Məhkəmə qərarları › İş №2-1(120)-887/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-887/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-887/2020 07.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun (İmişli şəhəri, H.Əliyev prospekti, ev 141-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X4 İmişli rayon şöbəsinə qarşı işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunda doğulmuş, İmişli rayonu, Xəlfəli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X4 İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli, **********7 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, 25 ildən yuxarı əmək stajı vardır, 2 ildən artıq hərbi xidmət keçmişdir. 1972-1973, xx.xx.1977xx.xx.1983, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1988, xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006-cı illərdə müxtəlif təşkilatlarda işləmiş, əmək kitabçası verilmişdir. Dövlət X4 İmişli rayon şöbəsinə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət edərək əmək kitabçası təqdim etmişdir. İmişli rayon dövlət arxivindən verilmiş xx.xx.2020-ci il tarixli, 08 saylı arayışda onun 1972-1973-cü illrədə İmişli rayonunun P.Kommunası kolxozunda işləyib əmək haqqı almağı barədə sənədlər vardır. Cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli məktubla işlədiyi bəzi illərin əmr kitabları əmək haqqı cədvəlləri dövlət arxivinə verilmədiyini səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X4 İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı xx.xx.2020-ci il tarixdən pensiya hüququ yaranır. Əmək kitabçasına əsasən 1972-1973, xx.xx.1977-xx.xx.1983, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1988, xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006-cı illərdə işləməsi qeyd edilsədə yoxlama zamanı məlum olmuşdur ki, 1972-1973, xx.xx.1977-xx.xx.1983, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1988-ci illər üzrə kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmamışdır. xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997-ci illərdə işlədiyi dövrün əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və əmək kitabçasının surətlərini, İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04799466 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunda anadan olmuş, İmişli rayonu,Xəlfəli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1983, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1988, xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006-cı illərdə əmək fəaliyyətində olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, İddiaçı 1972-1973-cü illərdə İmişli rayonu P.Kommunası kolxozunda işləmişdir. İşdə olan İddiaçı xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Dövlət X4 İmişli rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, vətəndaşın əmək kitabçasında 1972-1973, xx.xx.1977-xx.xx.1983, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1988, xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006-cı illərdə işləməsi qeyd edilsədə yoxlama zamanı məlum olmuşdur ki, 1972-1973, xx.xx.1977-xx.xx.1983, xx.xx.1984xx.xx.1986, xx.xx.1986-xx.xx.1988-ci illər üzrə kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmamışdır. xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997-ci illərdə işlədiyi dövrün əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan Dövlət X4 İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən pensiya hüququ yaranır. Əmək kitabçasına əsasən 1972-1973, xx.xx.1977-xx.xx.1983, xx.xx.1984xx.xx.1986, xx.xx.1986-xx.xx.1988, xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006-cı illərdə işləməsi qeyd edilsədə yoxlama zamanı məlum olmuşdur ki, 1972-1973, xx.xx.1977-xx.xx.1983, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1988-ci illər üzrə kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmamışdır. xx.xx.1989-xx.xx.1993, xx.xx.1993xx.xx.1997-ci illərdə işlədiyi dövrün əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 43 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı İmişli rayon P.Kommunası kolxozunda işləməsi tərəflərindən İmişli Regional ASAN Xidmət Mərkəzinə xx.xx.2020-ci il tarixli, 08 saylı arayışda göstərilən kimidir. Adı gedən kolxozun 1972-1973-cü illərin son hesablaşma kitablarında kolxozçuların yerinə yetirilmiş adam günü normaları qeyd olunmamışdır. İşdə olan Dövlət X4 İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən pensiya hüququ yaranır. Əmək kitabçasına əsasən 1972-1973, xx.xx.1977-xx.xx.1983, xx.xx.1984xx.xx.1986, xx.xx.1986-xx.xx.1988, xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.1997, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006-cı illərdə işləməsi qeyd edilsədə yoxlama zamanı məlum olmuşdur ki, arxiv arayışına əsasən 1972-1973-cü il üzrə, o cümlədən xx.xx.1977-xx.xx.1983, xx.xx.1986-xx.xx.1988-ci illər üzrə kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmamışdır. xx.xx.1989xx.xx.1993, xx.xx.1993-xx.xx.1997-ci illərdə işlədiyi dövrün əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. İşdə olan Dövlət X4 Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.1955-ci il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il (64 yaş 6 ay) tarixdə yaranır. Həmin tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq minimum əmək pensiya 200,00 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 10-cu maddələrinin tələblərinə uyğun olaraq iddiaçının 24 il 11 ay 20 gün sosial sığorta stajını ((24*306=7344; 306/12*11=280,50; 306/365*20=16,77 cəmi 7641,27*216,88% (2006-2016-cı illər üzrə infilyasiya faizi)=16572,39*105% (2017-ci illər üzrə infilyasiya faizi)=17517,01*103,0% (2018-ci illər üzrə infilyasiya faizi)=18042,52*102,6%=18511,63/144=128,55)) bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığorta olunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına çevirdikdə 128,55 manat vətəndaşa sığorta hissəsi yaranır. Bu da o deməkdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasənminimum pensiya məbləğini keçmədiyi üçün və ya 25 il sığorta stajı olmadığına görə vətəndaşa yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. İşdə olan Dövlət X4 İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixə kimi işlədiyi dövrü və hərbi xidmətdə olduğu illəri nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Beləki, vətəndaşın ümumilikdə sosial sığorta stajı 24 il 10 ay 20 gün təşkil edir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün isə 25 il sosial sığorta stajı tələb olunur. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 80 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı tərəflərindən verilmiş xx.xx.2020-ci il tarixli, 08 saylı arayış İmişli rayon “P.Kommunası” kolxozunun İmişli rayonunun Dövlət arxivində saxlanılan son hesablaşma kitablarında olduğu kimidir. 1986-cı ildə onun adı aşkarlanmamışdır. 1987-ci ilin kitablarında qismən kolxozçuların yerinə yetirilmiş adam günü normaları qeyd edilmişdir. Onun adında yerinə yetirilmiş adam günü norması göstərilməmişdir. 1988-ci ildə isə kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş adam günü norması qeyd edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X6 İmişli rayon filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, vətəndaşın qeyd olunan sosial sığorta stajından əlavə 1972-1973-cü illərdə də işləməsi barədə məlumat İmişli rayon Dövlət arxivi ilə birlikdə tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktda öz əksini tapmışdır. Lakin müvafiq illərin yerinə yetirilmiş minimum adam günü normaları olmadığı üçün həmin illəri sosial sığorta stajı kimi nəzərə almaq mümkün deyildir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə iddiaçının 1972-1973-cü illərdə P.Kommunası kolxozunda işləməsi barədə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 08 nömrəli arayışına münasibətdə qeyd edir ki, həmin arxiv arayışında iddiaçının faktiki işlədiyi adam günləri (yerinə yetirilmiş adam günü) qeyd edilməmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 1986-1988-ci illərdə P.Kommunası kolxozunda işləməsi ilə bağlı qeydiyyat aparılmışdır. Ancaq məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli rayon Dövlət Arxivində saxlanılan son hesablaşma kitablarında 1986-cı ildə iddiaçının adı aşkarlanmamış, 1987-ci ilin son hesablaşma kitablarında isə faktiki işlədiyi adam günləri (yerinə yetirilmiş adam günü) qeyd edilməmişdir . “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakınormasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, 1972-1973 və 1986-1987ci illər iddiaçının sosisal sığorta stajı kimi nəzərə alınmamalıdır. Belə olan halda isə iddiaçının tələb olunan sosisal sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət X4 İmişli rayon şöbəsinə qarşı işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət X4 İmişli rayon şöbəsinə qarşı işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar