Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-892/2020 22.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı (Cəlilabad rayonu, Ocağlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Dövlət X12 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X6 (Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi, ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X12 Cəlilabad rayon şöbəsinə qarşı işlədiyi illəri və təhsil aldığı müddəti sosial sığorta stajı kimi nəzərə almaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Cəlilabad rayonu, Ocağlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X12 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə kimi Cəlilabad rayon Prişib 108 saylı X18 məktəbində təhsil almaqla 04 ay 11 gün, xx.xx.1973-cü il tarixdən xx.xx.1981-ci il tarixə kimi Cəlilabad rayon keçmiş 1 May adına sovxozda 08 il, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Cəlilabad rayon keçmiş 1 May adına sovxozda 13 il 06 ay, xx.xx.1995-ci il tarixdən xx.xx.1997ci il tarixə kimi Cəlilabad rayon keçmiş 1 May adına sovxozda 02 il, 03 ay 28 gün, xx.xx.1999cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi Biləsuvar rayon X2 02 il işləyərək, təhsil almağı və müxtəlif sahələrdə işləməklə ümumilikdə 26 il 02 ay 09 gün iş stajını sosial sığorta stajı kimi müəyyən edərək cavabdehin üzərinə xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış olan fərqin birdəfəyə ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, işlədiyi illəri və təhsil aldığı müddəti sosial sığorta stajı kimi nəzərə almaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci ildə Cəlilabad rayonu, Ocaqlı kəndində anadan olmuş, hal-hazırda həmin ünvanda yaşayır. xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə kimi Cəlilabad rayon Prişib 108 saylı X18 məktəbində təhsil almaqla 04 ay 11 gün, xx.xx.1973-cü il tarixdən xx.xx.1981-ci il tarixə kimi Cəlilabad rayon keçmiş 1 May adına sovxozda 08 il, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Cəlilabad rayon keçmiş 1 May adına sovxozda 13 il 06 ay, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Cəlilabad rayon keçmiş 1 May adına sovxozda 02 il, 03 ay 28 gün, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi Biləsuvar rayon X2 02 il işləyərək, təhsil almağı və müxtəlif sahələrdə işləməklə ümumilikdə 26 il 02 ay 09 gün iş stajı olmuşdur. Yaşa görə əmək pensiyası almaq üçün xx.xx.2020-ci il tarixdə Dövlət X12 Cəlilabad rayon şöbəsinə Dövlət X12 Cəlilabad rayon şöbəsinə müraciət etmiş, onun yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yəni xx.xx.2019-cu il tarixdən hüququ yaranmışdır. Onun 26 il 02 ay 09 gün iş stajı olmağına baxmayaraq ona Dövlət X12 Cəlilabad rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********6 saylı imtina məktubu verilmişdir. Ona hazırki qanunu tətbiq etməklə yaşa görə əmək pensiyasının düşmədiyini və işlədiyini təsdiqləri barədə əmək kitabçasının olmadığını bildirilmişdir. Dövlət X12 Cəlilabad rayon şöbəsi ona imtina məktubu göndərmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X12 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cəlilabad rayonu, Ocağlı kənd sakini İddiaçı xx.xx.1955-ci ildə Cəlilabad rayonu, Ocağlı kəndində anadan olmuşdur. Vətəndaşın yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdən yaranır. Vətəndaşın işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyindən və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Cəlilabad rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli, 47 nömrəli arxiv arayışını, Biləsuvar rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli, 52 nömrəli arayışını, Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk X3 M.Mürsəlov adına X11 xx.xx.2020-ci il tarixli, 08 nömrəli arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X8 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2019-cu il tarixdə 64 yaşı (x xxxx 2018-xx xxxx 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06006332 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Ocağlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 47 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1981-1997-ci illərdə Cəlilabad rayon keçmiş 1 May adına sovxozunda işləmişdir. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 52 nömrəli arayışından görünür ki, İddiaçı 1999-2000-ci illərdə Biləsuvar rayon X2 işləmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk X3 M.Mürsəlov adına X11 xx.xx.2020-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, 1955-ci ildə anadan olmuş İddiaçı həqiqətən Prişib 108 nömrəli X18 Məktəbində (hal-hazırda X16 adlanır) xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək “3-cü dərəcəli sürücü” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Dövlət X12 Cəlilabad rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunla tələb olunan sığorta stajı əmək kitabçasına əsasən təsdiq edilir. İşlədiyi illərin əmək kitabçasında qeyd olunmadığından şöbədə fəaliyyət göstərən əmək pensiyası təyin edən komissiyanın xx.xx.2020-ci il tarixli, 201 nömrəli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilməsinə imtina edilmişdir. İşdə olan Dövlət X12 Cəlilabad rayon şöbəsinin pensiya sektorunun müdiri Əzizov Rövşən Oktay oğlunun, pensiya sektorunun məsləhətçisi X1 və Cəlilabad rayon Dövlət Arxivinin müdiri X4 iştirakları ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 127 nömrəli arxiv arayışı yerində yoxlanılmış, əmrlər kitabları ilə əmək haqqı cədvəlləri ilə üzləşdirilmiş, yoxlama zamanı heç bir kənarlaşma faktları aşkar olunmamışdır. İşdə olan Dövlət X12 Cəlilabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubunda Cəlilabad rayonu Ocağlı kənd sakini İddiaçı xx.xx.1955-ci il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində anadan olmuşdur. Vətəndaşın yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdən yaranır. Vətəndaş xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə kimi təhsil almaqla 4 ay 11 gün, xx.xx.1973-cü il tarixdən xx.xx.1981-ci il tarixə kimi 8 il, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi 13 il 6 ay, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi 2 il, 3 ay 28 gün, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi 2 il işləməklə təhsil və müxtəlif sahələrdə işləməklə ümumilikdə 26 il 2 ay 9 gün sığorta stajı qazanmışdır. Vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmasına baxmayaraq işlədiyi dövrlər əmək kitabçasına qeyd edilmədiyindən və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin rədd edilməsini qeyd etmişdir. İşdə olan Dövlət X12 Cəlilabad rayon şöbəsinin pensiya sektorunun müdiri Əzizov Rövşən Oktay oğlunun, pensiya sektorunun məsləhətçisi X1 və Cəlilabad rayon Dövlət Arxivinin müdiri X4 iştirakları ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 1 May sovxozunda iş stajı xx.xx.1981-ci ilə kimi 8 il təsdiq edilmiş, xx.xx.1994-cü il tarixli, 106 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1995-ci il tarixli, 04 nömrəli əmrlə işə qəbul olunmuş, xx.xx.1996-cı il tarixli, 01 nömrəli əmrlə müqavilə yolu ilə icarəyə buraxılmış, xx.xx.1997-ci il tarixli, 22 nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 174 nömrəli məktubunda ünvan 7ühafizə olunan 1 May sovxozunun xx.xx.1981-ci il tarixli, 01 nömrəli iş stajı barədə protokolun surətindən görünür ki, İddiaçı 8 il iş stajı qeyd olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının iş illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2020-ci il tarixli, 47 nömrəli arxiv arayışını və xx.xx.2020-ci il tarixli, 52 nömrəli) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 47 nömrəli və Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 52 nömrəli arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1981-ci il tarixə kimi, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Cəlilabad rayon keçmiş 1 May adına sovxozunda və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi Biləsuvar rayon X2 işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan başqa, iddiaçının Prişib 108 nömrəli X18 Məktəbində (hal-hazırda X17 adlanır) xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək “3-cü dərəcəli sürücü” ixtisası üzrə tam kurs keçdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: İddiaçının kurs keçdiyi müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilib-edilməməsi məsələsidir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışlarındakı iş illəri və təhsil aldığı müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı arxiv arayışlarındakı iş illəri və təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə almaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət X12 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı arxiv arayışlarındakı iş illəri və təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə almaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət X12 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-892/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-892/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver