Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-888/2024 19.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X6 adına qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair JN- 656A saylı (kod ********) şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(120)-3283/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(120)-888/2024 nömrəli hüquqi yardım məktubları ilə İddiaçı hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayon istehlak cəmiyətinin 29 avqust 1995-ci il tarixli 2-60 saylı sərəncamı ilə “Azərittifaq” idarə heyətinin 15 avqust 1995-ci il tarixli 81 saylı qərarına əsasən satışa buraxılmış rayon istehlak cəmiyyətinin köhnə anbar binaları X1. Həmçinin Cavabdeh Başçısının 02 oktyabr 1997-ci il tarixli 1001 saylı sərəncamı ilə “Azərittifaq” idarə heyətinin 15 avqust 1995-ci il tarixli 81 saylı qərarına əsasən Biləsuvar İstehlak Cəmiyyətinin 29 avqust 1995-ci il tarixli 2-60 saylı sərəncamı ilə X2 köhnə anbar binalarının yerləşdiyi 4605,6 kv.m torpaq sahəsi A.Abdullayevin adına rəsmiləşdirilmişdir. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Mübahisə edilən torpaq sahəsi 1958-ci ildən ona məxsus olmuş, 60 ildir ki, onun istifadəsindədir. Həmin sahədə təndir və çirkab suların axıdılması üçün anbar tikmiş və 7 ədəd böyük gövdəli ağaclar əkmişdir. Abdullayev Abdulla həmin sahəyə yaxın 41 sot torpaq sahəsini özəlləşdirmiş, buna qane olmayaraq 1958-ci ildən onun istifadəsində olan və ona məxsus olan 0,41 hektar torpaq sahəsinə heç bir aidiyyəti olmayan 0,007 hektar (70 kv.metr) torpaq sahəsini də özününkü hesab edərək Biləsuvar rayon məhkəməsinə iddia qaldırmış və Biləsuvar rayon məhkəməsi əsassız olaraq onun iddiasını təmin etmişdir. Azərbaycan Respublikasının bütün rayonları üzrə pay torpaqlarının bölünməsi üzrə X11 fəaliyyəti bəzi istisnalar olmaq şərti ilə 1999cu ildə yekinlaşdırılmışdır. Bütün bunlara rəqmən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə X7 verilmiş 0,41 hektar torpaq sahəsinin verilməsi X13 verdiyi arayışa görə saxtadır. Biləsuvar rayon Dövlət Arxiv idarəsinə sorğu edilmiş, müəyyən edilmişdir ki, Aqrar İslahat komissiyasının xx.xx.2005-ci il tarixli 04 saylı qərarı arxiv sənədlərində aşkar edilməmiş, arxiv sənədlərində islahat komissiyasının qərarı 2004-cü ilə kimidir. Göründüyü kimi iddiaçı tərəfindən saxta sənədlər əsasında mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd alınmış və həmin sənəd əsasında da mənim istifadəmdə olan torpaqdan çıxarılmağım qət edilmişdir. Məhrum həyat yoldaşı dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, onun 8 saylı Cəlilabad filialına, torpaq, reyestr xidmətinə, keçmiş Biləsuvar rayonunda yerləşən Azərittifaqa məxsus torpaq sahəsini müəyyən edən xəritənin və cizginin ona verilməsi xahiş olunsa da həmin xəritə və cizgi barədə məlumat əldə edilməmişdir. Əgər xəritə yoxdursa, Azərittifada məxsus torpaq sahəsi Abdullayev Abdulla tərəfindən özəlləşdirilərkən hansı sənədlərə əsaslanmışdır. Göstərilən torpaq sahəsinin özəlləşdirilməsi barədə X4 adına verilmiş şəhadətnamə saxtadır və bu səbəbdən də ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. X6 adına qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair JN-656A saylı (kod ********) şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 03 noyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, hazırda İddiaçı tərəfindən mübahisələndirilən məsələ ilə bağlı Biləsuvar rayon Dövlət Arxivində saxlanılan sənədlərə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, Biləsuvar şəhər sakini X3 Rayon İcra Hakimiyyətinə müraciət edərək Biləsuvar rayon İstehlak Cəmiyyəti tərəfindən ona satılmış anbar binalarının yerləşdiyi 0.4605.6 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Abdulla Abdullayevin ərizəsi və anbar binalarının alqı-satqı sənədləri nəzərə alınaraq binaların yerləşdiyi 0.4605.6 kv.m torpaq sahəsinin A.Abdullayevin adına rəsmiləşdirilməsi barədə Cavabdeh başçısının 02 oktyabr 1997-ci il tarixli 1001 nömrəli sərəncamı verilmişdir. Həmçinin arxiv sənədləri içərisində mübahisələndirilən məsələ ilə bağlı başqa sənəd aşkar edilmədi. Qeyd edirik ki, İddiaçı Cavabdehnə qarşı “X5 adına qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair JN-656A saylı (kod ********) şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 03 noyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbində cavabdeh kimi Cavabdeh tanınmasına etiraz edirik. Çünki, torpağın mülkiyyətə verilməsinə dair JN-656A saylı (kod ********) şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 03 noyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsi Cavabdeh tərəfindən verilməmişdir. Odur ki, İddiaçı iddia tələbinə məhkəmədə baxılarkən Cavabdeh ilə bağlı yaranacaq sualların cavablandırılmasını məhkəmənin mülahizəsinə buraxmışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs X8 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Biləsuvar rayon texniki inventarlaşdırma bürosu tərəfindən Biləsuvar şəhəri, 1 May küçəsi 19da yerləşən anbar binası və digər tikililər, sahəsi 1284,4 kv.metrdir. Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 1001 nömrəli qərarı əsasında xx.xx.1997-ci ildən vətəndaş X6 adına qeydə alınmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-656A (kod ********) nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar şəhər sakini X7 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısı aparatının xx.xx.2022-ci il tarixli, 2/32 nömrəli məktubundan görünür ki, Biləsuvar rayon İstehlak Cəmiyyətinə məxsus torpaq sahəsinin 1990-cı illərə qədər yerquruluşu planı Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktubundan görünür ki, arxivdə aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iki nüsxədə tərtib edilən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin bir nüsxəsi vətəndaşa verilmiş, digər nüsxəsi isə rayon torpaq şöbələrində saxlanılmışdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 05 fevral tarixli, 453 nömrəli Fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra rayon şöbələrində saxlanılan sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə təhvil verildiyini nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********64 nömrəli məktubundan görünür ki, arxivdə aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iki nüsxədə tərtib edilən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin bir nüsxəsi vətəndaşa verilmiş, digər nüsxəsi isə rayon torpaq şöbələrində saxlanılmışdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 05 fevral tarixli, 453 nömrəli Fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra rayon şöbələrində saxlanılan sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə təhvil verildiyini nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyiniz məqsədəmüvafiqdir. Eyniməzmunlu müraciətlərinə Xidmətin xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktubu ilə cavab verilmişdir. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-10RA/2- 184-2023 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 1001 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Azərittifaq idarə heyətinin xx.xx.1995-ci il tarixli, 81 saylı qərarına əsasən Cavabdeh xx.xx.1995-ci il tarixli, 2-60 saylı sərəncamı ilə Biləsuvar şəhəri, Qaqarin küçəsi 25 saylı evdə yaşayan X2 köhnə anbar binalarının yerləşdiyi 4605, kv.m torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh başçısı aparatının xx.xx.2023-cü il tarixli, 5-39/2- 2/310/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdehnə qarşı “X5 adına qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair JN-656A saylı (kod ********) şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 03 noyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş üzrə sorğunuza cavab olaraq bildiririk ki, Cavabdehndə saxlanılan sənədlər içərisində torpağın mülkiyyətə verilməsinə dair JN-656A saylı (kod ********) şəhadətnamə və eyni zamanda həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlərlə bağlı hər hansı bir sənəd aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-02/2-8965/2023 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin arxivində Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 nömrəli qərarı aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş JN-656A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, Biləsuvar şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından (əlyazma və elektron) X6 adı qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti sizə təqdim edilir. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-39-1/2-3522/2023 nömrəli məktubuna Biləsuvar şəhər sakinləri İddiaçı və X6 Nümayəndəliyin Təsərrüfat başına kitabından çıxarışın elektron variantının təsdiq olunmuş sürətlərini əlavə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Quliyeva X10 Rayon X12 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarını mübahisələndirir və iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edərək Cavabdehnə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsini xahiş edir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı mübahisələndirdiyi X12 qərarı ilə bdullayev Abdulla Hüseyn oğlunun mülkiyyətinə verilən torpaq sahəsini 1958-ci ildən istifadəsində olduğunu bildirsə də, bunu təsdiq edən, yəni torpaq sahəsinin ona və ya onun ailə üzvlərinə ayrıldığını təsdiq edən əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin Biləsuvar Rayon X12 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarının X7 aid olan hissədə aşkar olunmadığını, sənədlərin saxta yolla əldə edildiyini bildirmişdir. Bu istiqamətdə məhkəmə araşdırma aparmış və məhkəmə sorğularına cavab olaraq Biləsuvar Rayon X12 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı Biləsuvar rayon Dövlət Arxivində aşkar edilmişdir. Qərar əsasında verilən cədvəl və adlı siyahı isə "xxxx" MMC-nin arxivində aşkar edilmişdir. İddiaçı iddia ərizəsində gətirdiyi arqumentlərdən biri də torpaq sahəsinin üzərində anbar binası və digər tikililərin ona məxsus olduğunu bildirir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Biləsuvar rayon texniki inventarlaşdırma bürosu tərəfindən Biləsuvar şəhəri, 1 May küçəsi 19-da yerləşən anbar binası və digər tikililər, sahəsi 1284,4 kv.metrdir. Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 1001 nömrəli qərarı əsasında xx.xx.1997-ci ildən vətəndaş X6 adına qeydə alınmışdır. Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 1001 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Azərittifaq idarə heyətinin xx.xx.1995-ci il tarixli, 81 saylı qərarına əsasən Cavabdeh xx.xx.1995-ci il tarixli, 2-60 saylı sərəncamı ilə Biləsuvar şəhəri, Qaqarin küçəsi 25 saylı evdə yaşayan X2 köhnə anbar binalarının yerləşdiyi 4605, kv.m torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, iddiaçı qeyd etdiyi əsasları, eləcə də inzibati orqanın yanlış qərarlar qəbul etdiyini, yanlış inzibati icraat apardığını məhkəmə iclasında sübut edə bilməmişdir. Əksinə olaraq inzibati orqanlar tərəfindən yuxarıda qeyd edilən qərarların əsaslılığını təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisə predmet olan Biləsuvar Rayon X12 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı iddiaçı tərəfindən qanunvericilikdə qeyd edilən müddətlə bağlı şərtlər pozulmaqla 2023-cü ilin iyun ayında (məhkəməyə daxil olduğu vaxt), yəni uzun müddətdən sonra mübahisələndirmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı Biləsuvar Rayon X12 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı mübahisləndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən onların iddiası mümkün sayılmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən torpaq sahəsi X6 istifadəsində olmuşdur. İş materiallarına əlavə edilən tərəflər arasında 2019-cu ildən başlayan məhkəmə çəkişmələri də iddiaçının uzun müddətdir mübahisələndirdiyi qərardan məlumatlı olduğunu deməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 14 noyabr 2023-cü il tarixli, 2-1(120)-3283/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(120)-888/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-888/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-888/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver