Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-892/2023 14.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın arxasındakı ərazidən sahəsi 300 kv.m olan torpaq sahəsinin onun daimi istifadəsinə ayrılması barədə qərar qəbul etmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (həcmini azaldaraq) “cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X8 veteranıdır, qazisidir, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənlə vuruşaraq sağlamlığından məhrum olunmuş, 3-cü qrup əlilliyi var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün Cavabdehnə ərizə ilə müraciət edərək, ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə torpaq sahəsinin ayrılmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məktubda qeyd olunur ki, qeyd olunan əraziyə baxış keçirilmiş və Şirvan şəhərinin baş planına əsasən ərazinin yaşıllaşdırma sahəsinə düşdüyü qeyd olunmuşdur. İlk növbədə məktubda qeyd olunan halların mövcudluğu əsaslandırılmamış və bununla bağlı məktuba mötəbər sübutlar əlavə edilməmişdir. Həmin ərazinin yaşıllıq zonasınm təsdiq edən sənəd ona təqdim edilməmişdir. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən bu məsələ ətraflı və obyektiv araşdırılmalı idi. Ona görə də məhkəmə araşdırılması zamanı bu məsələlər mütləq ətraflı və hərtərəfli araşdırılmalı, ona uyğun qərar qəbul edilməlidir. Cənab Prezidentimiz şəhid ailələri və qazilərlə keçirdiyi hər tədbirdə qazilərə şərait yaradılmasını, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülməsini daim dövlət məmurlarının diqqətinə çatdırır. Lakin bu tədbirlərin görülməsini hazırkı halda onlar müşahidə eləmirlər. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinasının heç bir qanuni və faktiki əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 17 ünvanda yerləşən binanın arxasındakı ərazidən sahəsi 300 kv.m olan torpaq sahəsinin iddiaçının daimi istifadəsinə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50.000 manat məbləğində maddi və mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsi’’ tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçınin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə müraciət edərək iddia tələbini dəyişdirərək “cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi” kimi iddia tələbi ilə müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş iddianı əsassız hesab edərək qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı ona dəymiş real maddi zərərlə əlaqədar hər hansı bir bir sübut təqdim etməmişdir. Bundan əlavə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3.11.2008-ci il tarixli 7 nömrəli Qərarının 8-cı bəndinə əsasən “Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, ona dəymiş mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması haqqında hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə mənəvi zərərin ödənilməsi miqdarı və qaydası isə hər bir konkret halda məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, İddiaçı Cavabdeh tərəfindən ona maddi və mənəvi zərərin vurulması ilə bağlı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin, iştirakınızla baxış keçirilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmasını istədiyiniz torpaq sahəsinin yaşıllıq zolağına düşməsinin sənədi haqqında məlumat verilməsinə dair ərizənizə Cavabdehndə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir. Təkrar olaraq bildiririk ki, Şirvan şəhəri, N.Nərimanov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması ilə bağlı əvvəlki müraciətinizlə əlaqədar olaraq sözügedən yerdə tərəfimizdən araşdırma aparılmış və həmin torpaq sahəsinin ayrılması, yuxarıda göstərilən qərara əsasən təsdiq edilmiş Şirvan şəhərinin Baş planında yaşıllıq zolağına düşdüyü üçün məqsədəmüvafiq hesab edilməmişdir. Məlumat üçün bildiririk ki, qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarənizə və ya mülkiyyətinizə ayrılması məqsədilə “X6” X17 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edə bilərsiniz. İş materiallarında olan X2 Elçin Əskər oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 04/26 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Şirvan şəhəri, N.Nərimanov küçəsi, 11 saylı yaşayış binasının arxasındakı ərazidən sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması barədə müraciətlərinizlə əlaqədar Cavabdeh Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerində (naturada) baxış keçirilmişdir. Qeyd olunan torpaq sahəsi Şirvan şəhərinin Baş Planında yaşıllıq zolağına düşdüyü üçün sahibkarlıq məqsədəilə ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Bələdiyyəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-38/2-00014/2023 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Şirvan şəhəri Şirvan Bələdiyyəsinin hüdudları daxilində yerləşən N.Nərimanov küçəsindəki 17 saylı binanın yaxınlığındakı 0.03 ha və S.Zeynalov küçəsindəki 0.01 ha torpaq sahələri ilə əlaqədar X4 X7 əsasən məlumat verilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, tərəfinizdən təqdim olunmuş koordinatlar əsasında tərəfimizdən X4 X7 əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid yararsız torpaq sahələridir. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində aşağıdakılar bildirilmişdir: o, X8 veteranıdır, qazisidir, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənlə vuruşaraq sağlamlığından məhrum olunmuş, 3-cü qrup əlilliyi var. X18 Əliyevin və onun siyasi kursunun layiqli davamçısı X10 Əliyevin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan irəli gələrək imzaladığı sərəncamlara və onlara təyin etdiyi imtiyazlara əsaslanaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün Cavabdehnə ərizə ilə müraciət edərək, ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022 tarixli məktubu ilə heç bir faktiki sübut təqdim edilmədən torpaq sahəsinin ayrılmasından imtina edilmişdir. Sizin torpaq sahəsinin ayrılmasından imtina etməyiniz nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, ayrılacaq torpaq sahəsində o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıydı və kifayət qədər gəlir götürə bilərdi. Ona görə də tərəfinizdən mənə maddi ziyan vurulmuşdur. Bundan əlavə, qanunsuz hərəkətləriniz nəticəsində mən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam, bu isə mənim vaxtımın əsassız olaraq alınmasına və stress, mənəvi sarsıntı yaşamağıma səbəb olmuşdur. Mən, müharibə əliliyəm, ölkəmizin bütövlüyü uğrunda sağlamlığımı itirmişəm, dövlət orqanının müharibə əlilinə və müharibə veteranına bu növ dəyərsiz və qanunsuz hərəkətləri mənə yalnız mənəvi iztirab verir. Ona görə də hesab edirəm ki, mənəvi ziyanın əvəzi də Sizin tərəfınizdən mənə ödənilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinin tələbinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyı) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafıq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, qanunsuz hərəkətləriniz nəticəsində dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın mənə ödənilməsi üçün tədbirlər görülməsini xahiş edirəm. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 25/9 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Sizin dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair ərizənizə Cavabdehndə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, şəhər icra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1476 nömrəli məktubunda istinad etdiyimiz məlumatların mənbəyi göstərilmişdir. Xatırladırıq ki, Sizə ayrılmasını tələb etdiyiniz torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı”dır. Bu məlumatlar məxfi deyil. Siz və ya istənilən Azərbaycan Respublikasının vətəndaşı internetdən istifadə etməklə “e-qanun.az” veb saytında və ya X1 (Google, Yandex və sair) “Şirvan şəhərinin Baş planı” yazmaqla məlumatları əldə edə bilər. Təkrar olaraq bildiririk ki, sözügedən torpaq sahəsi Şirvan şəhərinin Baş planı yaşıllıq ərazilərin sxeminə məhəllədaxili yaşıllıq kimi daxil edilmişdir. Bu səbəbdən torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikintisi altına ayrılması məqsədəmüvafiq deyil. Hesab edirik ki, Azərbaycan Respublikasının vətəndaşları üçün açıq olan, yuxarıda göstərilən torpaq sahəsi haqqında bu məlumatların Sizə verilməsi ilə qanunsuz hərəkət edilməmiş və bununla Sizə maddi və mənəvi ziyan vurulmamışdır. Sonda tövsiyə edirik ki, qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarənizə və ya mülkiyyətinizə ayrılması məqsədilə Şirvan Bələdiyyəsinə və ya “X6” X17 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət etməyiniz məqsədəmüvafiqdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı X8 veteranı və qazisi olmaqla, 3-cü qrup əlildir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün Cavabdehnə ərizə ilə müraciət edərək, ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, lakin Cavabdeh Şirvan şənəri, N.Nərimanov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona torpaq sahəsinin ayrılması ilə bağlı müraciətilə əlaqədar olaraq sözügedən yerdə tərəflərindən araşdırma aparıldığını və həmin torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı”da yaşıllıq zolağına düşdüyü üçün ona həmin ərazidən torpaq ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. Lakin iddiaçı hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Bələdiyyəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-38/2-00014/2023 saylı məktubuna istinad edərək, ona sahibkarlıq məqsədilə ayrılmasını tələb etdiyi torpaq sahəsinin X4 X7 əsasən sözügedən torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid yararsız torpaq sahələri olduğunu, bununla da Cavabdeh tərəfindən ona lazımi qaydada araşdırma aparılmadan əsassız olaraq imtina verildiyini, həmin imtina nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini, belə ki, ona ayrılacaq torpaq sahəsində o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıydı və bu müddət ərzində kifayət qədər gəlir götürə bilərdi. Eyni zamanda onun vaxtının əsassız olaraq alınmasına görə, stres və mənəvi sarsıntı keçirmişdir. Ona görə də hesab edir ki, ona dəymiş maddi ziyanla yanaşı, mənəvi ziyanın əvəzi də cavabdeh tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iş materiallarında olan həm cavabdeh, həm də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə münasibətdə qeyd edir ki, Cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ayrılmasını tələb etdiyi torpaq sahəsinin “Şirvan şəhərinin Baş planı”nda həmin torpaq sahəsi yaşıllıq zolağına düşdüyü üçün sahibkarlıq məqsədilə ayrılması məqsədəmüvafiq hesab edilməmiş, qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarəsinə və ya mülkiyyətinə ayrılması məqsədilə “X6” X17 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edə biləcəyi iddiaçıya bildirilmişdir. Lakin hazırda isə iddiaçının sahibkarlıq məqsədilə ayrılmasını tələb etdiyi torpaq sahəsinin “X4 X11”nə əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid yararsız torpaq sahələri olduğu müəyyən edilmiş, lakin yenə də bələdiyyə tərəfindən iddiaçıya qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarəsinə və ya mülkiyyətinə ayrılması məqsədilə “X6” X17 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edə biləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, iddiaçı hazırda mövcud qanunvericiliyin tələbinə uyğun olaraq “X6” X17 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak etmək üçün müraciət etmiş və onun müraciətinə əsasən hazırda ona torpaq sahəsinin ayrılması ilə bağlı müəyyən prosedurlara başlanılmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunsuz sayıldığı halda, iddiaçıya bu hərəkətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi mümkün ola bilər. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqan Cavabdeh qanunsuz hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddia tələbini “maddi ziyan” hissəsində əsaslı saymır. İddia tələbinin digər – “mənəvi zərərin ödənilməsi” hissəsinə gəldikdə isə, gəldiyi bu qənaətə uyğun olaraq məhkəmə, iddiaçının “mənəvi ziyan” tələbini də əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə işin bu halını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçıya mənəvi zərərin vurulmasına dair mülki hüquq pozuntusu mövcud olmamışdır. Ona görə də iddia tələbinin “mənəvi zərərin ödənilməsi”nə dair hissəsi də əsassız sayılmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh orqanın lazımi qaydada araşdırma aparılmadan əsassız olaraq ona torpaq sahəsinin verilməsindən imtina edildiyini, həmin imtina nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini iddia etdiyindən, iddiaçıya torpaq sahəsinin ayrılmaması ilə bağlı cavabdeh orqanın hərəkətləri isə qanunauyğun olduğundan, bunun nəticəsində iddiaçıya hər hansı bir maddi və mənəvi ziyanın vurulması istisna edildiyindən iddia tələbləri rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-892/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-892/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver