Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-88/2023 18.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 53 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2008-ci il tarixli, 53 nömrəli aktla qeydə alınmış doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2008-ci il tarixli, 53 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X1 Federasiyasının Sank-Peterbur şəhərində xx.xx.2006-ci il tarixdə dünyaya qəlmişdir və övladı X3 doğum haqqında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərin dövlət orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə şəhadətnamə təqdim edilmişdir. Laçın rayon qeydiyyat şöbəsi tərəfindən övladı X6 haqqında əsasız və qeyri qanuni olan döğum şəhadətnaməsi tərtib edilmişdir və buda onun övladını qanun qarşısında çarəsiz vəziyyətdə goyur bu səbəbdəndə tərəfindən xx.xx.2021-ci il tarixdə AR-nın Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixli 53 nömrəli akta qeydə alınmış doğüm haqqında şəhadətnamənin ləğv edilməsi xahiş olunmuşdur. AR-nın Ədliyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinin 06 may 2021-ci il tarixdə onun ərizəsini cavablandlraraq bu barədə məhkəməyə müraciət etməyini tövsiyə edilmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmək qərarına gələsi olmuşdur. Qeyd olunanı və AR-nın qanunvericiliyində nəzərdə tutulmuş qanunlara əsasən AR-nın Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli 53 nömrəli akta qeydə alınmış doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan Laçın rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 05/76-121/15 nömrəli məktubuna əsasən, övladı X6 barəsində xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhər VVAQ şöbəsində 2948 saylı doğum haqqında akt qeydi tərtib edilmiş və təqdim edilmiş digər sənədlərdə isə xx.xx.2008-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 53 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının bərpa və ya təkrar tərtib edilmiş qeyd həmçinin ilkin qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin təşəbbüsü ilə ləğv oluna bilər. İzah edilmişdir ki, təqdim etdiyi sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2008-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 53 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. -İşdə olan Sankt-Peterburq Hökümətinin VVAQ işləri üzrə Komitəsinin Nevskiy rayon VVAQ şöbəsinin İV-AK № 804808 nömrəli xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur, milliyəti azərbaycanlı, ata qrafasında İddiaçı, ana qrafasında isə X5 qeyd edilmişdir. -İşdə olan Laçın Rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 069081 nömrəli xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə X5 qeyd edilmişdir. -İşdə olan Laçın rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 05/76-331/15 nömrəli məktubunda göstərilmişdir ki, X3 barəsində xx.xx.2008-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 53 saylı doğum haqqında akt qeydinin kserosurəti məhkəməyə göndərilir. Sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında xx.xx.2014-cü il tarixdə Laçın rayon qeydiyyat şöbəsində akt tərtib edilmiş və həmin akt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Ekspert komissiyası tərəfindən təsdiq edildikdən sonra 1992-2011-ci illərə aid uşağın doğulması haqqında doğum evlərinin və başqa tibb müəssisələrinin arayışları yandırma yolu ilə məhv edilmişdir. Qeyd edilən səbəblərə görə X3 doğumunu təsdiq edən Laçın rayon Mərkəzi xəstəxanasından verilmiş xx.xx.2008-ci il tarixli tibbi arayışın və digər sənədlərin verilməsi mümkün deyildir. -İşdə olan 53 saylı, xx.xx.2008-ci il tarixli doğum akt qeydinin surətinə əsasən, X6 xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Ağcabədi rayonunda anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə X5 qeyd edilmişdir. -İşdə olan Laçın rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 05/76-547/11 nömrəli məktubunda göstərilmişdir ki, sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında xx.xx.2014-cü il tarixdə Laçın rayon qeydiyyat şöbəsində akt tərtib edilmiş və həmin akt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Ekspert komissiyası tərəfindən təsdiq edildikdən sonra 1992- 2011 -ci illərə aid uşağın doğulması haqqında doğum evlərinin və başqa tibb müəssisələrinin arayışları yandırma yolu ilə məhv edilmişdir. Qeyd edilən səbəblərə görə X3 doğumunu təsdiq edən Laçın rayon Mərkəzi xəstəxanasından verilmiş xx.xx.2008-ci il tarixli ******* nömrəli tibbi arayışın və digər sənədlərin verilməsi mümkün deyildir. -İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin “Laçın rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 314 nömrəli məktubda göstərilmişdir ki, həmin dövrdə xəstəxananın şəraiti qənaətbəxş olmadığı üçün o vaxt ki, rəhbərlik tərəfindən arxiv işi təşkil olunmamışdır. Buna görə də xx.xx.1985-ci il təvəllüdlü X2 doğum sənədi haqqında məlumat verə bilməmişlər. -İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəz” publik hüquqi şəxsi 31 nömrəli birləşmiş şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli 216 nömrəli məktubunda göstərilmişdir ki, Xəzər rayonu,Stansiya Qala ünvanında yaşayan X7 xx.xx.2006-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 11 saylı Doğum evində anadan olmuş və tibbi qeydiyyata götürülmüşdür. xx.xx.2010-cu il tarixdən 31 saylı BŞX-nın (əvvəlki 26 saylı BŞX) uşaq şöbəsində ’’Sağlam” diaqnozu ilə tibbi qeydiyyatdadır. İşdə olan 26 saylı BŞX-nın uşağın inkişafı tarixi kitabçasına əsasən, X7 xx.xx.2006cı il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş, qan qrupu İİ qrup, rezus mənsubiyyəti RH(+) olmuş, həkim konsultasiya sənədləri əlavə edilmiş, xx.xx.2010-cu il tarixdən isə uşaq ailəsi ilə birlikdə Rusiyadan təzə gəlməsi, xx.xx.2010-cu il tarixdən qeydiyyata düşmüş, hal-hazırda uşağın vəziyyəti kafi olması barədə qeydiyyat aparılmışdır. -İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli ******* nömrəli qərarında göstərilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. -İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 897 nömrəli uşağın inkişafı tarixi kitabçasının surətindən görünür ki, X7 52 sm uzunluğunda, 3400 qr çəkidə xx.xx.2006-cı il tarixdə saat 18:30-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 11 saylı Doğum evində dünyaya gəlmişdir. xx.xx.2010-cu il tarixdən 26 saylı BŞX-nın uşaq poliklinikasında qeydiyyatdadır. -İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 323 №-li tam orta məktəb tərəfindən verilmiş 111 nömrəli 17 may 2023-cü il tarixli arayışdan görünür ki, X7 həqiqətən 2021-2022-ci il tədris ilindən Bakı şəhəri Xəzər rayonu 323 №-li tam orta məktəbdə təhsil alır. Hal-hazırda məktəbin 11c sinfində oxuyur. -İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 92 №-li tam orta məktəb tərəfindən verilmiş 130 nömrəli 16 may 2023-cü il tarixli arayışdan görünür ki, X7 həqiqətən 2020-2021-ci il tədris ilində Bakı şəhəri 92 №-li tam orta məktəbin 9-cu sinfini bitirib. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur, Sankt- Peterburq Hökümətinin VVAQ işləri üzrə Komitəsinin Nevskiy rayon VVAQ şöbəsində İV- AK № 804808 nömrəli xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnaməsi qeydə alınmışdır. Bundan sonra X3 xx.xx.2008-ci il tarixdə Ağcabədi rayonunda anadan olması barədə 53 saylı, xx.xx.2008-ci il tarixli doğum aktı Laçın Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 323 №-li tam orta məktəb tərəfindən verilmiş 111 nömrəli 17 may 2023-cü il tarixli arayışdan, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəz” publik hüquqi şəxsi 31 nömrəli birləşmiş şəhər Xəstəxanasının məktubundan, 26 saylı (indiki 31 saylı BŞX) BŞX-nın uşağın inkişafı tarixi kitabçasından görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində-11 saylı doğum evində anadan olmuş, həkim müayinələrində olmuş, lakin 2010-cu il tarixdən Bakı şəhərinə uşaq ailəsi birlikdə gəlmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəz” publik hüquqi şəxsi 31 nömrəli birləşmiş şəhər Xəstəxanasında qeydiyyata alınmışdır, sağlamdır, 2021-2022-ci il tədris ilindən Bakı şəhəri Xəzər rayonu 323 №-li tam orta məktəbdə təhsil alır. Hal-hazırda məktəbin 11c sinfində oxuyur. İddiaçı xx.xx.2008-ci il tarixli, 53 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə xx.xx.2008-ci il tarixli, 53 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-88/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-88/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver