Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-883/2020 23.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçı X2 (İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçının vəkili X1 (Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, mənzil 93-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X3 (Sabirabad rayonu, Surra kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işdə azad edilməyi ilə əlaqədar yazdırılmış ərizənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21K nömrəli, 21.01.2020-ci il tarixli əmrinin ləğv edilməsi və onun X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsinə bərpa edilməsi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdə azad edilməyi ilə əlaqədar yazdırılmış ərizənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21K nömrəli, 21.01.2020-ci il tarixli əmrinin ləğv edilməsi və onun X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsinin aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə tam kursu bitirərək iqtisadçı-təşkilatçı ixtisası almışdır. 2016-cı il tarixədək İmişli Rayon İcra Hakimiyyətində dövlət qulluğunun inzibati vəzifələrində çalışmışdır. 13 iyul 2016-cı il tarixdən 06.08.2018-ci il tarixədək İmişli Rayon Kənd Təsərrüfatı İdarəsində rəis müavini, Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsində işləmiş və 06.08.2018-ci ildə struktur dəyişikliyi ilə əlaqədar İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin bazasında yaradılmış X12 İnkişaf Mərkəzinin direktor müavini, Maliyyətəsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 13.01.2020-ci il tarixdə Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Süleymanov səbəbi bildirmədən təcili olaraq Nazirliyə gəlməsini tələb etmişdir. Həmin gün Nazirlikdə onunla görüşərkən, rəhbərliyin onunla fəaliyyəti davam etdirmək fikrinin olmadığını bildirmişdir. O, qərar üçün müxtəlif əsaslar gətirməyə çalışdı, lakin gətirdiyi bəhanələrin hamsı əsassız və işdən azad olmağına əsas yarada bilən səbəblər deyildi. Buna görə həmin gün ərizə yazmaqdan imtina etmişdir. Sonra ertəsi gün Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılovla görüşmüş və o da ərizə yazmağını məsləhət görmüşdür. Əsas da subsidiya ilə bağlı pozuntu olduğunu bildirdi. Bununla bağlı bildirir ki, 3 ərazidə yanlış düşən həmin vəsaiti almaları barədə vətəndaşlar müvafiq cədvəldə imza ediblər və bu məsələ ilə bağlı heç bir şikayət olmayıb. Qeyd edilənlər, həm də şəxsən onun işdən azad olunmasına əsas ola bilməzdi. Məsələ ilə bağlı cənab nazirlə görüşmək istəmiş, onlar buna imkan vermədilər və ehtiyac olmadığını bildirdilər. Mən çarəsiz qalıb daha artıq gərginlik yaratmamaq, direktora qarşı çıxmamaq üçün əsəbi halda 14.01.2020-ci il tarixdə 01.02.2020-ci il tarix üçün ərizə yazmağa məcbur edilmişdir. Əmək qanunvericiliyinin tələbini gözləmədən ərizəsi əsasında 21.01.2020-ci il tarixdə 03.02.2020-ci il tarixə tutduğu vəzifədən azad olmağı barədə əmr hazırlayıb cənab nazirə imzalatdırıblar. Həmin azad olduğu vəzifəyə 29.01.2020-ci il tarixdə İmişli DAİM-nin Bitkiçilik sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən qeyri dövlət qulluqçusu, ixtisası həmin vəzifəni tutmağa uyğun olmayan X4 təyin edilmişdir. Bütün bunları göstərməkdə məqsədi məsələnin ətraflı araşdırılıb, ona qarşı olan bu ədalətsizliyin aradan qaldırılması, pozulmuş hüquqlarının bərpa edilməsi və dövlətin dövlət qulluqçusuna dayaq durmağını görmək istəyidir. Bir daha bildirir ki, o, məcbur edilərək işdən azad edilməyinə dair ərizə vermiş və sonradan həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Onun "Dövlət Qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq öz arzusuna əsasən dövlət qulluğundan kənarlaşdırılmağı arzusu olmamış, təzyiqlərdən dolayı ərizə yazmaq məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək birdirdi ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 2017-ci il 31 oktyabr tarixli 443k nömrəli əmri ilə 1 noyabr tarixindən X12 İnkişaf Mərkəzinin direktor müavini - Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçı 2020-ci il 14 yanvar tarixdə ərizə ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinə müraciət edərək 2020-ci il 1 fevral tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsinin əsasları göstərilmişdir, iddiaçı ərizəsində konkret gün göstərməklə tutduğu vəzifədən azad edilməsini xahiş etdiyindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 2020-ci il 21 yanvar tarixli 21 к nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna 2020-ci il 3 fevral tarixindən xitam verilmişdir (2020-ci il fevral ayının 1-i qeyri iş gününə düşdüyündən dövlət qulluğuna fevral ayının 3-ü xitam verilmişdir). Dövlət qulluğuna xitam vermə qanunvericiliklə işəgötürənin vəzifəsi kimi deyil hüququ kimi müəyyən edilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinin tələbinə görə dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Dövlət orqanının rəhbəri İddiaçı dövlət qulluğunun davam etdirilməsinə zəruri hesab edilmədiyindən onun dövlət qulluğuna 2020-ci il 3 fevral tarixdən xitam verilmişdir. Dövlət qulluğuna xitam verilmiş şəxsin yenidən dövlət qulluğuna qəbulu isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir, iddiaçı həmin vəzifəni tutmaq üçün qanunvericiliyin tələbinə uyğun yenidən müsabiqədə iştirak etməlidir. İddiaçı vəzifədən azad edilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin gözlənilməməsi və ərizəsinin ona edilmiş təyziq səbəbindən yazması məsələsi ilə bağlı bildirilir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı dövlət qulluqçusu olduğundan onunla bağlı münasibətlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun qəbul edilmiş qanunvericilik aktları ilə tənzimlənmədikdə dövlət qulluqçusu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Bu hal “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bu maddənin tələbindən aydın olur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırdığı günü göstərmədikdə işəgötürən tərəfindən xəbərdarlıq müddətinin gözlənilməsi öhdəliyi yaranır. Digər hallarda isə işəgötürən işçinin əmək müqaviləsini ərizəsində göstərdiyi gün ləğv edə bilər. İddiaçı tutduğu vəzifədən azad edilməsilə bağlı ərizə yazarkən işəgötürən tərəfindən ona qarşı hər hansı bir təyziq göstərilməmişdir. İddiaçı dövlət qulluğuna xitam verilərkən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən əsassız olduğu üçün iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, mək kitabçasının və dövlət qulluğuna xitam verilməsi haqqında 21.01.2020-ci il tarixli, 21K nömrəli əmrinin surətlərini əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (əmrin) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı işdə azad edilməyi ilə əlaqədar yazdırılmış ərizənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21K nömrəli, 21.01.2020ci il tarixli əmrinin ləğv edilməsi və onun X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyətəsərrüfat sektorunun müdiri vəzifəsinə bərpa edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 07590961 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 30.04.1975-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuş və İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyə-təsərrüfat sektorunun müdiri X6 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinə ünvanladığı 14.01.2020-ci il tarixli ərizəsinin təsdiq olunmuş surətindən görünür ki, X6 01.02.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X2 dövlət qulluğuna xitam verilməsi haqqında 21.01.2020-ci il tarixli, 21K nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsində qulluq keçən X2 2020-ci il 3 fevral tarixdən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İşdə olan 11.02.2020-ci il və 22.02.2020-ci il tarixli poçt qəbzlərinin əsllərindən görünür ki, iddiaçı X2 müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətləri olmuşdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 33.1.1-ci maddəsinəəsasəndövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. 33.3-cümaddəsinəəsasəndövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən :
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə müəyyən etdi ki, iddiaçı X6 13 iyul 2016-cı il tarixdən 06.08.2018-ci il tarixədək İmişli Rayon Kənd Təsərrüfatı İdarəsində rəis müavini, Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsində işləmiş və 06.08.2018-ci ildə struktur dəyişikliyi ilə əlaqədar İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin bazasında yaradılmış X12 İnkişaf Mərkəzinin direktor müavini, Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. X6 Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinə 14.01.2020-ci il tarixli ərizə ilə müraciət edərək, 01.02.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21.01.2020-ci il tarixli, 21K nömrəli əmri ilə X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsində qulluq keçən X2 2020-ci il 3 fevral tarixdən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasənəmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Məhkəmə araşdırması zamanı iddiaçının dövlət qulluğuna xitam verildiyi vaxtadək (2020-ci il 3 fevral tarixdək) ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə verməsi müəyyən edilməmiş, həmçinin iddiaçı da bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdeh orqanın rəhbərinə, eyni zamanda müxtəlif dövlət orqanlarına çoxsaylı müraciət etməsi ilə bağlı poçt qəbzlərini təqdim etsə də, ancaq həmin poçt qəbzlərindən müəyyən olunur ki, onlar iddiaçının dövlət qulluğuna xitam verildiyi vaxtdan (2020-ci il 3 fevral tarixdən) sonrakı dövrə (11.02.2020-ci il və 22.02.2020-ci il tarixlərə) aiddir. Bundan başqa, iddiaçı ona təzyiq edilərək 14.01.2020-ci il tarixdə işdən azad olunması barədə ərizə alındığını bildirsə də, ona təzyiq edilməsini sübut edən mötəbər və zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə tərəflərin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı01 fevral 2020-ciiltarixdənişdənçıxmaqbarədəcavabdehə14 yanvar 2020-ciiltarixliərizəvermiş, cavabdehtərəfindən isəiddiaçının2020-ci il 3 fevral tarixdən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 21.01.2020-ci il tarixli, 21K nömrəli əmri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işdə azad edilməyi ilə əlaqədar yazdırılmış ərizənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21K nömrəli, 21.01.2020-ci il tarixli əmrinin ləğv edilməsi və onun X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işdə azad edilməyi ilə əlaqədar yazdırılmış ərizənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21K nömrəli, 21.01.2020-ci il tarixli əmrinin ləğv edilməsi və onun X12 İnkişaf Mərkəzinin direktor müavini, maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Orxan İsmayılov