Məhkəmə qərarları › İş №2-1(120)-887/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-887/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-887/2022 07.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10na qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1985-1989-cu illərdə İmişli rayonu “Nizami” adına kolxozda və 1990-1996-cı illərdə İmişli rayonu “Qaravəlli” adına kolxozda işləməyini staj kimi müəyyən edərək cavabdeh təşkilatın üzərinə ona uşaqlıqdan əlil anası kimi yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin 10 saylı Regional Ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10 ilə əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “işlədiyi illəri və sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə övladı X2 qulluq etdiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10nın üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10nın ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin və sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə övladı X2 xx.xx.1999-cu il tarixdən xx.xx.2015-ci il tarixədək qulluq etdiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10nın üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, uşaqlıqdan əlil anası kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Belə ki, ”Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdığları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Cavabdeh təşkilat ona xx.xx.2021-ci il tarixli, **********6 saylı məktub göndərərək 1985-1989-cu illərdə İmişli rayonu “Nizami” adına kolxozda və 1990-1996-cı illərdə İmişli rayonu “Qaravəlli” adına kolxozda işləməyi barədə müvafiq qeydlər aparılmış əmək kitabçası təqdim etmədiyinə görə “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən uşaqlıqdan əlil olan övladın anası kimi yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmaması qeyd edilmişdir. Belə ki, xx.xx.2010-cu il tarixdə 4027 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə nazirliyində qeydə alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları’nın 3-cü bölməsinin 3.1.1-ci bəndində göstərilir ki, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun yuxarıda qeyd edilən müddətdə kolxozda işləməyi həmin vaxt əmək kitabçası olmadığından qeyd edilməmişdir. Qeyd edilənlər İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 67 saylı arayışla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10nın nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində uşaqlıqdan sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyini və İmişli rayonu “Nizami” və “Qaravəlli” adına kolxozlarda işlədiyini qeyd etmişdir. Bu səbəblə də, İddiaçı işlədiyi illər nəzərə alınmaqla, ona əlil övlad anası kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı X3 iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kanitalı əmək pensiyasının minimum məbləğindən az olmaym pensiva təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ıl iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Eyni zamanda həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Onun 1985-1989-cu illərdə İmişli rayonu “Nizami” adına kolxozda və 1990-1996-cı illərdə “Qaravəlli” adına kolxozda işləməsini təsdiq edən əmək kitabçası mövcud deyildir. Həmin kolxozlarda işləməsini təsdiq edən yeganə sənəd iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 67 nömrəli arxiv arayışıdır. Həmin arxiv arayışına əsasən iddiaçının sosial sığorta stajı 11 il 02 ay 05 gün təşkil edir. Həmin illər əmək kitabçasında qeyd edilmədiyi üçün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə İddiaçı həmin kolxozlarda işlədiyi illər onun sosial sığorta stajına daxil edildikdə belə 11 il 02 ay 05 gün sosial sığorta stajı yaranır. Bu da yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajından (25 ildən) azdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il tarixdə İmişli rayonunda anadan olmuşdur. İmişli rayon sabiq “Nizami” adına kolxozda 1985-ci ildə 82 adam günü, 1986-cı ildə 98 adam günü, 1987-ci ildə 184 adam günü, 1988-ci ildə 192 adam günü, 1989-cu ildə 194 adam günü; İmişli rayon sabiq “Qaravəlli” adına kolxozda 1990-cı ildə 203 adam günü, 1991-ci ildə 212 adam günü, 1992-ci ildə 197 adam günü, 1993-cü ildə 186 adam günü, 1994-cü ildə 209 adam günü, 1995-ci ildə 191 adam günü, 1996-cı ildə 206 adam günü işləmişdir. İmişli rayon sabiq “Nizami” və “Qaravəlli” adına kolxozlarda qadınlar üçün 1985- 1996-cı illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1987-1996-cı illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmiş, 1985 və 1986-cı illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçsısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 1822 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır. xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək uşaqlıqdan əlil kimi sağlamlıq imkanları məhdud övladı X2 qulluq etmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 13 nömrəli arayışından görünür ki, İmişli rayon Dövlət Arxivində bu rayonun “Nizami” adına və “Qaravəlli” adına kolxozlarının yalnız kolxozçuların son hesablaşma kitabları saxlanılır. İddiaçıya verilmiş əmək haqqı arayışı da son hesablaşma kitablarında olduğu kimidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10nın Saatlı rayon qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən sağlamlıq imkanları məhdud uşaq kimi oğlu X2 xx.xx.1999-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək qulluq etmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi filialı Sizin uşaqlıqdan əlilin anası kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2021-ci il tarixli **********1 nömrəli ərizə ilə müraciətinizə cavab olaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə emək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmek pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödəniiməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Sizin təqdim etdiyiniz sənədlərə baxılarkən məlum olmuşdur ki, 1985-1989-cu illərdə İmişli rayon “Nizami” adına kolxozda və 1990-1996-cı illərdə İmişli rayon “Qaravəlli” adına kolxozda işləməyiniz barədə müvafiq qeydlər aparılmış əmək kitabçası təqdim etməmisiniz. Ümumilikdə sosial sığorta stajınız 25 ildən çox olmadığı və iş stajınızı təsdiq edən əmək kitabçası təqdim etmədiyiniz üçün Sizə “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən uşaqlıqdan əlil olan övladın anası kimi yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtinanın və iddiaya etirazının dəlillərinin əsasını iddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması təşkil edir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtinasını və iddiaya etirazının dəlillərini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X5 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X5 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1985-1989-cu illərdə İmişli rayon “Nizami” adına kolxozda və 1990-1996-cı illərdə İmişli rayon “Qaravəlli” adına kolxoda işlədiyi əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə İmişli rayon sabiq “Nizami” və “Qaravəlli” adına kolxozlarda işlədiyi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 67 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının İmişli rayon sabiq “Nizami” adına kolxozda işlədiyi 1987, 1988 və 1989-cu illər, eləcə də İmişli rayon sabiq “Qaravəlli” adına kolxozda işlədiyi 1900-1996-cı illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1985 və 1986-cı illərdə İmişli rayon sabiq “Nizami” adına kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10nın üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər ay 6 ay artırılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Azərbaycan Respublikası Prezidentinin 07 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543 VQD saylı Qanunun 8-ci maddəsinə əsasən Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. İddiaçının 1985-1996-cı illərdə İmişli rayon sabiq “Nizami” və “Qaravəlli” adına kolxozlarda işlədiyi müddət, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə övladı X2 xx.xx.1999-cu il tarixdən xx.xx.2015-ci il tarixədək qulluq etdiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1985 və 1986-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X5» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 67 nömrəli arayışından müəyyən edilir ki, İmişli rayon sabiq “Nizami” adına kolxozda qadınlar üçün 1985-1986-cı illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1985 və 1986-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1985 və 1986-cı illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (82+93) × 12 = 2100/180= 11 ay 06 gün (≈2 il 02 ay 06 gün); (ümumilikdə 10 il 11 ay 06 gün). İddiaçının sağlamlıq imkanları məhdud xəstə övladına qulluq illəri (16 il 18 gün) cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən məhkəmə həmin illər üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Belə ki, 1992-ci il tarixdə qəbul edilmiş (hazırda qüvvədən düşmüş) “X5 haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin j bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslərin əmək pensiyası almaq hüququ vardır. 67-ci madəsinin d) bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndinə əsasən, İ qrup əlilə, 16 yaşa qədər əlil uşağa, 75 yaşa çatmış qocalara xidmət dövrü xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktına əsasən müəyyən olunur. Əlillikdə olmanın (İ qrup əlillər və əlil uşaqlar üçün) və yaşı (qocalar və əlil uşaqlar üçün) təsdiq edilən sənədlər. Xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələri, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən sosial təminat şöbəsi tərəfindən tərtib olunur. Yaşı təsdiqedici sənəd kiim pasportdan çıxarış, doğum şəhadətnaməsi, mənzil idarələrinin, yerli icra hakimiyyəti orqanlarının arayışları və s. qəbul edilə bilər. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək bə Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin işçiləri tərəfindən tərtib olunur. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, sağlamlıq imkanları məhdud və birinci qrup şəxslərə qulluq dövrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya əsasən hesablanan müddət kimi sığorta stajına daxil edilir. Həmin qaydaların tələblərinə görə isə, qulluq edən şəxslər bir halda dairəsi müəyyən edilmiş qohumlar olmalı, digər halda isə qanunvericiliyə uyğun qaydada qəyyum təyin edilməlidirlər. Həmin şəxlər tərəfindən qulluq müddəti digər şərtlərin yerinə yetirilməsi əsası ilə, o cümlədən sosial təminat şöbələri tərəfindən tərtib edilmiş müayinə aktı təqdim edildiyi halda sosial sığorta stajına daxil edilə bilər. DSMF-nun X10nın Saatlı rayon qəbul şöbəsinin baş mütəxəssisi X16; Saatlı rayon İcra Hakimiyyəti Başçsısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini müvəqqəti icra edən X14; qonşular-X4, X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli Müayinə aktından görünür ki, ünvan 2-də yaşayan, sağlamlıq imkanları məhdud, kənar şəxsin qulluğuna ehtiyacı olan X2 qulluğun faktiki olaraq kim tərəfindən həyata keçirilməsi yerində araşdırılmışdır. Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi və qonşuların iştirakı ilə araşdırma zamanı müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud, kənar şəxsin qulluğuna ehtiyacı olan X7 öz doğma anası İddiaçı ilə birlikdə ünvan 2-də yaşayır və xx.xx.1999-cu il tarixdən (əlilliyin müəyyən olunduğu tarixdən) xx.xx.2015-ci il tarixə göstərilən qulluğun faktiki olaraq anası İddiaçı tərəfindən aparılması tərəflərindən müəyyən olunmuşdur. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 67 nömrəli arxiv arayışında göstərilən İmişli rayon sabiq “Nizami” və “Qaravəlli” adına kolxozlarda işlədiyi 1987-1989-cu, 1990-1996-cı illərə dair iş stajı tam, İmişli rayon sabiq “Nizami” adına kolxozda 1985 və 1986-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə övladı X2 xx.xx.1999-cu il tarixdən xx.xx.2015-ci il tarixədək qulluq etdiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10nın üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 67 nömrəli arxiv arayışında göstərilən İmişli rayon sabiq “Nizami” və “Qaravəlli” adına kolxozlarda işlədiyi 1987-1989-cu, 1990-1996-cı illərə dair iş stajı tam, İmişli rayon sabiq “Nizami” adına kolxozda 1985 və 1986-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə övladı X2 xx.xx.1999-cu il tarixdən xx.xx.2015-ci il tarixədək qulluq etdiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin X10nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar