Məhkəmə qərarları › İş №2-1(120)-89/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-89/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-89/2020 01.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Cəbrayıl rayonu, Mehdili kəndində yaşayış yeri üzrə qeydiyyatda olan)iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən 2017-ci ilin yanvar ayından ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən 2017-ci ilin yanvar ayından ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01.06.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, 06.07.1979-cu il tarixdə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuşdur. 1996-cı ildən 2016-cı ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə zabit kimi xidmət etmiş, 2016-cı ildə xəstəliklə əlaqədar ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlildir. Cəbrayıl rayon İcra Hakimiyyətinə ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin ödənilməsi barədə müraciət etmişdir. Cavabdeh onun müraciətinə cavab olaraq bildirmişdir ki, ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiya yaşayış yeri üzrə deyil, faktiki qeydiyyatda olduqları yer nəzərə alınmaqla ödənilir. Bu səbəbdən də ona 75 manat mənzil kirayəsi xərclərinin ödənişi mümkün ola bilər. Cavabdehin cavab məktubunda qeyd edilənlər əsassızdır. Belə ki, məktubda qeyd edilir ki, ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiya yaşayış yeri üzrə deyil, faktiki qeydiyyatda olduqları yer nəzərə alınmaqla ödənilir, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında bu haqda heç bir qeydiyyat aparılmamışdır. Hesab edir ki, o, Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21, mənzil 38-də 350 manat ödəməklə kirayədə yaşadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 1-ci yarımbəndinə (Bakı şəhərində-150 manat) uyğun olaraq mənzil kirayəsi xərclərinin ödənişi nəzərə alınmaqla ödənilməlidir. Ona görə də 2017-ci ilin yanvar ayından ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən ödənilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cəbrayıl rayon İcra HakimiyyətinəAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin 8-ci abzasına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılmış) təklifi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarı qəbul edilmişdir.Həmin qərara əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat. Eyni zamanda onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məlum hadisələrlə əlaqədar ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiya yaşayış yeri üzrə deyil, faktiki qeydiyyatda olduqları yer nəzərə alınmaqla proqnozlaşdırıldığndan Cəbrayıl rayonunda qeydiyyatda olan hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi xərcləri şəhər və rayon mərkərləri üzrə nəzərdə tutulmuş vəsait dairəsində (75 manat) ödənilir. İddiaçı müvafiq izahat verildikdən sonra o, tələb olunan sənədləri Cəbrayıl rayon İcra Hakimiyyətinə təqdim etmiş və 18.07.2019-cu il tarixdən başlayaraq onun özünə 75 manat, 2 nəfər ailə üzvünə isə həmin vəsaitin 50 faizi həcmində mənzil kirayəsi xərci ödənilir. Gələcəkdə Maliyyə Nazirliyi tərəfindən Cəbrayıl rayonunda qeydiyyatda olub, Bakı şəhərində kirayədə yaşayan hərbi qulluqçulara digər şəhər və rayon mərkəzləri kimi deyil, Bakı şəhəri üzrə kirayə xərci proqnozlaşdırılarsa, İddiaçı 150 manat mənzil kirayəsi xərci ödənilə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın, xəstəlik haqqında şəhadətnaməninvə kirayə müqaviləsinin surətlərini və Cəbrayıl rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 02.09.2019-cu il tarixli, 642 nömrəli imtina məktubu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəbrayıl rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 2-ci yarımbəndinə (başqa şəhər və rayon mərkəzlərində-75 manat) əsasən hüququnun yarandığı vaxtdan (01.01.2017-ci il tarixdən) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qeyd olunan hissədə qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16289539 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 06.07.1979-cu il tarixdə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş və Cəbrayıl rayonu, Mehdili kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 14.03.2017-ci il tarixli, EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 30 avqust 1996-cı il tarixdən 28 dekabr 2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət etmiş, hərbi rütbəsipolkovnik-leytenantdır, Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr 2016-cı il tarixli, 0858 nömrəli əmri ilə (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən istefaya buraxılmışdır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, İddiaçı 12.10.2017-ci il tarixdən ikinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin 11.12.2019-cu il tarixli, 195 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon sakini ehtiyatda olan polkovnik-leytenant İddiaçı 22.07.2000-ci il tarixdən 28.12.2016-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. AR Müdafiə nazirinin 08.12.2016-cı il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə əsasən (xəstəliyə görə) 28.12.2016-cı il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuş, 31.12.2016-cı il tarixdən SHXÇDX-nin Cəbrayıl rayon bölməsində hərbi qeydiyyatdadır. İşdə olan 01.06.2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, kirayə verən X1 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21, 38 nömrəli mənzili aylıq 350 manat olmaqla kirayəyə vermişdir. İşdə olan İddiaçı 13.07.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaşayış yeri üzrə ödənilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İşdə olan Cəbrayıl rayon İcra Hakimiyyətininin İddiaçı ünvanladığı 02.09.2019-cu il tarixli, 642 nömrəli nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən ödənilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cəbrayıl rayonu, Mehdili kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 22.07.2000-ci il tarixdən 28.12.2016-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, 08.12.2016-cı il tarixli əmr ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə əsasən (xəstəliyə görə) 28.12.2016-cı il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuş və 31.12.2016-cı il tarixdən SHXÇDX-nin Cəbrayıl rayon bölməsində hərbi qeydiyyatdadır. 18.07.2019-cu il tarixdən başlayaraq iddiaçıya 75 manat, 2 nəfər ailə üzvünə isə həmin vəsaitin 50 faizi həcmində mənzil kirayəsi xərci ödənilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eləcə də məhkəmə icraatında tərəflərin gətirdikləri dəlilləri araşdıraraq belə qənaətə gəlir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 2-ci yarımbəndinə (başqa şəhər və rayon mərkəzlərində-75 manat) əsasən hüququnun yarandığı vaxtdan (01.01.2017-ci il tarixdən) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 2-ci yarımbəndinə (başqa şəhər və rayon mərkəzlərində-75 manat) əsasən hüququnun yarandığı vaxtdan (01.01.2017-ci il tarixdən) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 2-ci yarımbəndinə (başqa şəhər və rayon mərkəzlərində-75 manat) əsasən hüququnun yarandığı vaxtdan (01.01.2017-ci il tarixdən) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsiilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar