Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-89/2024 06.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamın və bu sərəncam əsasında İmişli rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq icarəsi haqqında müqavilənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-89/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən İddiaçı hüquqi yardım edilmişdir. İddiaçı tərəfindən prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, həmin bu sərəncamlar ona İmişli rayon İcra Hakimiyyəti tərəfindən vaxtında təqdim edilməmişdir. O, bu sərəncamlardan yalnız "xxxx" MMC-nin ona və digər şəxslərə qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərkən xəbər tutmuşdur. O və digər şəxslər "xxxx" MMC-nin bu iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin bu sərəncamların ləğv edilməsi və İmişli rayon İcra Hakimiyyəti Başçısı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 40 saylı torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə ərizə vermişdilər. Lakin məhkəmə tərəfindən ilkin iddia təmin edilmiş və imişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1483/2021 saylı qətnaməsi ilə"xxxx" MMC-nin iddiası təmin edilmiş və onların həmin bu torpaq sahələrindən çıxarılması qət edilmişdir. Bu qətnamədən narazı qaldığı üçün Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və imişli rayon məhkəməsinin bu qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsində işə baxılan zaman onların qarşılıqlı iddia ərizəsi, yəni mübahisə predmeti olan sərəncamların ləğvi ilə əlaqədar iddianın Şirvan İnzibati Məhkəməsinə aid olması izah edilmiş və bununla əlaqədar inzibati məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmin vaxtda, yəni apellyasiya şikayətinin baxılması zamanı - 2021 -ci ilin oktyabr ayında bu barədə məlumat aldıqdan sonra hal-hazırki iddia ərizəsi ilə Şirvan nzibati Məhkəməsinə müraciət etmişdir. 2021 -ci ilə kimi ümumiyyətlə belə bir sərəncamın olmasından xəbərsiz olmuşlar. Belə ki, onunla İmişli RİH arasında torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixli 19 saylı müqavilə bağlanmış və bu müqavilənin müddəti 25 il üçün nəzərdə tutulmuşdur. Təbii ki, torpaq sahəsindən istifadə müddəti bitmədiyi üçün onlar belə bir qərarın qəbul ediləcəyini ağlına belə gətirmirdi. Yalnız 2021-ci ilin oktyabr ayında bu sərəncamların ləğvi ilə əlaqədar inzibati məhkəməyə müraciət etməli olması ona bildirildi. Ona görə də hesab edir ki, onun hal-hazırki iddia ilə bağlı məhkəməyə müraciət etməsi ilə əlaqədar iddia müddəti bərpa edilməlidir. “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 112 saylı və xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamlarının ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddətinin ötürülməsini üzürlü hesab edərək, həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sənəncamının surətindən görünür ki, "xxxx" MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınaraq və Cəmiyyətə kənd təsərrüfatı bitkilərinin əkilib becəsilməsi məqsədi ilə, rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, 97 saylı dövlət qış otlaq sahələrindən 2600,0 ha torpaq sahəsi ayrılıb icarəyə verilməsi qərara alınmışdır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sənəncamının surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının "İbrahim" K/M-nə (rəhbəri X8) 387,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 29 aprel 2000-ci il tarixli, 89 saylı sərəncamı, X6 205,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 29 iyul 2006-cı il tarixli, 179 saylı sərəncamı və 29 iyul 2006-cı il tarixli, 43 saylı icarə müqaviləsi, X1 68,0 ha otlaq sahəsinin icarəyə verilməsi 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamı və 23 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi, X4 50,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 17 mart 2009-cu il tarixli, 47 saylı sərəncamı və 17 mart 2009-cu il tarixli, 2 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmiş və cavabdehlər "İbrahim" K/M, X7, X2 və X3 həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsini xahiş edir. İddiaçı 2017-ci il tarixdən mübahisəli inzibati aktdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda İddiaçı qaldırdığı iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən sərəncam barədə 2017-ci il tarixdən məlumatlı olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sənəncamlarından məlumatlı olduğu vaxtdan 4 (dörd) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəmə icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə hüquqi yardım edərək qeyd etmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Çünki, həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrlərin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamların ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamların iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamların məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamlardan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Həmin sərəncamların iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən sərəncamları qəbul edildikdən sonra 4 ilə yaxın müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin sərəncamlar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, həmin bu sərəncamlar ona İmişli rayon İcra Hakimiyyəti tərəfindən vaxtında təqdim edilməmiş, bu sərəncamlardan yalnız "xxxx" MMC-nin ona və digər şəxslərə qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərkən xəbər tutmuşdur. Belə ki, o və digər şəxslər "xxxx" MMC-nin bu iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin bu sərəncamların ləğv edilməsi və İmişli rayon İcra Hakimiyyəti Başçısı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 40 saylı torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə ərizə vermişdilər. Lakin məhkəmə tərəfindən ilkin iddia təmin edilmiş və imişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1483/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilmiş və onların həmin bu torpaq sahələrindən çıxarılması qət edilmişdir. Bu qətnamədən narazı qaldığı üçün Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və İmişli rayon məhkəməsinin bu qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsində işə baxılan zaman onların qarşılıqlı iddia ərizəsi, yəni mübahisə predmeti olan sərəncamların ləğvi ilə əlaqədar iddianın Şirvan İnzibati Məhkəməsinə aid olması izah edilmiş və bununla əlaqədar inzibati məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmin vaxtda, yəni apellyasiya şikayətinin baxılması zamanı - 2021-ci ilin oktyabr ayında bu barədə məlumat aldıqdan sonra hal-hazırki iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. 2021-ci ilə kimi ümumiyyətlə belə bir sərəncamın olmasından xəbərsiz olmuşlar. Belə ki, onunla İmişli RİH arasında torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixli 19 saylı müqavilə bağlanmış və bu müqavilənin müddəti 25 il üçün nəzərdə tutulmuşdur. Təbii ki, torpaq sahəsindən istifadə müddəti bitmədiyi üçün onlar belə bir qərarın qəbul ediləcəyini ağlına belə gətirmirdi. Yalnız 2021-ci ilin oktyabr ayında bu sərəncamların ləğvi ilə əlaqədar inzibati məhkəməyə müraciət etməli olması ona bildirildi. Məhkəmə tərəfindən qeyd edilir ki, məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən sərəncamlar barədə məlumatlı olmamasına dair sübut təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya inzibati aktla bağlı hüquqi yardım edilmiş və İddiaçı məhkəmə iclasında 2017-ci il tarixdə "xxxx" MMC tərəfindən başqa torpaq sahəsi verilməsi vədi ilə aldadıldığını, bundan sonra mübahisəli torpaq sahəsindən aldanıb çıxdığını, "xxxx" MMC-nin ona digər hissədə verdiyi torpaq sahəsindən 2-3 il istifadə etdiyini, ona həmin torpaq sahəsini adına sənədləşdirilməsi ilə bağlı vədlərinə inanaraq bir müddət gözlədiyini, sonradan heç bir nəticə olmadığını görərək iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etdiyini, bundan sonra "xxxx" MMC tərəfindən verilmiş torpaq sahəsindən onu çıxarıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamları yəni, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamları en geci 2017-ci il tarixdən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamlardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə (zərf məhkəmənin dəftərxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur) məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarından məlumatlı olduğu vaxtdan 4 ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamların istər rəmi qaydada (poçt vasitəsi ilə), istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamları ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamların iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamların məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, 2017-ci ildən vaxtilə iddiaçının icarəsində olan sözügedən torpaq sahəsi üçüncü şəxsin icarəsinə verilmiş, sonuncu orada kanallar çəkmiş və s. işlər görərək əkinçilik üçün yararlı hala salmışdır. İddiaçının 4 ildən artıq müddətdə vaxtilə istifadəsində olmuş həmin torpaq sahəsində aparılan işlərdən məlumatsız olması həqiqətə uyğun hesab oluna bilməz. Çünki, işin halları və iş materiallarına əlavə edilmiş sənədlər iddiaçının cavabdehin mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarından həmin ildə məlumatlı olduğunu təsdiq edir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin qəbul etdiyi inzibati aktı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamış, məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürərək 4 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1022/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” tələbi barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-89/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-89/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver