Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-891/2022 16.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Əlyusub oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 22 noyabr 2021-ci il tarixli, A-178-055 nömrəli məktubunun ləğv edilməklə, onun etibarsız sayılması və mənəvi ziyan” tələbinə dair iddianın mümkünlük məsələsinə 16 fevral 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənovanın ciddi qanun pozuntuları ilə tərtib etməklə, imzalayaraq ona göndərdiyi 22 noyabr 2021-ci il tarixli əsassız cavab məktubu, həqiqəti inkar edib, “ŞƏHİDLƏR BULAĞİ” açılışı tədbirində şəhidlərə qarşı ciddi bir bərabərsizliyi açıqlayaraq, bu gün şəhid valideynlərinə və doğmalarına qarşı ayrı-seçkiliyi gündəmə gətirməklə, Cavabdeh rəhbərliyinin və Milli Məclis deputat tələbkarlığının müdafiələrinə yönəldilməklə, əsaslı şikayətlərinə və ona qarşı böhtan xarakterli fikir ifadə edib, mövcud həqiqətlərin prosessual ört-basdır edilməsinə əsassız xidmət edərək, ədalətsiz və qanunsuz fikirlərin mahiyyəti tələbkarlığında barəsində qanuna zidd ittihamların barəsində yoğrulduğunu rəsmi açıqladığından, həmin məktubun ləğv edilməklə, onun etibarsız sayılmasını müəyyənləşdirən müvafiq məhkəmə qərarının çıxarılması; “ŞƏHİDLƏR BULAĞİ” açılışında Cavabdeh başçısı Rafik Cəlilovun və Azərbaycan Respublikası Milli Məclisin səlahiyyətli deputatı Elman Nəsirovun məntiqsiz çıxışlarındakı tələbkarlıq 3 (üç) nəfər şəhidlər adına inşa etdirilmiş bu bulaqda yalnız (bir) nəfər şəhidin, 2-ci Qarabağ savaşının iştirakçısı olmuş şəhid Rahid Cəfərovun adının vurğulanması və çıxış üçün onun atasına “Şəhidlər Bulağı” açılışı dövlət tədbirində söz verilməklə, digər 2 (iki) nəfər şəhidin, 1-ci Qarabağ savaşının iştirakçıları olmuş şəhid Alışov Teymurla, Eyvazov Ehtiramın adlarının keçirilən bu dövlət tədbirində qəsdli və qərəzli çəkilməməsi, onların valideynlərinə qərəzli söz verilməməsi, ciddi ayrı-seçkiliyin gündəmə çıxarılmasına səbəb olub, mənəvi baxımdan şəhid Alışov Teymurun anası olaraq, onun, həm də çoxsaylı ailə üzvlərinin mənəvi alçalmasını yaradaraq, mənəvi sarsıntıları və mənəvi əzabları onlara yaşatmaqla, şərəf və ləyaqətlərinin ləkələndiyini və mənəvi ziyan vurulması faktını məlum etdiyindən, onun zərərçəkmiş şəxs kimi tanınmağını müəyyənləşdirən müvafiq məhkəmə qərarını qəbul edib, ona və bütünlüklə onların ailələrinə 10.000 (on min) AZN məbləğində mənəvi ziyan vurulduğunu müəyyənləşdirən məhkəmə aktını çıxarmaqla, həmin ziyanın cavabdeh təşkilatdan alınaraq ona ödənilməsini təmin edən məhkəmə qərarının qəbul edilməsini; “ŞƏHİDLƏR BULAĞİ” açılışında dövlət tədbiri olaraq, əsaslı narazılıq şikayətində göstərilən fikirlərə ciddi tələbkarlıqla ciddi münasibət bildirib, Rafiq Cəlilov kimi səlahiyyətli İcra Başçısının və Elman Nəsirov kimi səlahiyyətli deputatın bu gün şəhidlik zirvəsinədək ucalmış ölməz əsgərlərimizin yad edilmələrinə diqqətsizlik göstərib, şəhidlərin adlarını əbədiləşdirən bu “XATİRƏ BULAĞİ KOMPLEKSLƏRİ”NİN açlışını açıqlayan Dələli kəndində toplantı keçirilməsi anında şəhid ayrı-seçkiliyinə qərəzli yol vermələri təmin edildiyindən, bu gün şəhid valideynlərinin də bərabərlik prinsipi üzrə tam dinlənilməməsi nəticəsi olaraq, onların VƏTƏN qarşısında borclarını yerinə yetirən övladları barədə bir tərəfdən sevinc və qələbə fikirlərini, digər tərəfdən övladlarının həyatda bu gün olmamaları nəticəsində ürək ağrıdan fikirlərini dinləmədən bu cür mərasimlərdə ədalətdən uzaq hərəkətlərə (hərəkətsizliyə) yol verildiyindən, məhz haqqında danışdığı bu məlum şəhidlərin valideynlərinin “XATİRƏ BULAĞİ KOMPLEKSİ”NİN açılışında çıxışlarına söz verilməməsi, onların dinlənilməsinə şərait yaradılmaması, “ŞƏHİDLƏR BULAĞİ” açılışı üzrə dövlət tədbirinin keçirilməsi anında fikirlərinin eşidilməməsinə imkan verilməməsi nəticəsində bu cür ayrı-seçkiliklərə yol verilməsinin qarşısı alınmaqla, əlbəttə, şəhid ailələrinə qarşı diqqətsizlik göstərən bu cür səlahiyyətli dövlət məmurlarının ciddi cəzalandırılmalarına ciddi önəm verib, bu məmurların müdafiəsində dayanan digər səlahiyyətli dövlət məmuru Elnarə Həsənova da tutduğu vəzifəyə hörmət etmədən, səlahiyyətli dövlət qulluqçusu olaraq, şəhid anası olaraq, məhz ona qarşı böhtan xarakterli 22 noyabr 2021-ci il tarixli imzaladığı məktubla onu əsassız ittiham edib, Cavabdeh başçısı Rafiq Cəlilovun və Elmar Nəsirov kimi deputatın müdafiəsində dayanaraq, əsaslı fikirlərini rədd etməsi, ədalətsizliyin ən yüksək zirvəsini göstərdiyindən, bu gün şəhidlərin xatirəsinə ciddi hörmətsizlik edərək, Cavabdeh başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətli müdir olduğunu unudub, bu vəzifənin sərbəstliyini rəsmi məktubla inkar edib, onu yox edərək, şəhid və valideyn ayrıseçkiliklərinə önəm verib, məhz görünən və görünməyən qüvvələrin maraqlarına xidmət etdiyindən, Elnarə Həsənovanın ciddi cəzalandırılmasını təmin edəcək müvafiq məhkəmə qərarının çıxarılmasını, “ŞƏHİDLƏR BULAĞİ” açılışı tədbirinin keçrilməsinə təşkilatçılıq edən bu şəxsin, Elnarə Həsənovanın bu cür ədalətsizlikləri gündəmə gətirən digər səlahiyyətli məmurları qapalı üslubda müdafiə edib, onların diqqətsizliyi və nəzarətsizliyi ucbatından əslində öz daxili inamı və məntiqsiz davranışlarında “ŞƏHİDLİK ZİRVƏSİNƏDƏK” ucalmış hər bir şəhidin ölməzliyinə hörmətlə yanaşmaması faktı, İcra Başçısı Rafik Cəlilovla, Millət Vəkili Elman Nəsirovun da belə ayrı-seçkiliyə qərəzli yol vermələri tələbkarlığını gündəmə gətirib, dövlət səviyyəsində keçirilən bu məlum tədbiri ciddi hörmətsizləşdirməklə, müəyyən edilmiş tədbir proqramından kənara çıxılaraq, ibtidai sinif müəllimi İbrahimov Aqilin ilk öncədən proqramla müəyyənləşdirilməmiş, qərəzlilik nümayiş etdirən çıxışlarından bəhərlənib, ayrı-seçkiliyi açıqlayan və geniş diapozanda ekranlaşdırılan belə çıxışlara yer verilməsi nəticəsi olaraq, bu gün məmur-deputat çıxışlarında da ayrı-seçkiliyə yer verilməsi, birmənalı yersiz, məntiqsiz çıxışların tələbkarlığında səlahiyyətli məmurların və Millət Vəkilinin əməli hərəkətlərdə açıqlanan şəhid ayrı-seçkilikləri ilə yanaşı, həm də, çoxsaylı valideyn, bacı-qardaş ayrı-seçkiliklərini də gündəmə gətirdiyidən, çoxsaylı bu ədalətsizliklərin aradan qaldırılması məqsədilə ədalətsizliyə xidmət edən məmur özbaşınalıqlarını aradan qaldırıb, hər bir şəhidin ölməz ruhuna yüksək hörmət hissi aşılanmasını, məhz ölməzliklərinə yüksək etik normalarla hörmət edilməsi hüququnun qanuni əsaslarla təminatlanması, belə toplantılarda nəinki onların, həm də, hər bir şəhid valideynlərinin ayrı-seçkiliklərinə son qoyulmasını təmin etməklə, bərabərlik prinsipinin gözlənilməsini, hər bir şəhidə və hər bir şəhid valideynlərinə yüksək qayğının dövlət səviyyəsində təmin edilməsini, şəhid anası olaraq onun timsalında çoxsaylı şəhid analarının gələcək bu cür ədalətsizliklərlə üzləşmələrinin qarşısının alınmasına nail olunması və ona qarşı edilən haqsızlıqlarda bu cür ürək ağrıdan, nəinki qanunsuz ittihamlarla, hətta mənəvi ittihamlarla da belə gələcək çoxsaylı valideynlərin üzüzə qalmalarının rədd edilməsi məqsədilə məhz bütün ayrı-seçkiliklərə son qoyulmasından ötrü məmur özbaşınalıqlarına yol verib, tədbirin keçrilməsinə lazımi nəzarəti təmin etmədiklərindən Cavabdeh başçısı Rafiq Cəlilovun və Millət Vəkili Elman Nəsirovun barəsində müvafiq Xüsusi Qərardadın çıxarılmasını həyata keçirib, səlahiyyətli bu şəxslərin hər biri barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına və Azərbaycan Respublikası Milli Məclis Aparatına göndərilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, bu gün Müzəffər Ordumuzla birlikdə Qarabağ uğrunda cəsarətli və mübariz gedən Haqlı hərb döyüşlərində erməni işğalçılarına və onları dəstəkləyən qüvvələrə qarşı səlahiyyətli Dövlət Başçısı İlham Əliyev Cənablarının apardığı “X10” düşməni təslim olmağa məcbur etməklə yanaşı, onların havadarlarını da susdurub, həm də Ali Baş Komandan olaraq Dövlət Rəhbərinin, nəinki hərb meydanında anoloqu olmayan müharibəni təcəssüm etdirib, Haqq və Ədalət uğrunda apardığımız bu müharibədə dünyanı heyran qoymuşdur, həm də siyasət meydanında anoloqu olmayan informasiya savaşını dünyaya beynəlxalq hüquq normalarının tələbkarlığında rəsmi bəyan edib, erməni işğalçılarını məhv edən Müzəffər Ordumuzun hər bir əsgəri və hər bir zabitini cəsarətli, qorxmaz döyüşçülər olduğunu göstərməklə, onların igidlik, mərdlik və qəhrəmanlıq göstərdiklərini də döyüş meydanında bəlli edərək, əlbəttə, Vətən qarşısında mərdliklə öz borclarını yerinə yetirib, Vətən və Torpaq sevgisi ilə aparılan bu savaşda Haqlı və Ədalətli müharibənin məlum nəticəsini 08 noyabr 2020-ci il tarixli Qələbə Zəfəri ilə əldə edilmiş hər bir uğurlu əməliyyatda da, birmənalı iştirakçı olan hər bir zabitlə yanaşı, həm də, hər sıravi əsgərin əvəzolunmaz zəhməti və xidmətləri olduğunu dünyaya məlum edib, dünyanın hər bir bölgəsində Haqlı Qələbəmizin əks səda doğurduğunu geniş açıqlayaraq, hətta, bu gün Azərbaycan Ordusunun hər bir əsgərinin döyüş meydanında Qəhrəmanlıq Səlnaməsini tarix kimi yazaraq dünyaya göstərmişdir. Əlbəttə, Vətən qarşısında öz borclarını yerinə yetirib, torpaqlarımızın azadlığı uğrunda düşmənlə aparılan bu savaşda belə bir Qəhrəmanlıq Səlnaməsini yoğuran hər bir əsgərə və hər bir zabitə hər bir bölgədə yüksək hörmət edilməli və şəhidlik zivəsinədək ucalmış hər bir əsgərin, hər bir zabitin adı fəxrlə, fəxarətlə, qürurla duyulub, onların ailə üzvlərinə, doğmalarına, həm də təmsil olunduqları kənd, qəsəbə və rayon sakinlərinə hörmətlə yanaşılaraq, heç bir ayrı-seçkilik qoyulmadan bu adların yad edilmələrini təmin etmək məqsədilə keçirilən mərasimlərdə, toplantılarda onların uca tutulmasına ciddi önəm verilməlidir. Bu gün təəssüflə qeyd edir ki, onun övladına qarşı – şəhid Alışov Teymura qarşı və digər başqa bir şəhidə qarşı Cavabdeh rəhbərliyində, hətta, deputat tələbkarlığında ciddi bir hörmətsizliyin canlı şahidi olduğundan, öz etiraz səsini ucaldıb, Ölkə Rəhbəri X8 və cənab İcra başçısı Rafiq Cəlilova da bu barədə narazılığını ifadə etmiş olsa da belə, bu hörmətsizliyin yaradıcı müəllifləri hələ də müəyyən edilməmiş və kimlər bunu etmişdirsə də onların cəzalandırılması da öz həllini tapmamışdır. Belə ki, Cavabdeh yeni başçısı Rafiq Cəlilovla Milli Məclisin səlahiyyətli deputatı Elman Nəsirov 05 oktyabr 2021-ci il tarxdə 3 (üç) nəfər şəhidin xatirəsinə tikilmiş – özlərinin və İcra Hakimiyyətinin maddi və mənəvi dəstəyi ilə məlum “X11”nin açılışı zamanı Cəlilabad rayonunun Dələli kəndində olduqları zaman kənd camaatı qarşısında çıxış edərkən, həmin şəhidlərin valideynləri və yaxınları qarşısında öz fikirlərini söylədikləri an, səlahiyyətli məmur və Millət Vəkili olaraq qeyri obyektivliyə və bərabərsizliyə yer verib, bitərəf mövqe nümayiş etdirməklə, 3 (üç) nəfər şəhidin adına inşa etdirilmiş “Şəhidlər Bulağı” kompleksində məruzə və çıxışları zamanı yalnız bir nəfərin, Rahid Cəfərovun adını çəkməklə, çıxış üçün də yalnız bir nəfər həmin şəhidin valideyninə - (atasına) söz verməsi, digər şəhidlərin - Alışov Teymurla, Eyvazov Ehtiramın adlarını çəkməməklə, kənd camaatı qarşısında onların valideynlərinə söz verilməməsi, ümumi halda şəhid ifadələrinin işlədilməsi nəticəsi olaraq, əslində həqiqətin və mövcud reallığın inkar olunduğunu bu toplantıda, rəsmi keçrilən bu mərasimdə açıqlayıb, məhz adları məlum olan bu şəhidlərin yad edilməsi naminə “Şəhidlər Bulağı” Kompleksinin açılışında bu cür ciddi hörmətsizliklərin rəsmi bəyan edilməsi, birmənalı şəkildə onların təhqir olunmasına gətirib çıxarmaqla, həm də, bu gün mənəvi sarsıntıları onlara yaşatmışdır. Bu mənada, məhz bu gün şəhid anası olaraq onun Azərbaycan Respublikası Prezidenti X8 və Cavabdeh yeni təyin edilmiş başçısı Rafiq Cəlilova ünvanlanmış narazılıq ərizəsinin Cavabdehndə Aparat adından danışaraq müzakirəsini aparan Cavabdeh başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova imzaladığı 22 noyabr 2021-ci il tarixli, A-178-055 saylı rəsmi məktubunu ona göndərməklə, ədalətsiz danışıqları və əsassız bir cavabı ilə düzgün olmayan məlumatları ona rəsmi sənədlə verib, əsaslı şikayətini rədd etməsi, heç də ədalətli görünə bilmədiyi kimi, qanuni və əsaslı da görünə bilməz. Bu, birmənalı şəkildə şəhid anası olaraq ona qarşı ciddi bir hörmətsizlik olub, onun əsaslı şikayətinin inkar edilməsi ilə ona qarşı böhtan və şər danışıb, onu bu cür təhqiramiz şəkildə ittiham etmək deməkdir. Əlbəttə, bu, yolverilməz olub, bu gün şəhidlərə qarşı ciddi hörmətsizlik və onların xatirəsinin “Şəhidlər Bulağı” açılışı ilə yad edilməsi yox, onlara münasibətdə, birmənalı şəkildə bu şəhidlərin bu cür səlahiyyətli məmurların mənaca kiçildilmiş və ayrıseçkiliyi açıqlayan məlum çıxışlarında, Cavabdeh başçısı Rafik Cəlilovun və Milli Məclisin səlahiyyətli deputatı Elman Nəsirovun maraqları üzərində, əlbəttə, formalaşan ədalətsizliyin rəsmi mərasimdə bu cür görünməsilə, heç də ədalətin və haqqın müdafiəsində, torpaqların azadlığı uğrunda igidlik və mərdlik göstərməklə, canlarını fəda etmiş bu şəhidlərin hər birinin xatirəsinin yad edildiyini deyil, əslində, “Şəhidlər Bulağı” adı verilmiş bu bulaq açlışında kənd camaatı ilə keçirilən toplantıda, nəinki həmin şəhidlərin sırasında ayrı-seçkilik salındığını bəlli edib, bir nəfər şəhidin - Rahid Cəfərovun adını dönə-dönə ifadə etmələri ilə formalaşan mərasimdə, hətta, onların valideynləri arasında da səlahiyyətli bu məmurların məlum çıxışları üzrə ayrı-seçkiliyin rəsmi bəyan edilməsi nəticəsi olaraq, adlarına “Şəhidlər Bulağı” Kompleksi tikilmiş bu bulaq açlışında digər şəhidlərin-Eyvazov Ehtiramla, Alışov Teymurun adlarının fərdi olaraq qərəzli aşıqlanmaması və onların valideynlərinə çıxış üçün bu toplantıda qəsdən söz verilməməsi, ilk öncə bu məmurların şəhidlərə, şəhid ailələrinə fərqli və qəsdli yanaşmalarını məlum etməklə, əlbəttə, bu qaydada, məhz sifarişli formada ciddi bir tələbkarlıqla da adları açıqlanmayan həmin şəhidlərin bu tezliklə unudulması olub, daha sonra da həm də, şəhidlərin doğma analarına, onların atalarına qarşı, bacı və qardaşlarına qarşı ciddi bir hörmətsizliyi nümayiş etdirmişdir. Əlbəttə, belə hal və mövcud reallıqda səlahiyyətli bu məmurların görünən məlum çıxışları, birmənalı ona dəlalət edir ki, adları açıqlanmayan həmin şəhidlərə və onların valideynlərinə, o cümlədən çoxsaylı doğmalarına qarşı ciddi bir hörmətsilik göstərməklə, məhz “Şəhidlər Bulağı” açılışında bu cür nümayiş etdirilən ədalətsizliklər məmur özbaşınalığına yol verildiyini bəlli edib, vəzifə məsuliyyətsizliyini bəyan edərək, bu cür məntiqsiz çıxışlarla hər birinin mənəvi sarsıntılara da məruz qoymaları, artıq bu mənada, həm də, bu gün şərəf və ləyaqətlərinin ləkələndiyini keçrilən tədbirin mahiyyəti tələbkarlığında gündəmə gətirib, onu əyani görüntülərlə məlum etmişdir desə, heç də səhv etmir. Bu, bir həqiqətdir. “Şəhidlər Bulağı” açılışında məlum görüntüləri əks etdirən video disk bu iddia ərizəsinə əlavə olunur. Bəli, dövlət qulluğunda səlahiyyətli vəzifəni icra edən Elnarə Həsənova imzaladığı 22 noyabr 2021-ci il tarixli ona ünvanladığı bu məktubunda; “Sizin Azərbaycan Respublikasının X13 Əliyevin və Cavabdeh başçısı cənab Rafiq Cəlilovun ünvanına daxil olmuş müraciətinizdə 05 oktyabr 2021-ci il tarixində Dələli kəndində şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı zamanı Rayon İcra Hakimiyyəti başçısının və deputat Elman Nəsirovun çıxışı zamanı Birinci və X9 arasında fərq qoyulduğunu bildirmiş və şəhid ailələrinə hansı səbəbə söz verilmədiyinin izahını istəmişsiniz” bu məlum fikirlərin rəsmi cavab məktubunda bu cür görünməsi və daha sonra da məntiqsiz şəkildə, həmin cavab məktubunda şəhid anası olaraq ona qarşı ittiham yönümlü əsassız fikirlərin bu məmur tərəfindən, məhz səlahiyyətli İcra başçısı Rafiq Cəlilovu müdafiə etmək məqsədilə; “Müraciət Rayon İcra Hakimiyyəti Başçısının Aparatında araşdırılmışdır. Araşdırmada şəhid ailələri və bulaq açılışı tədbirinin təşkilatçıları iştirak etmişlər. Məlum olmuşdur ki, açılış zamanı edilən çıxışlarda bütün şəhidlərin adları vurğulanmış və heç bir ayrı-seçkiliyə yol verilməmişdir” deyilməklə, əslində əsaslı şikayətinin mahiyyəti tələbkarlığının yox edilməsi, məntiqlə uzlaşmayan bu cür ədalətsiz cavabın ona verildiyini açıqlamış olsa da, daha sonra bu məktubun mətnində; “Nəzərə almağınızı xahiş edirik” məntiqsiz bu məzmunlu deyiliş, görəsən onlardan nəyin nəzərə alınmasını xahiş etmişdir ki, o da bunları nəzərə almalı olsun. Axı burada və bu cür mənəvi bir təhqirdə ona atılan böhtanda nəzərə alınmalı bir şey yoxdur. Bu və bu cür məntiqsiz cavab sadəcə adları açıqlanmayan şəhidlərin -Teymur və Ehtiramın ruhuna ciddi bir hörmətsizlik olub, onların valideynlərinə və doğmalarına qarşı diqqətsizlik kimi dərk edilməli olan qanunsuz hərəkət olmaqla, səlahiyyətli bu məmurların- İcra başçısı Rafiq Cəlilovla, Milli Məclisin deputatı Elman Nəsirovun həqiqətdən uzaq davranışlarından və ədalətsizliyə xidmət edən qanunun həzm edə bilmədiyi hüquqimənəvi baxışlarından xəbər verir. Çünki, bu gün, məhz ona münasibətdə, şəhid balası Alışov Teymura münasibətdə və digər şəhidə münasibətdə ədalətsizliyə və haqsızlıqlara yol verildiyi bəlli edildiyi üçün onda kənd sakini olaraq, məhz şəhid Teymur Alışovun doğma anası, həm də, iddiaçı olaraq, əsaslı şikayət, həm də iddia qaldırmaq zorunda qalır, ən azı ona görə ki, bu gün Qarabağ torpaqlarının azadlığı uğrunda 1-ci Qarabağ savaşında mərhum oğlu Alışov Teymurla, digər kənd sakini olmuş mərhum Eyvazov Ehtiram şəhidlik zivəsinədək ucalıb, kəndlərinin, rayonlarının və Azərbaycan Respublikasının fəxri kimi, ölməz, mərd və qəhrəman əsgəri kimi görünürlərsə, həm də, Qarabağ torpaqlarının azadlığı uğrunda 2-ci Qarabağ savaşında şəhidlik zirvəsinədək ucalmış Cəfərov Rahiddə kəndlərinin, rayonlarının və Respublikanın fəxri kimi, mərd, ölməz bir əsgəri kimi görünür. Belə halda, bunları bir-birindən ayırmaq və ayrı-seçkilik salmaqla, məhz 3 (üç) nəfər şəhidin adına inşa etdirilmiş bulağın açılışında yalnız bir nəfərin, şəhid Cəfərov Rahidin adını çəkməklə, çıxış üçün yalnız onun valideyninə söz verilməsi və digər şəhidlərin adlarının çəkilməməsi və onların valideynlərinə çıxış üçün söz verilməməsi, birmənalı şəkldə Cavabdeh başçısı Rafiq Cəlilovun ilk öncə özünə qarşı, daha sonra da tutduğu səlahiyyətli vəzifəyə qarşı ciddi bir hörmətsizliyini açıqlamaqla yanaşı, həm də, “X11”nin açılışında vəzifəli bu şəxsin ağ örpəyi açan məqamda adları məlum olub çıxışında, çıxışlarda adları qərəzli deyilməyən bu məlum şəhidlərə qarşı diqqətsizlik edib, onlara, həm də, onların valideynlərinə qarşı ciddi bir hörmətsizlik ifadə edilməsi, əlbəttə, bağışlanılmaz olub, ölməz şəhidlərin özlərinə qarşı bağışlanılması mümkün olmayan bir ədalətsizlikdir desə, heç də yanılmır. Belə bir ədalətsiz hərəkətlər və həzm edilməsi mümkün olmayan davranışlar səlahiyyətli deputat Elman Nəsirov kimi deputatın çıxışında da özünü göstərirsə, bu da Millət Vəkilinə heç də yaraşan hərəkət deyil. Belə ki, 05 oktyabr 2021-ci ildə “Şəhidlər Bulağı” Kompleksinin açılışında adlarından məlum olduğu kimi “Şəhidlər Bulağı” deyilişi, 1 bir nəfərin deyil, bir neçə nəfər şəhidin adını daşıdığından Elman Nəsirov kimi Millət Vəkilinə bu reallıq heç də o səlahiyyəti və o ixtiyarı vermirdi ki, bu gün mövcud reallığı danıb, kənd camaatı qarşısında keçrilən tədbirdə öz çıxışında da 1-ci Qarabağ savaşı ilə 2-ci Qarabağ savaşında həlak olmuş və şəhidlik zirvəsinədək uçalmış bu şahidlərə qərəzliliklə fərqli yanaşıb, qəsdli şəkildə də ayrıseçkilik salaraq, 1-ci Qarabağ savaşının şəhidləri olmuş şəxslərin adlarını deyil, yalnız və yalnız 2-ci Qarabağ savaşının şəhidi olmuş Rahid Cəfərovun adını çoxsaylı ifadə edib; “Rahidin adı ilə bağlı bulaq açılışına gəlmişik” deyib, daha sonra da; “Biz fəxr edirik ki, belə övlad dünyaya gətirmisiz” deməklə, həm də; “Gənc Rahidə oxşamaq istəyən, Sizin oğlunuza oxşamaq isyəyirik” sözlərini deyib, bütün halda Rahidi fərqli olaraq nümunə kimi göstərməsi və son anda da; “Sizin oğlunuz kimi şəhidlik zirvəsinə qalxan oğlumuz var” deyib, nəticə etibarı ilə bu gün 1-ci Qarabağ savaşında şəhid zirvəsinədək ucalmış bu şəhid övladının, Alışov Teymurun adının çəkilməməsi və kəndlərinin digər bir şəhidinin, Eyvazov Ehtiramın adının Millət Vəkilinin çıxışında ifadə edilməməsi bərabərlik prinsipinin ciddi və əhəmiyyətli pozulmasına dəlalət etməklə, məhz qəsdli və qərəzli münasibətlər hesabına “ŞƏHİDLƏR BULAĞİ” açılışında obyektivliyi yox edib, bu gün qeyri-obyektiv və ədalətsiz bir çıxışın məntiqində şəhid Teymur Alışova münasibətdə, nəinki şəhid anası olaraq onun şərəf və ləyaqətinə ciddi hörmətsizlik gətirib, mənəvi sarsıntıları ona yaşatmışdır, hətta, bütövlükdə onların ailə üzvlərinin hər birinə ciddi bir hörmətsizliyi gündəmə gətirib, ailələrinin hər bir üzvünü mənəvi sarsıntılara düçar etməklə, mənəvi əzabları və mənəvi sarsıntıları onlara yaşadaraq, mənəvi bir zərbəni onlara endirmişdir. Bu, qəbuledilməzdir. Birmənalı qeyd edir ki, Cavabdehndə Elnarə Həsənovanın araşdırması heç də ədalətli araşdırma kimi görünə bilmir, ən azı ona görə ki, bu günki 3 (üç) nəfər şəhidlərin adına bulağ açılışında, həm də, bu şəhidlərdən birinin- şəhid X2 adına olan Dələli kənd orta məktəbin müəllimlərinin, tarix müəllimi X7 ilə digər tarix müəllimi X3 bu şəhidlərin adına olan “ŞƏHİDLƏR BULAĞİ”NİN açılışı tədbirində çıxış üçün qabaqcadan hazırlanılması məktəb direktoru Bəşirov Raməddinin tələbkarlığı ilə onlara həvalə edilib, əslində bu işdə Cavabdeh Aparatından təşkilatçı olan məmur-Elnarə Həsənovanın özünə qarşı, təşkilatçısı olduğu bu tədbirə qarşı qanuna və ədalətə zidd hərəkətlərini məlum etmiş olsa da belə, əslində məlum toplantıda öncədən müəyyənləşdirilməklə, çıxış üçün məhz onlara, X4 və X1 veriləcəyinin qabaqcadan müəyyən edilməsinə baxmayaraq, bunların kənd camaatı qarşısında çıxışları ilk öncədən planlı görünsə də, əlbəttə, məhz onlara deyil, çıxış üçün söz verilməsi öncədən müəyyənləşdirilməmiş bir şəxsin, ibtidai sinif müəllimi İbrahimov Aqilə söz verilməməsi nəticəsi olaraq, özbaşına tribunaya qalxıb, əslində tədbirin təşkilatçısı Elnarə Həsənova ilə qurulmuş məqsədli və sifarişli iş birliyi üzərində tədbirin keçrilməsi məqamında tribunada çıxış üçün müəyyənləşdirilmiş məlum tərkibli bu müəllimlərin həmin şəxsdən, yəni, digər müəllimdən, oğlu Nümayəndə həyat yoldaşına, bütövlükdə ailə üzvlərinə əvvələr də hörmətsizlik nümayiş etdirən İbrahimov Aqilin bu gün tədbirdə qərəzlilik və haqsızlıq nümayiş etdirməklə, ölməz şəhidimizə, oğlu Alışov Teymura və digər şəhidə qarşı ədalətsiz mövqe seçməsi və “ŞƏHİDLƏR BULAĞİ” deyilən bu açılışda tədbirin sifarişli iştirakçısı və məruzəçisinə çevrilən ibtidai sinif müəllimi sayılan İbrahimov Aqildən xəbərləri olmadan kənd camaatı qarşısında onun özünün sifarişli yoğurub, sifarişli qurduğu qəsdli, proqramlı və məqsədli çıxışı ilə qərəzlilik nümayiş etdirməsi, yalnız bir nəfər şəhidin-Cəfərov Rahidin adına olan bulağ açlışını tədbirdə qərəzli qabartması heç də ədalətli görünə bilmədiyi kimi qanuni və əsaslı da görünə bilmir, ən azı ona görə ki, bu gün yol verilən ədalətsizliklər dövlət səviyyəsində keçirilən bu tədbirin mahiyyətini kiçiltməklə, burada qəsdli və qərəzli hərəkətlərə yer verildiyini rəsmi keçrilən tədbirdə bəlli etmişdir. Ona görə də bir daha hesab edir ki, bu ədalətsizliyin təşkilatçıları müəyyənləşdirilib, ciddi cəzalandırılmalı və hər bir şəhidimizin adını uca tutan hərəkətlərə həmişə və hər an ciddi önəm verilməklə, dövlət səviyyəli belə tədbirlərin mahiyyətinə heç bir zaman xələl gətrilməməlidir. Bu mənada hesab edir ki, onun şəhid övladının və digər şəhid balamızın bu cür “X6” açılışında adlarının qərəzli ifadə edilməməsi və şəhid adlarına fərq qoyulması, birmənalı ona dəlalət edir ki, həmin şəhidlərin toplantıda olan və olmayan yaxınlarına və doğmalarına qarşı ciddi bir hörmətsizlik edilmiş və barışılması mümkün olmayan bu ədalətsizlikdə, məhz ciddi təhqirlərə yol verilməklə, həmin şəhidlərin nəinki özlərinə qarşı, nəinki valideynlərinə və doğmalarına, hətta, kənd sakinlərinin qarşısında edilən çıxışlardakı məntiqsizlik hər bir şəhidə qarşı edilən bərabərsizliyin və hörmətsizliyin nümayiş edilməsilə yolverilməz ədalətsizlikləri bəlli edib, dövlət səviyyəsində keçirilən belə bir tədbirlə ədalətsiz çıxışların rəsmi bəyan edilməsi, qərəzli yol verilən bu ayrıseçkiliklərlə, şəhidlərə və onların valideynlərinə qarşı qeyri-obyektiv münasibət olduğunu bəyan edib, həm də, onların ciddi təhqir olunduğunu, həmin tədbirin mahiyyəti tələbkarlığında açıqlayaraq, bütövlükdə qeyri-obyektiv çıxışlar üzrə yer verilən bu cür hərəkətlərin və hərəkətsizliyin məlum görüntüləri bütün şəhidlərə qarşı ciddi bir hörmətsizliyi gündəmə gətirdiyindən əlbəttə, belə ədalətsizliklər qəbuledilməz olub, yolverilməz olduğundan, onların qarşısı qətiyyətlə alınmalıdır. İddiaçı göstərilənlərə əsaslanaraq, iddiasının təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi Nümayəndə Əlyusub oğlu gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Əlyusub oğlu bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisədə Cavabdeh inzibati orqan olsa da, hazırki mübahisə cavabdehin inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). İddiaçının mübahisələndirdiyi Cavabdeh 22 noyabr 2021-ci il tarixli, A-178-055 nömrəli məktubu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt hesab olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının “Cavabdeh 22 noyabr 2021-ci il tarixli, A-178-055 nömrəli məktubunun ləğv edilməklə, onun etibarsız sayılması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia bu hissədə mümkün sayılmamalıdır. İddianın “mənəvi baxımdan şəhid Alışov Teymurun anası olaraq, onun, həm də çoxsaylı ailə üzvlərinin mənəvi alçalmasını yaradaraq, mənəvi sarsıntıları və mənəvi əzabları onlara yaşatmaqla, şərəf və ləyaqətlərini ləkələndiyini və mənəvi ziyan vurulması faktını məlum etdiyindən, onun zərərçəkmiş şəxs kimi tanınmağını müəyyənləşdirən müvafiq məhkəmə qərarını qəbul edib, ona və bütünlüklə onların ailələrinə 10.000 (on min) AZN məbləğində mənəvi ziyan vurulduğunu müəyyənləşdirən məhkəmə aktını çıxarmaqla, həmin ziyanın cavabdeh təşkilatdan alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia bu hissədə cavabdeh qismində inzibati orqana qarşı yönəlsə də iddiaçı mənəvi ziyan (kompensasiya) tələbi ilə ilkin olaraq Cavabdehnə müraciət etməli, sonuncu bundan imtina etdiyi təqdirdə hazırki iddianı irəli sürə bilər. İddiaçı hazırki tələblə Cavabdehnə müraciət etməsini təsdiq edən sübutu iş materiallarına əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyan (kompensasiya) tələbi ilə bağlı Cavabdehnə müraciət etmədiyindən iddia bu hissədə də mümkün sayılmamalıdır. İddiaçının “şəhid anası olaraq, məhz ona qarşı böhtan xarakterli 22 noyabr 2021-ci il tarixli imzaladığı məktubla onu əsassız ittiham edib, Cavabdeh başçısı Rafiq Cəlilovun və Elmarın Nəsirov kimi deputatın müdafiəsində dayanaraq, əsaslı fikirlərini rədd etməsi, ədalətsizliyin ən yüksək zirvəsini göstərdiyindən, bu gün şəhidlərin xatirəsinə ciddi hörmətsizlik edərək, Cavabdeh başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətli müdir olduğunu unudub, bu vəzifənin sərbəstliyini rəsmi məktubla inkar edib, onu yox edərək, şəhid və valideyn ayrı-seçkiliklərinə önəm verib, məhz görünən və görünməyən qüvvələrin maraqlarına xidmət etdiyindən, Cavabdeh başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənovanın ciddi cəzalandırılmasını təmin edəcək müvafiq məhkəmə qərarının çıxarılması, eləcə də Cavabdeh başçısı Rafiq Cəlilovun və Millət Vəkili Elman Nəsirovun barəsində müvafiq Xüsusi Qərardadın çıxarılmasını həyata keçirib, səlahiyyətli bu şəxslərin hər biri barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına və Azərbaycan Respublikası Milli Məclis Aparatına göndərilməsi” barədə xahişinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu xahiş hüquqi mahiyyəti etibarilə prosessual vəsatətdir; Xüsusi Qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər; məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı işə baxılarkən isə, həmin şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin hallarla bağlı özünün həmin orqanlara müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 22 noyabr 2021-ci il tarixli, A-178-055 nömrəli məktubunun ləğv edilməklə, onun etibarsız sayılması və mənəvi ziyan” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-891/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-891/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver