Məhkəmə qərarları › İş №2-1(120)-884/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-884/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-884/2023 04.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X13 Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il tarixdə **********64 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyətə verilmiş RX ******* seriya nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla döngə nöqtələrinin koordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X13 Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinin mövcud istifadə vəziyyətinin döngə nöqtələrinin kordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “xx.xx.2013-cü il tarixdə **********64 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyətə verilmiş RX ******* seriya nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla döngə nöqtələrinin koordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon, Mil qəsəbə ərazisində 2013-cü ildə Bələdiyyə tərəfindən göstərilmiş ərazidə plan, ölçüsü və eləcə də kordinatları müəyyən edilməklə hərrac yolu ilə 0,01 ha torpaq sahəsini almışdır. Həmin hərrac yolu ilə aldığı 0,01 ha torpaq sahəsini AR İqtisadi Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə dövlət qeydiyyatına aldırmaqla xx.xx.2013-cü il tarixdə Seriya RX 0105465№-li çıxarış almışdır. Sonradan 2022-ci ildə ona bildirilib ki, xüsusi mülkiyyətində olan torpaq sahəsinin kordinatlarında texniki səhv olduğundan uyğunsuzluq var. Yani xüsusi mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin kordinatları bir qədər kənara, yolun mühafizə zolağına düşdüyünü bildirilir. Halbu ki, sözü gedən torpaq sahəsini o, alan zaman həmin torpaq sahəsinin kordinatlarında heç bir uyğunsuzluq olmayıb. Əgər hər hansı bir uyğunsuzluq olsa idi 2013-cü ildə həmin torpaq sahəsini hərraca çıxarılmazdı və ona satılmazdı, eyni zamanda həmin 0,01 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilərdi. Buraxılmış texniki səhvlərin düzəlişi ilə bağlı tərəfindən dərhal 2022-ci ilin iyul ayında rəsmi qaydada AR İqtisadi Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin buraxılmış texniki səhvi aradan qaldırmaq əvəzinə AR İqtisadi Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla imtina edərək AR MPM-nin 4cü maddəsinə uyğun məhkəməyə müraciət etmək tövsiyyə etmişdir. AR İqtisadi Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi qanuna zidd hərəkətsizlik edərək yaranmış texniki səhvi aradan qaldırmamışdır. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları haqqında Ümumi müddəaların 8-ci bəndin “Dövlət reyestrində düzəlişlərin edilməsi və məhv olunmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvi ilə bağlı sənədlərin dövriyyəsi” adı altında olan 8.1-ci bəndin tələblərinə əsasən, Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi(l 1 nömrəli əlavə) alındığı tarixdən 3(üç) gün müddətində aradan qaldırmalıdır. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli, Beyləqan rayon Mil Bələdiyyəsinin tərtib etdiyi Aktdan göründüyü kimi faktiki olaraq 2013-cü il tarixdə xüsusi mülkiyyətində olan sözü gedən 0,01 ha torpaq sahəsinin kordinatları düzgün müəyyən edilməklə qanuni hərrac yolu ilə ona satılıb və həmin zaman kordinatlarda heç bir uyğunsuzluq olmayıb. Ərazi Bələdiyyəsi həmin akta açıq-aşkar bildirir ki, buraxılmış səhvdən yaranmış ziddiyyətə baxmayaraq, Mil Bələdiyyəsinin və ləğv edilmiş DT və XK-nin Beyləqan Rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planında göstərilən ərazi mövcud istifadə vəziyyətinə uyğundur. Göründüyü kimi cavabdeh AR İqtisadi Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi qanuna zidd hərəkətsizlik edərək bu tələbləri yerinə yetirməmiş və əsassız olaraq buraxılmış texniki səhvin aradan qaldırmaqdan imtina etməklə onun hüquqlarının pozmuşdur və pozmaqda davam edir. Hesab edir ki, buraxılmış texniki səhvin aradan qaldırılması barədə cavabdehin üzərinə məhkəmə qaydasında öhdəlik qoyulması tam hüquqi və qanuna uyğundur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından və cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən təqdim edilmiş yerquruluşu planı qeyri-müfəssəl tərtib edildiyi üçün torpaq sahəsinin faktiki yerləşmə mövqeyi ilə təqdim edilmiş yerquruluşu planında göstərilən torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini dəqiqləşdirmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 396592 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatlarına uyğun tərtib edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mövcud istifadə vəziyyətinin döngə nöqtələrinin kordinatlarında buraxılmış texniki səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı xx.xx.2013-cü il tarixdə **********64 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyətə verilmiş RX ******* seriya nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla döngə nöqtələrinin koordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Beyləqan rayon Mil bələdiyyəsində adı gedən ərazidə ilkin araşdırma aparılan zaman məlum olmuşdur ki, Beyləqan rayon Mil Bələdiyyəsinin ərazisindən ayrılmış 100 kv metr torpaq sahəsinin mövcud istifadə vəziyyətinin döngə nöqtələrinin kordinatı torpağın plan və ölcü sənədində olan kordinatla eynilik təşkil etmir. Lakin buna baxmayaraq Mil Bələdiyyəsinin və Ləğv edilmiş DT-və XK-nin Beyləqan rayon şövbəsinin tərtib etdiyi yerqurluşu planında göstərilən ərazi mövcud istifadə vəziyyətinə uyğundur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Beyiəqan rayonu, Mil qəsəbəsində yerləşən 0.0 i ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən təqdim edilmiş yerquruluşu planı qeyri müfəssəl tərtib edildiyi üçün müraciətinizdə qeyd edilmiş torpaq sahəsinin faktiki yerləşmə mövqeyi ilə təqdim edilmiş yerquruluşu planında göstərilən torpaq sahəsi ilə eynilik təşkil edib etməməsini dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əiavə bildirilib ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət' reyestrində qeydiyyata alınarkən “Torpaq sahəsinin planı və ölçüsü sənədi həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Beyiəqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 396592 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatların uyğun tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə do maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu Mil kəndi ərazisindən İddiaçı xüsusi mülkiyyətində olan 0.01 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli, AA 005432 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı məxsus 0.01 ha torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü **********64 reyestr nömrə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi idarəsində qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Daşınmaaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Beyləqan rayonu, Mil bələdiyyəsinin mülkiyyətində olan 0.01 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli müqavilə bağlanmışdır. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 44 nömrəli sərəncamından görünür ki, Beyləqan rayonu İkinci Şahsevən kənd sakini İddiaçı mülkiyyətinə ayrılmış qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. İşdə olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(020))-299/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X10 qarşı 0.01 ha mağaza yeri olan torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddia tələbi məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/5194 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli.Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi hansı döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq, xx.xx.2013-cu il tarixli, Şeriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində, yerləşən 0.0.1 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilməmişdir. Qərardadın üçüncü sualı üzrə: Qeyd edilən 0.01 ha digər təyinatlı torpaq sahəsinin faktiki olaraq yerləşdiyi ərazi ilə sənəd üzrə olan ərazi arasında uyğunsuzluq mövcuddur.Sənəd üzrə mülkiyyətdə olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Hər iki torpaq sahəsinin yerləşdiyi ərazilərin hüdudlarının koordinatları tərtib olunmuş ölçü planında qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli,Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki olaraq yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində mişar dası ilə inşa edilmiş qeyri-yaşayış binası (qarışıq yem mağazası) mövcuddur və X2 faktiki olaraq istifadəsindədir. Həmin tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Qərardadın beşinci sualı üzrə: X3 faktiki olaraq istifadəsində olan 0.01 ha torpaq sahəsi ilə yerquruluşu planında göstərilən torpaq sahəsi eynilik təşkil etmir.Qeyd olunan 0.01 ha torpaq sahəsi faktiki olaraq X8 tərəfindən istifadə edilir.Yerquruluşu planında göstərilən 0.01 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid qəsəbəarası yolun üzərinə düşür. Hər iki torpaq sahəsinin yerləşdiyi ərazilərinin hüdudlarının koordinatları tərtib olunmuş ölçü planında qeyd edilmişdir. Qərardadın altıncı sualı üzrə: İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli,Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi üst-üstə düşmür. Qərardadın yeddinci sualı üzrə: İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli,Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki olaraq yerləşdiyi ərazi X3 istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın səkkizinci sualı üzrə: X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq, xx.xx.2013-cu il tarixli, Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv vardır. Həmin texniki səhvin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/5194 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Ekspert qarşısında qoyulmuş suallar belə cavablandırılmışdır:

1. İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli.Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi hansı döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

2. İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq, xx.xx.2013-cu il tarixli, Şeriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində, yerləşən 0.0.1 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilməmişdir.

3. Qeyd edilən 0.01 ha digər təyinatlı torpaq sahəsinin faktiki olaraq yerləşdiyi ərazi ilə sənəd üzrə olan ərazi arasında uyğunsuzluq mövcuddur.Sənəd üzrə mülkiyyətdə olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Hər iki torpaq sahəsinin yerləşdiyi ərazilərin hüdudlarının koordinatları tərtib olunmuş ölçü planında qeyd edilmişdir.

4. İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli,Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki olaraq yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində mişar dası ilə inşa edilmiş qeyri-yaşayış binası (qarışıq yem mağazası) mövcuddur və X2 faktiki olaraq istifadəsindədir. Həmin tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır.

5. X3 faktiki olaraq istifadəsində olan 0.01 ha torpaq sahəsi ilə yerquruluşu planında göstərilən torpaq sahəsi eynilik təşkil etmir.Qeyd olunan 0.01 ha torpaq sahəsi faktiki olaraq X8 tərəfindən istifadə edilir.Yerquruluşu planında göstərilən 0.01 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid qəsəbəarası yolun üzərinə düşür. Hər iki torpaq sahəsinin yerləşdiyi ərazilərinin hüdudlarının koordinatları tərtib olunmuş ölçü planında qeyd edilmişdir.

6. İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli,Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi üst-üstə düşmür.

7. İddiaçı X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq ,xx.xx.2013-cu il tarixli,Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki olaraq yerləşdiyi ərazi X3 istifadəsindədir və təyinatı üzrə istifadə edilir.

8. X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq, xx.xx.2013-cu il tarixli, Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv vardır. Həmin texniki səhvin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacaqdır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beyləqan rayon Mil Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli aktı ilə Beyləqan rayon Mil bələdiyyəsində adı gedən ərazidə ilkin araşdırma aparılan zaman məlum olmuşdur ki, Beyləqan rayon Mil Bələdiyyəsinin ərazisindən ayrılmış 100 kv metr torpaq sahəsinin mövcud istifadə vəziyyətinin döngə nöqtələrinin kordinatı torpağın plan və ölcü sənədində olan kordinatla eynilik təşkil etmir. Lakin buna baxmayaraq Mil Bələdiyyəsinin və Ləğv edilmiş DT-və XK-nin Beyləqan rayon şövbəsinin tərtib etdiyi yerqurluşu planında göstərilən ərazi mövcud istifadə vəziyyətinə uyğun olması öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. X5 məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınaraq, xx.xx.2013-cu il tarixli, Seriya RX ******* nömrəli çıxarış üzrə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv vardır. 0.01 ha torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi üst-üstə düşmədiyi, Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin faktiki olaraq yerləşdiyi ərazinin X3 istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi və həmin texniki səhvin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacağı müəyən edilir. Cavabdeh DƏDRX 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə xx.xx.2013-cü il tarixdə **********64 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyətə verilmiş RX ******* seriya nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla döngə nöqtələrinin koordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının xx.xx.2013-cü il tarixdə **********64 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyətə verilmiş RX ******* seriya nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla döngə nöqtələrinin koordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.2013-cü il tarixdə **********64 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyətə verilmiş RX ******* seriya nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla döngə nöqtələrinin koordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X13 Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il tarixdə **********64 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyətə verilmiş RX ******* seriya nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla döngə nöqtələrinin koordinatlarında buraxılmış texniki səhvin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar