil qaydada xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Qanunverciliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul yenidən bağlaşma bağlanmışdır, bağlaşmanın 1.1.1-ci bəndinə əsasən, əsgər İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə bağlaşma üzrə könüllü surətdə hərbi hissədə əsgər-çavuş vəzifəsində xidmət etməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı hərbi hissədə hərbi xidmətə başlamışdır, bir müddət sonra yenidən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin intizam nizamnaməsinin 50-ci maddəsinin "z" bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq ehtiyata buraxılmışdır. Bu halda məhkəmə hesab edir ki, xx.xx.N017-ci il tarixdən xx.xx.N0N3-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməməli və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) iddiaçıya ödənilməməlidir. İddiaçının vəkili ərizəsində qeyd etmişdir ki, iddiaçı xx.xx.N017-ci il tarixli 0119 əf nömrəli əmrlə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"ni 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. N8 mart N0N3-cü il tarixli 013 əç nömrəli əmrlə isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikiləşdirilmiş taborunun 7-ci mexanikiləşdirilmiş bölüyünün 3-cü mexanikiləşdirilmiş taqımının 3-cü mexanikiləşdirilmiş manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyindən daxil olmuş və iş materiallarına əlavə edilməsi üçün elektron məhkəmə sisteminə yüklənmiş xx.xx.N0N5-ci il tarixli, 3-N5-4/N- 130/N5 nömrəli məktubda da təsdiq edildiyi kimi "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin hərbi xidmətə bərpası ehtiyata buraxılması əsas olmuş əmrin ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva edir. Əlverişsiz inzibati aktın (əmrin) ləğv edilməsi isə Yalnız inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi halda mümkündür. Göründüyü kimi iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmri həmin əmrin əsassızlığına görə ləğv edildiyindən iddiaçının yenidən həqiqi hərbi xidmətə bərpası mümkün olmuşdur. Bu eyni zamanda iddia tələbinin əsaslandırılması üçün iddiaçı tərəfin istinad etdiyi "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 168-ci maddəsinin də tələblərindən irəli gəlir. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və hazırkı ərizədə qeyd olunanları da nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Hərbi Xİdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən, X1N hərbi xidmətdən ehtiyata buraxılması barədə -ci X6 xx.xx.N017-ci il tarixli, 0119əç saylı əmrinin ləğv edilərək, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsinə dair hər hansı sübut aşkar olunmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.N017-ci il tarixdən xx.xx.N0N3-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) iddiaçıya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçının ondan maddi və mənəvi ziyanın tutulması tələbi də əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçının müraciətindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.N). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.N). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.N017-ci il tarixdən xx.xx.N0N3-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) iddiaçıya ödənilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.N017ci il tarixdən xx.xx.N0N3-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar