Məhkəmə qərarları › İş №2-1(120)-882/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-882/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-882/2020 10.09.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı, ailə üzvləri X5, X6 və X7 adının xx.xx.2017-ci il tarixdən vahid aylıq müavinətin (çörək pulunun) verilməsinə dair adlı siyahıya salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdehlər Laçın rayon İcra Hakimiyyətinə və Laçın rayon Qarı Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “məcburi köçkünlər üçün ayrılmış yemək xərclərinin (çörəkpulunun) bərpa edilməsi və 2017-ci ilin 1 yanvarından ödənilməyən yemək xərclərinin ödənilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(120)-882/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Laçın rayon İcra Hakimiyyətinə və Laçın rayon Qarı Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “məcburi köçkünlər üçün üçün ayrılmış yemək xərclərinin (çörəkpulunun) bərpa edilməsi və 2017-ci ilin 1 yanvarından ödənilməyən yemək xərclərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə Laçın rayon Qarı Qışlaq kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi cavabdehlər siyahısından çıxarılması, Laçın rayon İcra Hakimiyyəti cavabdeh qismində qəbul edilməsi, iddia tələbinə İddiaçı adının xx.xx.2017-ci il tarixdən vahid aylıq müavinətin (çörək pulunun) verilməsinə dair adlı siyahıya salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması davam etdirilməsi və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(120)-882/2020 saylı qərardadı ilə İddiaçı, ailə üzvləri X5, X6 və X7 adının xx.xx.2017-ci il tarixdən vahid aylıq müavinətin (çörək pulunun) verilməsinə dair adlı siyahıya salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki,1992-ci ildən Laçın rayonundan məcburi köçkün gəlmişdir. Laçın rayon İcra Hakimiyyəti qeydiyyatda olmağını nəzərə almadan 2017-ci ilin yanvarın 1-dən onun və 3 nəfər ailə üzvünün çörəkpulunu həyat yoldaşı X5 adına ev olması səbəbi ilə kəsmişdirlər. Halbuki onların adına ev olmamışdır. Atası və anasının adına ev olmasının onlara aidiyatı yoxdur. Sözügedən evin necə onların adına yazılmasını bilməmişdirlər. Sonradan məlum olmuşdur ki, səhvən yazılıb və bu səhv düzəldilmişdir. Bütün bunları Laçın rayon İcra Hakimiyyəti və Qarı Qışlaq kənd icra nümayəndəliyi nəzərə almadan, əsassız olaraq 4 nəfər ailə üzvünün çörəkpulunun verilməsi dayandırılmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Laçın rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Laçın rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 422 nömrəli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşməklə, Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli, AZ-İ 830573 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X9 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, AZ-İİİ 327701 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2014cü il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X11 qeyd edilmiş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 175 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, AZ-İİİ 327701 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X11 qeyd edilmiş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 533 nömrə ilə qeyd edilmişdir. İşdə olan Laçın rayon İcra Hakimiyyəti başçısının Qarıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, X1 rayonundan məcburi köçkün düşməklə, ailədə 4 nəfər ailə üzvü vardır, hal-hazırda Bərdə rayonu, Qaradağlı kəndində müvəqqəti məskunlaşmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********65 nömrəli məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, xx.xx.1994-cü il təvəllüdlü X5 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, **********21-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə ASAN xidmət mərkəzində notariat kontorunun 26 yanvar 2017-ci ii tarixli, 4Ə-193 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X11 həmin fərdi yaşayış evini anası X3 bağışlamışdır. Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X5 adına hal-hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Laçın rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 28 avqust 2020-ci il tarixli, 12/Q-4-073 saylı məktubda qeyd edilmişdir: “sizin Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatına daxil olmuş, özünüzə və ailə üzvlərinizə vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsi barədə müraciətinizə baxılmışdır. Məlum olmuşdur ki, xx.xx.2017-ci il vəziyyətinə Sizin arvadınız X5 adına Daşkəsən rayonu ərazisində mənzil olduğu üçün Sizə və üç nəfər ailə üzvünüzə dövlət büdcəsindən verilən vahid aylıq müavinətinin ödənişi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci ıl tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1 -ci bəndinin (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) tələbinə əsasən dayandırılmışdır. Həmin məsələ ilə bağlı Sizə dəfələrlə müvafiq izahat və düzgün istiqamət verilmişdir. Bununla yanaşı həmin məsələyə məhkəmə qaydasında baxılması üçün Sizin müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır”. İşdə olan Laçın rayon İcra Hakimiyyəti başçısının Qarıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 36 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il vəziyyətinə İddiaçı rəsmi nikahda olduğu arvadı X4 adına Daşkəsən rayonunun Xoşbulaq kəndində mənzil olduğu üçün İddiaçı və onun üç nəfər ailə üzvünə vahid aylıq müavinətin ödənişi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci yarımbəndinin (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə) tələbinə əsasən 2017-ci ilin yanvar ayından dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 02/1259 nömrəli məktubunda qeyd edilmişdir: “Sorğunuza cavab olaraq bildiririk ki, Komitədə olan məlumata görə İddiaçı və həyat yoldaşı X1 rayonundan məcburi köçkündürlər və tərəfimizdən statusu təsdiq edən müvafiq vəsiqə ilə təmin edilmişlər. Hazırda Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşıblar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1 bəndinə əsasən vahid aylıq müavinətin verilməsi məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə şamil olunmur. Məktubda adı çəkilən X5 mülkiyyətində fərdi mənzil olduğu üçün özü və həyat yoldaşı olan İddiaçı vahid aylıq müavinət almaq hüququndan məhrumdurlar. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin məhkəməyə göndərdiyi etirazında aşağıdakılar qeyd edilmişdir: “İddiaçı cavabdeh Laçın Rayon icra hakimiyyətinə qarşı “məcburi köçkünlər üçün ayrılmış yemək xərclərinin bərpa edilməsi və 2017-ci ilin 1 yanvarından ödənilməyən yemək xərclərinin ödənilməsi” tələbi tam əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən,iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən,inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. İddiaçı Azərbaycan Respublikasının Administrasiyasına xx.xx.2019-cu il tarixdə yemək xərci müvainətinin bərpa olunması ilə bağlı müraciət etmişdir. Həmin müraciət Komitəyə daxil olduqdan sonra xx.xx.2020-ci il tarixli 01/9953 nömrəli məktubla “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq qaydada baxılması və vətəndaşa cavab verilməsi üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmiş və məktubun surəti iddiaçı şəxsə göndərilməklə ona bu barədə rəsmi məlumat verilmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən, (Məcburi köçkünlərə maddi yardımlar) məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Belə ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanı təsdiq edilmişdir. Həmin Fərmana uyğun olaraq “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nıntəsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı qəbul edilmişdir. Hazırda Qaydanın tələblərinə uyğun olaraq məcburi köçkünlərə vahid aylıq müavinət verilir. Həmin Qaydanın 3.4-cü bəndinin tələbinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir,həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Məcburi köçkünlər vahid aylıq müavinətin verilməsi ilə bağlı Qaydanın tələbinə əsasən əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə müraciət etməlidir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri məcburi köçkünə Qaydanın tələbinə uyğun olaraq, vahid aylıq müavinətin verilib-verilməməsi barəsində qərar qəbul edilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. Laçın Rayon İcra hakimiyyəti tərəfindən verilən məlumata əsasən, İddiaçı həyat yoldaşı X5 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi olduğundan, iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi Qaydadnın 2.1 -ci bəndinin tələbinə əsasən dayandırılmışdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nm 2.1-ci bəndinin tələbinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinət verilmir. Yaşayış sahəsi əldə etmiş məcburi köçkünün sonradan onu başqa şəxsə satması və bağışlaması ona vahid aylıq müavinətin verilməsi və ya bərpa edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçı iddia tələbində “məcburi köçkün ailəsi kimi özünə və ailəsinə aylıq yemək xərci üçün müavinətin verilməsinin bərpa edilməsini”göstərmişdir. Göstərilən tələb üzrə heç bir müavinət hazırda mövcüd deyildir. “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət” xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 37 nömrəli əmri ilə təsdiq edilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2744 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatla tənzimlənmişdir. Qeyd olunan Təlimat iəğv edilmiş, qüvvədən düşmüş və həmin Təlimat üzrə məcburi köçkünlərə yemək xərci üzrə aylıq müavinətin verilməsi həyata keçirilmir. Məhkəmənin diqqətinə çatdırırıq ki,əvvəlki mövcüd olmuş Təlimatın 5.1-ci bəndinin tələbində də məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə yemək xərci üçün verilən aylıq müavinət verilmirdi. Hazırda yeni normativ hüquqi aktla təsdiq olunan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin tələblərinə əsasən də məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki- hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinət verilmir. Odur ki, Qaydanın 2.1-ci bəndinin tələblərinə əsasən iddiaçının həyat yoldaşı X5 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi olduğundan iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi Qaydanın 2.1-ci bəndinin tələbinə əsasən Laçın Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmış və vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi mümkün deyildir. Sonradan iddiaçının həmin yaşayış sahəsini satması və ya kiməsə bağışlaması iddiaçının və onun ailə üzvlərinin vahid aylıq müavinətinin bərpa edilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlər üçün ayrılmış yemək xərclərinin bərpa edilməsi və 2017-ci ilin 1 yanvarından ödənilməyən yemək xərclərinin ödənilməsi” tələbi əsassız olduğu üçün iddia təmin edilməsin və rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və həyat yoldaşı X1 rayonundan məcburi köçkün düşmüşdür. Məcburi köçkün düşdükdən sonra Bərdə rayonu, Qaradağlı kəndində müvəqqəti məskunlaşmışdır və ona və ailə üzvlərinə dövlət büdcəsindən məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinatı ödənilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdə Məmmədova (Qurbanova) Ləman Arif qızı rəsmi nikaha daxil olmuşdur. 2016-cı il tarixində iddiaçının həyat yoldaşının (arvadının) adına Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının həyat yoldaşının adına fərdi yaşayış evi qeydiyyata alındığı üçün xx.xx.2017-ci il tarixindən vahid aylıq müavinətın verilməsi dayandırlmışdır. Hazırda iddiaçı ona və ailə üzvlərinə ödənilməli olan vahid aylıq müavinətın dayandırıldığı vaxtdan (xx.xx.2017-ci il tarixdən) ödənilməsini xahiş edir. Məhkəmə, müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1-ci maddəsinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla)aylıq müavinət şamil edilmir. Qeyd olunan hüquq normalarının tələbinə görə məcburi köçkün statusu olan şəxsin məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsinin dayandırılması üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının ailə üzvü olan həyat yoldaşı (arvadı) Məmmədova (Qurbanova) Ləman Arif qızının adına birgə nikah dövründə Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin fərdi yaşayış evi sonradan digər şəxsə bağışlanmışdır. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, məcburi köçkün statusu olan şəxsin məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi aylıq müavinətin verilməsinin dayandırılması üçün əsasdır. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin əmlakın sonradan özgəninkiləşdirilməsi (hazırkı iş üzrə bağışlanılması) məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin bərpa olunması üçün əsas deyildir. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hüquq normalarına görə iddiaçının tələbindən cavabdehin imtinası (təmin etməməsi) əsaslı və qanuni olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı, ailə üzvləri X5, X6 və X7 adının xx.xx.2017-ci il tarixdən vahid aylıq müavinətin (çörək pulunun) verilməsinə dair adlı siyahıya salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı, ailə üzvləri X5, X6 və X7 adının xx.xx.2017-ci il tarixdən vahid aylıq müavinətin (çörək pulunun) verilməsinə dair adlı siyahıya salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar