Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-894/2020 15.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x8, iddiaçı x4 (Sabirabad rayonu, Yolçubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Dövlət x20 Sabirabad rayon şöbəsinin nümayəndəsi Şövkətov Mustafa Şahzadə oğlunun (Sabirabad rayonu, Əhmədabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı x4cavabdeh Dövlət x20 Sabirabad rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı x9 27.01.1963-cü il tarixdə doğulmuş, Sabirabad rayonu, Yolçubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət x20 Sabirabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 25 fevral 2020-ci il tarixli, **********3 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işlədiyi illər sığorta stajı kimi hesablanaraq ona sağlamlıq imkanları məhdud xəstə uşağa qulluğa görə əmək haqqına uyğun hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iddiaçı x9 iddia tələbini dəyişərək, 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda əmək iştirakı normasına görə faktiki iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09.05.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı x9 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Lakin işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. Sabirabad rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək qeyd etdiyi dövrlərdə işləməyinə dair arxiv arayışı almışdır. Sağlamlıq imkanları məhdud x11 anadangəlmə qüsurlu olmaqla 1-ci qrup əlildir. Sağlamlıq imkanları məhdud övladına uşaqlıqdan hal-hazıra qədər qulluq etmiş və bu müddət ona sığorta stajı kimi hesablanmışdır. Dövlət x20 Sabirabad rayon şöbəsinə müraciət edərək sağlamlıq imkanları məhdud xəstə uşağa qulluğa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, Dövlət x20 Sabirabad rayon şöbəsi ona sağlamlıq imkanları məhdud xəstə uşağa qulluğa görə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət x20 Sabirabad rayon şöbəsinin nümayəndəsi Şövkətov Mustafa Şahzadə oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, 08 oktyabr 2010-cu il tarixli, 4027 saylı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1ci hissəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Sabirabad rayonu, Yolçubəyli kənd sakini x9 yaşa görə əmək pensiyasının təyin olunması üçün Sabirabad Regional “Asan xidmət” mərkəzinə müraciət etmişdir. Lakin onun xəstə uşağa qulluğu staj kimi nəzərə alınsada Sabirabad rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli, 15 nömrəli arxiv arayışına əsasən 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda olan sığorta stajı əmək kitabçasında qeyd edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən İddiaçı sağlamlıq imkanları məhdud xəstə uşağa qulluq etdiyi üçün yaşa görə əmək pensiyası hüququ 56 yaş 6 ayından yaranır. Ona yaşa görə əmək pensiyasının təyin olunması üçün 25il sığorta stajı tələb olunur. Onun təqdim etdiyi 37 il 0 ay 4 gün sığorta stajı (31.01.2020-ci il tarixli, 15 nömrəli arxiv arayışına əsasən 9 il, xəstə uşağa qulluğa görə 28 il stajı var) yaşa görə əmək pensiyası təyin olunmasına kifayət edir. Lakin 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda olan sığorta stajı əmək kitabçasında öz əksini tapmadığı üçün yəni, Qaydaların 3.1.1-ci hissəsinə uyğun gəlmədiyindən İddiaçı sağlamlıq imkanları məhdud xəstə uşağa qulluq etdiyi üçün yaşa görə əmək pensiyası təyin olunmasına imtina edilmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Sabirabad rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli, 15 nömrəli arxiv arayışını, Azərbaycan Respublikası Əmək və x16 Nazirliyi 14 saylı TSEK-dən müayinə aktından çıxarışı və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x13 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x23 Azərbaycan Respublikasının Əmək və x16 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x16 Nazirliyi yanında Dövlət x23 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı x2 imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş, 25 il sosial sığorta stajı toplamış və onun 27.07.2019-cu il tarixdən, yəni 56 yaş 6 aydan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 17973694 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x9 27.01.1963-cü il tarixdə anadan olmuş, Sabirabad rayonu, Yolçubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 06.03.1981-ci il tarixli, Xİİ-ЖГ 312834 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, x12 03.03.1987-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası Cabarov Cabar Söhbət oğlu, anası x9 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və x16 Nazirliyi 14 saylı TSEK-dən müayinə aktından çıxarışından görünür ki, x12 uşaqlıqdan müddətsiz birinci dərəcəli əlildir. İşdə olan 18.11.2019-cu il tarixli, 031705 nömrəli Dövlət x20 Sabirabad rayon şöbəsi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, x12 müddətsiz İ (birinci) qrup ümumi xəstəlikdən əlildir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli, 15 nömrəli arxiv arayışından görünür ki, x9 1976-1977, 1980-1984, 1986-1989-cu illərdə (müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət nəzərə alınmaqla) Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işləmiş və əmək haqqı almışdır. İşdə olan Dövlət x20 Sabirabad rayon şöbəsinin iddiaçıya ünvanladığı 25.02.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, sağlamlıq imkanları məhdud xəstə uşağa qulluğu staj kimi nəzərə alınsa da, 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda olan iş stajı əmək kitabçasında qeyd olunmadığından və həmin illəri sığorta stajı kimi nəzərə alınmadıqda yaşa görə əmək pensiyası təyin olunması mümkünsüzdür. İşdə olan Dövlət x20 Sabirabad rayon şöbəsinin məhəməyə ünvanladığı 09.06.2020-ci il tarixli, **********3 nömrəli məktubuna əlavə edilmiş əlavə edilmiş Dövlət x20 Sabirabad rayon şöbəsinin baş məsləhətçisi M.Ş.Şövkətovun, Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini N.Ə.Qasımovun, qonşusu Möhbalıyev Rəmziyyə Əliqara qızının, qonşusu x5 və qonşusu x6 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, ifadələrini və mövcud durumu nəzərə alaraq həqiqətən də x1 imkanı məhdud birinci dərəcəli əlil övladı x10 17.07.1990-cı il tarixdən 01.07.2019-cu il tarixədək qulluq etmə faktı təsdiq olunmuşdur. İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin x7 ünvanladığı 17.06.2020-ci il tarixli, 373 nömrəli arayışından görünür ki, x12 1-ci qrup əlildir, ana uşağı özü doğub 8 yaşına kimi tərbiyə etmişdir. İşdə olan Dövlət x20 Sabirabad rayon şöbəsinin nümayəndəsi Şövkətov Mustafa Şahzadə oğlunun 15.07.2020-ci il tarixli ərizəsindən görünür ki, x10 Dövlət x20 Sabirabad rayon şöbəsi tərəfindən 17.07.1990-cı il tarixdən sağlamlıq imkanı məhdud xəstə uşaq kimi ömürlük olaraqmüavinətödənilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və x16 Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9.-cu bəndinə əssən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçının övladı x3 imkanları məhdud uşaq olmuşdur. Həmçinin iş materiallarında olan aktdan müəyyən olunur ki, iddiaçının sağlamlıq imkanı məhdud birinci dərəcəli əlil övladı x10 17.07.1990-cı il tarixdən 01.07.2019-cu il tarixədək qulluq etmə faktı təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki,iddiaçının 01.07.1990-cı il tarixdən 27.04.2005-ci il tarixədək sağlamlıq imkanları məhdud uşağı x10 (03.03.1987-ci il təvəllüdlü) qulluq etdiyi 28 il sosial sığorta stajı kimi nəzərə alınmalıdır Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının kolxozda işlədiyi illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 31.01.2019-cu il tarixli, 15 nömrəli arxiv arayışınıtəqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Sabirabadrayon Dövlət Arxivinin 31.01.2019-cu il tarixli, 15 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir və həmin arxiv arayışındakı iş iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə, Sabirabad rayon Dövlət Arxivinin 19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı x12 uşaqlıqdan sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi müddət (28 il), həmçinin 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işlədiyi illər (müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət-9 il) nəzərə alınmaqla, tələb olunan 25 il sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçı x4 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda iş illəri (müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət) sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x20 Sabirabad rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı x4 1976-1984, 1986-1989-cu illərdə Sabirabad rayonu “S.Vurğun” adına iş illəri (müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət) sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x20 Sabirabad rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-894/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-894/2020
15.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver