Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-883/2023 28.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Məkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Məkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 28 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 sentyabr 2021-ci ildə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyasının təyinatı üçün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun 1 saylı Lənkəran-Astara Regional filialına təqdim etmişdir. Dövlət Sosial Müdafiə X4 şəxsinin 1 saylı Lənkəran-Astara Regional Ərazi filialından ona imtina cavabı gəlmiş, səbəb isə 1978-1988-ci illərdə Rusiyada işlədiyi dövrün (10il, 6 ay) yoxlanması zərurəti yaranması göstərilmişdir. Rusiya Federasiyasında işləyənlərin iş stajının əmək kitabları əsasında qəbul edilməsi haqqında Qərardan sonra sənədlərini təkrar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafləsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda ona yaşa görə əmək pensiyasının təyin edilməsinə imtina barədə 30 iyun 2022-ci il tarixli, **********0 cavab məktubu göndərilmişdir. Təqdim etdiyi əmək kitabçası və hərbi biletin sürətinə əsasən sığorta stajı 21 il 9 ay, pensiya kapitalı isə 16274 manat hesablanmış, əslində isə əmək kitabçası və hərbi biletin surətlərinə əsasən əmək fəaliyyəti üzrə 24 il 8 ay iş stajı mövcuddur. Əlavə olaraq 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr aylarında dövlət vergi orqanına 251 manat 50 qəpik məcburi dövlət sosial sığorta və 89 manat (8 ay birdəfəlik) icbari tibbi sığorta ödənişləri ödəmişdir. Qanuna görə məcburi dövlət sosial sığorta ödənişləri-8 ay onun iş stajına daxil edilməli, 24 il 8 ay iş stajı və əlavə edilən 8 ay nəzərə alınmaqla iş stajı 25 il 4 ay hesablanmalı idi. Dövlət Sosial Müdafiə Fondu ona yaşa görə əmək pensiyasının verilməsindən imtina etməsi ilə razılaşmır, çünki əmək stajının düzgün hesablanmaması ilə bərabər Rusiya Federasiyasnda işlədiyi dövrün əmək haqqı arayışları da tələb olunmamış və fərdi hesabının sığorta hissəsinə əlavə edilməmişdir. Eyni zamanda xx.xx.1973-xx.xx.1974-cü illərdə Astara rayonu ”26 Bakı Komissarları” sovxozunda işlədiyi müddət staj kimi qəbul edilməmişdir. Belə ki, Astara rayon Arxivində 1971-1974 cü illərin əmək haqqı haqqında kitabları mövcud deyil. Səbəb isə o dövrdə “26 Bakı Komissarları” sovxozunun inzibati binasında sənədlərin yanması göstərilir. Sənədlərin yanması barədə hec bir dövlət orqanı və ya Astara Arxiv İdarəsi arayış vermir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Ə.A.Əİiyev xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olduğundan yaşa görə əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqmda” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyqun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Ə.A.Əİiyevin təqdim edilən əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən sosial sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 21 il 9 ay təskil edir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay sığorta stajına uyğun olaraq 16.066,97 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 180,06 manat olmaqla, ümumilikdə 16.247,03 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, Ə.A.Əİiyevin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq Ə.A.Əİiyevə xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasэ Эnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasэ Mьlki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş və Astara rayonunun Şiyəkəran kəndində yaşayır. İş materiallarında olan 26 noyabr 1984-cü il tarixli, ВЦ 207089 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək 3 il 20 gün hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 1956-cı ildə doğulmuş İddiaçı məxsus 25 yanvar 1973-cü il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Astara rayonu “26 Bakı Komissarı” adına sovxozda 1 il 10 ay 13 gün fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1985-ci ilədək İjevsk Radio zavodunda 7 il 10 gün kəsici, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək Votkinsk Radiotexniki avadanlıqlar zavodunda 3 il 4 ay 17 gün hüquq məsləhətçisi, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu “26 Bakı Komissarı” adına sovxozda 6 il 11 ay fəhlə, mühasib və hüquq məsləhətçisi, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək Astara rayon Mülki Müdafiə Qərargahında 2 il 5 ay rəis vəzifələrində işləmiş və bu müddət ərzində 21 il 7 ay 10 gün iş stajı toplamışdır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin 10.10. 2022-ci il tarixli 96/2 nömrəli arayışından, xx.xx.2022-ci il tarixli 111 nömrəli arayışına əlavə edilmiş əmr və əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda fəhlə, mühasib və hüquq məsləhətçisi vəzifələrində işləmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci tarixli **********518600 nömrəli “ödənişlər barədə” məktubuna əsasən İddiaçı (VÖEN: **********) 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, oktyabr aylarında dövlət vergi orqanına 251 manat 50 qəpik məcburi dövlət sosial sığorta və 89 manat (8 ay birdəfəlik) icbari tibbi sığorta ödənişləri ödəmişdir. İş materiallarında olan xidməti məktuba əlavə olunmuş 13 oktyabr 2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda fəhlə, mühasib və hüquq məsləhətçisi vəzifələrində işləməklə topladığı 6 il 11 ay iş stajından 3 il 6 ayında əmək haqqı almamışdır. İş materiallarında olan “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 30 iyun 2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eiəcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr) 21 il 9 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay sığorta stajına uyğun olaraq 16.066,97 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 180,06 manat olmaqla, ümumilikdə 16.247,03 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800,0 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə, həmçinin iddiaçı və cavabdehin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunur ki, xx.xx.1956cı il təvəllüdlü İddiaçı hərbi xidmət (3 il 20 gün), əmək kitabçasında qeyd olunmuş iş illəri (21 il 7 ay 10 gün) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 24 il 8 ay sığorta stajı toplamış, 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul aylarında, yəni 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə dövlət vergi orqanına 187 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənişləri etməklə daha 6 ay iş stajı əldə etmiş, bununla da ümumi sığorta stajı 25 il 2 ay təşkil etmiş, yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh hərbi xidmət və əmək kitabçası üzrə, eləcə də 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul ayları nəzərə alınmaqla iddiaçının qanunla tələb olunan minimum 25 il əvəzinə 21 il 9 ay iş stajına malik olduğunu, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda fəhlə, mühasib və hüquq məsləhətçisi vəzifələrində işləməklə topladığı 6 il 11 ay iş stajından əmək haqqı almadığı 3 il 6 ayının ümumi iş stajına daxil edilmədiyini bildirərək ona yaşa görə pensiya təyinatından imtina etmişdir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlillərin əsassız olduğunu qeyd etməklə onun xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda 6 il 11 ay fəhlə, mühasib və hüquq məsləhətçisi vəzifələrində işlədiyi dövrdə əmək haqqı almadığı müddətin onun ümumi iş stajına daxil edilməməsinin hüquqi əsasının mövcud olmadığını bildirir. Belə ki, həmin dövrdə qüvvədə olmuş işəgötürənlə işçi arasında əmək münasibətlərini tənzimləyən qanunvericilik aklarının tələblərinə əsasən işçinin vəzifıyə təyin olunması və işdən azad edilməsi müəssisə rəhbərinin müvafiq əmri ilə rəsmiləşdirilir və bu əmrlər arasındakı müddət işçinin iş stajı hesab olunur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda 6 il 11 ay fəhlə, mühasib və hüquq məsləhətçisi vəzifələrində işləməsi ona məxsus 25 yanvar 1973-cü il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasında sovxoz direktorunun xx.xx.1988-ci il tarixli, 664 №-li, xx.xx.1989-cu il tarixli, 47 №-li, xx.xx.1992-ci il tarixli, 130 №-li və xx.xx.1995-ci il tarixli əmrləri ilə təsdiq olunmuşdur. Beləliklə, İddiaçı hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla pensiya almaq hüququnun yarandığı xx.xx.2021-ci il tarixə ümumilikdə 25 il 2 ay sosial sığorta stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmaqla, cavabdeh təşkilat qarşısında ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini yaradır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1956-cı ildə doğulmuş və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş İddiaçı əmək kitabçasına, hərbi biletinə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci tarixli **********518600 nömrəli “ödənişlər barədə” məktubuna əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-883/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-883/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver