Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-890/2025 16.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə barəsində tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunması və doğum haqqında akt qeydində yaranmış uyğunsuzluq və ziddiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə barəsində tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunması və doğum haqqında akt qeydində yaranmış uyğunsuzluq və ziddiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X23 ilə anası X2 faktiki nikah münasibətlərindən xx xxxx 2003-cü il tarixdə anadan olmaqla, hazırda yetkinlik yaşına çatmışdır. Cavabdehndə xx.xx.2006-cı il tarixdə barəsində 170 saylı doğum haqqında akt qeydi tərtib olunduğu halda, xx.xx.2007-ci il tarixdə rayon qeydiyyat şöbəsində təkrar olaraq 119 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, Ağcabədi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X15 onun atası olması faktı müəyyən olunmuş və xx.xx.2007-ci il tarixdə tərtib edilmiş doğum akt qeydinə uyğun olaraq xx.xx.2010-cu ildə 166 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Şəxsiyyət vəsiqəsi almaqla bağlı müraciət edərkən ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edilmişdir, o əsasa görə ki, qeydiyyat şöbəsində barəsində bir neçə doğum aktı qeydi vardır. Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi məktubla ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»nın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Təqdim olunmuş sənədlərdə uyğunsuzluq və ziddiyət olduğundan xx.xx.2006-cı il tarixdə Cavabdehndə barəsində tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyil, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh təşkilat qeyd edilən vəziyyəti bilə-bilə ona əsassız şəkildə imtina etmişdir. Hesab edir ki, Cavabdeh doğum akt qeydlərində düzəlişlərin edilməsi ilə bağlı müraciətinin təmin edilməməsi onun qanunvericiliklə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırır. Odur ki, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini, və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olmuş, X26, anası Əhmədova Pərvanə, Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, ev 59-da qeydiyyatdadır. xx.xx.2010-cu il tarixli, AZ-İİ№ 547510 nömrəli Doğum haqqında Şəhadətnamənin surətinindən gürünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. X4r, anası X5r. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-135-2024 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü ildə Ağcabədi şəhərində anadan olmuş, anası X5r. Bu barədə xx.xx.2006-cı il tarixdə Cavabdehndə 170 №-li doğum akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-135-2024 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü ildə Ağcabədi şəhərində anadan olmuş, X4r, anası X5r. Bu barədə xx.xx.2007-cı il tarixdə Cavabdehndə 119 №-li doğum akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-135-2024 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü ildə Ağcabədi şəhərində anadan olmuş, X4r, anası X5r. Bu barədə xx.xx.2010-cu il tarixdə Cavabdehndə 166 №-li atalıq haqqında akt qeydi tərtib olunmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, barənizdə xx.xx.2006-cı il tarixdə Cavabdehndə 170 saylı doğum haqqında akt qeydi tərtib olunduğu halda, xx.xx.2007-ci il tarixdə rayon qeydiyyat şöbəsində təkrar olaraq 119 saylı doğum haqqında akt qeydi tərtib edilmiş və xx.xx.2007-ci il tarixdə tərtib edilmiş doğum akt qeydinə uyğun olaraq xx.xx.2010-cu ildə 166 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt” qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İzah edirik ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2006-cı il tarixdə Cavabdehndə tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(017)-334/2010 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X18 qarşı atalığın müəyyən olunmasına və aliment tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh X15 xx xxxx 2003-cü il tarixdə anadan olmuş X10 və 27 aprel 2006-cı il tarixdə anadan olmuş X3 atası olması müəyyən edilmiş, doğum akt qeydiyyatı aparılarkən X10 və X1 Əliyev və Əliyeva kimi yazılmış, müvafiq qeydiyyatın aparılması Cavabdehnə tapşırılmış, azyaşlılar, xx xxxx 2003-cü il tarixdə anadan olmuş Əliyev (Əhmədov) Əvəz Bəxtiyar oğlunun yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 50 manat, 27 aprel 2006-cı il tarixdə anadan olmuş Əliyeva (Əhmədova) Tünzalə Bəxtiyar qızının yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 50 manat, cəmi hər ay 100 manat məbləğində pul vəsaiti cavabdeh X11 tutularaq, iddiaçı X12ma ödənilməsi və uşaqların yetkinlik yaşlarına çatana kimi alimentin bu qaydada tutulması 24 iyun 2010-cu il tarixdən başlanması qət edilmişdir. xx.xx.2007-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Əliyev (Əhmədov) Əvəz Bəxtiyar oğlu xx.xx.2003-cü ildə Ağcabədi şəhərində anadan olmuş, X4r, anası X5r. xx.xx.2006-cı il tarixli, 170 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X20 xx.xx.2003-cü ildə Ağcabədi şəhərində anadan olmuş, atası Əhmədov Bəxtiyar, anası X5r. xx.xx.2010-cu il tarixli, 166 nömrəli Atalığın müəyyən etmək haqqında akt qeydindən görünür ki, X10 atalıq müəyyən edildikdən sonra soyadı İddiaçı kimi qeydiyyatı aparılmışdır. Ağcabədi rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2003-cü ildə Ağcabədi şəhərində anadan olmuş və hal-hazırda Ağcabədi şəhəri, F.Əlizadə küçəsi ev 59-da qeydiyyatda olan İddiaçı, xx.xx.2016-cı il tarixdə Ağcabədi RPŞ-si tərəfindən AZE******** (FİN:xxxxxxx) seriya nömrəli ilkin şəkilsiz şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Lakin xx.xx.2019-cu il tarixdə həmin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. İddiaçı qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, arxiv sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Odur ki, göstərilən sənədlərin surətlərinin Sizə göndərilməsi mümkün olmamışdır. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər İnzibati Ərazi X16 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 150 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə barəsində tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunması və doğum haqqında akt qeydində yaranmış uyğunsuzluq və ziddiyyətlərinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işi ilə bağlı zərurətini nəzərə alaraq ünvan 4 ünvanda yaşayan xx.xx.2006-cı il təvəllüdlü X6 ailə tərkibi haqqında məlumat və sənədlərin təsdiq edilmiş sürətlərini Sizə təqdim edirik. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X13 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X13 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Elm və Təhsil Nazirliyi Məktəbəqədər X31 X29 Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2009-cu ildə Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin İ sinfinə daxil olmuş, xx.xx.2020-ci il tarixində isə adıçəkilən məktəbin Xİ sinfini bitirərək “E328488” nömrəli tam orta təhsil haqqında attestatı almışdır. Qeyd: Şagird tərəfindən məktəb üzrə tam orta təhsil haqqında attestat blanklarının verilməsi kitabına imza edilərək tam orta təhsil haqcında attestat təhvil alınmışdır, həmin şəxsin hər hansı bir təhsil haqqında sənədi məktəbdə qalmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X23, X8, İddiaçı, X14, X20 və X9 doğum haqqında akt qeydlərinin kserosurətləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X23 ilə X2 birgə nikah haqqında məlumat aşkar olunmamışdır. Eyni zamanda onuda bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı, X14, X20 və X9 ölüm haqqında məlumat aşkar olunmamışdır. Ağcabədi rayon X19 Hüquqi Şəxsin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2003-cü il tarixində Əhəmədova (Şirinova) X7 RMX PHŞ-nin Doğum şöbəsində doğuş həyata keçirməmişdir. Milli Arxiv İdarəsi Ağcabədi Rayon İcra Hakimiyyəti Ağcabədi Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 151 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Xəstəxanasının sənədləri Ağcabədi rayon Dövlət Arxivində 2001-ci ilə qədər mühafizə olunmaqdadır. Bu səbəbdə Əhmədova (Şirinova) Pərvanə Süleyman qızı barəsində 2003-cü və 2007-ci illərdə tərtib olunmuş sənədlər barədə sizə heç bir məlumat vermək mümkün olmadı. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydinin ləğv edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanun: 6.19. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Doğum haqqında akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə informasiya sistemi vasitəsilə elektron qaydada bildiriş göndərilir. 6.20. Doğum haqqında akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarəsində saxlanıldıqda, atalığın müəyyən edilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq idarəsi doğum haqqında akt qeydində müvafiq dəyişikliklərin edilməsi məqsədilə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə həmin qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə elektron qaydada bildiriş göndərir. Bildirişi alan orqan 1 (bir) iş günü müddətində doğum haqqında akt qeydində dəyişiklik edir, doğum haqqında akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün bildirişi elektron qaydada Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə ötürür. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi növbəti iş günü ərzində akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində dəyişiklik edir və bu dəyişiklik informasiya sistemində əks olunduqdan sonra atalığın müəyyən edilməsini qeydə almış qeydiyyat şöbəsi və konsulluq idarəsi doğum haqqında yeni şəhadətnamə verir. 6.21. Atalığın müəyyən edilməsinin qeydə alınması barədə uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına 5 gün müddətində məlumat verilir. 6.22. Atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinin 18-ci qrafasında göstərilir. Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” İİİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi qaydası
23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İnzibati icraat haqqında Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə barəsində tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunmasıdır, belə ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, bu haqda xx.xx.2007-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydi aparılıb, ata adı doğru göstərilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 166 nömrəli Atalığın müəyyən etmək haqqında aktın qedindən də görünür ki, X20 barəsində atalıq müəyyən edildikdən sonra soyadı İddiaçı kimi qeydiyyatı aparılmışdır. İddiaçı barəsində iki doğum haqqında aktın mövcudluğu qanunvericiliyin tələblərinə zidd olaraq onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə barəsində tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunmasını tələb etməkdə etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə İddiaçı barəsində tərtib olunmuş 170 saylı doğum haqqında akt qeydinin ləğv olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 68-ci , 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. Əliyev (Əhmədov) Əvəz Bəxtiyar oğlu barəsində tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 170 saylı doğum haqqında akt qeydinin ləğv olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Pərvanə Qurbanova