Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-881/2025 25.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan AZ95AİİB******************** nömrəli və digər bank hesablarına 17,188.28 manat məbləğində xx.xx.2023-cü il tarixində qoyulmuş **********2A nömrəli sərəncamın və hazırki mübahisə predmeti ilə bağlı qoyulmuş yeni sərəncamların ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş baxılması üçün aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2982/2024 nömrəli qərardadı ilə, iş üzrə əsl cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tanınsın, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə iddiaçı «Göy-Göl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması davam etdirilməsi” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasın< 25 oktyabr 2020-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC, müqavilənin qüvvədə olduğu müddətdə "xxxx" MMC-ni onun sifariş verdiyi mallarla təchiz edir, "xxxx" MMC isə elektron qaim; fakturaya əsasən həmin malları qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC xx.xx.2020-ci il tarixində 9,912.00 və 23,364.00 manat, xx.xx.2020-ci il tarixdə 8,496.00 manat, xx.xx.2020-ci il tarixində 6,608.00 manat, xx.xx.2020-ci il tarixində 10,903.20 manat, xx.xx.2020-ci il tarixində 11,682.00 manat, xx.xx.2020-ci il tarixində 27,612.00 manat dəyərində "xxxx" MMC-dən mal almışdır. Alınmış malların cəmi dəyəri 83,540.00 manat "xxxx" MMC tərəfindən xx.xx.2020-ci tarixində göndərilmiş 650696 №-li elektron qaimə əsasında iddiaçı "xxxx" ASC vasitəsilə ödəmişdir. Eyni tarixdə iddiaçı tərəfindən 15,037.20 manat ƏDV-nin ödənilməsi təmin edilmişdir. Bununla bağlı sübutlar ərizəyə əlavə edilmişdir. Dövlət Vergi Xidməti iddiaçının "xxxx" ASC-də olan bank hesabına 17,188.28 manat xx.xx.2023-cü il tarixində **********2A sərəncam qoymuşdur və hər gün bu vəsaitə cərimə hesablanmaqdadır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində ƏDV-nin ödənilməsinə baxmayaraq, sonradan xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar qəbul edilmişdir. Dövlət Vergi Xidməti kameral vergi yoxlaması ilə araşdırma aparmş və araşdırma zamanı Cəmiyyət tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyənnaməsində əvəzləşdirmə üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaima-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi qənaətinə gəlmişdir. Bununla da Dövlət Vergi Xidməti 30 dekabr 2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-faktura üzrə 83,540.00 manat (ƏDV-si 15,037.20) təşkil edən əsas məbləğin ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2023-cü ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyənnaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.00 manat qəbul edərək 15,037.20 manat məbləğində kənarlaşmanın olması qənaətinə gəlmişdir. İddiaçı Dövlət Vergi Xidmətinə bu haqsızlıqla bağlı şikayət edərək bildirmişdir ki, xx.xx.2020-ci ildə "xxxx" MMC ilə əməkdaşlıq etmişdir, həmin dövürdə müəssisə riskli vergi ödəyici kateqoriyasına aid olmamışdır, alıcı olaraq mal matreal sifariş olunmuş, təhvil təslim aktına əsasən mal-material xx.xx.2020 ci il tarixdən xx.xx.2020 ci il tarixinə qədər təhvil verilmişdir. Hesabda vəsait olmadığından razılaşma əsasında ödəniş xx.xx.2020-ci ildə edilmişdir və ödəniş edilən vaxtda "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Sonradan (2021-ci ildə) vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kateqoriyasına alınmış və buna görə də iddiaçıya kameral hesablanmışdır. Hal-hazırda bu əsasız səbəbdən vergi orqanı iddiaçıya borc yaratmış və iddiaçının "xxxx" ASC-də olan bank hesablarına sərəncam qoymuşdur. Dövlət Vergi Xidmətinin bu hərəkəti iddiaçının fəaliyyətinə mənfi təsir etmişdir, süni şəkildə əsassız vergi borcunun yardılması müəssisədə problemlər yaratmışdır. Şikayətdə o da qeyd edilmişdir ki, müəssisə daim dövlət büdcəsi qarşısında olan öhdəliklərini tam və vaxtında yerinə yetirib, fəaliyyəti dövrundə dövlət büdcəsinə heç bir zaman borcu olmamışdır. Eyni zamanda bildirilmişdir ki, müəssisə fəaliyyətə başladığı dövrdən hazırki tarixə qədər uğurlu layihələrə imza atmışdır. Layihələrin icrasında yüzlərlə yeni iş yeri açılmış və hər ay vaxtlı-vaxtında əmək haqqı tam ödənilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş məşğulluq strategiyasının dövlət proqramında qeyri neft sektorunun regionların sosial-iqtisadi inkişafında müəssisəmiz öz öhdəsinə düşən bütün məsələləri tam, dəqiq vaxtında yerinə yetirmişdir. Lakin vergi orqanının qanunsuz hərəkətləri ilə müəssisəmiz müflis olmuş, heç bir layihədə iştirak edə bilmir. İddiaçı işlərinin normal getməsi, regionların sosial-iqtisadi inkişafında, ən əsasıda işğaldan azad edilmiş ərazilərdə aparılan yenidən qurma və bərpa işlərində, kreditorları qarşısında olan öhdəliklərinin tam icra edə bilməsi üçün müəssisənin şəxsi vərəqində kameral hesablanılmış məbləğin düzəldilməsini vergi orqanından xahiş etsə də bu mümkün olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2 oktyabr 2020-ci il tarixində bağlanmış Alqı-satqı müqaviləsi əsasında alınmış malların 83,540.00 manat dəyəri və 15,037.20 manat ƏDVnin xx.xx.2020-ci il tarixində ödənildikdən və müqavilə üzrə bütün öhdəliklər iddiaçı tərəfindən yerinə yetirildikdən bir il sonra "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar verilərək iddiaçının ödənilmiş olduğu 15,037.20 manat ƏDV-nin silinərək yenidən borclanması qəbul edilməz bir haldır və cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan AZ95AİİB******************** nömrəli və digər bank hesablarına 17,188.28 manat məbləğində xx.xx.2023-cü il tarixində qoyulmuş **********2A nömrəli sərəncamın və hazırki mübahisə predmeti ilə bağlı qoyulmuş yeni sərəncamlar ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddia ərizəsinə etiraz verilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi uçota, xx.xx.2014-cü il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "sair bəzək və tamamlayıcı tikinti işlərinndən ibarət olduğu və uçot-baza məlumatlarında vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömroli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-faktura üzrə əsas məbləği 83540,00 manat (ƏDV-si 15037,20) manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2023- cü ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,00 manat olması nəticəsində 15037,20 manat məbləğində manat məbləğində kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin may ayı üçün 15037,20 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********672300 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-cü ilin may ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37- ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin may ayı üçün 15037,20 manat əlavə dəyər vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********035300 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2023-cü il tarixli **********272800 nömrəli və xx.xx.2023-cü il tarixli **********189800 nömrəli məktublarla məlumat verilmişdir. Vergi ödəyicisi müraciətində iddiaçının 2020-ci ildə Yardımlı rayonunda daxili abadlıq işlərinin görülməsi və avtomobil yollarının çəkilməsi layihəsini həyata keçirdiyini, həmin dövrdə bir çox müəssisələrlə əməkdaşlıq etdiyini, bu müəssələrdən birinin də "xxxx" MMC (VÖEN: **********) olduğunu, müqavilə bağlanan zaman "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığını, xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsi bağlanıldığını, müqavilə əsasında mal material sifcriş edildiyini, tchvil-təslim aktı əsasında mal-materialların təhvil alındığını, razılıq əsasında xx.xx.2020-ci il tarixində elektron qaimə-faktura əldə edilməklə ödəniş edildiyini, ödəniş edən zamanda "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığını, 2021-ci ildən riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. İnzibati şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən 202Q-Cİ ilin dekabr,ayı üçün.təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)" sütünunda qeyd olunan 92599,67 manat (ƏDV-si 16667,94) məbləğin 83540,00 manat (ƏDV-si 15037,20) məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən 2023-cü ilin may ayının ƏDV bəyannaməsində “Dəqiqləşdirilən” bölməsinin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilməsi məbləği” sətrinin “ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)" sütünunda 83540,00 manat (ƏDV-si 15037,20) məbləğ kimi göstərilmişdir. Şikayətin ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə “Sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023cü il tarixli **********073700 nömrəli məktub göndərilmişdir. Məktubda müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), (olduğu halda, alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), müqavilələr, üzləşmə aktı, təhvil-təslim aktları, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, ləğv edilmiş elektron qaimə-fakturaları ilə bağlı aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri (aylar üzrə ayrı-ayrılıqda olmaqla), istehsal olunmuş məhsulun maya dəyərinin faktiki kalkulyasiyasını, istehsal prosesi zamanı sərf olunmuş elektrik enerjisi, qaz və suyun texniki sərf normaları barədə məlumatları, cəlb edilmiş işçilər, araşdırılan dövr üzrə aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri, dövrü hesabatları, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, barkod oxuyucudan çıxarış, ƏDV-nin depozit hesabı və bank hesabları vasitəsilə aparılmış əməliyyatlara dair sənəd və məlumatların, nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri, (malların hərəkəti barədə məlumatları (aylar üzrə alınma, təqdim edilmə və qalıqda qalan mallar barədə tarixlər göstərilməklə, idxal edilmiş və olduğu təqdirdə daxili bazardan alınmış mallar üzrə ayrı- ayrılıqda mal çeşidləri üzrə ticarət əlavələri göstərilməklə), idxal edilmiş mallarla bağlı bağlanmış müqavilələr, ödəniş sənədləri, idxal edilmiş malların daşınması ilə bağlı daşıyıcı xarici şirkətlərlə bağlanmış müqavilələri, ödəniş sənədlərini, yük gömrük bəyannamələrinin surəti, anbar uçot sənədlərini, malların mədaxili və satışı üzrə tərtib edilmiş və rəsmiləşdirilmiş sənədlərin (elektron qaimə-faktura, Malların alış aktı, Yük avtonəqliyyatı üçün yol vərəqi, Malların alınması üçün vəkalətnamə, Malların təhvil-qəbul aktı, Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, Malların qaytarılması aktı, İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt və təsdiqedici sənədləri və məqsədəmüvafiq hesab edilən digər sənədləri xx.xx.2023-cü il tarixədək onlayn kargüzarlıq vasitəsilə elektron qaydada vergi orqanına təqdim edilməsi bildirilmişdir. Bundan əlavə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə vergi ödəyicisinə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********162200 nömrəli məktub göndərilərək xx.xx.2023-cü il tarixdə, saat 10:30 üçün şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, lakin iddiaçının rəhbəri və ya səlahiyyətli nümayəndəsi (vəkili) araşdırmada iştrak etməmiş və bu hal xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) 83540,00 manat (ƏDV-si 15037,20) məbləğində malların iş və xidmətlərin (kubik, asfalt, yanmış məftil, mismar N80-10-120, armatur, qum və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. “PARAMEKS AZ QRUP" Məhdud Məsuliyyətli iddiaçı tərəfindən təqdim edilən elektron qaimə faktura məlumatlarına əsasən "asfalt, avtomobil, kubik və s." təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.1-ci və 3.1.1 -ci yarımbəndlərinə əsasən “PARAMEKS AZ QRUP" Məhdud Məsuliyyətli iddiaçının riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********587200 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli **********197800 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktub göndərilmiş və Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) xx.xx.2023-cü il tarixdə saat 10:30-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi arcş lırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 83540,00 manat (ƏDV-si 15037,20) məbləğində malların (iş və xidmətlərin) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (iş və xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçotbaza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "xxxx" Məhdud Məsuliyyətli iddiaçı tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş malların (iş və xidmətlərin) mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, inzibati araşdırmada iştirak etmədiyini, araşdırma üçün tələb olunan müvafiq təsdiqedici sənədlərin təqdim edilmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" Məhdud Məsuliyyətli iddiaçı tərəfindən müxtəlif adda mallarla (iş və xidmətlərlə) bağlı (asfalt, avtomobil, kubik və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin malların (iş və xidmətlərin) yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qərar qəbul olunduğunu və qərarın qüvvədə olduğunu nəzərə alaraq, iddiaçının inzibati şikayəti təmin edilməməli və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********035300 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərar iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət ünvanlamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********696700 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati şikayət təmin edilməmiş, xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır, müvafiq qərarın iddiaçıya çatdırılması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə olan xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarı ilə müəssisəyə 15037.20 manat əlavə vergi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********696700 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati şikayət təmin edilməmiş, xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 25/10/20 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifariş verilən malların təchiz edilməsi və qaimə-fakturaya əsasən malları qəbul etməsi, dəyərini ödəməsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, OD8 saylı ödəniş tapşırığına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 83540 manat "xxxx" MMC-nin hesabına ödəniş etmişdir. İşdə olan 650696 saylı, xx.xx.2020-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsindən, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli malların təhvil-təslim aktlarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında satın alınmış mallar təhvil-təslimatı aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsi barədə bildiriş, xx.xx.2023-cü il tarixli bəyannamənin təqdim edilməsi haqqında bildiriş-xəbərdarlıq göndərilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətinə əsasən, xx.xx.2023 cü il tarxində may 2023-cü il üçün kameral hesablanmış (17813.18), onlar xx.xx.2023 cü ildə dəqiqləşmiş verməsinə baxmayaraq hesabat düzəlməmiş və şəxsi hesab vərəqəsində borc görsənir. Hesabatı yenidən xx.xx.20230cü il tarixində təqdim etmişdir (hesabatın bildiriş nömrəsi **********414800), 16 may 2023-cü il tarixdə müəssisənin ƏDV hesabına 2775.98 azn məbləğ daxil olmuşdur, həmin məbləği (2775.98 azn) dövlət büdcəsinə xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Hesablama verdiyi kameral hesablamada (15037.20 AZN) məbləğ 2020-ci ilin dövriyyəsinə aiddir. Göy-Göl Tikinti MMC 2020-ci ildə Yardımlı Rayon daxili abadlıq işlərinin görülməsi və avtomobil yollarının çəkilməsi (Şəhər və kənd yolları) layihəsini həyata keçirib. Həmin dövürdə bir çox müəssisələrlə əməkdaşlıq edib bu müəssələrdəndə biri də "xxxx" MMC -dir. Müqavilə bağlanan zaman etaxes.gov.az saytında məlumat axtarış sistemində yoxlama aparılmış riskli vergi ödəyicisi barəsində məlumat çıxmamışdır və xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır (№ A25/10/20) və müqavilə əsasında mal material sifariş vermişdir. Təhvil təslim aktı əsasında mal-materialı onlara təhvil vermiş, razılıq əsasında xx.xx.2020-ci il tarixində e qaimə göndərilib (ƏDV 15037.20) və ödəniş edilmişdir. Ödəniş edən zaman "xxxx" MMC riskli vergi ödəyicisi deyildi. 2021-ci il tarixində risqli vergi ödəyicisi barədə qərar verilmişdir, buna görədə onlara vergi orqanı may 2023 ci ilə kameral hesablamışdır. Bundan sora müəssisəsinin vergi orqanına borc yaranmış və fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Heç bir tenderlərdə iştirak edə bilmir. Onlar hər zaman büdcə qarşısında öhdəliklərini tam dəqiq vaxtında yerinə yetirmiş bir müəssə olaraq, Müəssənin fəliyyətinin yenidən düzəlməsi, layihələrdə iştirak edə bilməsi üçün hesablanmış kameralın götürülməsini təmin edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətdə qeydə alınmış riskli vergi ödəyiciləri barədə məlumatdan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********587200 saylı qərarla riskli vergi ödəyicisi siyahısına əlavə edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC və "xxxx" MMC arasında müqavilə münasibətləri 25 oktyabr 2020-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında yaranmışdır və bu müqavilə "xxxx" MMC-nin öhdəlikləri 30 dekabr 2020-ci il tarixdə malın dəyəri və ƏDV ödənilməklə tam yerinə yetirilmişdir. 25 oktyabr 2020-ci il tarixli, alqı-satqı müqaviləsi bağlanan anda və həmin müqavilə üzrə öhdəliklər tam yerinə yetirilən anda "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Dövlət Vergi Xidmətinin reyestrində riskli vergi ödəyicisi hesab edilməsi də **********587200 nömrəli xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərar alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra reyestrə əlavə edilmişdir. Öhdəliklərin yerinə yetirildiyi 30 dekabr 2020-ci il tarixindən sonrakı müddət ərzində "xxxx" MMC və "xxxx" MMC arasında hər hansı başqa bir müqavilə bağlanmamışdır. İşdə olan dövriyyə yaradan qaimələr üzrə görünür ki, "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli qaimələrlə ödənişlər edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubdan görünür ki, 22 iyun 2023-cü il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən daxil olmuş **********033700 nömrəli xidməti məktubun icrası ilə əlaqədar: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC (VÖEN:1 8********) tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 83540,0 (ƏDV-siz) dəyərində xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə fakturanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarına əsasən riskli olduğu müəyyən olunmuş və risk pəncərəsinə daxil olunmuşdur. Lakin araşdırma zamanı "xxxx" MMC tərəfindən riskli elektron qaimə fakturanın 2020-ci ilin dekabr ƏDV bəyannaməsində əvəz əvələşdirildiyi müəyyən olunmuşdur. “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV -nin bərpa edilməsi məbləği” üzrə 83540 manat bərpa edilməklə 15037,2 manat Ə DV hesablamaq nəzərdə tutulur. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri təqdim etmək tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsi barədə bildiriş, xx.xx.2023-cü il tarixli bəyannamənin təqdim edilməsi haqqında bildiriş-xəbərdarlıq göndərilmişdir və xx.xx.2023-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubdan görünür ki, 22 iyun 2023-cü il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən daxil olmuş **********033700 nömrəli xidməti məktubun icrası ilə əlaqədar: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC (VÖEN:1 8********) tərəfindən "xxxx" MMCyə təqdim edilmiş 83540,0 (ƏDV-siz) dəyərində xx.xx.2020-ci il tarixli EBAV seriyalı 650696 nömrəli elektron qaimə fakturanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarına əsasən riskli olduğu müəyyən olunmuş və risk pəncərəsinə daxil olunmuşdur. Lakin araşdırma zamanı "xxxx" MMC tərəfindən riskli elektron qaimə fakturanın 2020-ci ilin dekabr ƏDV bəyannaməsində əvəz əvələşdirildiyi müəyyən olunmuşdur. “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV -nin bərpa edilməsi məbləği” üzrə 83540 manat bərpa edilməklə 15037,2 manat Ə DV hesablamaq nəzərdə tutulur. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri təqdim etmək tələb olunur. Məktubunda qeyd edilən sənədlər təqdim edilmədiyi üçün xx.xx.2023-cü il tarixli qərar göndərilmişdir. Əsaslandırma kimi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir) qeyd edilmişdir. Hal-hazırda vergi orqanı tərəfindən iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarla 2023-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 15037.20 manat cərimə hesablanmışdır. Göründüyü kimi aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X3. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X3 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, təqdim edilən alqı-satqı müqaviləsinə, xx.xx.2020-ci il tarixli, OD8 saylı ödəniş tapşırığı, 650696 saylı, xx.xx.2020ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsindən, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli malların təhvil-təslim aktlarına əsasən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 83540 manat "xxxx" MMC-nin hesabına ödəniş etmişdir və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında satın alınmış mallar təhvil-təslimatı aparılmışdır. "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətdə "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********587200 saylı qərarla riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicisi siyahısına əlavə edilmişdir. Məhkəmə hesab etmişdir ki, müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, vergi hesab fakturalarında, qaimələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar vardır. Vergi hesablanarkən nə tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə də bazar qiymətlərindən istifadə etməklə vergi hesablanmamışdır. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırki inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Həmçinin təqdim edilənə sənədlərə və hesablama barədə məlumatlara əsasən qərarın Vergilər Məcəlləsinin 109.9-cu maddəsi əsas götürülərək yazıldığı bildirilsə də, qeyd edilən mübahisəli aktın özündə həmin maddəyə istinad olunmamışdır. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11 -ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Məhkəmə müəyyən etdi ki, iddiaçı sahibkarlıq məqsədilə "xxxx" MMC-lə ayrı-ayrı vaxtlarda müxtəlif sayda (xx.xx.2020-ci il tarixində 9,912.00 və 23,364.00 manat, xx.xx.2020-ci il tarixdə 8,496.00 manat, xx.xx.2020-ci il tarixində 6,608.00 manat, xx.xx.2020-ci il tarixində 10,903.20 manat, xx.xx.2020-ci il tarixində 11,682.00 manat, xx.xx.2020-ci il tarixində 27,612.00 manat dəyərində) elektron qaimə-faktura olmaqla tikinti malları almışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaimə- faktura ilə almış, eyni zamanda alınmış malların cəmi dəyəri 83,540.00 manat "xxxx" MMC tərəfindən xx.xx.2020-ci tarixində göndərilmiş 650696 №-li elektron qaimə əsasında iddiaçı "xxxx" ASC vasitəsilə ödəmişdir. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. O, əməliyyatlar həyata keçirərkən ilk növbədə elektron informasiya vasitəsilə qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını aydınlaşdırır. Mübahisəli elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirilən tarixlərdə "xxxx" MMC riskli vergi ödəyiciləri olmamışdır. İddiaçı "xxxx" MMC ilə elektron qaimə- faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar (xx.xx.2021-ci il tarixdə) qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdən əvvəl onun riskli vergi ödəyicisi olmasını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin elektron qaimə-faktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 153.3. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarı qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanının Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********035300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********035300 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-881/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-881/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver