Məhkəmə qərarları › İş №2-1(120)-891/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-891/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-891/2024 20.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “0.83 ha torpaq sahəsinin iddiaçıya qaytarılması və cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “0.83 ha torpaq sahəsinin iddiaçıya qaytarılması və cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Sonradan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddiasının “0.83 ha torpaq sahəsinin iddiaçıya qaytarılması” hissəsində tələbi mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, 1964-cü ildən 1969-cu ilə qədər R.Axundov adına sovxozda fəhlə işləmiş, 2001-ci ildə islahat gedərkən onun payına JN-1355 saylı Dövlət Aktı əsasında 0.83 hektar əkinə yararlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi əkin üçün vaxtlı vaxtında istifadə edilmiş və subsidiyanı da fermer kartı vasitəsi ilə vaxtlı vaxtında almışdır. Dövlət aktları yeniləndiyi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək yeni Dövlət Aktı tələb etdikdə idarədən ona rəsmi olaraq bildirildi ki, sənin JN-1355 saylı 0.83 hektar torpaq sahəsinin Cəlilabad AİK-nin xx.xx.2008ci il tarixli 1 saylı qərarı ilə başqa şəxsə verilmişdir. Qeyd edilənləri nəzərə alaraq 0.83 ha torpaq sahəsinin özünə qaytarılmasına və cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırır ki, İddiaçı 20 iyun 2022-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək Cəlilabad şəhərində yerləşən 0.666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport sənədini almaq üçün xahiş etmişdir. Sənədlərin ekspertizası zamanı məlum oldu ki, İddiaçı adı JN-1355 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X3 yazılmışdır. JN-1355 nömrəli dövlət aktı ləğv edilərək sözü gedən torpaq sahəsi Cəlilabad rayon AİK-nın xx.xx.2008-ci il tarixli 1 saylı qərarı ilə başqa vətəndaşa verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında' Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən 15 iyul 2022-ci il tarixdə **********90 saylı məktubla imtina edilmiş və sənədlərin əsli iddiaçıya qaytarılmışdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər X9 və X7 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin, üçüncü şəxslər X4 və X2 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddiasının “0.83 ha torpaq sahəsinin iddiaçıya qaytarılması” hissəsində tələbi mümkün sayılmamışdır. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddianın “cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, keçmiş R.Axundov adına təsərrüfatda torpaq islahatı ilə əlaqədar siyahı tərtib edilərək səhvən bəzi vətəndaşların adları həmin siyahıda 2 dəfə yazılmış, adları həmin siyahıya düşmüş, bəzi vətəndaşların soyadı və atasının adı səhv yazılmış, yaddan çıxan, Lakin qanuni torpaq payı almaq hüququ olan vətəndaşların adları torpaq payı alacaq subyektlərin siyahısına salınmamışdır. Ona görə də adları səhvən torpaq pay almaq hüququ olan subyektlərin siyahısına düşmüş İddiaçı və X4 adları texniki səhv nəticəsində torpay payı almaq hüququ olan subyektlərin siyahısına düşməyən vətəndaşlara çıxarılan torpaq mülkiyyətlərinin ərazisindən torpaq payları verilməsi qeyd edilmişdir. İş materiallarında olan JN-1355 KOD 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən 0,83 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-in məhkəmə təqdim etdiyi sənədlərə nəzər yetirilən zaman müəyyən olunur ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarına əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarının məzmununda dəyişiklik edərək keçmiş R.Axundov adına təsərrüfatda torpaq islahatı ilə əlaqəədar siyahı tərtib edilərək səhvən bəzi vətəndaşların adları həmin siyahıda 2 dəfə yazılmış, yaddan çıxan, lakin qanuni torpaq payı almaq hüququ olan vətəndaşların adları torpaq payı alacaq subyektlərin siyahısına salınmamışdır. Ona görə də adları səhvən torpaq payı almaq hüququ olan sibyektlərin siyahısına düşüm vətəndaşların adları, eləcə də İddiaçın adı (JN 1355 dövlət aktı üzrə) həmin siyahıdan çıxarılaraq qeyd edilən JN 1355 nömrəli dövlət aktı X4 adına tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi X4 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli kitabın 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX 8 saylı ərazi idarəsi tərəfindən xx.xx.2017ci il tarixdə X6 verilmiş **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi ona məxsus hissəsində alıcı X1. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı məlum oldu ki, İddiaçı adı JN-1355 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X3 yazılmışdır. Əlavə olaraq məlumat üçün bildiririk ki, JN- 1355 nömrəli dövlət aktı ləğv edilərək sözü gedən torpaq sahəsi Cəlilabad rayon AİK-nın xx.xx.2008-ci il tarixli 1 saylı qərarı ilə başqa vətəndaşa verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxanda göstərilən çştışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli ona qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi X2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli kitabın 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 5516/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X12 Komissiyası və ümumiyyətlə X15 Komissiyalarının qərarları mövcud olduğu gündən hal-hazırki vaxtadək 8 saylı Cəlilabad ərazi idarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-13023/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində JN-1355 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” deyil, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” aşkar edilmişdir. Aşkar edilmiş JN-1355 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 3 nömrəli protokolundan çıxarışın, R.Axundov adına sovxozun özəlləşdirilən torpaqlarından torpaq payı alacaq subyektlərin siyahısından X8 adı qeyd edilmiş hissədən çıxarışın surətini təqdim etmişdir. İş materiallarında olan Cəlilabad rayon Mənzil Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 118 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Cəlilabad şəhərinin Azərbaycan küçəsindəki 56 nömrəli binanın 02 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “0.83 ha torpaq sahəsinin iddiaçıya qaytarılması və cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş edir. İddiaçının tələbinin “0.83 ha torpaq sahəsinin iddiaçıya qaytarılması” hissəsi məhkəmənin qərardadı ilə mümkün sayılmadığından məhkəmə hal-hazırda tələbin “cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibət bildirir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, JN-1355 KOD 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən 0,83 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün X8 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi X4 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli kitabın 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX 8 saylı ərazi idarəsi tərəfindən xx.xx.2017ci il tarixdə X6 verilmiş **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi ona məxsus hissəsində alıcı X1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə müəyyən etdi ki, Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi X4 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli kitabın 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cəlilabad rayon notariat kontorunun xüsusi notariusunun xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX 8 saylı ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X6 verilmiş **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi ona məxsus hissəsində alıcı X1. Cəlilabad şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.6669 ha olan torpaq sahəsi X2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli kitabın 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması nəticəsində isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-in məhkəmə təqdim etdiyi sənədlərə nəzər yetirilən zaman müəyyən olunur ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarına əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarının məzmununda dəyişiklik edərək keçmiş R.Axundov adına təsərrüfatda torpaq islahatı ilə əlaqəədar siyahı tərtib edilərək səhvən bəzi vətəndaşların adları həmin siyahıda 2 dəfə yazılmış, yaddan çıxan, lakin qanuni torpaq payı almaq hüququ olan vətəndaşların adları torpaq payı alacaq subyektlərin siyahısına salınmamışdır. Ona görə də adları səhvən torpaq payı almaq hüququ olan sibyektlərin siyahısına düşmüş vətəndaşların adları, eləcə də İddiaçın adı (JN 1355 dövlət aktı üzrə) həmin siyahıdan çıxarılaraq qeyd edilən JN 1355 nömrəli dövlət aktı X4 adına tərtib edilmişdir. Qeyd olunan qərarın hal-hazırda qüvvədə olduğu müəyyən olunur. Qeyd olunanlarla bağlı iddiaçıya 18 aprel 2024-cü il tarixli, 2-1(120)-891/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq mümkünlük şərtləri izah edilmiş və qeyd edilmişdir ki, iddiaçı torpaq sahəsinin qaytarılması və ona çıxarış verilməsini xahiş edir. Lakin iddiaçı nəzərə almalıdır ki, ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarına əsasən ondan alınmışdır. Yəni Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarına əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarının məzmununda dəyişiklik edərək İddiaçın adı (JN 1355 dövlət aktı üzrə) həmin siyahıdan çıxarılaraq qeyd edilən JN 1355 nömrəli dövlət aktı X4 adına tərtib edilmişdir. Həmin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarı qüvvədə olduğu müddətdə qeyd edilən torpaq sahəsinə başqa şəxsin adına çıxarış verilmişdir ki, qərar və çıxarış ləğv edilmədən eyni torpaq sahəsinə yeni çıxarışın verilməsindən imtina etməkdə ƏMDK-nin yanında DƏDRX 8 saylı ərazi idarəsi haqlı olmuşdur. Hüquqi marağın torpaq sahəsinə mülkiyyət hüquqlarının əldə edilməyidisə iddiaçı ilk öncə inzibati orqanı düzgün müəyyən edərək (Cəlilabad rayon İcra Hakimiyyəti) Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarını ona aid olan hissədə mübahisələndirməlidir. Lakin araşdırma nəticəsində bugünə kimi qeyd edilən qərarın mübahisələndirilmədiyi və hal-hazırda da qüvvədə olduğu müəyyən edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X15 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X15 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X15 komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarı hal-hazırda qüvvədədir, belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya dəfələrlə hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün, eləcə də edilən hüquqi yardımlara iddiaçı tərəfindən verilən yazılı və şifahi izahatları ilə bağlı onunla müzakirə aparılmışdır. Lakin iddiaçı qeyd edilən hallarla bağlı izahların ona aydın olduğunu və son tələb dəqiqləşdirilməsi barədə ərizəyə uyğun qərar verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən pay torpağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar