Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-886/2025 13.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2024-cü il tarixli, 1034 nömrəli xəstəlik haqqında şəhadətnaməyə dəyişiklik edilərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş həmin tarixli qərarı üzrə diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya,ernioplaslika cərrahi əməliyyatından (xx.xx.2022) sonrakı residiv yırtığı" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". diaqnoz; “Barotravma (xx.xx.2020). ikitərəfli xroniki koxlcar nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qərarı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçının adına verilmiş 22 may 2023-cü il tarixli 5641 nömrəli xəstəlik haqqında şəhadətnamədə dəyişikilik edilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarının “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı kimi qeyd edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək, “xx.xx.2024-cü il tarixli, 1034 nömrəli xəstəlik haqqında şəhadətnaməyə dəyişiklik edilərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş həmin tarixli qərarı üzrə diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya,ernioplaslika cərrahi əməliyyatından (xx.xx.2022) sonrakı residiv yırtığı" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". diaqnoz; “Barotravma (xx.xx.2020). ikitərəfli xroniki koxlcar nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qərarı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Rvo kəndində anadan olmaqla hazırda da həmin kənddə yaşayır. O, N günlük Vətən Müharibəsində N nömrəli hərbi hissədə xidmət etmişdir və N günlük Vətən Müharibəsinin iştirakçısıdır. Vətən Müharibəsində iştirak edərkən xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatları zamanı “Barotravma” xəsarəti almışdır. Travmanın alınma şəraiti N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 478 nömrəli arayışı ilə təsdiq olunur. Travmadan bir ildən çox müddət keçdikdən sonra xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Soltərəfli çəp qasıq yırtığı. Hepatosteatoz. Vertebrogen lumbalgiya. Soltərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sol qulaqda 4 metr, sağ qulaqda 6 metr məsafədən eşitmə" diqnozu ilə müalicə olunmuşdur. xx.xx.2021-ci il tarixdə “Herniotomiya, hernioplastika” cərrahi əməliyyatı icra olunmuşdur. Həmin dövrdə oftalmoloq tərəfindən hər hansı bir xəstəlik aşkar edilməmişdir. Barotravma eşitmə orqanına dair xəsarətdir, görmə orqanına aid xəsarət növü deyildir. xx.xx.2023-cü il tarixdə o, X12 adına Milli Oftalmologiya Mərkəzində müayinə edilmişdir və ona “İşemik maklopatiya" dioqnozu qoyulmuş, xəstəliyin travma ilə əlaqələndirilməmişdir. Mən xx.xx.2023-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinkasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, ona təyin edilmiş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla” dioqnozuna görə MN baş ofamoloqunun konsultasiyasından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəli’nin 30b, 35b maddəsinin İİİ qrafasına əsasən fərdi qaydada “Sıradankənar hərbi xidmətə yararlıdır” sayılmışdır. Xəstəliyin səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə uyğun “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi təyin edilmişdir. O, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 127 nömrəli göndərişi ilə 22 may 2023-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, o da təyin edilmiş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” dioqnozuna görə MN baş ofamoloqunun konsultasiyasından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəli”nin 30b. 35b maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” sayılmışdır. Guya özü tərəfindən xəstəliyinin səbəbini əlaqələndirə bilmədiyindən və gözündən hər hansı bir xəsarət almadığından xəstəliyin səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndinə uyğun “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş, rəy xx.xx.2023-cü il tarixli 5641 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmiş. Xəstəlik haqqında şəhadətnamə xx.xx.2023cü il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd etdiyi hallar MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. Lakin bütün bunlarla razılaşmır. Çünki komissiyadan keçəndə qeyd etmişdir ki, o, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 478 nömrəli arayışında qeyd edilmiş və “barotravma” xəsarətini xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatları zamanı almışdır. Həmin xəsarəti ağır artileriyanın partlama nəticəsində almışdır və bu barədə MN Mərkəzi Hərbi Həkim Komissiyasına bildirmişdir. Lakin onun dediklərini qeyd etməmişlər və qeyd etmişlər ki, guya MN Mərkəzi Hərbi Həkim Komissiyasından keçəndə özü tərəfindən xəstəliyin səbəbini əlaqələndirə bilməmiş və gözündən hər hansı bir xəsarət almamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etsə də, qəbul etdikləri qərarın düzgün olduğunu və bunu dəyişə bilməyəcəklərini, bununla bağlı inzibati məhkəməyə müraciət etmək lazım olduğunu qeyd etdilər. Ona görə də, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, aşağıdakılara görə İddiaçı iddiasını tamamilə əsassız və qanunsuz hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuiarın aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqlnda şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun.Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. SHXÇDXnin Lənkəran rayon şöbəsi tərəfindən 2020-ci ildən hərbi xidmətə çağırılmış, əsgər İddiaçı xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Vertebrogen lumbalgiya, remissiya mərhələsində. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın birincili dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatdan (xx.xx.2022) sonrakı bərkimiş dəri çapığı” diaqnozu müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər Cədvəli”nin “30 b”, “35 b" maddəsinin İİİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuş, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Tibbi ədəbiyyata əsaslanaraq demək olar ki, işemik makulopatiya torlu qişanın qan- damar sistemi vasitəsi ilə yetəri qədər qidalanmaması nəticəsində yarana bilər. Buna səbəb kimi mərkəzi retional vena trombozu, diabetik retinopatiya, uveitlər torlu qişanın qopması, qlaukoma, yeni törəmələr, miopik və yaşa bağlı dəyişiklikləri göstərmək olar. Bundan başqa kontuziya, qapalı kəllə-beyin travmaları, açıq kəllə-beyin travmaları zamanı gözün torlu qişasında “şüşəvari” cisimdə qansızmalar nəticəsində makula nahiyyəsində ödem əmələ gəlir, bu səbəbdən görmə surətlə zəifləyir və nəticədə işemik makulopatiya əmələ gələ bilir. Lakin İddiaçı yuxarıda qeyd olunan xəsarətlər müəyyən edilməmişdir. Barotravma nəticəsində isə işemik makulopatiyanın yaranması mümkün deyildir, bu barədə elmi ədəbiyyatda hər hansı məlumat yoxdur. “Barotravma” diaqnozu ümumi diqnozu ifadə edir. Hər bir boşluğu olan orqanın (qulaq, mədə, ağciyər, sidik kisəsi) barotravması ola bilər. Qulağın barotravması hərbi sursatın (mərmi) pat.aması nəticəsində əmələ gələn hava dalğası nəticəsində törənən zədələri ifadə edir. Zərbə dalğası güclü olanda təbil pərdəsində rupturaya (dəlik) və ya onun tamamilə dağılmasına səbəb olaraq orta və daxili qulağa zərbə vura bilər. Bu halda qulaqda çox vaxt keçiçi olaraq eşitmə zəyifliyi ola bilər. Yüngül zədələnmələrdə sadəcə keçici olaraq təbil pərdəsində qızartı və ödem yarana bilər, hansı ki, 1 həftəyə sağalır. X1 dair 21,02.2023-cü il tarixli 478 nömrəli travma haqqında arayışda onun hansı orqanının barotravma alması məlum deyil. Bundan başqa İddiaçı döyüşlərdən sonrakı, 1 il ərzində qulağının xəstəliklərinə görə heç bir tibb müasisəsinə müraciət etməmişdir. Qulağın ağır eşitməsi ani olaraq da insanda yarana bilər. İddiaçı aldığı travmadan 1 il 4 ay keçdikdən sonra təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli travma haqqında arayış Azərbaycan Respublikası Müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində «Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 197-ci maddəsinin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, Təlimatın həmin maddəsinin tələbinə əsasən travma haqqında arayış travmanın alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir.Qeyd olunan travma haqq ında arayışın hansı arxiv sənədlərinə (hərbi hissənin zədələnmələrin və travmaların qeydiyyatı kitabı, təhqiqat sənədləri, xidməti və ya inzibati araşdırma materialları və sairə) istinad edilərək verilməsi məlum deyildir. İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasından müayinələrdən keçərkən onda “Barotravma” diaqnozu müəyyən edilməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası mümkün sayılmamalıdırır. Ona görə məhkəmədən vətəndaş İddiaçı iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuş və Lənkəran rayonu, Rvo kəndində qeydiyyatdadır. - Baş vermiş hadisə və şəxsin müvafiq siğortalı üzrə siğortaolunan hesab olunmasına dair xx.xx.2024-cü il tarixli, 3-25-19/2-83/2024 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Laçın rayonunda Azərbaycan Respublikası ərazi bütövlüyü uqrunda gedən döyüşlərdə xəsarət almışdır, siğorta məbləği 11000 manat müəyyən edilmişdir. - İşdə olan xx.xx.2023-cü il tarixli, 5641 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Hərbi Həkim Komissiyası İddiaçı barəsində qərara almışdır: Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış soltərəfli herniotomiya, hernioplastika (xx.xx.2021) cərrahı əməliyyatından sonrakı bərkimiş dəri çapığı. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfii neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Vertebrogen lümbalgiya, remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır."Xəstəliklər cədvəli” nin 30b, 35b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" yə qoşma) əsasən Sıradankənar hərbi xidmətə yararlıdır. İşdə olan N saylı Hərbi Hissənin 478 saylı, xx.xx.2023-cü il tarixli travma haqqında arayışa əsasən, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı “Barotravma” xəsarətini almışdır. İşdə olan N saylı Hərbi Hissənin 2-ci tabor 4-cü bölüyün hərbi qulluqçusu MAHHXHQ əsgər İddiaçı İkinci Qarabağ müharibəsi zamanı zədələnməsi haqqında 2418 saylı akta əsasən, 2-ci tabor 4-cü bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan X5, 4-cü bölük 2-ci taqım komandirinin müavini gizir X3, 4-cü bölük 1-ci taqım 1-ci manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş X9, 4-cü bölük qumbaratan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X10 bu aktı tərtib edirik ondan ötrü ki, kamissiya üzvləri və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ilə birlikdə İkinci Qarabağ müharibəsi zamanı eyni bölmədə xidmət etmişdir. Döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Goranboy rayon Tapqaraqoyunlu kənd ərazisində yerləşən şərti adı “Yaltaxtı” olan ərazidə düşmənin artilleriya atəşi nəticəsində zərbə dalğası xəsarətini almış,özündən gedərək təqribi 30(otuz) dəqiqə müddətində yarı huşsuz vəziyyətdə uzadılmışdır.Özünə gəldikdən sonra hər hansı bir hospitala getməkdən imtina edərək döyüş əməliyyatlarında iştirak etməyə davam etmişdir. xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olarkən “Soltərəfli xroniki koxlear nevrit, Soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqi sol qulaqda 4(dörd), sağ qulaqda 6(altı) metrə qədər məsafədə eşidilməsi ilə” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə LORun müayinəsi zamanı “Sağ tərəfli xroniki irinli orta otit, sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli qarışıq tip ağıreşitmə” , xx.xx.2023-cü il tarixdə oftalmoloq müayinəsi zamanı "Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.03-ə qədər azalması, sağ gözün görmə itiliyi 1.0 olmaqla” diaqnozu qoyulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı travma haqqında arayışın verilməsini məqsədə uyğun hesab etmişdir. İddiaçı tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli çıxarış epikrizi, Silahlı Qüvvələrin Baş X4 şöbəsi Radiologiya Bölməsinin xx.xx.2023-cü il tarixli temporal sümüklərin KT müayinəsi, X15 X18 Abdominal xx.xx.2023-cü il tarixli USM Protokolu, Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli müayinə vərəqəsi və s. sənədlər təqdim edilmişdir. İşdə olan N saylı Hərbi Hissənin xx.xx.2023-cü il tarixli, 127 saylı göndərişə əsasən, İddiaçı barəsində MN BKH-na göndərildiyi tarix xx.xx.2023-cü il və diaqnoz sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.04-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1.0 olmaqla. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış soltərəfli herniotomiya, hernioplastika əməliyyatından sonrakı bərkimiş dəri əməliyyatından sonrakı bərkimiş dəri çapığı. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini hər iki qulaqda 5 metr məsafədən eşitmə ilə. İşdə olan N saylı Hərbi Hissə tərəfindən verilmiş tibbi xasiyyətnamədən görünür ki, İddiaçı xidmət etdiyi müddət ərzində xx.xx.2021 -ci il tarixində xx.xx.2021-ci il tarixədək MN “Hepatosteatoz. Vertebrogen lumbalgiya. Sol tərəfli xroniki koxlear nevrit. Sol tərəfli neyrosensor ağıreşitmə. Pıçıltılı nitq sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metrə qədər məsafədə eşidilməsi ilə” diagnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Müalicədən sonra HHK-sı tərəfindən “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin İİ qrafası ilə şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir. xx.xx.2023-cü il feaxində MNBKH-a müayinəyə göndərilmişdir. MNBKH-ın LOR və Oftolmologun rəyinə əsasən “Sol tərəfli xroniki irinli orta otit, remisiya mərhələsində sol tərəfli xroniki koxlear, nevrit, sol ərəfli qarışıq tip ağır eşitmə. İsemik monulopotiya.” diaqnozu qoyularaq Hərbi Həkim Komissiyasına təqdim məsləhət görülmüşdür. xx.xx.2023-cü il tarixdə HHK tərəfindən şəhadətləndirilərək “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.04-ə qədər azalması,korreksiya etmir,sağ gözün görmə itiliyi 1.0 olmaqla.Soltərəfli çəp asıq yırtığına görə aparılmış soltərəfli herniotomiya.hernioplastika əməliyyatından sonrakı bərkimiş dəri çapığı.İkitərəfli xroniki koxlear nevrit.İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini hər iki qulaqda 5 metr məsafədən eşitmə ilə” diaqnozu ilə xəstəliklər cədvəlinin 3:b,35b maddəsinin İİİ qrafası na və ƏTC-yə əsasən sıradankənar hərbi xidmətə yaralıdır : qərarı qəbul edilmişdir. İşdə olan N saylı Hərbi Hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, İddiaçı 2020-ci ilin sentyabr ayından N hərbi hissənin 2-ci taborun 4-cü bölüyündə xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü nizam intizamlı, nizamnamə tələblərini bilən və xidmətini həmin nizamnamələr çərçivəsində quran bir hərbi qulluqçu kimi tanıtmışdır, verilən əmr və tapşırıqları dəqiq və vaxtında yerinə yetirmiş, daim xidmət yoldaşlarına inə olmuşdur. Komandir və rəislərin verdiyi əmr və tapşırıqları vaxtında və dəqiq yerinə , döyüş hazırlığı dərslərində bilik və bacarıqlarını artırır, üzərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəlir. Kollektiv arasında xüsusi hörmətə malikdir. Hərbi geyim formasını təmiz və səliqəli daşıyır. Fiziki cəhətdən sağlam deyil. Lakin hal-hazırda səhhəti ilə əlaqədar olaraq xidməti vəzifəsini yerinə yetirməkdə çətinlik çəkir. - İşdə olan xx.xx.2024-cü il tarixli, 1034 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı barəsində Hərbi Həkim Komissiyası qərara almışdır: diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.04-ə qədər azalması korreksiya etmir. Sağ gözün görmə itiliyi 1.0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış herniotomiya hernioplastika cərrahi əməliyyatından (xx.xx.2022) sonrakı residiv yırtığı”. “Ümumi xəstəlikdir”, diaqnoz; “Barotravma (xx.xx.2020). ikitərəfli xroniki koxlcar nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-151589/2024 saylı məktubuna əsasən, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən İddiaçı (FİN: xxxxxxx) xx.xx.2022-ci il tarixindən proaktiv qaydada müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişdədir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsəsən bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Z00121610KJİ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar - gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş T609/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən göstərilmişdir: 1987-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2,3,4,5,7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 1034 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.04-ə qədər azalınması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1.0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci dərəcəli) boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış hemiotomiya, hemioplastika cərrahi əməliyyatından (xx.xx.2022) sonrakı residiv yırtığı” və “Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 metr məsafədən eşitməsi ilə” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, hal-hazırda da İddiaçı müşahidə edilir və Hərbi xidmət dövrü ilə səbəbli əlaqəsi vardır.
6. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Arxa qütbün və ləkənin degenerasiyası, OS-İşemik makulopatiya VisOD=l,0(vahid); VisOS=0,04k/etmir (yüzdə dörd)” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qeyd edilən diaqnoz şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli №187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür və “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar düzgün qəbul edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı N günlük Vətən Müharibəsində N nömrəli hərbi hissədə xidmət etmişdir, N günlük Vətən Müharibəsinin iştirakçısıdır, Vətən Müharibəsində iştirak edərkən xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatları zamanı “Barotravma” xəsarəti almışdır. Travmanın alınma şəraiti N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 478 nömrəli arayışı ilə təsdiq olunur. Travmadan bir ildən çox müddət keçdikdən sonra xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Soltərəfli çəp qasıq yırtığı. Hepatosteatoz. Vertebrogen lumbalgiya. Soltərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sol qulaqda 4 metr, sağ qulaqda 6 metr məsafədən eşitmə" diqnozu ilə müalicə olunmuşdur. xx.xx.2021-ci il tarixdə “Herniotomiya, hernioplastika” cərrahi əməliyyatı icra olunmuşdur. İş materiallarından da göründüyü kimi İddiaçı barəsində cavabdeh orqan tərəfindən iki dəfə şəhadətnamə qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Z00121610KJİ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar - gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh orqanının qərarı əsasında onun tərəfindən xx.xx.2024-cü il tarixli tərtib şəhadətnamə ilə razılaşmayaraq onun barəsində təyin edilmiş diaqnozun “ümumi xəstəlik” səbəbindən deyil, məhz səbəbli əlaqəsinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" olaraq göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sorğulara verilmiş və məhkəmə-tibbi ekspertiza təyin edilmişdir. Ekspert rəyi üzrə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 1034 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.04-ə qədər azalınması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1.0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci dərəcəli) boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış hemiotomiya, hemioplastika cərrahi əməliyyatından (xx.xx.2022) sonrakı residiv yırtığı” və “Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 metr məsafədən eşitməsi ilə” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, hal-hazırda da İddiaçı müşahidə edilir və Hərbi xidmət dövrü ilə səbəbli əlaqəsi vardır. Məhkəmə tərəfindən həmçinin nəzərə çatdırılır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman fiziki və əqli cəhətdən sağlam olmuş, müharibəyə yararlı hesab edilmiş və N saylı Hərbi Hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgəri kimi hərbi xidmət keçmişdir. Yəni, sağlamlığı ilə bağlı və görmə, eşitmə ilə bağlı hər hansı şikayət və ya problemlə İİ Qarabağ Müharibəsi baş verən zamana kimi yaranmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli müayinə vərəqəsindən də görünür ki, oftolmoloq tərəfindən qeyd edilmişdir ki, İddiaçı şikayəti sol tərəfi görmə zəifliyindəndir. Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş diqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya,ernioplaslika cərrahi əməliyyatından (xx.xx.2022) sonrakı residiv yırtığı" səbəbli əlaqə-“Ümumi xəstəlikdir” olaraq deyil, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə” Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. ... 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ... 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. ... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 1034 nömrəli xəstəlik haqqında şəhadətnaməyə dəyişiklik edilərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş həmin tarixli qərarı üzrə diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya,ernioplaslika cərrahi əməliyyatından (xx.xx.2022) sonrakı residiv yırtığı" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". diaqnoz; “Barotravma (xx.xx.2020). ikitərəfli xroniki koxlcar nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə", “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qərarı kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər.
Hakim Amilya Hüseynova