Məhkəmə qərarları › İş №2-1(120)-882/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-882/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-882/2025 15.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 15 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspert Komissiyasının 28 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-19179/2023 nömrəli Qərarının (barəsində olan 9-cu bəndinin) ləğv edilməsi və iddiaçının, yəni İddiaçı hərbi xidmət dövründə alınmış xəstəliyi ilə əlaqədar 2007-ci ildən təyin edillmiş ikinci qrup əlilliyinin-əlilliyə dair qiymətləndirilmənin əlillik altsistemində ləğv edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh – inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 28 noyabr 2023-cü il tarixli, 3-17- 4/3-3-19179/2023 nömrəli Qərarının (barəsində olan 9-cu bəndinin) ləğv edilməsi, bununla əlaqədar xx.xx.2024-cü il tarixli iddia ərizəsinin verilməsi müddətinin keçməmiş hesab dilməsi və iddiaçı, yəni İddiaçı hərbi xidmət dövründə alınmış xəstəliyi ilə əlaqədar 2007-ci ildən təyin edilmiş ikinci qrup (yeni meyarlarla 61-80% əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində 16 noyabr 2023-cü il tarixdən bərpa eilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respubliikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(120)-882/2025 nömrəli qərardadı ilə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, tibb xidməti polkovnik-leytenantı kimi uzun sürən xəsəliklər nəticəsində səhhətində olan problemlərlə əlaqədar 2006-cı ilin noyabr ayında Müdafiə Nazirliyinin Hərbi Klinik Hospitalının terapiya profilli hərbi-həkim komissiyası tərəfindən "Xora xəstəliyi tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması"; "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" mütəxəssis diaqnozu ilə şəhadətləndirilmiş və hərbi xidmətə yararlılıq kateqoriyası "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" kimi təyin edilmişdir. Həmin qərar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuş və bu qərara əsasən Müdafiə Nazirinin müvafiq əmri ilə Ordu sıralarından 2007-ci ildə xəstəliyə görə təxris olunmuşdur. (İddiaçı şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq Qərarı ilə təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, 06 saylı xəstəlik haqqında şəhadətnamənin, hərbi xidmətdən ehtiyata buraxılmaqla, xx.xx.2007-ci il tarixdən Lənkəran rayon Hərbi Komissarlığında qeydiyyata alınmaqla bağlı Lənkəran rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli, 3/1119 saylı arayışının surətlərini iddia ərizəsinə əlavə etmişdir. Təxris olunduqdan sonra xəstəliyin kəskinləşməsi ilə əlaqədar hər il dəfələrlə stasionar və uzunmüddətli ambulator müalicə almış, hazırda da almaqda davam edir. 2007-ci ildən 2 qrup əlildir və hər dəfə əlilliyilə bağlı Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və hər dəfə əlilliyi təsdiq edilərək "Hərbi xidmət dövrü ilə əlaqədar" 2 dərəcə əlilliyə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və fasiləsiz olaraq 14 (on dörd) il pensiya ödənişlərini almışdır. (Xəstəliyilə bağlı bütün müvafiq sənədlərin müayinə, analiz, çıxarış, arayış və göndərişlər və pensiya ödənişləri almağı ilə bağlı müvafiq bank sənədinin ödəniş kartı üzrə çıxarış surətini iddia ərizəsinə əlavə edir. 2021-ci ilin noyabr ayının 16-dan qəfildən və naməlum səbəbdən əlilliyi ləğv edilərək təqaüdü dayandırılmışdır. Bundan sonra tərəfindən dəfələrlə müvafiq inzibati quruma çoxsaylı ərizə və şikayətlərlə müraciətlər etsə də, hazırki inzibati mübahisə üzrə cavabdeh-inzibati qurumun məqsədli və qanunsuz hərəkətləri üzündən hüquqları pozulmuşdur. Belə ki, ona 2007-ci ildə qüvvədə olan və həmin vaxt qüvvədə olan Qanunla tənzimlənən əlillik meyarlarına əsasən əlillik təyin edilmiş və sonradan meyarların dəyişməsi ona şamil oluna bilməzdi, o, səbəbdən ki, normativ hüquqi aktların "Lex retro non aqit "prinsipinə əsasən Qanunun geriyə qüvvəsi yoxdur. Yeni müraciətlər yeni meyarlar əsasında qiymətləndirilməlidirlər. Lakin, bu hüquqi məsələ TSEK, eyni zamanda Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən nəzərə alınmadan ona qarşı ziddiyyət yaradan əsassız qərar verilmişdir. 2022-ci ilin aprel ayında o, Lənkəran Rayon Mərkəzi X7 Komisiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş Tibbi- Sosial ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. TSEK-ə göndəriş zamanı diaqnozu belə olmuşdur: "Onikibarmaq bağırsağın xorası. Xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə, stenozlarla fəsadlaşan Ezofagitlə birgə müşahidə olunan qastroezofageal refluks, Barret qida borusu, Barret ezofaqus, bağırsaqda sorulmanın digər pozqunluqları, həzm funksiyasının pozulması, ikincili anemiya." Uzun müddət keçməsinə baxmayaraq TSEK-dən hər hansı cavabın verilməməsi səbəbindən iddiaçı çox saylı təkrar müraciət və şikayətləri əsasında xx.xx.2022-ci il tarixdə əyani müayinəyə çağırılmışdır. Əyani müayinəyə getdikdə (çoxsaylı şikayət və müraciətləri əsasında və öz təşəbbüsü ilə) TSEK-in ştatlı sədri iştirak etmədən, özbaşına özünü komissiya sədri kimi təqdim edən cavan bir oğlan və iki nəfərdən ibarət olan "komissiyanın" həkim mütəxəsisləri onu hər hansı bir müayinəyə cəlb etmədən, hər hansı bir sənədi araşdırmadan, cəmi 2-3 dəqiqə vaxt sərf etməklə, eyni zamanda ona qarşı kobud ifadələr işlətməklə "yola salmışlar". Sonradan isə iddiaçıya imtina qərarı verilmişdir. Bu Qanuna zidd hərəkətlərlə müraciət etdiyi şikayətə (142 "Çağrı Mərkəzi kargüzarlıq nömrəsi 3-17/1-0-853/2023) bu günə kimi cavab verilməyib. Komissiya kobud qanun pozuntuları ilə kecirildiyi üçün onun çıxardığı nəticələr əsaslı sayıla bilməz və ləğv edilməlidir. Ordu sıralarından təxris olduqdan sonra dəfələrlə xoranın residivləşməsinə, anemiyaya görə müalicələr almışdır. Son il ərzində TSEK-in yaratdığı psixoemosional gərginlik fonunda vəziyyəti daha da pisləşmişdir, müalicələr fonunda aparılan avqust və noyabr aylarında təkrar endoskopik müayinələr xoraların sayının artmasını və vəziyətin daha da pisləşməsini göstərir. İmtina Qərarı verildikdə, hökmən imtina səbəbləri yazılı şəkildə obyektivləşdirilməli, əsaslandırılmalı və TSEK-ə göndəriş verən tibb müəsisəsi ilə bərabər şəhadətləndirilən şəxsə də məlumat verilməlidir. Lakin bunlar olunmayıbdır. 2016-cı ildə xəstəliyi Azərbaycan Respublikası NK xx.xx.2015-ci il tarixli 413 saylı Qərarının 225 bəndində göstərilmiş meyarlara tam uyğun olduğu ücün ona həmin qərarın 6.1 bəndi şamil olunub və bunun nəticəsində 2 dərəcə fasiləsiz əlillik növbəti 2017-ci ildə 10 (on) il tamam oldugu ücün həmin vaxtan ona müddətsiz olaraq 2 (ikinci) dərəcə əlillik müəyyən edilməli idi. Yuxarıda göstərilənlərin araşdırılması, məsələyə aydınlıq gətirilməsi, ziddiyyətin aradan qaldırılması, verilən imtinanın səbəblərini ona əsaslandırıb, çatdırılması məqsədi ilə 2023-cü il ərzində dəfələrlə 142 "Çağrı Mərkəzi" və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X13 və Reabilitasiya Agentliyinin rəisinə müraciət etmişir. Xahişi ondan ibarət olub ki, iddiaçıya nə ücün NK xx.xx.2015-ci il tarixli 413 saylı Qərarinin 4.2 bəndi şamil olunmayıb və nə ücün e-Sosial alt sistemdə ona dair məlumatlar yalnış verilib 14 (on dörd) il pensiyada olduğu halda 8 səkkiz) il göstərilmişdir. Ərizədə xx.xx.2020-ci il tarixli Qərar xx.xx.2022-ci ildə qüvvəyə minəndə iddiaçı artıq 14 (on dörd) il ikinci dərəcə əlilliyə görə təqaüd aldığını göstərmişdir. Yəni, 2021-ci ildə ona imtina verildiyi vaxt 2022-ci ilin iyulun 01-də qüvvəyə minmiş qərarın şərtləri iddiaçıya şamil edilə bilməzdi. Lakin bu günədək anlaşılan cavab verilməmişdir. İdarə heyətinin sədr müavini Ramin Rzayev tərəfindən imzalanış xx.xx.2023-cü il tarixli, 3-17-2-M-22358/2023 saylı, qeyri-peşəkar cavab məktubunda: "nəzərinizə çatdırırıq ki, müraciətiniz əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq əziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişiklər, o cümlədən adınıza rəsmləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir" göstərilmişdir. Haqlı bir sual meydana çıxır: xx.xx.2015-ci il tarixli, 13 nömrəli Qərarla təsdiq edilmiş "Əlilliyin sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik əlaməti təyin edilmədiyi halda, əlilliyim hansı səbəbdən xx.xx.2016-ci il tarixində 5 (beş) il artırılmışdır....? Daha bir anlaşılmaz, məntiqsiz, söz yığımından ibarət xx.xx.2023-cü il tarixli, 3-17-4/2-2- 30366/2023 nömrəli cavab məktubu digər idarə heyətinin sədr müavini Rəşad Məhərrəmov tərəfindən imzalanmış və göndərilmişdir. Belə ki, həmin məktubda "xx.xx.2016-cı il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin müddəti 5 (beş) il müddətinə avtomatlaşdırılmış qaydada sistem tərəfindən uzadılmışdır. Sonraki dövrdə barənizdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur" qeyd edilmişdir. Eyni Qanun eyni xəstəyə (xəstəliklərin fəsadı və nəticələri dərinləşmədə, xəstə 17 il qocaldığı halda) 2016-cı ildə şamil olur, lakin 2021-ci ildə şamil olmur. Bu məntiq parodoksal, gülünc və anlaşılmazdır...! Şikayət və müraciətlərinin davam etməsi fonunda qəfildən xx.xx.2023-cü ildə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumatların aşkarlanmaması, müraciətini nəzərə alaraq əlavə araşdırılmaların aparılması və əlillik vəziyyətilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə Agentliyə qəbula dəvət olunmuşdur. (Lənkəran Rayon Mərkəzi Xəstəxanasının göndərişi olmadan....!) Lakin heç bir müayinə olunmadan, şikayətlərini dinləmədən, sonuncu avqust 2023-cü il və xx.xx.2023-ci il tarixli endoskopik müayinələrin nəticələrini nəzərə almadan, Rəşad Məhərrəmov tərəfindən imzalanmış xx.xx.2023-ci il tarixli, 3-17-4/2-M-27278/2023 nomrəli məktubda göstərilən məsələlər araşdırılmadan komissiyanın keçirilməsi qanuna zidd aparılaraq, komissiyanın sədri ehtiyatda olan polkovnik Sucayət həkim komissiyanin nəticəsini elan etməyərək, vəzifəli şəxs olaraq TSEK-ə göndərişdə olan diaqnozlarını dəyişərək, rəsmi sənədlərdə və informasiya resurslarında bilə-bilə yalan məlumatlar daxil edərək, habelə sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəliş edərək, yaranmış problemlərini 2017-ci ildə həll etməli olduğunu, hal-hazırda isə ancaq məhkəməyə müraciət etməli olduğumu bildirərək, digər xəstələrin vaxtını aldığını bildirib onu oradan kobud şəkildə uzaqlaşdırmışdır. Həmişəki kimi imtinanın səbəbləri "gizli saxlanılır", açıqlanmır, yəni nə səbəbdən imtina verilir -sadəcə "İMTİNA" yazılır. Yəni komissiya üzvləri predmeti bilmədən, özləri başa düşdüyü kimi, əksər hallarda əsassız olaraq açıqlama vermədən imtina qərarı qəbul edirlər. Açıqlama verilməməsinin səbəbi, təbii ki, komissiyanın sədr və həkimlərinin qeyri-peşəkar olmasıdır. Qeyd edirlər ki, xx.xx.2023-ci il tarixə ona xx.xx.2023-ci il tarixində keçdiyi əyani müayinənin nəticələri rəsmi elan edilməyib və hec bir arayış verilməyib. Ən maraqlı məqamlardan biri isə komisiyanın sədrinin ona qarşı qərəzli mövqe tutmasıdır. Səbəbi isə onun hərbi xidmət dövründə aralarında mövçüd olan ziddiyyətlərdən əmələ gəlmiş qeyri-səmimi münasibətdir. Agentliyin idarə heyətinin üzvlərinə müraciət etdikdə cavabları "əlillik məsələləri ilə TSEKin həkimləri məşquldurlar" kimi olur. Onlar anlamır ki, həkim olmaq olar, lakin ekspert başqa bir anlayışdır. Ekspertiza sahəsində işləməyən, ekspertiza ilə bağlı mövcüd qanunvericiliyi öyrənməyən, həkim kimi kifayət qədər təcrübəsi olmayan, xəstə müalicə etməyən həkim ekspert kimi fəaliyyət göstərə bilməz. Professional həkim ekspertlər ola-ola qeyri-peşəkar şəxslər bu işlə məşğul olduğu üçün nəticədə təbii ki, əsassız qərarlar qəbul edilir, bu isə öz növbəsində hərbçilərin, qazilərin, müharibə veteranlarının və əhali arasında narazılıq, inamsızlıq, ümüdsizlik yaradır və şikayətlərin həndəsə proqressiyasında çoxalmasına səbəb olur. Odur ki, yuxarıda göstərilənlərin araşdırılması, məsələyə aydınlıq gətirilməsi, ziddiyyətin aradan qaldırılması, verilən imtinanın səbəblərinin araşdırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarının 4.2 bəndinin tələblərinin ona şamil edilməsi məqsədilə və müvafiq göstərişin verilməsi məqsədi ilə xx.xx.2023-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət etmiş və həmin müraciət xx.xx.2023-ci il tarixdə 3-17-1/1-46293/8/2023 kargüzarlıq nömrəsi ilə qeydiyyata alınmaqla Anar Bayramova ünvanlandırılıb, onun tərəfindən də icra olunması ucün Rəşad Məhərrəmova yönəldilib. Rəşad Məhərrəmov və Ramin Rzayevdən nazirə şikayətci olduğu ücün xx.xx.2023-ci il nazir Sahil Babayevə və Agentliyin sədri Anar Bayramova yenidən ərizə ilə, bununla bərabər 142 "Çağrı Mərkəzinə" müraciət etməklə qəti etirazını bildirmişdir. Rəşad Məhərrəmovla bağlı olan yeni ərizəsini Agentlik sədri yenidən araşdırılması ücün Rəşad Məhərrəmova icra ücün ünvanlamışdır. (kargüzarlıq nömrəsi 3-17-4/1-M-47228/2023, xx.xx.2023 tarixdə.) Beləliklə, yuxarıda qeyd etdiyi xüsusatlarla və hazırki iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi çoxsaylı sənəd-sübutlarla da müəyyən olunur ki, tərəfindən uzun müddət müvafiq orqan və qurumlara, o cümlədən və ən əsası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə bu məsələnin həlli ilə bağlı müraciətlər etsə də bir nəticəsi olmamışdır. Sonuncu yazılı müraciətlərinə isə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-4/2-M- 31944/2023 saylı və daha sonra və sonuncu xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M- 26618/2024 saylı bir-birinə zidd və təzadlı, lakin, mahiyyət etibarı ilə onun əsaslı müraciətinə cavab verə bilməyən analoji imtina cavabı verilmişdir. (Müraciət etdiyi yazılı və elektron şikayət və ərizələrimin surətləri, verilən imtina cavabları iddia ərizəsinə əlavə edilir. Əlavə № 7,8) Təəssüf edir ki, qanuni və əsaslı müraciətləri müvafiq inzibati orqanın vəzifəli şəxsləri tərəfindən səhlənkarlıqla və etinasızlıqla şablon əsaslarla qanunsuz şəkildə cavablandırılmış, mahiyyət etibarı ilə konkret olaraq, uzun illər Vətənə, Azərbaycan Ordusuna şərəf və vicdanla xidmət etmiş Azərbaycan Ordusunun yüksək rütbəli zabitinə, həkiminə qarşı açıq-aşkar hörmətsizlik, qanunsuzluq nümayiş etdirilmişdir. Bundan başqa, aşağıda qeyd edilən digər səbəblərə və əsaslara görə hesab edir ki, cavabdehin, yuxarıda qeyd etdiyi sözü gedən, məhz hansı səbəbdən imtina olunması anlaşılmayan «cavabı qanunsuzdur və həmin inzibati orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə, əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində ləğv edildiyi 16 noyabr 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi qoyulmalıdır: Qeyd etdiyi kimi, inzibati orqan, mətnində məhz hansı səbəbdən imtina olunması anlaşılmayan 3,5-6 cümləlik cavab məktubunda heç bir konkret formaya əsaslanmamış və tələbinin hansı səbəbdən olunmaması barədə anlaşılan hər hansı bir mövqe ifadə etməmişdir. Hər halda, sözü gedən cavab məktubunda müraciət olunan tələblə bağlı hər hansı bir konstruktiv fikir və ya mövqe ifadə edilmədiyindən, iddiaçı bunu imtina kimi qəbul edir. İnzibati orqan, həmin imtina məktubunun mətnində bu imtinanın əsaslarını şərh etməmiş, onun nədən barət olduğunu, hansı məzmunda və qanunun hansı normasına münasibətdə mövcud olduğunu açıqlamamış və beləliklə, yarımçıq, anlaşılmaz və məntiqsiz bir fikir ifadə etməklə, əsaslı və qanuni müraciətinə, uzun illər Vətəninə şərəf və vicdanla xidmət etmiş Azərbaycan Ordusunun yüksək rütbəli zabit-həkiminin qanuni tələblərinə başdansovdu, ögey bir münasibət bəslədiyini bəyan etmişdir. Nəhayət konkret olaraq nəticə etibarı ilə hesab edir ki, iddiaçının-yəni, onun sözü gedən blilliyinin bərpası barədə ərizəsinə baxılması ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21,24,28,45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh-inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər və ya ümumiyyətlə əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin iddiaçının şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İş materiallarında olan “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” X16 tərəfindən məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Stenozlarla fəsadlaşan. Boy-165sm, çəki-72kq. Meyar: İmtina edilir. Diaqnoz əlillik əlaməti təyin etməməsi -Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Lənkəran şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli 0284003AAQS5 nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3-17-4/3-1-736/0/2023). Vətəndaş tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən əyani müayinəyə dəvət edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 06 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində. Xroniki haymorit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin əyani müayinəsi zamanı mədədə göynəmə, yanğı hissindən şikayət etmişdir. Müayinə zamanı boyu 165 sm, çəkisi 72 kq, BKİ 26.4 müəyyən edilmiş, dili nəm, ərpli izlənilmişdir. Medikamentoz preparatlardan "Platifilin", "Noşpa" qəbul etdiyini bildirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin əyani müayinəsi zamanı çəkisi 68 kq, boyu 165 sm olmuşdur. BÇİ 25, dili bozumtul ərpli, selikli qişaları çəhrayı olmuş, palpasiyada qarnı yumşaq olmuşdur. Baxış zamanı qarının ön divarında sağtərəfli çəp kəsiyin çapığı (appendektomiya) izlənmişdir. Azərbaycan Tibb Universitetinin X8 16.11,2023-cü il tarixli X2 müayinəsinin nəticəsi “Barret ezofagit 1-ci dərəcə. DQBDY (hiatal herni). Fundusda ~4.0 mm ölçülü submukozal törəmə (lipoma?). Korpusda xəfif hipertrofi görüntü fonunda hemorragiyalar. Antral eroziv qastrit. Mədə xoraları-antrumda 2 ədəd kiçik xora. Pilorodeformasiya (çapıq mənşəli). Duodenoqastral refyuks. 12 barmaq bağırsağın xora xəstəliyi- çoxsaylı səthi xoralar” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir.Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verə biləcək həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir, belə ki, BÇİ-25 müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”Göründüyü kimi, İPM-in 12.1 -ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi əlillik təyinatının aparılması barədə müvafiq qərarda qeyd edilmiş xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi əlillik təyinatının aparılması barədə yeni qərar qəbul edilməsidir. Qeyd edilən təyinat qərarı “İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1 -ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.İddiaçı cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1 -ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən sistemə daxil edilmişdir. İddiaçı ilkin olaraq 2007-ci ildən təyin edillmiş ikinci qrup əlilliyinin-əlilliyə dair qiymətləndirilmənin əlillik altsistemində ləğv edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair tələblə məhkəməyə müraciət etmişdir.İddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. Bu hal onu deməyə əsas verir ki, cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt məhkəmə icraatına qədər iddiaçıya təqdim edilməmiş, məhkəmə icraatı zamanı iddiaçı həmin qərardan məlumatlı olmuş və səbəbdən tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: AZE Seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixində Lənkəran şəhərində anadan olmuşdur. ZE Seriyalı, ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, 23 avqust 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0380 nömrəli, xx.xx.2007-ci il tarixli əmri ilə Əsasnamənin 156 “V” (xəstəliyə görə) maddəsinə əsasən Silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. 02 noyabr 2006-cı il tarixli, 06 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən müəyyən olunmuşdur ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1994-cü ildən Silahlı Qüvvələrdədir. Hərbi rütbəsi Tibb Xidməti polkovnik-leytenantı, hərbi uçot ixtisası Həkim, N nömrəli hərbi hissə, Lənkəran raon Hərbi Komissarlığı tərəfindən xx.xx.1994-cü il taridə hərbi xidmətə çağırılmışdır.(könüllü daxil olmuşdur). Deməsinə görə özünü 2000-ci ildən xəstə hesab edir. Xəstəliyini qida rejiminin pozulması ilə əlaqələndirir. Xəstəlik epiqastral nahiyədə olan ağrı, qıcqırma, köp ilə başlamışdır. Xəstə dəfələrlə ambulator olaraq müalicə olunmuş və nisbi yaxşılaşma qeyd edilmişdir. 03/2004-cü illdə epiqastral nahiyədə güclü ağrı olduğu üçün FQDS müayinəsi aparılmış və 12-b.b bağırsağın soğanağında xora aşkar edilmişdir. İlk dəfə 15.03.04-05.04.04 tarixdə N saylı hərbi hissədə müalicə olunmuşdur. Sonrakı illərdə xəstə dəfələrlə N saylı hərbi hissədə və MHKH-da xora xəstəliyi, residiv gedişli, 12-b.b. bağırsağın soğanağının xorasının kəskinləşməsinə görə müalicə almışdır. 2005-ci ilin axırlarında xəstədə epiqastral nahiyədə güclü ağrılar, öyümə, qusma olduğu üçün MİKH-ya göndərilmişdir. MHKH-da müayinə zamanı 12-barmaq bağırsağında iki ədəd xora aşkar edilmiş və müvafiq müalicədən sonra HHK-na təqdim edilərək, «Xəstəliklər cədvəlinin» 57b maddəsinin İİİ qrafasına əsasən şəhadətləndirilmiş və «Sıradankənar hərbi xidmətə yararlıldır qərarı verilmişdir. Son zamanlar yenidən epiqastral nahiyədə ağrı, ürəkbulanma, qıcqırıma olduğu üçün N saylı hərbi hissədə müayinə olunmuş və sonrakı müayinə, müalicə və tibbi şəhadətləndirilmək üçün MHKH-a köçürülmüşdür. Aparılan müayinə zamanı 12-b.b. soğanağında xora aşkar edilmişdir. Aparılan kompleks müalicədən sonra xora çapıqlaşmışdır. Səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olunması məqsədəuyğun sayılaraq, hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün MHKН-а göndərilmişdir. Xəstə SQ-in baş terapevti tərəfindən müayinə olunmuş, ekspert diaqnoz, qərar razılaşdırılmış və HHKna təqdim olunması tövsiyə olunmuşdur. xx.xx.2004-xx.xx.2004; xx.xx.2005-xx.xx.2005; xx.xx.2006-xx.xx.2006 N saylı h/h-də; xx.xx.2005-xx.xx.2006-cı il tarixdə MN MHΚΗ-da; xx.xx.2006-cı il tarixdən hal-hazıradək MN MHKH-da müayinə və müalicədədir. Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində. Xroniki haymorit, remissiya mərhələsində. Xəstəlik Hərbi Xidmət Dövründə Alınmışdır. Dinc Dövrdə Hərbi Xidmətə Yararsız, Müharibə dövründə məhdud yaralıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Lənkəran rayon Hərbi Komissarlığının 3/1119 nömrəli, xx.xx.2007-ci il tarixli Arayışın surətindən müəyyən olunur ki, 1962-ci il təvəllüdlü ehtiyyatda olan polkovnik-leytenant İddiaçı həqiqətən 22 oktyabr 1994-cü il tarixdən 26 iyul 2007-ci il tarixədək Azərbaycan Silahl Qüvvələrində hərbi xidmətdə olmuş və hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən ehtiyyata buraxılmışdır. 01 avqust 2007-ci il tarixdən Lənkəran rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. Azərbaycan Tibb Universiteti X8 ÜST X1 surətinən müəyyən olunur ki, xx.xx.2023cü il tarixdə İddiaçı keçirilmiş müayinənin nəticəsində ona Barret ezofagit, DQBDY (hiatal herni,. Fundusda -4.0 mm ölçülü submukozal törəmə (lipoma?) Korpusda xəfif hipertrofi kgörüntü fondunda hemorragiyalar, Antral qastrit Pilorodeformasiya-təzə xora çapığı 12 b. Bağırsağın xora xəstəliyi diaqnozu verilmişdir. Azərbaycan Tibb Universiteti X8 ÜST X1 surətinən müəyyən olunur ki, xx.xx.2023cü il tarixdə İddiaçı aparılmış müayinələr nəticəsində ona Barret ezofagit 1-ci dərəcə, DQBDY (hiatal herni,. Fundusda -4.0 mm ölçülü submukozal törəmə (lipoma?) Korpusda xəfif hipertrofi görüntü fondunda hemorragiyalar, Antral eroziv qastrit, Mədə xoralarıantrumda 2 ədəd kiçik xora, Pilorodeformasiya-(çapıq mənşəli) Duodenoqastral reflyuks, 12 b. Bağırsağın xora xəstəliyi diaqnozu verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının xx.xx.2021-ci il tarixli Videoqastroduodenoskopiyanın nəticəsindən görünür ki, Ehtiyyatda olan polkovnik-leytenant İddiaçı Ezofaqus distalında polipoid lezyon+Polipektomiya+Endoklips atılması+Hiatal herni+Ezofagit (LA Evrə B) (Barret ezofaqus?)+Erotematoz panqastrit+Spastik pilor+Bulbit. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli təkrar müayinə nəticəsində İddiaçı 2-ci dərəcəli əlillik qrupu təyin edilmiş və ona Onikibarmaq bağırsağın xorası. Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Onikibarmaq bağırsağın tez-tez kəskinləşən xroniki xora xəstəliyi. Bağırsaqda sorulmanın digər pozğunluqları. Həzm funksiyalarının pozulması. Digər dəmir defisitli anemiyalar, ikincili anemiya. Əlilliyin müəyyən olunması meyarı: 2.2. ikinci dərəcə əlillik-Həzm orqanlarının residivli gedişli ağır, roniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli təkrar müayinə nəticəsində İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupu təyin edilmiş və ona Onikibarmaq bağırsağın xorası. Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Onikibarmaq bağırsağın tez-tez kəskinləşən xroniki xora xəstəliyi. Bağırsaqda sorulmanın digər pozğunluqları. Həzm funksiyalarının pozulması. Digər dəmir defisitli anemiyalar, ikincili anemiya. Əlilliyin müəyyən olunması meyarı: 2.2. ikinci dərəcə əlillik-Həzm orqanlarının residivli gedişli ağır, roniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********6 nömrəli, xx.xx.2023cü il tarixli iddiaçıya ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Əlillik” altsisteminə göndəriş daxil olmuşdur. Bununla əlaqədar, Sizə dair lazımi məlumatlar Agentliyin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Müraciətinizi nəzərə alaraq əlillik vəziyyətinizin obyektiv qiymətləndirilməsi məqsədilə növbəlilk əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəksiniz. Bu barədə sizinlə əlaqə saxlanılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-M-3230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra-Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, müraciətiniz əsasında Siz xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-M-205495/2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı olu həqiqətən də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən 16 noyabr 2007-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və əlillik müddətinin 16 noyabr 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 dekabr 2021-ci il tarixindən dayandırılmışdır. (sonuncu pensiya məbləği 703,71 manat). Hazırda İddiaçı Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-M-24477/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətlərinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra-Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, müraciətiniz əsasında Siz xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. 3-17-4/2-M-22358/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu etibarsız hesab etməyiniz xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-M-27278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, 2007- 2014-cü illərə dair əlillik məlumatlarınızın müvafiq elektron sistemə daxil edilməsi barədə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-4/1-M-33144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/1-M-35165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/1-M-35441/2023 nömrəli müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, qeyd etdiyiniz dövrlərə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmamışdır. Bununla əlaqədar, müraciətinizi nəzərə alaraq əlavə araşdırılmanın aparılması və əlillik vəziyyətinizlə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə Agentliyə qəbula dəvət ediləcəksiniz. Bu barədə Sizinlə öncədən əlaqə saxlanılacaqdır. 3-17-4/2-M-22358/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu etibarsız hesab etməyiniz xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ə-30366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər, Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq, xx.xx.2016-cı il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin müddəti 5 il müddətinə avtomatlaşdırılmış qaydada sistem tərəfindən uzadılmışdır. Sonrakı dövrdə isə barənizdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur. Nəzərinizə çatdırırıq ki, Sizə əlillik təyinatının aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin edildiyi halda əlillik müddətsiz müəyyən edilir. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 4.2-ci bendinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 (on) il müddətində müəyyən olunduğu halda, həmçinin fərqli faiz aralıqları üzrə həmin Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-M-31944/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin elillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, müraciətiniz əsasında Siz xx.xx.2023-cü il tarixinde Agentlikdə qəbulda olmusunuz. Qiymətləndirmənin yekun nəticəsi barədə Sizə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-M-266/8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra -Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əliliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, müraciətiniz əsasında Siz xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnoziar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ile tesdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyinine asas vermədiyindən barənizdə diaqnozun əlilik əlaməti təyin etmir Qərarı qəbul edilmişdir. Məhkəmənim müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 433 nömrəli məktubunun surətindən müəəyən olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının arxivində vətəndaş İddiaçı barədə xx.xx.2006-cı il tarixli 06 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa hər hansı digər sənədlər saxlanlmır. Odur ki, həmin şəhadətnamənin surəti Sizə göndərilir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş vətəndaşların bütün sənədləri MN X14 təhvil verilmişdir. Odur ki, vətəndaş İddiaçı dair xx.xx.2006-cı il tarixli 06 nömrəli “Xəstəlik haqqındda şəhadətnamə”nin verillməsinə əsas olmuş sənədlərin tələb olunması üçün MN X11 rəisinə müraciət olunmalıdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X15 8 aprel 2024-cü il tarixli, 18-1-58/2-429/2024 nömrəli məktubunun surətindən görünür ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanası xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixlərdə Lənkəran MRX-nın HMK-sında müayinə olunmuş və əlilliyin təyin olunması üçün sənədlər TSEK-in məlumat bazasına daxil edilmişdir. TSEK-in məlumat bazasından rəsmiləşdirilmiş forma 88-in surətinin çıxarılması mümkün olmadığına görə, məlumatların daxil olunması barədə komüter qeydləri göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 12721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Lənkəran rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)- 2983/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə bir il müddətinə (xx.xx.2008ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə bir il müddətinə (xx.xx.2015-ci ilədək) ikinci dərəcə təkrar əlillik təyini barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonuncu dəfə İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə tesdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaş Lankaran Rayon Mərkəzi Xəstəxanasının 0284003AAQS5 göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-19179/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, Lənkəran şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli 0284003AAQS5 nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3-17-4/3-1-736/0/2023). Vətəndaş tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən ayani müayinəyə dəvət edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 06 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində, Xroniki haymorit, remissiya mərhələsində diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstanin obyektiv vəziyyətinin əyani müayinəsi zamanı mədədə göynəmə, yanğı hissindən şikayət etmişdir. Müayinə zamanı boyu 165 sm, çəkisi 72 kg, BKİ 26.4 müəyyən edilmiş, dili nəm, ərpli izlənilmişdir. Medikamentoz preparatlardan "Platifilin", "Noşpa" qəbul etdiyini bildirmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin əyani müayinəsi zamanı çəkisi 68 kq, boyu 165 sm olmuşdur. BÇİ 25, dili bozumtul ərpli, selikli qişaları çəhrayı olmuş, palpasiyada qarnı yumşaq olmuşdur. Baxış zamanı qarının ön divarında sağtərəfli çəp kəsiyin çapığı (appendektomiya) izlənmişdir. Azərbaycan Tibb Universitetinin X8 xx.xx.2023-cü il tarixli X2 müayinəsinin nəticəsi "Barret ezofagit 1-ci dərəcə, DQBDY (hiatal herni). Fundusda -4.0 mm ölçülü submukozal forama (lipoma?) Korpusda xəfif hipertrofil görüntü fondunda hemorragiyalar. Antral eroziv qastrir. Mədə xoraları-antrumda 2 ədəd kiçik xora. Pilorodeformasiya (şapıq mənşəli). Duodenoqastral reflyuks. 12 barmaq bağırsağın xora xəstəliyi-çoxsaylı səthi xoralar” kimi qeyd edilmiş əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verə biləcək həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir, belə ki, BÇİ-25 müəyyən edilmişdir. Nəticədə Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xxxxxxx0006 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi:Diaqnoz əlillik təyin etməməsi. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X15 14 noyabr 2024-cü il tarixli, 18-1-58/2-1451/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı adına “Onikibarmaq bağırsağın xorası. Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Stenozlarla fəsadlaşan. Boy 165 sm, çəki 72 kq” diaqnozu ilə forma 88 rəsmiləşdirilmişdir. Forma 88 nömrəsi 0284003AAQS5. xx.xx.2023-cü il tarixində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 dekabr 2024-cü il tarixli, 3-17-4/2-32731/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə bir il müddətinə (xx.xx.2008-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2008-ci il tarixində qiymətləndirmə aparılmış və hər xidmət dövrü ilə əlaqədar səbəbi ilə (Diaqnoz: onikibarmaq bağırsağın tez-tez kəskinləşən xr xorası kobud deformasiya və stenozla fəsadlaşma) bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2009-cu il tarixindən bir il müddətinə artırılmışdır. Daha sonra vətəndaşa xx.xx.2011ci il tarixində təyin edilmiş hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə əlillik təyinatı hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Sonrakı dövrdə İddiaçı dair Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfində xx.xx.2022-ci il tarixli, 0284003AAQS5 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında vətəndaş xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, diaqnozun əlil əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bildiririk ki, İddiaçı dair xx.xx.2010-cu il protokol məlumatında vətəndaşı soyadı fərqli (Mahmudzadə) qeyd edildiyindən əlillik məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşa dair əvvəlki göndərişlərin (2007-2016-cı illər) tam Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixlərə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-Sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 aprel 2025-ci il tarixli, 3-17-4/2-9404/2025 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kaabinetibin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiaysın qərarı, səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Bildiririk ki, İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AAQS5 göndərişi və müraciəti əsasında sonuncu dəfə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa xx.xx.2023-cü il tarixində, saat 09:26-da, ***-***-**-** telefon nömrəsinə SMS vasitəsilə məlumat göndərilmişdir. X10-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli yekun qərarı barədə xx.xx.2024cü il tarixli, 3-17-4/2-M-266/8/2024 nömrəli məktubla vətəndaş məlumatlandırılmışdır. Qeyd edək ki, vətəndaşlar əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində sual yaranacağı təqdirdə, "142 Çağrı mərkəzi" ilə əlaqə saxlaya, qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə, həmçinin www.e-gov.az və www.e-sosial.az internet resurslarından istifadə etməklə məlumat əldə edə bilərlər. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X9 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X12 üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”:

1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 1.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür: 1.2.1. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan şəxslər; 1.2.2. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan şəxslər; 1.2.3. həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və 42-ci maddələrində müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslər. 1.3. Bu Təlimat Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət keçmiş xüsusi rütbəli şəxslərə də şamil edilir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra–Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”

7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra– MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildi. 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırkı iş üzrə iddiaçının tələbi- onun hüquqi marağı və məqsədi ona hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin tələblərinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə, göndərişlər “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda göstərilən halları onu deməyə imkan verir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən hesablanmaqla hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə” İİ-ci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2008-ci il tarixində qiymətləndirmə aparılmış və hər xidmət dövrü ilə əlaqədar səbəbi ilə (Diaqnoz: onikibarmaq bağırsağın tez-tez kəskinləşən xr xorası kobud deformasiya və stenozla fəsadlaşma) bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2009-cu il tarixindən bir il müddətinə artırılmışdır. Daha sonra vətəndaşa xx.xx.2011ci il tarixində təyin edilmiş hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə əlillik təyinatı hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. İş materiallarından da göründüyü kimi iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 06 nömrəli tibbi şəhadətləndirmə barədə Arayış verilmiş və hal hazırdada qüvvədədir. Bundan başqa Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışında diaqnoz 12/b bağırsağın soğanağının qanaxmaya meyilli xorası. Xr səthi qastrit kimi qeyd edilmişdir. Azərbaycan Tibb Universiteti X6 xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz "barret ezofagit. DQBYD (hiatal herni). Fundusda 4.0 mm ölçülü submukozal törəmə (lipoma?). korpusda xəfif hipertrofi görüntü fondunda hemorragiyalar. Antral qastrit. Pilorodeformasiya-təzzə xora çapığı, 12 b. bağırsağın xora xəstəliyi" kimi qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Tibb Universiteti X6 xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz "Barret ezofagit 1-ci dərəcə. DQBYD (hiatal herni). Fundusda 4.0 mm ölçülü submukozal törəmə (lipoma?). Korpusda xəfif hipertrofi görüntü fondunda hemorragiyalar. Antral eroziv qastrit. Pilorodeformasiya (çapıq mənşəli) Duodenoqastral reflyuks, 12 b. bağırsağın xora xəstəliyi-çocsaylı səthi xoralar" kimi qeyd olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında qeyd edir ki, “iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi əlillik təyinatının aparılması barədə müvafiq qərarda qeyd edilmiş xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi əlillik təyinatının aparılması barədə yeni qərar qəbul edilməsidir.” Ümmiyyətlə iddiaçının belə bir tələbi olmamış, onun hüquqi marağı əlilliyin səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı olması olmuşdur. Kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, 2007-cı il tarixdən 2021-ci il tarixədək ona müddətli əlillik təyin edilsədə iddiaçının sağlamlıq vəziyyətinin yaxşılaşmasını həmçinin yuxarda sadalanan tibb müəssələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2007-ci il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 06 nömrəli tibbi şəhadətləndirmə barədə Arayışı qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar müəyyən edilməsi hazırda da ona təyin edilən əlilliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar hesab edilməlidir. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya 2007-ci il tarixdən başayaraq xx.xx.2021-ci il tarixədək müddətli əlillik təyin edilmişdir. İddiaçının əvvələr 10 (on) ildən artıq müddətə əlliliyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətsiz əlillik təyin edilməsinə əsasdır. Beləliklə, iş materiallarına əlavə olunmuş tibbi sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və iddiaçıya hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı X3 barəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və ona hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar